Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2297/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxslər X12 və qeyrilərinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X23, X6, X8, X13, X18, X19, X14, X20, X15, X21, X16, X9, X10, X7 və X2 ona məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gə ncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2-1(104)-144/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2417/2024 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlərə əsasən, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına və Elektron Məhkəmə informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.1985-ci il təvəllüdlü X23, xx.xx.1976-cı il təvəllüdlü X6, xx.xx.1969-cu il təvəllüdlü X8, xx.xx.1993-cü il təvəllüdlü X13, xx.xx.1991-ci il təvəllüdlü X18, xx.xx.1971-ci il təvəllüdlü X19, xx.xx.1988-ci il təvəllüdlü X14, xx.xx.2008ci il təvəllüdlü X20, xx.xx.1963-cü il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X21, xx.xx.1991-ci il təvəllüdlü X16, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.1983-cü il təvəllüdlü X1 şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı üçüncü şəxslər X23, X6, X8, X13, X 18, X19, X14, X20, X15, X21, X16, X9, X10, X7 və X2 ona məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X23, X6, X8, X13, X18, X19, X14, X20, X15, X21, X16, X9, X10, X7 və X2 ona məxsus olan ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən 29 nömrəli ev onun mülkiyyətindədir. Həmin ev onun mülkiyyətində olmaqla faktiki olaraq yaşayış yeridir. Lakin onun evində tanımadığı şəxslər X23, X6, X8, X13, X18, X19, X14, X20, X15, X21, X16, X9, X10, Süleymanlı Cəsur llqar oğlu və X5 adlı şəxslər qeydiyyatdadır. Qeydiyyatda olan şəxslərlə heç bir qohumluq əlaqəsi yoxdur. Evində qeydiyyatda olan şəxslərin hazırda harada yaşamasından məlumatı yoxdur. Bu barədə Cavabdehnə müraciət edərək həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etsə də, ona imtina cavabı verilmiş, həmin şəxslər in onun evindən qeydiyyatdan çıxarılmasının məhkəmə qətnaməsi əsasında həyata keçirilməsinin mümkünlüyü bilduirilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 58 nömrəli məktubunda bildirilmişdir ki, Bərdə şəhəri, Gəncə küçəsi, ev 29-da qeydiyyatda olan İddiaçı həmin ünvanda yaşayır. X23-xx.xx.1985, X6xx.xx.1976, X11-xx.xx.1963, X13-xx.xx.1993, X18-xx.xx.1991, X19-xx.xx.1971, X14xx.xx.1988, X20-xx.xx.2008, X15-xx.xx.1963, X21-xx.xx.2010, X16-xx.xx.1991, X9xx.xx.2009, X10-xx.xx.2012, X7-xx.xx.2016, X5-xx.xx.1983 Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında qeydiyyatdadırlar.
8. Birinci insta nsiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2024cü il tarixli 3-13-68/2-8777/2024 nömrəli məktubunda bildirilmişdir ki, X23, X6, X8, X13, X18, X19, X14, X15, X16 və X5 2002-ci ildən 2013-cü ilədək olan müddətdə Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanına qeydiyyata alınmış şəxslərdir və onlar hazırda həmin ünvanda qeydiyyatdadırlar. X20, X21, X9, X10 və X7 isə valideyninin yaşayış üzrə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilərək Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanına qeydiyyata alınmış azyaşlılardır.
9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321-3-46/2-3252/2024 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Bərdə şəhəri, Koroğlu küçəsi, 2/ 29 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 05 mart 2024-cü il tarixli, 21(114)-2009/2024 nömrəli qərardadı ilə X23, X6, X8, X13, X18, X19, X14, X20, X15, X21, X16, X9, X10, X7 və X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) xx.xx.2024-cü il tarixli, 21(114)-2009/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, X23, X6, X8, X13, X18, X19, X14, X20, X15, X21, X16, X9, X10, X7 və X2 Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat h aqqında” Azərbaycan Respublikası Qanununda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki: müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin q eydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu, mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlə rə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla, yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda, məhkəmələr bununla bağlı mü bahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 12.2. Üçüncü şəxslər X23, X6, X8, X13, X18, X19, X14, X20, X15, X21, X16, X9, X10, X7 və X5 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparı lan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur. 12.3. İş üzrə üçüncü şəxslərdən X10 xx.xx.2012-ci il təvəllüdlü, X7 xx.xx.2016-ci il təvəllüdlü, X9 xx.xx.2009-cu il təvəllüdlü, X21 xx.xx.2010-cu il təvəllüdlü və X20 xx.xx.2008-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar və onlara şəxsiyyət vəsiqəsi verilərkən valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 12.4. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
13. Üçüncü şəxs X6 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ona aid hissədə ləğv olunaraq iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, İ.T.Həsənov və A.V.Bayramov) 17 aprel 2025-ci il tarixli, 2-1(104)-144/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2009/2024 nömrəli qərarı qismən X4 aid hissədə ləğv edilmiş, İddiaçı iddia tələbi X4 aid hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********77-10301 nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən daşınmaz əmlak ümumi paylı mülkiyyətdə olmaqla əmlakın 1/7 hissəsi X3 xüsusi mülkiyyətindədir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən proses işti rakçılarının izahatlarından müəyyən edilmişdir ki, mübahisələndirilən Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında İddiaçı məxsus fərdi yaşayış evindən ayrı həmin ünvanda üçüncü şəxs X3 ailəsi ilə birgə faktiki istifadəsində olan yaşayış evi mövcuddur, lakin həmin yaşayış evinə dair sənədlər mövcud olmadığından ona ayrıca ünvan verilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları təsbit edilmişdir. X3 həmin ünvanda ayrıca yaşayış sahəsi olması və bu sahədən istifadə etməsi nəzərə alınmaqla, onun qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsinin X4 aid hissədə qəbul etdiyi qərar qanunsuzdur və ləğv edi lməlidir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, daşınmaz əmlak ümumi mülkiyyətdə olmaqla, 1/7 hissəsi Tünzalə Məmişovaya məxsusdur. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi 0,10 hektardan ibarətdir. Tünzalə Məmişovanın onun evində payı yoxdur. Ancaq torpaq sahəsində olan 1/7 hissə əvəzinə Tünzalə Məmişovaya və onun əri olan oğluna 0,04 ha vermişdir. Tünzalə Məmişova və ailə üzvləri isə qe yd etdiyi kimi, onun tikdiyi digər evdə yaşayırlar. Onların ayrıca giriş-çıxış yolu var. İddiaçı yaşlanmışdır. Evdə balaca subay oğlu var, bütün mülkiyyət hüququnu ona vermişdir. X17 qeydiyyatda olmağına qəti şəkildə razı deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin bölgü planı” olsa da, işə baxan məhkəmə buna da əhəmiyyət verməmişdir. İddiaçı onu torpaqdan çıxarmır, yalnız evinə olan qeydiyyatdan çıxarılmasını istəyir ki, balaca oğlu Samirə evini pay versin. Onların yaşadığı ev onun evindən ayrıdır və aralarında hasar da mövcuddur. Öz yaşadıqları evə və onun yerləşdiyi torpaq sahəsinə çıxarış alıb istədikləri kimi yaşamalarına etirazı yoxdur. Yetər ki, onun evindən qeydiyyatdan çıxsın. Tünzalə Məmişova 1996-c ı ildə iddiaçının evinə gəlin gəlib və cəmi 1 ay sonra, evindən əri ilə birlikdə çıxmışdır. İşdə olan sənədlərdən görünür ki, ev üzərində mülkiyyət hüquqları tam şəkildə iddiaçının adına qeydə alınmışdır. Şərh olunanlardan görünür ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır... Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respubli kasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə
5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9.1. Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə m üvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. İşə baxan apellyasiya instansiya məhkəməsi iddianı üçüncü şəxs X4 münasibətdə o əsasla rədd etmişdir ki, mübahisələndirilən Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında İddiaçı məxsus fərdi yaşayış evindən ayrı həmin ünvanda üçüncü şəxs X3 ailəsi ilə birgə faktiki istifadəsində olan yaşayış evi mövcuddur, lakin həmin yaşayış evinə dair sənədlər mövcud olmadığından ona ayrıca ünvan verilməmişdir. X3 həmin ünvanda ayrıca yaşayış sahəsi olması və bu sahədən istifadə etməsi nəzərə alınmaqla, onun qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar mövcud deyildir.
29. Məhkəmə kollegiyası, iş üzrə apellyasiya instansiya məhkəməs inin nəticəsi ilə razılaşsa da, qərarın əsaslandırılması ilə razılaşmayaraq bildirir ki, işə baxan apellyasiya instansiya məhkəməsi üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması tələb olunan fərdi yaşayış evinə münasibətdə hüququnun olub-olmamasına qiymət verməmiş, bu istiqamətdə araşdırma aparmamışdır.
30. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsus olsa da, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1/7 payla üçüncü şəxs X3 mülkiyyətindədir. Həmçinin, üçüncü şəxs X6 iddiaçının gəlinidir.
31. Belə olan halda, üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması tələb olunan evə müna sibətdə hər hansı istifadə hüququnun olub-olmaması, habelə torpağın paylı mülkiyyətdə olması nəzərə alınmaqla Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)233/2025 saylı 3 ulduz nişanı ilə indeksləşdirilmiş qərarındakı hüquqi mövqeyə əsasən evin onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi olması, bundan irəli gələrək üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələb olunan evə münasibətdə hər hansı hüququnun olubolmaması ilə bağlı məsələlər araşdırmalıdır. Belə ki, qeyd edilən hallar üçüncü şəxsin fərdi yaşayış evinə münasibətdə hüququnun müəyyən edilməsi üçün əhəmiyyətlidir. Bu məsələlər araşdırılmadan hazırkı iddia tələbinə qiymət verilməsi mümkünsüzdür.
32. Qeyd edilən halların isə inzibati məhkəmə icraatında araşdırılması və qiymətləndirilməsi inzibati məhkəmə icraatının predmetinə aid dey ildir.
33. Odur ki, bu məsələlərin araşdırılması üçün iddiaçı müvafiq tələblə ümumi məhkəməyə müraciət etməli, həmin məhkəmə icraatının nəticəsindən asılı olaraq qeydiyyat məsələsi inzibati məhkəmədə həllini tapmalıdır.
34. Eləcə də qeyd edilməlidir ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gən cə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 21(104)-144/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.