Məhkəmə qərarları › İş №2-1(102)-2314/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2314/2024

01.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2314/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi yoxlaması üzrə qərarın mübahisələndirilməsi; bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1079/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əsas fəaliyyəti yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olmaqla xx.xx.2016-cı tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. 2. “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli qərarla cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin 4-cü rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 758514,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. 3. “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli qərarla cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin 1-ci rübü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 104375,25 manat sadələşdirilmiş vergi hesablanmışdır.

4. Cavabdeh məhkəmə sorğusuna cavab məktubunda qeyd etmişdir ki, iddiaçıya kameral qaydada 2017-ci ilin 4-cü və 2019-cu ilin 1-ci rübləri üzrə sadələşdirilmiş verginin hesablanması vergi orqanında olan uçot-baza məlumatlarına əsasən həyata keçirilmiş və vergilərin hesablanması zamanı 2017-ci ilin 2-ci rübü üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləği nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli və xx.xx.2019-cu il tarixli **********167400 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında 2017-ci ilin 2-ci rübündə 5 mərtəbəli yaşayış binasının tikintisinə başlamış və cavabdehə müvafiq bəyannaməni təqdim etmişdir. Hesablanmış 440336 manat vergi 10 rübə bölünməklə hər rübə 44033,63 manat təşkil edirdi. 2018-ci ilin aprel ayının 20-də (2018-ci ilin 2-ci rübü) iddiaçı sözügedən ünvanda inşa etdiyi 5 mərtəbəli çoxmənzilli yaşayış binas ının 10 mərtəbəli olmasına icazə alaraq inşaatı davam etdirmişdir. İddiaçı cavabdehə müraciət etməklə vergi uyğunsuzluğunun yaranmaması üçün ödəyəcəyi verginin hesablanmasını və müvafiq bəyannaməni həmin hesablama əsasında verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh heç bir yoxlama barədə xəbərdarlıq etmədən iddiaçıya 2017-ci ilin 4-cü rübünə 758514,4 manat və 2019-cu ilin 1-ci rübünə isə 104375,25 manat vergi borcu hesablamışdır. Analoji verginin hansı əsasla tətbiq edilməsi barədə cavabdeh tərəfindən heç bir inzibati akt nə yaşadığı ünvana, nə də internet vergi portalına göndərilməmişdir. Cavabdeh vergi orqanının bu formada hesablama aparması qanunvericiliyə tamamilə ziddir və vergi orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Cavabdehin etirazları:

7. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində iddiaçı tərəfindən ünvan 2 ünvanında ümumi sahəsi 10708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyin dən xx.xx.2019-cu il tarixə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 4-cü rübü üçün 758514,38 manat analoji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Eyni zamanda, aparılmış araşdırmalar nəticəsində iddiaçı tərəfindən ünvan 2 ünvanında ümumi sahəsi 1066,3 kv.m olan qeyri-yaşayış tikintisinin 2019-cu ilin 1-ci rübündə başlanılmasına baxmayaraq, 2019cu ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb ed ilməsi haqqında” xx.xx.2019-cu il tarixli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2019-cu ilin 1-ci rübü üçün ümumi sahə - 1066,3 kv.m, o cümlədən yaşayış - 106,3 kv.m, qeyri-yaşayış - 960 kv.m müəyyən edilməklə, aşağıdakı qaydada hesablama aparılmışdır: yaşayış üzrə: 106,3*1,5*45=10820,2 manat; qeyri yaşayış üzrə: 960*1,5*45*1,5=97200 manat, cəmi hesablama: 10820,2+97200=108020,2 manat analoji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağ lı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə icraatında ekspertiza

8. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ilkin ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9A ünvanında yerləşən 10 mərtəbədən, hər bir mərtəbədə 6 mənzildən ibarət yaşayış binasının yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ümumi sahəsi 14934,7 kv.m, o cümlədən yaşayış sahəsi 11413 kv.m və zirzəminin əsas sahəsi 1754,6 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 1767,1 kv.m təşkil edir. Tədqiq olunan binanın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinə (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin vergitutma obyekti olan sahəsinin ümumi sahəsi 14934,7 kv.m, o cümlədən yaşayış sahəsi 11413 kv.m, zirzəminin əsas sahəsi 1754,6 kv.m, qeyri-yaşayış sahəsinin əsas sahəsi 1767,1 kv.m təşkil edir. İddiaçı tərəfindən sözügedən ünvanda inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ü mumilikdə 1126949,63 manat məbləğində müəyyən olunur. Yəni xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli və xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli qərarlarla hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırkı tədqiqatla yeni qaydalarla vergilər hesablanmadı. Belə ki, vergi məbləğlərinin hesablanmalı olduğu dövrdə həmin qaydalar qüvvədə olmamışdır. Hazırkı hesablamalar vergi orqanı və vergi ödəyicisi tərəfindən istinad olunmuş qaydalar əsasında aparılmışdır.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli son ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat zamanı iş materiallarında olan şəxsi hesab vərə qəsindən və vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi 2017-ci ilin 2-ci rübü üzrə bəyannaməndən göründüyü kimi, büdcəyə 440336,25 manat məbləğində BTFSV hesablanmışdır. Eyni zamanda, təqdim edilmiş iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli qərardan və şəxsi hesab vərəqəsindən göründüyü kimi, vergi orqanı tərəfindən əlavə olaraq 758514,38 manat məbləğində vergilər hesablanmışdır. Tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9A ünvanında inşa edilmiş yaşayış binasının 5-10-cu mərtəbələrinin bina tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləği 385188,75 manat müəyyən edilir, o cümlədən: 5706,5 (yaşayış sahəsi 5-10-cu mərtəbələr üzrə) x 45 x 1,5 (zona əms alı) = 385188,75 manat. İş üzrə verilmiş ilkin ekspert rəyində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9A ünvanında aparılan tikinti işlərinin sahəsi və hesablanmasını öz əksini tapmışdır. Həmin rəydə göstərilənlər nəzərə alınmaqla vergi orqanı tərəfindən xx.xx.2019cu il tarixli, **********181600 nömrəli və xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli qərarlarla hesablanmış vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin düzgünlüyü müəyyən edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-229/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli və xx.xx.2019-cu il ta rixli, **********167400 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticəni törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmamışdır. Mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Göründüyü kimi, istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərarlar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir.

12. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il ta rixli, **********181600 nömrəli qərardan göründüyü kimi, həmin qərar əsasında iddiaçıya 2017-ci ilin 4-cü rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 758514,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. Cavabdeh inzibati orqan həmin qərar əsasında hesablama apararkən vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanında ümumi sahəsi 10708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyinə istinad etmişdir. İddiaçı isə hesablanmış vergi məbləğinin əsassız olduğunu iddia edərək bu halı onunla əsaslandırır ki, ünvan 2 ünvanında inşa olunmuş tikili 10 mərtə bəli bina olsa da, onun 1-5-ci mərtəbələri ilə bağlı hesablanmış sadələşdirilmiş vergi məbləği artıq ödənilmiş, digər 6-10-cu mərtəbələrinin tikintisi xx.xx.2018-ci il tarixdən sonra başladığından həmin tikili ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsinin 2017-ci ilin 4-cü rübü üçün təqdim edilməsi mümkün deyil.

13. Məhkəmə iddiaçının qeyd etdiyi hallar ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinti X1 Agentliyi tərəfindən təsdiq edilmiş sınaq nəticələrindən göründüyü kimi, sözügedən ünvanda yerləşən binanın 1-ci blokun 6-cı mərtəbəsinin betonlanması zamanı əmtəə betonundan götürülmüş nümunələrin texniki şərtlərə uyğunluğu müəyyən edilmişdir. Göründüyü kimi, həmin sınaq nəticələri tikilinin 6-cı mərtəbəsinin betonlanmasının xx.xx.2018-ci il tarixdən həyata keçirildiyini göstərir ki, bu hal öz növbəsində cavabdehin iddia etdiklərini təkzib edir və iddiaçının əsaslandırmasının əsaslı olduğunu göstərir. Başqa sözlə, cavabdeh sözügedən ünvanda inşa olunmuş tikilinin 10 mərtəbəsinə görə iddiaçının 2017-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə əsaslansa da, tikilinin 1-5-ci mərtəbələrinə görə sadələşdirilmiş verginin ödənildiyini, digər 6-10-cu mərtəbələrinin tikilməsinin isə xx.xx.2018-ci il tarixdən sonraya aid olduğunu nəzərə almamış, bununla da əsassız olaraq iddiaçıya 758514,38 manat məbləğində sadələşdirilmiş vergi hesablamışdır.

14. Həmçinin, cavabdeh məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçıya kameral qaydada 2017-ci ilin 4-cü və 2019-cu ilin 1-ci rübləri ü zrə sadələşdirilmiş verginin hesablanması vergi orqanında olan uçot-baza məlumatlarına əsasən həyata keçirilmiş və vergilərin hesablanması zamanı 2017-ci ilin 2-ci rübü üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləği nəzərə alınmışdır. Lakin ekspert rəyində bu hal öz əksini tapmamışdır. Belə ki, son ekspert rəyindən də göründüyü kimi vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış 758514,38 manat məbləğində vergi sözügedən ünvanda inşa olunmuş tikilinin 10 mərtəbəsi ilə bağlı olmuş, yaşayış binasının 5-10-cu mərtəbələrinin tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləği 385188,75 manat müəyyən edilmişdir. Göründüyü kimi, təqdim olunmuş ekspert rəyindən də aydın olur ki, cavabdeh iddiaçı barəsində 758514,38 manat vergi hesablayarkən yaşayış binasının 1-5ci mərtəbələrinə gö rə vergi məbləğlərinin ödənildiyini nəzərə almamış, əksinə yenidən eyni hesablamanı apararaq təkrarən iddiaçını vergiyə cəlb etmişdir.

15. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi, iddiaçı sözügedən ünvanda inşa olunmuş tikilinin 1-5-ci mərtəbələrinə görə 2017-ci ilin 2-ci rübündə 440336,25 manat məbləğində sadələşdirilmiş vergini ödədiyindən (bu hal mübahisə doğurmur), vergi orqanı tərəfindən yenidən həmin tikintiyə görə sadələşdirilmiş vergi bəyannaməsinin tələb edilməsi və eyni hərəkətə görə onun yenidən vergi məsuliyyətinə cəlb edilməsi Vergi Məcəlləsinin 53.2-ci maddəsinin müddəalarının pozulmasına səbəb olur.

16. Digər tərəfdən, hər nə qədər ekspert 5-10-cu mərtəbələrin bina tikintisi ilə əlaqədar sadələşdirilmiş vergi məbləğinin 385188,75 manat müəyyən edildiyini müəyyən etsə də, bu hal mübahisələndirilən qərarın tam ləğv edilməsini istisna etmir. Belə ki, mübahisələndirilən qərardan da göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı barəsində hesablanmış 758514,38 manat sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Halbuki, bir daha da qeyd olunur ki, tikilinin 6-10-cu mərtəbələrinin tikintisi xx.xx.2018-ci il tarixdən başlanıldığından, həmin tikiliyə görə sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmək mümkün deyil. Yəni iddiaçının 6-10-cu mərtəbələrin tikintisi ilə əlaqədar dövlət büdcəsinə sadələşdirilmiş vergi borcunun olubolmamasından asılı olmayaraq, hazırkı mübahisələndirilən qərarın mahiyyəti 2017-ci ilin 4cü rübünə görə hesablanmış vergi ilə bağlı olduğundan və məhkəmə məhz qərarın əsaslığını həmin dövr ə görə iddiaçının borcunun olub-olmamasından asılı etdiyindən və iddiaçının həmin dövr üçün sadələşdirilmiş vergi borcu olmadığından, mübahisələndirilən qərarın əsassız olduğu müəyyən edilir. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********181600 nömrəli qərarın əsassız olduğu müəyyən edildiyindən, həmin qərar tam şəkildə ləğv olunmalıdır.

17. Mübahisələndirilən digər – xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli qərardan göründüyü kimi, həmin qərar 2019-cu ilin 1-ci rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış 104375,25 manat sadələşdirilmiş vergi ilə bağlıdır. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdeh mübahisələndi rilən qərarlarda sadələşdirilmiş vergi məbləğini hesablayarkən əlaqəli məlumatlara istinad etdiyini göstərmişdir. Halbuki, məhkəmə araşdırması zamanı cavabdeh “əlaqəli məlumatlar” ifadəsinin hansı məlumatları ehtiva etdiyini, ümumiyyətlə bu məlumatların nə ilə bağlı olduğunu sübut edə bilməmişdir. Digər tərəfdən isə cavabdeh 2019-cu ilin 1-ci rübünə görə iddiaçıya 104375,25 manat sadələşdirilmiş vergi hesablasa da, həmin verginin hansı tikili ilə bağlı olduğunu sübut edə bilməmişdir.

18. Beləliklə, cavabdeh hər iki qərarı qəbul edərkən ümumiyyətlə əlaqəli məlumatların, son qərarda isə ümumiyyətlə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının əsasında duran halın nə olduğunu sübut edə bilmədiyindən, ekspert rəyində isə cavabdehin hesablamalarının səhv olduğu müəyyən edildiyindən, sözüged ən inzibati akt (qərar) ləğv olunmalıdır.

19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1079/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlillər inin əsasını onun iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli ol araq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin dü zgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinq... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsas ında keçirilir.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılm az şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.... Maddə

218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:... 218.1.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər ) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.... 218.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.... Maddə

219. Vergitutma obyekti... Maddə 219.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evləri nin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.... Maddə

220. Sadələşdirilmiş verginin dərəcəsi... 220.8 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. 220.8.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerlə şdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur: 7,8,9-cu zonalarda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal – 1,5.... 220.8-1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddə

221. Sadələşdir ilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi... 221.5 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uy ğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şi kayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı əsas fəaliyyəti yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olmaqla xx.xx.2016-cı tarixdə vergi ödəyicisi kimi dövlət qeyd iyyatına alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli və xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli qərarlarla iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən müvafiq olaraq 2017-ci ilin 4-cü rüb üzrə 758514,38 manat və 2019-cu ilin 1-ci rübü üzrə isə 104375,25 manat sadələşdirilmiş vergi məbləğləri hesablanmışdır.

31. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli qərar əsasında hesablama apararkən vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanında ümumi sahəsi 10708,5 kv.m olan binanın tikintisinin 2017-ci ilin 4-cü rübündə başlanılmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyinə istinad etmişdir. İddiaçı isə sözügedən ünvanda inşa olunmuş tikilinin 10 mərtəbəli bina olsa da, onun 1-5-ci mərtəbələri ilə bağlı hesablanmış sadələşdirilmiş vergi məbləğinin artıq ödənildiyini, digər 6-10-cu mərtəbələrinin tikintisi isə xx.xx.2018-ci il tarixdən sonra başladığından həmin tikili ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsinin 2017-ci ilin 4-cü rübü üçün təqdim edilməsinin mümkün olmadığını qeyd etmişdir.

32. İş üzrə aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh sözügedən ünvanda inşa olunmuş tikilinin 10 mərtəbəsinə görə iddiaçının 2017ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsinə əsaslansa da, tikilinin 1-5-ci mərtəbələrinə görə sadələşdirilmiş verginin ödənildiyini, 6-10cu mərtəbələrin ti kilməsinin isə xx.xx.2018-ci il tarixdən sonraya aid olduğunu nəzərə almamış, bununla da əsassız olaraq iddiaçıya 758514,38 manat məbləğində sadələşdirilmiş vergi hesablamaqla onu təkrarən vergiyə cəlb etmişdir.

33. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində hesablanmış 758514,38 manat sadələşdirilmiş vergi məbləğini 2017-ci ilin 4-cü rübünə aid etmiş, məhkəmə araşdırması nəticəsində sözügedən tikilinin 6-10-cu mərtəbələrinin tikintisinin isə xx.xx.2018-ci il tarixdən başlanıldığı müəyyən edilmişdir. İddiaçının 6-10-cu mərtəbələrin tikintisi ilə əlaqədar dövlət büdcəsinə sadələşdirilmiş vergi borcunun olubolmamasından asılı olmayaraq, qeyd edilən qərarın mahiyyəti 2017-ci ilin 4-cü rübünə görə hesablanmış vergi ilə bağlı olduğundan və iddiaçının həmin dövr üçün sadələşdirilmiş vergi borcunun olmadığı müəyyən edildiyindən, apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin qərarın əsassız olduğunu qeyd etmişdir.

34. Cavabdehin mübahisələndirilən digər – xx.xx.2019-cu il tarixli, **********167400 nömrəli qərarı isə 2019-cu ilin 1-ci rüb üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış 104375,25 manat sadələşdirilmiş vergi ilə bağlıdır. Cavabdeh qeyd edilən sadələşdirilmiş vergi məbləğini əlaqəli məlumatlara istinad edərək hesabladığını bildirsə də, məhkəmə araşdırması zamanı “əlaqəli məlumatlar” ifadəsinin hansı məlumatları ehtiva etdiyini, ümumiyyətlə bu məlumatların nə ilə bağlı olduğunu eləcə də, həmin verginin hansı tikili ilə bağlı olduğunu sübut edə bilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh hər iki qərarı qəbul edərkən ümumiyyətlə əlaqəli məlumatların, son qərarda isə ümumiyyətlə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının əsasını sübut edə bilmədiyindən, iş üzrə verilmiş ekspert rəyində isə cavabdehin hesablamalarının səhv olduğu müəyyən edildiyindən, sözügedən inzibati aktlar ləğv olunmalıdır.

36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını inandırıcı və mötəbər dəlillərlə sübut etmək vəzifəsi cavabdehə aiddir. Cavabdeh sadəcə borcun mövcudluğunu bild irməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək, hesablanma qaydasını əsaslandırmaq vəzifəsi daşıyır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2105/2022 nömrəli qərarı)

37. Beləliklə, hazırkı işdə mübahisələndirilən qərarlarla hesablanmış vergi borcunun yaranmasını cavabdeh qeyd edilən qaydada əsaslandıra bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1079/2024 nömrəli q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar