Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2296/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması) 02.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 21(103)-1952/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2008-ci il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2008-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə, xx.xx.2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə isə son yaş həddinə çatması nəzərə alınaraq onun hakimlik səlahiyyətlərinə xitam verilmişdir
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının prokurorlu q orqanlarındakı xidmət illərinin hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçıya xx.xx.2023-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə 2556 manat, digər növ əlavələr 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən, 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi – 4051,90 manat məbləğində müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun prokurorluq orqanlarında xidmət illərinin hakim kimi əmək stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2008-ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 8 gün müddətdə işləmişdir. Həmin müddət ərzində fəaliyyətinə və yüksək göstəricilərinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tari xli, 2979 nömrəli sərəncamı ilə ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi) hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdən isə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli, 387 nömrəli qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 4 ay 24 gün təşkil etmişdir. Beləliklə, prokurorluq orqanlarında və məhkəmə sistemində iş stajının müddəti cəmi 38 il 4 ay 27 gün olması mübahisələndirilməyən haldır. Buna baxmayaraq, ona yaşa görə əmək pensiyası hesablanarkən cavabdeh tərəfindən onun prokurorluq orqanlarında olan xidmət illəri hakim kimi i ş stajının hesablanması zamanı nəzərə alınmamışdır. Nəzərə almaq lazımdır ki, konstitusion hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olan daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəaların tətbiqini şərtləndirir və zəruri hesab edir. Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, hakimlərə daha üstün sosial müdafiə təminatını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq, öz qüvvəsini saxlamalıdır. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş d aha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi, pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişiklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 30.12. 2023-cü il tarixli arayışına görə, iddiaçının işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq üçün müavinətlər daxil olmuş, habelə göstərilən bütün ödəni şlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda, iddiaçı Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq məqsədi ilə müavinətlər verildiyindən, ona pensiya təyin olunarkən, bütün müavinətlər, ödənişlər və çıxılmalar birmənalı şəkildə nəzərə alınmalıdır.
5. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubundakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 17 may 2024-cü il tarixli, 2-1(112)-6399/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının proku rorluq orqanlarında xidmət illəri hakim kimi əmək stajına daxil edilməklə, ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla, məhkəmə və prokurorluq orqanlarında 38 il 4 ay 27 gün sığorta stajı vardır. Odur ki, iddiaçı ona hakim kimi əmək pensiyası təyin edilərkən, qanunvericilikdə qeyd edilən əlavələr nəzərə alınmaqla, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını, habelə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlərin məntiqi davamı olaraq, iddia tələbində iddiaçının tələb etdiyi hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşını n 15% həcmində vəzifə maaşına əlavə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı ilə bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq sözü” və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri xx.xx.2019-cu il tarixli, 1647-V QD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən, həmin əlavəni almışdır. -hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. - səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. xx.xx.2019-cu il tarixli, 1647-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.2023-cü il tar ixə qədər hakim işlədiyindən, pul təminatını almışdır. - Qanunun 107-ci maddəsinə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. xx.xx.2022-ci il tarixli, 582-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqq məbləğində müavinət” sözləri çıxarılmışdır. İddiaçı həmin pul təminatını almışdır; - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Qanunun 109-cu maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakimlərə müalicə olunması üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Beləliklə, iddiaçının prokurorluq orqanlarında xidmət illəri də nəzərə alınmaqla, ona xx.xx.2022-ci il tarixdən xx.xx. 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı, iddiaçı hakim kimi əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Eyni zama nda, əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2023-cü il tarixədək işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elvin Əliyev /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Xəyalə Cəmilova) 15 avqust 2024-cü il tarixli, 2-1(103)-3188/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 31 yanvar 2025-ci il tarixli, 2-1(102)-260/2025 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı – birinci instansiya məhkəməsinin qərarının “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı”nın qüvvədə saxlanılması” hissə sində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının prokurorluq orqanlarında 23 il 8 gün, hakim kimi isə 15 il 4 ay 24 gün sosial sığorta stajının olması öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən haldır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən, onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmin tələbi baxımından, iddiaçının proku rorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüququ mövcuddur. Belə olan halda, iddiaçının prokurorluq orqanlarında 23 il 8 gün, hakim kimi isə 15 il 4 ay 24 gün sosial sığorta stajı toplanır ki, bu da, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.7.3-cü maddəsinin tələbi qaydasında ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir.
14. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən, digər məbləğlərlə yanaşı, cədvəldə göstərilən bütün məbləğlərin də nəzərə alınmasını cavabdehin üzərinə öhdəlik olaraq qoymuşdur. Lakin sözügedən məbləğlərin iddiaçı tərəfindən alı nıb-alınmaması və onlardan məcburi dövlət sosial sığorta haqqı ödənilibödənilməməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda işin 9cu səhifəsində olan Bakı Apellyasiya Məhkəməsinin iddiaçıya verdiyi “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışda göstərilmiş bir neçə məbləğin, o cümlədən 4707,90, 1774,60, 6482,50, 6702,90, 7813,20, 14295,70 manat (“məzuniyyət pulu” kimi qeyd edilmiş) və 8726,90, 17453,80 manatın (“müavinət pulu” kimi qeyd edilmiş) hesablanması mənbələri haqqında işdə heç bir məlumat mövcud deyildir ki, bu da, onların tam və hərtərəfli araşdırılmasını tələb edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərar qalan hissədə yuxarıda göstərilmiş səb əblərə görə qanuni və əsaslıdır. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Nigar Nəbizadə) 10 aprel 2025-ci il tarixli, 2-1(103)-1952/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – “iddia tələbinin məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatının təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişləri nəzərə alınmış və iş üzrə Bakı Apell yasiya Məhkəməsinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçıya verilmiş “Əmək pensiyasına quluq stajına görə əlavələrin hesablanması üçün” arayışda göstərilmiş bir neçə məbləğin, o cümlədən 4707,90, 1774,60, 6482,50, 6702,90, 7812,20, 14295,70 manat (“məzuniyyət pulu” kimi qeyd edilmiş) və 8726,90 17453,80 manatın (“müavinət pulu” kimi qeyd edilmiş) hesablanması mənbələrinin təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya Bakı Apellyasiya Məhkəməsində işlədiyi xx.xx.2022-ci – xx.xx.2023-cü illər üçün verilmiş “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışda “məzuniyyət pulu” kimi qeyd edilmiş 4707,90, 1774,60 (cəmi: 2022-ci il üzrə 6482,5 0 manat), 6702,90, 1110,30 (cəmi: 2023-cü il üzrə 7813,20 manat) və ümumi 2022-2023-cü illər üçün 14295,70 manat vəsait hakim tərəfindən məzuniyyətə gedərkən alınmış məzuniyyət haqqıdır. Məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 468 nömrəli Qərarına əsasən, hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən aparılır. Həmin arayışda qeyd olunur ki, 2022-ci ilin fevral ayında 8726,90 manat və aprel ayında 8726,90 manat vəsait xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hakimlərə məzuniyyətə gedərkən ödənil ən iki aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatıdır. xx.xx.2022-ci il tarixdən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərə əsasən, bu ödənişlər ləğv edilmişdir. Qeyd olunan ödənişlərin maliyyə mənbəyi dövlət büdcəsidir.
17. Təqdim edilmiş məktubdan da göründüyü kimi, qeyd edilən – 4707,90, 1774,60, 6482,50, 6702,90, 7813,20, 14295,70 manat və 8726,90, 17453,80 manat məbləğlərin – “məzuniyyət pulu” və “müavinət pulu” olması, həmçinin iddiaçı tərəfindən alınması ətraflı şəkildə göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan müavinətləri almaq hüququ onun hakim kimi fəaliyyət göstərdiyi dövrdə yaranmış və təmin olunmuşdur. Bu məbləğlə rin əmək pensiyasına əlavə kimi nəzərə alınması Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və hüquqi sabitlik prinsipinə tam uyğundur. Bu baxımdan apellyasiya instansiya məhkəməsi iddia tələbinin mübahisələndirilən hissəsinin təmin edilməsini qanuni və əsaslı hesab edir.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və mübahisələndirilən hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 2 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.7 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ər zindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqın ın 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 22. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 107 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Maddə 109 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kas sasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İn san Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı mübahisəyə dair iş üzrə kassasiya icraatının predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə olan dövrdə məzuniyyətə görə aldığı iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla ona hakim kimi təyin olunmuş əmək pensiyasının hesablanıb ödənilməsinə nail olmaqdan ibarətdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzu m qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025-c i il tarixli, 21(103)-1952/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.