Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərizəyə cavab verilməsi və ərizəçinin qəbul edilməsi, iddianın qeyrimümkünlüyü, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “ərizəyə cavab verilməsi və ərizəçinin qəbul edi lməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023cü il tarixli, 2-1(103)-2560/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə göndərilmiş ərizədə Azərbaycan Respublikası Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun məsul şəxslərinin və "xxxx" ASC-nin səhmdarları X3, X2 və X1 qarşı cinayət işinin başlanılmasına aydınlıq gətirilməsi üçün onun qəbul olunması xahiş edilmişdir.
2. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İ darəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 2-2-02/212-1869/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-8344/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə cəmi 40000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan redaksiyasına müvafiq olaraq xx.xx.2016-cı il tarixdə İddiaçı 18917 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş, 21293 ABŞ dolları isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 1-1892-16 nömrə ilə kreditor tələbi kimi qeydə alınaraq kre ditorların reyestrinə daxil edilmiş və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizənin rəsmi qaydada cavablandırılması və onun idarə rəisi tərəfindən qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin əmanətçisi olmuş, Xətai rayon Məhkəməsinin xx.xx.2 015-ci il tarixli, 2(011)6861/2015 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən xx.xx.2014-cü il tarixli, 201S10F142460001 nömrəli sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, 40000 ABŞ dollarının, vurulmuş mənəvi ziyana görə 500 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-8344/2015 nömrəli qətnaməsi ilə həmin qətnamə mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu günə qədər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-8344/2015 nömrəli qətnaməsi icra edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərarı ilə "xxxx" ASC müf lis elan olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə "xxxx" ASC-nin ləğvedicisi qismində təyin olunmuş "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nin xx.xx.2015-ci ilin İV rübündə ƏSF və Mərkəzi Banka verdiyi məlumata görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya hissəsi 79000000 manat təşkil etdiyi halda, sığorta hadisəsi baş verəndən sonra bankın müvəqqəti inzibatçısı tərəfindən xx.xx.2016-ci il tarixində ƏSF-ə təqdim edilmiş reyestrdə ********* manat təşkil etmişdir. İlkin araşdırma göstərir ki, 67000000 manat məbləğində hüquqi və fiziki şəxslərin iri depozitləri hesabdan məxaric edilmiş və yenidən bölüşdürülmüşdür. xx.xx.2016-c i il tarixində bankın əməliyyat sisteminin tarixi yenidən xx.xx.2016-ci il tarixinə qaytarılmaqla 67000000 manat əmanətlərin bölüşdürülməsi 26500000 manat kreditlərin əvəzləşdirilməsi, 15000000 manat kreditin balansdan əsassız silinməsi (bu vəsaitin 12000000 manatı "xxxx" ASC-nin səhmdarı E.Əliyev və onun oğludur) əməliyyatları edilmiş, sistemə müdaxilə nəticəsində bankın balansında 30900000 manat uyğunsuzluq yaranmışdır. Bu kompensasiya ödənişi zamanı vəsaitlərin çox hissəsi etibarnamə əsasında alınmışdır. Bu barədə 2021-ci ilin birinci rübündə Bakı Apellyasiya Məhkəməsi ləğvedici tərəfindən təqdim edilmiş ləğv planını təsdiq etmişdir. ƏSF 2021-ci ilin ikinci rübünün hesabatında bu barədə, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraci ət edildiyini bildirilir. Eyni zamanda, ƏSF hesabatlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə araşdırılması üçün ötürülmüş işlərin sayının 571, məbləğinin isə ********* manat təşkil etdiyini qeyd edir. İddiaçının qeyd edilən ciddi qanun pozuntusu törətmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun bu işdə cavabdeh olan məsul şəxslərinin müəyyən edilərək və "xxxx" ASC-nin səhmdarları X3 (87,0652%), X2 (8,0373%), X1 (4,8975%) qarşı cinayət işinin açılması barədə dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə və qaynar xəttə rəsmi müraciət etməsinə baxmayaraq, bu günə qədər ərizəsinə münasibət bildirilməmişdir. Eyni zamanda, iddiaçı ərizəsində onu bu işlə bağlı idarə rəisinin qəbul etməsini xahiş etsə də, uzun müddət keçməsinə baxmayaraq xahişinə münasibət bildirilməmişdir. Bununla da hesab edir ki, “Vətəndaşların müraciətinə baxılması haqqında” Qanunun 10.1-ci maddəsinin tələbləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən kobud surətdə pozulmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 13 aprel 2023-cü il tarixli, 2-1(112)-6231/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. İddiaçının hüquqi marağı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-8344/2015 nömrəli icra və rəqəsinə əsasən cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 40000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının tam icra edilməsidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati qaydada ərizə vermişdir. Belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Digər tərəfdən isə, “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci və 3.2.2-ci maddələrinə görə, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliy yətinə şamil olunmur. Göründüyü kimi, iddiaçının vəzifəli şəxslər barəsində cinayət işinin başlanmasına dair inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olan tələbinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Rəşid Səmədov) 24 avqust 2023-cü il tarixli, 2-1(103)-2560/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. Belə ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Baş Prokurorluğunu qeyd etməklə son olaraq iddia tələbini dəyişdirərək Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizəsinə cavab verilməsinin təmin edilməsi və onun idarə rəisi tərəfindən qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı da ərizəsinə cavab verilməsi və idarə rəisi tərəfindən qəbul edilməsi üçün məhz Baş Prokurorluq tərəfindən razılıq verilməli olduğunu, bu əsasla onu cavabdeh qismində qeyd etdiyini bildirmişdir. Beləliklə, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizəsinə cavab verilməsinin təmin edilməsi;
2. İdarə rəisi tərəfindən qəbul edilməsi.
10. Müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Belə ki, iş üzrə apellyasiya baxışı zamanı da məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan aydın olur ki, iddiaçının "xxxx" ASC-nin müvəqqəti inzibatçılarının qanunsuz əməlləri nəticəsində öz əmanətini tam şəkildə ala bilməməsinə dair çoxsaylı müraciətlərinə baxılmış və xx.xx.2023-cü il tarixli, 22-0212 12-2412/2023 nömrəli məktubla cavab verilmişdir. İddiaçı sədrlik edənin sualına cavab olaraq ona cavab məktubunun daxil olmadığını bildirmiş, lakin daxil olmuş olsa belə, qeyd edilən məzmunlu cavabla mahiyyəti üzrə razılaşmadığını, məhz "xxxx" ASC-nin məsul şəxsləri barəsində cinayət əməllərinin aşkara çıxarılması üçün idarə rəisi tərəfindən qəbul edilməli olduğunu qeyd etmişdir.
11. İddiaçının iddia ərizəsindən, apellyasiya şikayətindən və apellyasiya icraatı zamanı vermiş olduğu izahatından aydın olur ki, onun hüquqi marağı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-8344/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 40000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının tam icra edilməsidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və i craya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati qaydada ərizə vermişdir. Belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır.
12. Digər tərəfdən isə “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci, 3.2.2-ci maddələrinə görə, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, iddiaçının vəzifəli şəxslər barədə cinayət işinin başlanması barədə inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olan tələbinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
13. Bundan əlavə, iddiaçı öz tələbində idarə rəisi tərəfindən qəbul edilməsini tələb edir ki, bu zaman da onun hüquqi marağı məhz Azərbaycan Respublikası Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun məsul şəxslərinə və "xxxx" ASC-nin səhmdarlarına cinayət işinin açılıb-açılmamasına aydınlıq gətirilməsi ilə bağlıdır. Qeyd edilən tələbə münasibətdə də kollegiya nəzərə çatdırır ki, prokurorluq orqanlarında vətəndaşların müəyyən olunmuş qrafiklər üzrə qəbul edilməsi müvafiq qəbul qaydalarına uyğun təşkil edilir. Vətəndaşların müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə prokurorluq orqanlarının müvafiq vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər. Göründüyü kimi, vətəndaşların idarə rəisi tərəfində n qəbul qaydası inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların yuxarıda sadalanmış qanunvericilik normalarının müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdı rılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hazırkı işdən isə aydın olur ki, iddiaçının bankda olan əmanətini tam şəkildə ala bilməməsi ilə bağlı müraciətinə müvafiq qaydada cavab verilmiş, bankın müflis olması ilə bağlı məhkəmə qərarının əsaslılığının yoxlanılması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılar aq təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüqu qi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gö rə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərt lərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. A li Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlan ılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən m əhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Hazırkı mübahisədə iddiaçının tələbi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı ərizəsinə cavab verilməsinin təmin olunmasına və onun idarə rəisi tərəfindən qəbul edilməsinə yönəlmişdir. İddiaçının əsl hüquqi marağı və məqsədi isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmuş 40000 ABŞ dolları məbləğində vəsaitin məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(103)-8344/2015 nömrəli icra sənədinə əsasən tam icrasına nail olmaqdan ibarətdir.
25. Bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunverici likdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
26. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütl əq ödənilmiş olmalıdır.
27. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının "xxxx" ASC-nin müvəqqəti inzibatçılarının qanunsuz əməlləri nəticəsində öz əmanətini tam şəkildə ala bilməməsinə dair çoxsaylı müraciətlərinə baxılmış və xx.xx.2023-cü il tarixli, 2-2-0212122412/2023 nömrəli məktubla cavab verilmişdir. Məhkəmə iclasında iddiaçı sədrlik edənin sualına cavab olaraq ona cavab məktubunun təqdim olunmadığını bildirmiş, lakin hətta təqdim olunmuş olsa belə, həmin məzmunda cavabla mahiyyəti üzrə razılaşmadığını, israrla "xxxx" ASC-nin məsul şəxsləri barəsində cinayət əməllərinin aşkara çıxarılması üçün idarə rəisi tə rəfindən qəbul edilməli olduğunu bildirmişdir.
28. Əslində iddiaçı müvafiq icra sənədinin icra olunmadığı və ya tam icra olunmadığı halda, bununla bağlı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməli, icranın təmin olunması ilə bağlı müvafiq tədbirlərin görülməsini məhz həmin məhkəmədən tələb etməlidir. Belə ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə araşdırmasının davamı və tərkib hissəsi sayılır və bu mənada qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qərarının icrasının təmin olunmasının həmin qərarı qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aid olduğu nəzərə alınmalıdır.
29. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının bankın və ləğvedicinin vəzifəli şəxsləri barədə cinayət işinin başlanması və bununla əlaqədar cavabdehin idarə rəisi tərəfind ən şəxsən qəbul olunması ilə bağlı tələbi cavabdehin cinayət prosessual fəaliyyəti ilə bağlı tələbdir və həmin tələbə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci və 3.2.2-ci maddələrinə görə, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və o nun əsaslılığının yoxlanılması istisna olunur.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(103)-2560/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.