Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2307/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X3rşı iş üzrə QƏRARİ Açar sözlər: yolun salınması kompensasiya ödənişi il bağlı mülkiyyətdə olan torpaq sahəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X3rşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2- 1(103)-177/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2016-cı il) əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı, sahəsi 0,12 ha olan bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı bağ sahəsinin (sənəd üzrə və faktiki sahəsi 0,12 ha) əsas döngə nöqtələrinin koordinatları:
1. X= 398837,11; Y= 4491058,22
2. X= 398831,82; Y= 4491030,61;
3. X= 398827,33; Y= 4491027,64;
4. X= 398795,36; Y= 4491029,5 olmuşdur.
3. Azərbaycan Respublikası Prezidentinin 2014- cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində iddiaçıya məxsus torpaq sahəsi tikinti altına düşmüşdür.
4. İddiaçı ərizə ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək yolun altına düşmüş bağ sahəsinin ½ hissəsinə görə kompensasiya ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh 05 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi X5 və İstismarı Birliyinin onunla imzalanmış 34959 saylı müqaviləsinə əsasən 05 may 2005-ci il tarixdə 10 il müddətinə istifadəsinə verilmiş və Azərbaycan Avtomobil X20 tərəfindən 2017-2018-ci illər ərzində “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi haqqında müqavilənin müddəti bitmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106 ş nömrəli bağ torpaq sahəsinin 1/2 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşdüyünə görə ona 60000 manat kompensasiya ödənilməsi vəzifəsinin cava bdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K bağ sahəsi iddiaçının mülkiyyətindədir. Həmin bağ torpaq sahəsinin 1/2 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı- Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi həyata keçirilən zaman həmin yolun altına düşmüşdür. 1 saylı Ərazi İdarəsi bağı mülkiyyətinə verərkən torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətini 10.000 manat dəyərində qiymətləndirmişdir. Mülkiyyətində olan bağ sahəsinin layihə əsasında çəkilmiş yolun altına düşmüş 1/2 ha hissəsinin kompensasiyasını cavabdehdən tələb etsə də, cavabdeh kompensasiya verməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslan dırmışdır ki, müqavilə üzrə bağ 10 il müddətinə istifadəsinə verilmişdir. 2017-2018-ci “Novxanı-PirşağıSahil yolu avtombil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin torpaq sahəsinin istifadəsinə verilməsi haqqında müqavilənin müddəti bitmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4919/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi bar ədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağın 400 kv.m hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə (hakim X15) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağ sahəsinin 0,04 ha hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh “Azərbaycan Avtomobil X 20” publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi tikinti altına düşdüyü üçün onun kompensasiya tələbi qanunidir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-177/2025 nömrəli iş üzrə 09 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X18 (məruzəçi), X19 və X26) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)21/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansi ya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35, 36-cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən imtina edilməmişdir. Sadəcə olaraq bu məsələ vəsait ayrıldığı zaman öz həllini tapacaq. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda iddiaçının mülkiyyəti ndə olan torpaq sahəsinin “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, layihə çərçivəsində işlərin dayandırıldığı tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunağı bildirmişdir.
19. Eyni zamanda qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına əhəmiyyət verməmiş, ərazinin situasiya planının tərtib edilməsi üçün cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hü quq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təş əbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirak çılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi dax ilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü v ə 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı m übahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Əvvəla qeyd edilməlidir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin məzmunu ziddiyyətlidir. Belə ki, cavabdeh bir tərəfdən torpaq sahəsinin iddiaçıya məxsus olmasını, bu sahənin tikinti altı sahəyə düşdüyünü etiraf edir və tikinti layihəsinin dayandırılmasını əsas gətirərək tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsinin bərpa olunacağını qeyd edir. Digər tərəfdən isə eyni kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərə findən kifayət qədər ətraflı araşdırılma aparılmadığını, ərazinin situasiya planının tərtib edilməsi üçün cəhd göstərilmədiyini, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilmədiyini bildirir.
31. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, tikinti altına düşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və bu iş materiallarında olan çıxarışla təsdiq edilir.
32. Eyni zamanda iş materiallarına əlavə edilmiş X21 və X17 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 77 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: SUAL: Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmu ş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin (torpaq sahəsi 0,12 ha) neçə kv.m hissəsi, yolun tikintisi altına düşür (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla)? Mütəxəssis qarşısında qoyulmuş sual iddiaçının nümayəndəsinin iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırılmışdır. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının orto foto görüntülərinə və Ləhiş bağ sahələrinin sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin 500 kv.m hissəsi, yolun tikintisi altına düşür (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir: Azərbaycan Respublikası Prez identinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “20142016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla) 500 kv.m hissəsi, yolun tikintisi altına düşür. "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşən hissənin döngə nöqtələrinin koordinatları:
1. X= 398801,56; Y= 4491064,80;
2. X= 398837,11; Y= 4491058,22;
3. X= 398834,67; Y= 4491045,47;
4. X= 398799,00; Y= 4491050,24 (cild 1, iş vər 108-110).
33. Beləliklə, torpaq sahəsinin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olması çıxarışla, məhz həmin torpaq sahəsinin tikintialtı sahəyə düşməsi isə yuxarıda qeyd edilən mütəxəssis rəyi ilə təsdiq edilir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi mülkiyyət və onun müdafiəsi, mühafizəsi konstitusion hüquq olduğundan ona hər hansı müdaxilə mülkiyyətçiyə kompensasiya ödənilməsi halı istisna olmaqla yol verilməzdir.
35. Cavabdeh eyni zamanda kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Avtomobil X20 tərəfindən həyata keçirilən "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əml akın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus 0,12 ha torpaq sahəsindən 0.6 ha yox, cəmi 401.18 kv.m. hissəsi yolun tikinti altına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18 053,10 manat kompensasiya hesablanmışdır.
36. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş bu məqamla bağlı da onu qeyd edir ki, iddiaçının iddia tələbi də məhz Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağın 400 kv.m hissəsinə də yönəlmişdir.
37. Beləliklə, torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla tikinti altı sahəyə düşdüyündən iddia tələbi əsaslıdır.
38. Eyni zamanda cavabdeh bildirir ki, müstəqil qiymətləndirici tərəfindən əmlaka dəymiş ziyana görə 18.053,10 manat kompensasiya hesablanmışdır.
39. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh kassasiya şikayətində birbaşa qeyd etməsə də, dolayı yolla iddiaçıya vurulmuş ziyana görə 18.053,10 manat kompensasiya ödənilməsini ədalətli hesab etmişdir.
40. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar əsasında iddiaçının tələb etdiyi kompensasiya məbləğinin ağlabatan və ədalətli olduğu müəyyən edilmişdir. Kompensasiya məbləğinin düzgün müəyyən edilməsi ilə bağlı araşdırmalar aşağıdakı kimi olmuşdur: 41. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 01/620 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixl i, 2-1(112)-333/2020 nömrəli müraciətinə əsasən ekspertlər tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya RX № 1521389, qeydiyyat tarixi: xx.xx.2019-cu il) əsasında, X16 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin bir sotunun bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar n əticəsində məlum olmuşdur ki, X16 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə olan bir sotunun bazar dəyəri: 8 000 (səkkiz min) manat, Ümumilikdə (0.12 ba) bazar dəyəri: 96 000 (doxsan altı min) manat təşkil edir.
42. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışlar: 1. xx.xx.2019-ci il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həy ata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanılmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir.
1. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2019.
2. Daşınmaz əmlakın növü: Torpaq sahəsi
3. Obyektin ünvanı: ünvan 1 ölçüsü: 0,1025 ha. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınm aqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-ci il tarixinə bazar dəyəri 103000 (yüz üç min) manat təşkil edir. Qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Milli və X2 tələblərinə uyğun olaraq aparılmışdır. 2. xx.xx.2019-ci il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi d övriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir.
1. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2019
2. Daşınmaz əmlakın növü: Torpaq sahəsi
3. Obyektin ünvanı: ünvan 2 ölçüsü: 0.0827 ha Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-c i il tarixinə bazar dəyəri 83000 (səksən üç min) manat təşkil edir.
43. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilmiş ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin 1 sotunun bazar qiymətinin müəyyən edilməsi barədə 117 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin 1 sotunun bazar qiyməti qiyməti – 8000 (səkkiz min) AZN müəyyən edilmişdir.
44. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-16-5/2-11-1087/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: 1. ünvan 4i ünvanında yerləşən, üm umi sahəsi 0.1 ha olan torpaq sahəsinin 17250 manata; (xx.xx.2021-ci il tarixli müqavilə) 2. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin 23500; (xx.xx.2023-cü il tarixli müqavilə) 3. ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin 130000 manata; (xx.xx.2022-ci il tarixli müqavilə) 4. ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0 08 ha olan torpaq sahəsinin 34000 manata satılması barədə müqavilələr rəsmiləşdirilmişdir (xx.xx.2019-cu il tarixli müqavilə).
45. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X9 məxsus hissəsindən tam hissə X11 mülkiyyətinə verilmişdir.
46. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X12 məxsus hissəsindən tam hissə X4 mülkiyyətinə verilmişdir.
47. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X13 məxsus hissəsindən tam hissə X14 mülkiyyətinə verilmişdir.
48. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X6 məxsus hissəsindən 0,05 ha X7 mülkiyyətinə verilmişdir.
49. Eyni zamanda məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi dövlət ehtiyacları üçün ondan 2017-ci ildə alınmışdır.
50. Apellyasiya instansiya məhkəməsi tərəfindən 2016-2017-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahələrinə dair bağlanan alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin və həmin alqı-satqı müqavilələrində müəyyən olunmuş torpağın 1 kv.m-nin qiyməti barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq müəyyən edilmişdir ki, 2017-ci il ərzində (yuxarıda adı çəkilən layihənin icrası ilə bağlı torpaqların dövlət ehtiyacı üçün alındığı dövrdə) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahələri ilə bağlı notariat hərəkətlərinə dair məlumatlar bu şəkildə olmuşdur: 0.05 ha torpaq sahəsi 26.500 manata; 0.12 ha torpaq sahəsi 162.000 manata; 0.054 ha torpaq sahəsi 100.000 manata; 0.05 ha torpaq sahəsi 15.000 manata; 0.14 ha torpaq sahəsi 133.000 manata; 0.06 ha torpaq sahəsi 20.000 manata rəsmiləşdirilmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini hazırkı iş üzrə əsaslı hesab edərək bildirir ki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən 400 kv.m. hissəsinin dövlət ehtiyacı üçün alındığı dövrdə, yəni 2017-ci ildə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrində qeyd edilmiş məlumatlar üzrə orta qiyməti - 0.01 ha torpaq sahəsinin 7.500 manata rəsmiləşdirildiyindən iddiaçıya məxsus torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən 0,04 ha hissəsinə görə kompensasiya hesablanan zaman həmin qiymətin götürülməsi daha məqsədəmüvafiqdir. Odur ki, iddiaçının mühafizə zolağına düşən və iddiasınd a tələb etdiyi 400 kv.m. torpaq sahəsinə görə 30.000 manat kompensasiyanın (0,01 ha -- 7500 manat olduğu halda, 0,04 ha -- x; x = 0,04 ha x 7500: 0,01 = 30000 manat) ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir.
52. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4919/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair zərurət olmamışdır.
54. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...
24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına t əsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün İşə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabə r hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin ist inad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur....
27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəx slərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur....
32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslə r ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.
33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, z əruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....
36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.
37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayd a olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə al ındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya b aşqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf ar asındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....
46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....
53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin hallan, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasə n inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.
55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutu r. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.
56. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş və ya qəbul ediləcək məhkəmə aktları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur, onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar mövcud deyildir.
57. Beləliklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması üçün hər hansı əsas olmadığından onların hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Avtomobil X20 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 21(103)-177/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Qərar qətidir.