Məhkəmə qərarları › İş №2-1(102)-2283/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2283/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2283/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(107)-77/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “X3” ASC-nin “Kimyaçı” bağçılıq cəmiyyəti üzvünün bağ sahəsi pasportunun surətinə əsasən, iddiaçıya Gəncə yolunun sol tərəfində 5 sot bağ sahəsi verilmişdir.

2. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamına əsasən, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçı sının xx.xx.2008-ci il tarixli, 20 nömrəli sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı, həmçinin Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aparılmış uçotinventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilmiş, həmin siyahı və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanması və verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir.

3. Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə ayrılmış bağ sahələrinə dair Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Siyahıda 3344-cü sı rada iddiaçıya 0,05 hektar bağ torpaq sahəsinin verildiyi qeyd edilmişdir.

4. A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 sərəncamına əsasən iddiaçıya 519,45 kv.m torpaq sahəsi ayrılmış, dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixli 1255 nömrə ilə uçota alınmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, ilkin müraciətlə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüq uqunun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Təqdim edilən sənədlər toplusu (surətləri) qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli akta əsasən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığının adlı siyahısında iddiaçının adı aşkarlanmamışdır. Ərizəyə əlavə edilən DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 0,051945 ha bağ sahəsinə dair dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixində 1255 nömrə ilə uçota alınmış A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə torpaq sahə sinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.

7. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 X2”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 518 kv.m torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaqlar, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçıya verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 518 kv.m torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üstüstə düşmür, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddia olunan torpaq sahəsi Mingəçevir “Şüşə Mahlıcı” Zavodunun “Kimyaçı” kollektiv bağçılığı üçün ayrılmış əraziyə düşür. İddiaçıya və ya ərinə əvvəllər bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsi əsasında çıxarış verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Gəncə şossesinin 9-cu döngəsi ndə yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Mingəçevir şəhəri, Gəncə şossesinin, 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından 0,05 ha torpaq sahəsi verilmişdir. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.

10. Cavabdehin iddiaya qarş ı etirazının dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtinaya əsaslanır.

11. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 04 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1477/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini təqdim edərək onun torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş edir. Qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hüquqmüəyyənedici sənəd deyil. Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil et mir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsini və yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Başqa sözlə, hüquqmüəyyənedici sənəd mövcud olduqda həmin yerin koordinatlarının müəyyən edilməsinə imkan yaradır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş, nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur.

13. Məhkəmə araşdırması zamanı əldə olunan, Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyah ısına baxış keçirilərək müəyyən edilmişdir ki, iddiaçının adı həmin siyahıda qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin qeyri-mötəbərliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə, sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquqmüəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Tural Həsənov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) 18 fevral 2025-ci il tarixli, 2-1(107)-77/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adının o lmaması onun təqsiri olmasa da, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, üzvlük kitabçası daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas olsa da, həmin üzvlük kitabçası da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına uyğun verilməlidir.

17. Həmçinin qeyd edilməlidir ki, iddiaçının rəsmiləşdirilməsini istədiyi torpaq sahəsinin həmin vaxtdan onun istifadə və sahibliyində olması, eyni zamanda həmin torpaq sahəsi üzərində yaşayış evi tikilməsi, bundan başqa həmi n torpaq sahəsi ilə bağlı adına Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənib hazırlanması mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil. İddiaçının cavabdeh orqana ilkin müraciəti Mingəçevir şəhəri, Gəncə şossesinin 9-cu döngəsində yerləşən Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığından üzvlük kitabçası əsasında verilmiş 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh orqan da bu müraciətin təmin edilməsindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu n 8.0.7-ci maddəsinin tələblərinə əsasən haqlı olaraq imtina etmişdir. Hazırda iddiaçı şikayətində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamını əsas gətirərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Bununla bağlı isə, cavabdeh orqan tərəfindən imtina verildikdən sonra iddiaçının məhkəməyə müraciət etmək hüququ vardır. Çünki hazırda həmin sərəncam və ona əlavə edilmiş sənədlər əsasında torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhkəmə araşdırmasının predmeti olmamışdır.

18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillə ri

19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsi nə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfində n vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab ol unduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şə xslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

24. Azərbaycan Respublikasının İnzibati Prosessual M əcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin v ahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin q ərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Mingəçevir şəhəri, Gəncə şossesinin 9-cu döngəsində yerləşən 0,05 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

30. İddiaçı həmin torpaq sahəsinin Mingəçevir “Şüşə Mahlıcı” zavodunun “Kimyaçı” kollektiv bağçılığ ından üzvlük kitabçası əsasında verildiyini iddia edir, eyni zamanda, tələbinin əsası kimi, həm də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə istinad edir.

31. İddianı əsassız sayaraq rədd edən birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adının qeyd edilmədiyinə istinad etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı və ona əlavə edilmiş sənədlər əsasında hüququn qeydə alınmasına münasibətdə isə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının həmin əsasla cavabdehə ilkin müraciə t etmədiyinə və bunun məhkəmə araşdırmasının predmeti olmadığına istinadən həmin sərəncamın mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas olmadığını qeyd etmişdir.

32. İş üzrə materiallardan görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamına əsasən, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 20 nömrəli sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı, həmçinin Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilmişdir.

33. Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş bağ sahələrinə dair Siyahıda 3344-cü sırada iddiaçının da adı vardır və siyahıda ona 0,05 hektar bağ torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Sözügedən sərəncam əsasında iddiaçıya ayrılmış 519,45 kv.m torpaq sahəsinə dair onun adına A 155170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

34. Hazırda “Kimyaçı” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adının qeyd olunduğu müəyyən edilməsə belə, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair yekun (dürüstləşdirilmiş) siyahının təsdiq olunması, həmin si yahıda iddiaçının adının və ona torpaq sahəsinin ayrılmasının qeyd edilməsi həmin bağ sahəsinin iddiaçının mülkiyyətinə verildiyinin təsdiqi kimi qiymətləndirilməlidir. Bu mənada Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalıdır. İş üzrə materiallara həmin sərəncamın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığına, ləğv edildiyinə, dəyişdirildiyinə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair hər hansı sənəd (sübut) əlavə edilməmişdir. Bu baxımdan, həmin sərəncam hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

35. Eyni zamanda, iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən, qeyd edilən sərəncam əsasında tərtib edilmiş A 1551 70 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini də təqdim etdiyindən, cavabdeh, həmin sərəncamın mövcudluğundan məlumatlı olmuşdur. Yəni apellyasiya icraatının gedişində məhkəmə cavabdehin bununla bağlı mövqeyini müəyyən edə və ya cavabdeh özünün bununla bağlı mövqeyini məhkəməyə təqdim edə bilərdi. Ən azından plan və ölçü sənədinin hüquqmüəyyənedici sənəd əsasında hazırlanmasının mümkünlüyü və həmin sərəncamın məzmunu nəzərə alınmalı və hüququn qeydiyyata alınmasına bu baxımından qiymət verilməli idi. Belə yanaşma prosessual qənaət və ədalət mühakiməsinin səmərəliyi prinsipindən irəli gəlir. Başqa sözlə, ümumi hüquqi müdafiə marağı baxımından hazırkı mübahisəyə münasibətdə iddiaçının Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamına isti nadən torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə yenidən cavabdehə müraciət etməsinə ehtiyac yoxdur. Sərəncamdan xəbərdar olan cavabdehin, həmin sərəncam əsasında iddiaçının hüququnu qeydə almaq niyyəti olsaydı, bunu məhkəməyə bildirərdi.

36. Bundan əlavə, iddiaçı qeyd edilən sənədi təqdim etməsəydi belə, həm inzibati orqan, həm də işə baxan məhkəmələr, iddiaçının tələbi üzrə təqdim edilmiş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa, iddiaçının tələbi ilə bağlı ona hüquqi yardım etməyə borcludur. Bu, onların xidməti vəzifələrindən irəli gəlir.

37. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan qeyd edilən sərəncamın qüvvədə və bunun üzərindən etibarlı olduğu görünür. Bu mənada həmin sərəncam iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Odur ki, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı istinad olunan maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir.

38. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Eləcə də qeyd olunmalıdır ki, cavabdeh tərəfindən həmin sərəncam məz mun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.

39. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 21(107)-77/2025 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçı Mingəçevir şəhəri, Gəncə şossesinin 9-cu döngəsində yerləşən 0,05 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar