Məhkəmə qərarları › İş №2-1(102)-2302/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2302/2025

25.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2302/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məhkəmə qərarının icra olunmadığı üçün inzibati orqanın cərimə edilməsi barədə ərizənin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlə t Xidməti Cavabdehinə qarşı “məhkəmə qərarının icra edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 30 aprel tarixli, 2-1(103)-1753/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 04 aprel tarixli, e-2-1(112)-1523/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayət i verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 08 dekabr tarixli, 2-1(103)-2634/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 21 avqust tarixli, 2-1(102)-1253/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərarı ləğv edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 23 sentyabr tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 21 avqust tarixli, 21(102)-1253/2024 nömrəli qərarı icra olunması üçün Azərbaycan Akkreditasiya Mərkəzinə göndərilmişdir.

8. Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)1253/2024 saylı Qərarının icra edilməsinə dair müraciətinə “Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsdə (bundan sonra-AzAK) aidiyyəti üzrə b axılmışdır. Adıçəkilən məhkəmə qərarının icra edilməsi məqsədilə AzAK tərəfindən “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının bərpası haqqında” xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli Qərar qəbul edilmiş və akkreditasiya attestatının ləğv edilmə tarixləri nəzərə alınmaqla, İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının akkreditasiya attestatı 2 il 1 ay 18 gün müddətinə (xx.xx.2026) bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1253/2024 nömrəli qərarının qanunamüvafiq şəkildə tam icrası məqsədilə xx.xx.2021-ci il tarixli, AR/052 nömrəli məktubla rəsmi qaydada ona ünvanlanmış 16 (on altı) səhifədən ibarət “Akkreditasiya sahəsi” layihəsinin təsdiq olunması üçün cavabdehə müddət müəyyən edilməsini, qərar tam icra edilməyəcəyi təqdirdə isə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq göndərilməsini xahiş etmişdir. Ərizənin əsaslandırması:

10. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə yekun məhkəmə qərarının icrası məqsədilə cavabdeh özünün xx.xx.2024-cü il tarixli qərarını qəbul etmiş və iddiaçının akkreditasiya attestatının müddətini xx.xx.2026-cı il tarixədək uzatmışdır. Lakin cavabdeh digər hissədə məhkəmə qərarına zidd olaraq iddiaçı tərəfindən xx.xx.2021-ci il ta rixli məktubla cavabdehə təqdim edilmiş “Akkreditasiya sahəsi” layihəsini deyil, həmin layihədən müəyyən sahələri çıxartmaqla və öz mülahizəsinə görə bəzi sahələri əlavə etməklə, digər bir “Akkreditasiya sahəsi”ni təsdiq etmişdir. Bu hal isə, yenidən iddiaçının hüquqlarının pozulmasına, müddəti uzadılmış akkreditasiya attestatı üzrə fəaliyyətinin qeyri-mümkün olmasına, uzadılmış müddətin boş yerə ötürülməsinə, dolayısı ilə onun məhkəmə qərarına dair hüquqi gözləntilərdən məhrum olmasına gətirib çıxarmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (hakim – N.Abıyev) 2025-ci il 21 yanvar tarixli, 21(112)-1523/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1 (102)-1253/2024 nömrəli qərarı icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə göndərilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 dekabr tarixli, 2-1(102)-1253/2024 nömrəli qərardadında göstərilmişdir ki, iş üzrə yekun məhkəmə qərarının 49-cu bəndində qeyd edilmişdir ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun və “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın normalarının təfsiri baxımından, akkreditasiya attestatı uyğunluğu qiymətləndirən qurumun təqdim etdiyi akkreditasiya sahəsinə münasibətd ə verilir. Başqa sözlə, cavabdeh tərəfindən akkreditasiya attestatının verildiyi halda, uyğunluğu qiymətləndirən qurumun təqdim etdiyi akkreditasiya sahəsi də təsdiq olunmalıdır, yəni akkreditasiya sahəsinin təsdiqi akkreditasiya attestatının verilməsi barədə qərara bağlıdır və ondan irəli gəlir. Belə ki, akkreditasiya attestatı məhz təqdim olunmuş sahələr üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən sənəddir. İstinad olunan “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 6.1-ci bəndinin mahiyyətinə görə, akkreditasiya orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi onun müraciəti əsasında dəyişdirilə bilər. İstinad olunan qanunvericilikdə akkreditasiya orqanının öz mülahizəsinə görə akkredit asiya sahəsində dəyişiklik etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Beləliklə iş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı tam icra olunmamışdır.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının ( hakimlər – G.Abbasova sədrlik edən və məruzəçi, A.Oruczadə və E.Əliyev )2025-ci il 30 aprel tarixli, 2-1(103)-1753/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(112)-1523/2023 saylı qərardadının ləğv edilməsi və ərizənin mümkün say ılmaması qərara alınmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 21(102)-1253/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərar ləğv edilmişdir, yəni həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır. Çünki sözügedən məhkəmə qərarı birbaşa hüquqi nəticələr yaradır, yəni məhkəmənin qərarı inzibati aktın hüquqi qüvvəsini aradan qaldırır və inzibati aktın qəbul olunduğu andan onun əhəmiyyətsizliyini təsdiq edir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1253/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı AzAK tərəfindən tam icra edilmişdir. Belə ki, qurumun akkreditasiya attestatı bərpa edilmiş, Ali Məhkəmənin adıçəkilən qərarı ilə ləğv edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli 0688-22 UQQ AL qərarı qəbul edilən zaman "xxxx" MMC-nin akkreditasiya attestatına əlavə kimi olan akkreditasiya sahəsi cavabdeh tərəfindən bərpa edilmişdir. Yəni, iddiaçı qurumun akkreditasiya attestatı bərpa edilmiş və faktiki olaraq cavabdehin ləğv edilmiş qərarından əvvəlki vəziyyət bərpa olunmuşdur. Qe yd olunanlarla bağlı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli qərar qəbul edilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi ərizənin mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərardad qəbul etmişdir.

17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh iddiaçının müraciəti əsasında sonuncuya akkreditasiya attestatı vermiş, lakin həmin attestatın əlavəsi olan akkreditasiya sahəsi iddiaçı tərəfindən təqdim edilən layihəyə uyğun deyil də, müəyyən əlavə və dəyişiklər olunmaqla başqa məzmunda təsdiq olunmu şdur. Bundan sonra, iddiaçı fəaliyyətə başlamış, lakin cavabdeh özünün 27 may 2022-ci il tarixli qərarını qəbul etməklə iddiaçıya vermiş olduğu akkreditasiya attestatını ləğv etmişdir. Cavabdeh tərəfindən attestatın ləğvinə dair qərarın qəbulu zamanı istinad edilən əsaslardan biri ondan ibarət olmuşdur ki, iddiaçı düzgün, yəni cavabdeh tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsi üzrə fəaliyyət göstərməmişdir. Belə ki, iddiaçı təqdim etdiyi sertifikatlarda təsdiq olunuş akkreditasiya sahəsində olmayan standartlara istinad etmişdir. İddiaçı cavabdehin müəyyən əlavə və düzəliş olunaraq təqdim etdiyi sahə üzrə deyil də, müraciət zamanı təsdiq üçün təqdim etdiyi akkreditasiya sahəsi layihəsini (bundan sonra “öz akkreditasiya sahəsi”) əsas götürərək fəaliyyət göstərmişdir. Çünki, sertifikatla rın verilməsi zamanı istinad edilən standartlar iddiaçının öz akkreditasiya sahəsində mövcud standartlar olmuşdur. Bundan sonra uzun çəkən məhkəmə prosesləri nəticəsində AR Ali Məhkəməsi 21 avqust 2024-cü il tarixli, 2-1(102)-1253/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt ləğv etmişdir. AR Ali Məhkəməsi qərarında çox ətraflı formada yuxarıda istinad olunan halları təsdiq etmiş və qəti nəticəyə gəlmişdir ki, cavabdehin akkreditasiya sahəsində özbaşına dəyişiklik etmək səlahiyyəti yox idi və o, iddiaçı tərəfindən təqdim edilən akkreditasiya sahəsi layihəsini olduğu kimi təsdiq etməli idi. Bu isə sonuncu tərəfindən qanunvericilik normalarının pozulması halıdır. Beləliklə, AR Ali məhkəməsinin qərarından çıxan hüquqi nəticə ondan ibarət olmuşdur ki, (İ) inzibati akt ləğv edilir, (İİ) bundan irəli gələrək cavabdehin iddiaçıya “düzgün akkreditasiya sahəsi üzrə fəaliyyət göstərməmisən” tələbi qanunsuz hesab olunur və (İİİ) nəticə etibari ilə iddiaçının öz akkreditasiya sahəsi üzrə göstərmiş olduğu fəaliyyəti legallaşır. Hətta, yaranmış hüquqi nəticəni AR Ali məhkəməsinin faktiki olaraq iddiaçının öz akkreditasiya sahəsini təsdiq etməsi kimi də qəbul etmək olar. Bu isə öz növbəsində onu göstərir ki, mübahisələndirdiyimiz qərardadın 24-cü bəndi üzrə gəlinən nəticə mövcud hüquqi vəziyyəti əhatə etməkdə yetərli deyil. Çünki, AR Ali məhkəməsinin qərarı ilə dönülən “başlanğıc” vəziyyəti yalnız inzibati aktın əhəmiyyətsizliyini deyil, əlavə olaraq iddiaçının öz akkreditasiya sahəsinin və həmin sahə üzrə göstərmiş olduğu fəaliyyətinin legallaşmasını da ehtiva edir ki, bu iddiaçı üçün artıq yeni və kifayət qədər əlverişli hüquqi vəziyyət yaranmasına gətirib çıxarır. Bu səbəbdən hesab edirik ki, hazırki vəziyyətdə AR Ali məhkəməsinin qərarına əsasən cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş akkreditasiya sahəsinin və həmin sahə üzrə fəaliyyətin artıq legallaşmasını nəzərə almalı, heç bir əlavə mübahisə və müzakirə aparmadan fiziki olaraq iddiaçının öz akkreditasiya sahəsinə möhür və imzasını atmaqla sonuncuya təqdim etməlidir. Bu hal iddiaçının AR İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən yaranmış tələb hüququdur və məhkəmə cavabdehi həmin öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etməlidir. Ancaq apellyasiya instansiya məhkəməsi mübahisələndirdiyimiz qərardad üzrə yekun nəticəyə gələrkən bu halları gözdən qaçırmışdır. b) kass asiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etirazda qeyd olunmuşdur ki, Ali Məhkəmənin istinad edilən və mübahisələndirmə icraatı qaydasında baxılan iş üzrə qəbul edilmiş qərarının yekun hissəsində heç də İddiaçının hazırkı kassasiya şikayətində göstərdiyi və arzuladığı hüquqi nəticədən bəhs edilmir. Əskinə yalnız AzAK tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərarın ləğv edilməsi göstərilir ki, həmin qərar qəbul edilən zaman akkreditasiya attestatının qüvvədə olma müddəti (3 il) artıq bitmişdi. Lakin, qərarın icrasının təmin edilməsi məqsədilə AzAK tərəfindən İddiaçıya güzəşt tətbiq edilmiş, akkreditasiya attestatının ləğv edilmə tarixləri nəzərə alınmaqla, İddiaçının akkreditasiya attestatı 2 il 1 ay 18 gün müddətinə uzadılma qla (xx.xx.2026) bərpa edilmişdir. Bununla bağlı AzAK tərəfindən xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli qərar qəbul edilmiş, faktiki olaraq xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərarın qəbul edilməsindən əvvəlki vəziyyət bərpa olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

21. İnzibati Prosessual Məcəllə: Maddə 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlar ının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunverici liyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə mövqeyi ilə razılaşmamışdır.

29. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 0688-22 UQ Q AL qərarı qəbul edilən zaman "xxxx" MMC-nin akkreditasiya attestatına əlavə kimi olan akkreditasiya sahəsi cavabdeh tərəfindən bərpa edilmişdir. Yəni iddiaçı qurumun akkreditasiya attestatı bərpa edilmiş və faktiki olaraq cavabdehin ləğv edilmiş qərarından əvvəlki vəziyyət bərpa olunmuşdur. Qeyd olunanlarla bağlı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 0688-24 UQQ AB nömrəli qərar qəbul edilmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təm in olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 30 aprel tarixli, 21(103)-1753/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar