Məhkəmə qərarları › İş №2-1(102)-2310/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2310/2025

02.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2310/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: Başqa ölkə vətəndaşlığını qəbul etmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının yolverilməzliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmə tinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2025-ci il tarixli, 21(103)-1150/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 dekabr 2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1959-cu ildə Azərb aycan Respublikasının Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. İlkin olaraq doğum haqqında şəhadətnaməsində soyadı, adı və ata adı İddiaçı kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2004-cü il tarixli, 2-1730/2004 nömrəli qətnaməsindən də göründüyü kimi, iddiaçı adını və ata adını əvvəlcə, X1 dəyişmiş, daha sonra isə məhkəmə qərarı ilə yenidən İddiaçı adına və ata adına qayıtmışdır. Hal-hazırda onun hər iki ad və ata adı ilə, yəni həm İddiaçı, həm də X2 adına sistemdə şəxsiyyət vəsiqələri görünür. Halbuki, dövlət və o cümlədən də məhkəmə orqanları tərəfindən verilmiş sənədlərə əsasən əslində hal-hazırda yalnız İddiaçı adına şəxsiyyət vəsiqəsi mövcud olmalıdır. Şəxsiyyət vəsiqəsi hal-hazırda deaktiv edilmişdir və o, özünə m əxsus şəxsiyyət vəsiqəsindən istifadə edə bilmir. İddiaçı bununla əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və İddiaçı soyad, ad və ata adı ilə mövcud olan şəxsiyyət vəsiqəsinin statusunun İAMAS-da aktiv edilməsi və yeni nəsil şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə olunmasını xahiş etmişdir. Həmin işlə bağlı Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli məktubda aparılmış araşdırma nəticəsində onun Azərbaycan Respublikasının vətəndaşı olmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı cavabdehə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Lakin cavabdehin 22 dekabr 2023-cü il tarixli, ******* nömrəli qərarı ilə xx xxx 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçı 1994-cü ildən Azərbaycanda daimi yaşayış yeri üzrə qeydiyyatdadır, Azərbaycanın Masallı rayonunda anadan olmuşdur. İddiaçının ata və anası Azərbaycan Respublikasının vətəndaşlarıdır və 2014-cü ildən sonra tərəfindən heç bir ölkənin vətəndaşlığını qəbul etməmişdir. Cavabdeh isə ona təqdim edilmiş sənədləri, xüsusilə də Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli və Bakı şəhər Səbail rayon Polis İdarə sinin 11 sentyabr 2023-cü il tarixli, 47/2-25301 nömrəli məktublarını araşdırmadan, iddiaçının 07 oktyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı qənaətinə gələrək, onun vətəndaşlıq mənsubiyyətini tanımamışdır.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 10 oktyabr 2024-cü il tarixli 2-1(112)-6012/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 08 may 2025-ci il tarixli, 2-1(103)1150/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası mə hkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, ünvan 2 ünvanında, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. İddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması öz təsdiqini tapır. Yəni cavabdeh təşkilatın bu kontekstə gətirdiyi arqumenti məhkəmə əsassız sayır. Lakin o da nəzərə alınmalıdır ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir və hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Bu isə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən vətəndaşlığa mənsubiyyət barədə arayışın verilməsini istisna edir. Yuxarıda sadalanan maddi hüquq normalarından görünür ki, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Hazırkı halda qeyd olunan normaların tələbləri baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin edilməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrü bəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməs i və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-373/2024 nömrəli; xx.xx.2025-ci il tarixli 21(102)-234/2025 nömrəli; xx.xx.2025-ci il tarixli 2-1(102)-1482/2025 nömrəli) hüquqi mövqe ondan ibarət olmuşdur ki, “iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, bu vətəndaşlığı könüllü olaraq qəbul etmişdir. Belə ki, o, hazırkı vaxtadək bu halı mübahisələndirməmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh inzibati orqanın imtinası qanuni, iddiaçının tələbi isə əsassızdır”.

12. Qanunvericiliyin tələbinə və formalaşmış məhkəmə təcrübəsinə görə, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Hazırkı halda da, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağ lı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

15. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddianın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasl ardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2025-ci il tarixli, 21(103)-1150/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar