Məhkəmə qərarları › İş №2-1(102)-2289/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2289/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2289/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina; diaqnoz əlilliyin təyininə əsas vermir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inziba ti iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1107/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının elektron məlumatından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Sol budun sarğı nahiyyəsini dəlib keçən güllə yaralanmasından sonraki vəziyyət. Xr qasrirodioduodenit” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində iddiaçıda olan xəstəliklərin əlilliyin təyininə əsas vermədiyi qeyd olunmuşdur.

3. Sonuncu dəfə xx.xx.2023-cü ild ə o tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-174/2-C-7626/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, o, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Onun hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda səhhətində ağırlaşma əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdaf iəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixində Azərbaycan Respublikası, Ağdam rayonunda anadan olmuşdur. İki il Sovet Ordusunda, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona əlillik təyin edilmişdir. 13 il əlil olmağına baxmayaraq, dəfələrl ə tibb müəssisəsinin göndərişi cavabdehə göndərilsə də, cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə əlilik təyinatından imtina etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü ildə o tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona əlillik təyinatından imtina etməsini əsassız və qanunsuz hesab edir. Belə ki, o, müharibədə yaranmış səbəbdən ağır xəstədir, 13 il əlil olmuş, bu səbəbdən də hesab edir ki, cavabdehin ona xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 3-cü dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Ali Məhkəmənin 2-1(102)-1906/2022 nömrəli, xx.xx.2022ci il tarixli, 2-1(102)-1944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1053/2022 nömrəli, xx.xx.2022-ci il tarixli analoji qərarlarını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir. Qeyd etmək istəyir ki, onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuş, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını zəruri hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.

7. Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T580/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, X2 və Ortopediya İnstitutunda mütəxəssis-travmotoloqların və rentgenoloji müayinələrin, nevroloqun tibbi rəyi əsasında iddiaçıya “Odlu silah yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç səthində və sol sağrı nahiy əsində, sol saidin aşağı 1/3-nin iç ön səthində kobud ağrılı dartıcı çapıq toxumaları, sol əlin barmaqları yarım bükülmə vəziyyəti, açıcı-bükücü kontrakturası, əzələ atrofıyası, daimi ağrı sindromu və əlin tutma funksiyasının pozulması, sol oturaq sinirinin neyropatiyası, pəncənin sallanması, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, G56.2, R52.1, Z73.6, G57.0, M21.3, M62.5, R26.8.)” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma N2 0217003AAJKV göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah güllə yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç və ya sol sağrı nahiyəsinin çapıq toxuması, daimi ağrı sindromu, oynaqların kontrakturası, sol əl barmaqlarının yarımbükülmüş vəziyyətində açıcı-bükücü kontrakturası” diaqnozu ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş ekspert rəyinə əsasən iddiaçıya “Odlu silah yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç səthində və sol sağrı nahiyəsində, sol saidin aşağı 1/3-nin iç ön səthində kobud ağrılı dartıcı çapıq toxumaları, sol əlin barmaqları yarım bükülmə vəziyyəti, açıcı-bükücü kontrakturası, əzələ atrofıyası, daimi ağrı sindromu və əlin tutma funksiyasının pozulması, sol oturaq sinirinin neyropatiyası, pəncənin sa llanması, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, G56.2, R52.1, Z73.6, G57.0, M21.3, M62.5, R26.8.)” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma N2 0217003AAJKV göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah güllə yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç və ya sol sağrı nahiyəsinin çapıq toxuması, daimi ağrı sindromu, oynaqların kontrakturası, sol əl barmaqlarının yarım-bükülmüş vəziyyətində açıcı-bükücü kontrakturası” diaqnozu ilə eynilik təşkil edir. Lakin iddiaçıda həmin xəstəliklərin mövcudluğu müəyyən olunsa da, adıçəkilən xəstəliklər XBT kodları nəzərə alınmaqla Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əlillik təyin edilməsinə əsas verən xəstəliklərin əhatə dairəsinə düşməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1107/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov – sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikas ı Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətlə ndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidm əti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab e dilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlil liyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. İşin araşdırılmış hallarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə “Sol budun sarğı nahiyyəsini delib keçən güllə yaralanmasından sonrak i vəziyyət. Xr qasrirodioduodenit” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Son müayinə nəticəsində onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik təyin etmir əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur.

26. İşə əlavə edilmiş ekspert rəyindən görünür ki, “Odlu silah yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç səthində və sol sağrı nahiyəsində, sol saidin aşağı 1/3-nin iç ön səthində kobud ağrılı dartıcı çapıq toxumaları, sol əlin barmaqları yarım bükülmə vəziyyəti, açıcı-bükücü kontrakturası, əzələ atrofıyası, daimi ağrı sindromu və əlin tutma funksiyasının pozulması, sol oturaq sinirinin neyropatiyası, pəncənin sallanması, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, G 56.2, R52.1, Z73.6, G57.0, M21.3, M62.5, R26.8.)” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma N2 0217003AAJKV göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah güllə yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç və ya sol sağrı nahiyəsinin çapıq toxuması, daimi ağrı sindromu, oynaqların kontrakturası, sol əl barmaqlarının yarım-bükülmüş vəziyyətində açıcı-bükücü kontrakturası” diaqnozu ilə eynilik təşkil edir.

27. Göründüyü kimi, iddiaçıda həmin xəstəliklərin mövcudluğu müəyyən olunsa da, adıçəkilən xəstəliklər XBT kodları nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyy ən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir.

28. Əlilliyin qiymətləndirilməsi isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

29. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd olunan tibbi-sosial ekspert komissiyasının qərarını nəzərə alınaraq hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə koll egiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1107/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar