Məhkəmə qərarları › İş №2-1(102)-2306/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2306/2025

22.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2306/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması əsasları, artıq ödəmələrdən tutulmaların aparılması qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 2-1(103)-702/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1950-ci ildə anadan olmuşdur.

2. İddiaçıya xx.xx.2014-ci il tarixdən vergi orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, vaxtilə ona vergi orqanını sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən vəzifə maaşının, xüsusi rütbəyə görə əlavənin və xidmət illərinə görə əlavənin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Həmin məbləğ son üç il üzrə 2987,66 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2023-cü ilin sentyabr ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur. O, 1967-ci ildən 1972-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı Universitetində sənayenin planlaşdırılması ixtisası üzrə ali təhsil almışdır. xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1973-cü ildə sovet ordusunda həqiqi hərbi xidmətə getmiş, xx.xx.1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra xx.xx.1974-cü ildən yenidən əmək fəaliyyətinə davam etmiş, fəaliyyətinin 90 faizi dövlət qulluğu ilə bağlı olmuşdur. O, 41 il dövlət qulluğunda xidmət etmiş, 65 yaşına çatmağı ilə əla qədar xx.xx.2015-ci ildə işdən azad edilmişdir. Cavabdeh ona müraciət edərək, inventarlaşdırma nəticəsində əmək pensiyasının yenidən hesablanaraq 2167,87 manat məbləğində müəyyən olunmasını və artıq ödənilmiş əmək pensiyasının son 3 il üzrə məhdudlaşdırılaraq 2987,66 (2107,73+879,93) manat artıq pul vəsaitinin ödənildiyini bildirmişdir. Həmin 2987,66 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin iddiaçının pensiyasının artırmaq əvəzinə azaltması əsassız və qanunsuz olmuşdur. Belə ki, bütün hesablamalar üzrə maddi məsul şəxslər mövcuddur və həmin şəxslər öz işlərinə peşəkar yanaşmalıdırlar. Əgər, həqiqətən də, onlar tərəfindən hər hansı qanun pozuntusuna yol ve rilmişdirsə, məsuliyyəti də həmin şəxslər çəkməlidirlər. Həmçinin, məhkəmə qərarı əsasında pensiyadan və digər gəlirlərdən tutmalar aparılmalı olduğu halda, cavabdehin özbaşına və qanunsuz olaraq onun pensiyasından pul tutması qanun pozuntusu olmaqla, cəzalandırılmalı hərəkətdir. Belə ki, iddiaçı Vergilər Nazirliyindən pensiyaya çıxıb və həmin Nazirliyin verdiyi məlumat vərəqi əsasında ona pensiya təyin edilib. Bundan sonra 9 il ərzində hər hansı mübahisə olmayıb. Cavabdeh tərəfindən göndərilən ikinci məktubda isə artıq ödəmənin 3 il üzrə 2987,66 manat təşkil etdiyi göstərilib. İddiaçının dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15 %in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin olu duğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-27076/202 saylı məktubla imtina cavabı vermişdir. Pensiya təyin edilərkən iddiaçıya 1987-ci ildən 2015-ci ilədək olan dövr üzrə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 15 faiz pensiya təyin edilməsində nəzər alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq müəyyyən edilmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edər ək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarın icrası ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi, həmçinin dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15%-in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5036/2024 saylı, 22 may 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. Cavabd eh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 25 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq illərinə görə əlavəsi 57,75 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1217,91 manat, digər növ əlavələri 2,10 manat olmaqla orta aylıq əmək haqqı 2147,76 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 38 il 5 ay 15 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2147,76 manat) 80 faizi 1718,21 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına h ər ay 1795,70 manat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 2107,73 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 2167,87 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2265,64 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 879,93 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ona ümumilikdə 2987,66 (2107,73+879,93) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 2987,66 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub.

9. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(112)-5036/2024 saylı qərarı ilə (hakim X1) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən hər hansı qanun pozuntusuna yol vermədiyindən iddia tələbi təmin edilə bilməz.

11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5 (məruzəçi), X2 və X3) 2-1(103)-702/2025 nömrəli 06 mart 2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5036/2024 nömrəli, xx.xx.2024 -cü il tarixli qərarı qismən, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarın icrası ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi ləğv edilən hissədə təmin edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki. cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarın icras ı ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz. Belə ki, iddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə 3-17-1/3-3-18867/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar ilə pensiyanı yenidən hesablamışdır. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə 2014-cü ildə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmi n normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir.

14. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” xx.xx.2002-ci il tarixli Qanunda göstərilmişdir ki, bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edilir. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. Eyni zamanda iddiaçıya pensiya təyin edildiyi zaman əsas götürülmüş məvacibin nəzərə alındığı dövlərlər xx.xx.1993-xx.xx.1999-cu illər arası olmuşdur ki, həmin dövrlərdə də dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsinin hüquqi əsası belə mövcud olmamışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə istinad edərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

17. Belə ki, Qanunun 39.1-ci madd əsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 25 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq illərinə görə əlavəsi 57,75 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1217,91 manat, digər növ əlavələri 2,10 manat olmaqla orta aylıq əmək haqqı 2147,76 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 38 il 5 ay 15 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2147,76 manat) 80 faizi1718,21 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1795,70 m anat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 2107,73 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 2167,87 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2265,64 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 879,93 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ona ümumilikdə 2987,66 (2107,73+879,93) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 2987,66 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı nı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; … 1.0.15. əmək pensiyasının müəyyən edilməs i - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;... Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyy ətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davaml ı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam v ə obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.

2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə

35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üç ün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziy an vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilm əsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtlə ndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-318867/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarın icras ı ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi, həmçinin dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15%-in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir.

25. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbin əsassız hesab etsə də, işə iddiaçının apellyasiya şikayəti əsasında baxan apellyasiya instansiya məhkəməsinin qərarı ilə iddia qismən cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/202 3 saylı qərarın icrası ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi hissəsində təmin edilmişdir.

26. İddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

27. Cavabdeh isə iddianın təmin edilən hissəsindən kassasiya şikayəti verərək həmin hissədə apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu qeyd etmiş və ləğv edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası iddia tələbinin əsası və apellyasiya instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəlmiş olduğu nəticə ilə qismən razılaşmır və gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

29. İddia ərizəsindən göründüyü kimi iddiaçının hazırkı iddia tələbi 3 hissədən ibarət olmuşdur: a. “Əmək pensiyasının yenidən hesablanm ası barədə” xx.xx.2023-cü il tarixli 3-171/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi; b. xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarın icrası ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi; c. dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15%-in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi.

30. Dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15%-in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəf əyə ödənilməsi ilə bağlı tələbin apellyasiya instansiya məhkəməsi tərəfindən rədd edilməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu hissədə iddia tələbinə münasibət bildirməyəcək.

31. Məhkəmə kollegiyası cavabdeh tərəfindən kassasiya şikayətində mübahisələndirilən tələblərlə bağlı aşağıdakıları qeyd edir.

32. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən qəbul edilən “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-318867/2023 saylı qərarla müəyyən edilir ki, iddiaçıya ilk dəfə olaraq xx.xx.2014-cü il tarixdən yaşa görə pensiya təyin edilmiş, daha sonra təyin edilmiş pensiya - xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1718,21 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 2167,87 manat hesablanmışdır. Lakin i ddiaçıya münasibətdə pensiya ödəniş həyata keçirilərkən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş 1718,21 manat əvəzinə hər ay 1795 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 2167,87 manat əvəzinə hər ay 2265,64 manat pul ödənilmişdir. Cavabdeh hesab edir ki, yenidən hesablanma nəticəsində artıq ödənilmiş vəsait iddiaçıdan tutularaq dövlət büdcəsinə qaytarılmalıdır.

33. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla əlaqədar olaraq bildirir ki, qərarın məzmunundan da anlaşıldığı kimi iddiaçıya münasibətdə pensiyanın yenidən hesablanması xx.xx.2020-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə aparılmışdır. 34. xx.xx.2020-ci il tarixdə hesablanmış və xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən pensiya məbləğinin dü zgün ödənilməməsi ilə bağlı məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Əks yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı qərarında göstərilmiş hüquqi mövqeyə, eləcə də “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində təsbit edilmiş normalara zidd olar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydalarına uyğun olaraq ★★★ (üç ulduz) fərqləndirmə nişanı verilən 2-1(102)-3135/2024 saylı qərarda qeyd edilmişdir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamil ə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.

37. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. 38. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdi rdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

39. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə b ağlı təminatdır.

40. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. 41. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilm əsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatları n sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir.

42. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.

43. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il tarixdə bir inzibati icraat nəticəsində iddiaçı barəsində qəbul edilmiş və ona münasibətdə əlverişli inzibati akt hesab edilən cavabdeh tərəfindən qəbul edilmiş qərar 3 il keçdikdən sonra “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində təsbit edilmiş müddəalara zidd şəkildə iddiaçının mənafeyi əleyhinə ləğv edilə bilməz. Odur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində iddiaçıya 1718,21 manat əvəzinə səhvən hər ay 1795 manat ödənilməsi ilə bağlı dövlət büdcəsinə artıq ödənişlərin qaytarılmasını özündə əks etdirən cavabdehin şikayətinin dəlilləri əsaslı deyildir. Belə olan halda bu hissədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni hesab edilməlidir.

36. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq 2167,87 manat hesablansa da, səhvən xx.xx.2023-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 2265,64 manat pul ödənilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi bu hissədə cavabdehin mövqeyini qanunsuz hesab etmiş olsa da, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu h issədəki mövqeyi “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəalarına uyğun olduğundan əsaslıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı vəziyyətdə xx.xx.2023-cü il tarixdə inzibati orqan tərəfindən qəbul edilmiş qərar xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən və bu hərəkət (inzibati aktın ləğvi barədə qərarın qəbulu) əvvəlki qərarın qəbul edilməsindən 1 il keçməmiş baş verdiyindən cavabdehin qərarı əsaslı olmuşdur.

38. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarını cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın tam ləğv edilməsi barədə gəldi yi nəticəni xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən dövrə münasibətdə əsassız hesab edir.

39. Eyni zamanda cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 93.00 manat artıq pul ödənildiyindən cari ilin oktyabr ayından iddiaçının əmək pensiyasından 93.00 manat pul çıxılmaqla büdcəyə bərpa edilmişdir (cild 1, iş vər 10-11).

40. Məhkəmə kollegiyası cavabdehin bu hərəkətini “Əmək pensiyaları” haqqında Qanunun 39.1-ci maddəsinə zidd hesab edir. Belə ki, həmin maddənin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

41. Bu yanaşma eyni za manda xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən dövrlərlə bağlı ödəmələrə də aiddir. Başqa sözlə, cavabdehin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən dövrlərlə bağlı pensiyanı sonradan yenidən hesablaması qanuna uyğun olsa da, həmin dövr üzrə artıq ödənilmiş məbləği iddiaçının pensiyasından yalnız “Əmək pensiyaları” haqqında Qanunun 39.1-ci maddəsinə uyğun olaraq ya iddiaçının razılığı, ya da müvafiq məhkəmə qərarı əsasında tuta bilər.

42. Bəhs olunanlara əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddianın qismən təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 21(103)-702/2025 saylı qərarı qismən- iddianın xx.xx.2023-cü ildən hər ay 2265,64 manat hesablanıb İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddia xx.xx.2023-cü ildən hər ay 2167,87 manat pensiya ödənilməsinə dair “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi hissəsində təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 21(103)-702/2025 saylı qərarı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək pensiyanın hər ay 2265,64 manat ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar