Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2318/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)2092/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının ünvanlı sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2024-cü il tarixli, **********20701 nömrəli müraciətinin təmin edilməsindən “Sahibkarlıq fəaliyyəti üzrə sahənin düzgün seçilməməsi” və “X1 12 aydakı gəlirləri barədə tam olmayan məlumatların təqdim edilməsi” səbəbinə istinadla cavabdeh tərəfindən imtina edilmişdir.
2. Bundan sonra, iddiaçının VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********20702-197 nömrəli müraciətinə ailənin ərizə-bəyannamədə göstərdiyi faktiki yaşayış ünvanının düzgün qeyd edilməməsi və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə maddi-məişə t şəraitinin müayinəsindən sonra imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3, 6, və 10-cu maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 20, 23, 71-ci maddələrinə və İnzibati Prosessual Məcəlləsinin 2.2.3; 34.1 və 45-47-ci maddələrinə əsasən, cavabdehin üzərinə müəyyən hərəkətlər, yəni aztəminatlı ailəsinə ədalətli sosial yardımın təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı bildirir ki, əvvəldən ünvanlı sosial yardım almaqda çox çətinliklər çəkmiş, hətta uşaqların iki si 18-20 yaşlarına çatıb artıq sosial yardım onlara cəmi iki üç dəfə təyin olmuşdur. Nəhayət 2023-cü ilin iyulun 4-də onlara sosial yardım təyin olunmuşdur, daha sonra isə on iki ay olmadan onuncu ayda onlara xəbər vermədən sosial yardımı dayandırdılar. Buna səbəb anadan işləməsini tələb olunduğunu dedilər, 2024-cü ilin fevral ayının sonunda aylıq müavinətini verdikdən sonra mart ayının birindən sosial yardımlarını dayandırmışlar. 2024-cü ilin qanunvericiliyində anadan iş tələbi ləğv edilmişdir, buna baxmayaraq bu tələblə qanunu pozmuşlar.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli, № 2-1(112)-11640/2024 saylı qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X6 əsl İddiaçı ilə əvəz olunmuşdur.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********20701 nömrəli müraciəti qurumlarla yoxlanılmışdır. Yoxlama nəticəsində:
1. Sahibkarlıq fəaliyyəti üzrə sahənin düzgün seçilməməsi səbəbindən - belə ki, təmsilçinin övladı X7 “Sabit vergi ödəyicisi” olmasına baxmayaraq qeyd olunan müraciətdə vergi ödəyicisinin fəaliyyət növü olaraq “Sadələşdirilmiş vergi ödəyicisi” seçmişdir.
2. Ailə üzvü X2 12 aydakı gəlirləri barədə tam olmayan məlumatların təqdim edilməsi - Ailə üzvü vergi orqanında müvafiq qaydada qeydiyyatdan keçməsinə baxmayaraq məlum olmayan səbəblərdən onun əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti olmamış və ya digər vergi tutulan əməliyyat aparmamışdır. Ailə üzvünün sahibkarlıq fəaliyyətindən əldə etdiyi faktiki gəlirləri vergi və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş sənədlərlə təsdiq edilmir. Bu səbəbdən ailənin gəlirinin və ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün hesablanması mümkün deyildir. Əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti olmayan və ya digər vergi tutulan əməliyyat aparmayan sahibkarın üzv olduğu ailənin orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailəyə aid olmasını müəyyən etmək mümkün deyildir. Təmsilçinin övladı X7 vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixindən fəaliyyət göstərməyə başlamışdır. “Ünvanlı sosial yardım haqqında” Qanunun 10-cu maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2- ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələ bi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-1985/2025 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il t arixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ərinin əmək haqqı barədə məlumat - ailənin gəlirləri barədə məlumatın təsdiq edilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçının ərinin əmək haqqındakı fərq və onun əmək pensiyaçısı olmaması son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cava bdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-2092/2025 nömrəli qərarı ilə (hakimlər: C.Məmmədov - sədrlik edən, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ünvanlı dövlət sosial yardım təyinatı tarixi “xx.xx.2024-cü” il göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Ver gi Xidmətinin məhkəmə sorğusuna əsasən verdiyi cavab məktubundan bəlli olmuşdur ki, iddiaçının ailə üzvü hesab edilən Hökümə Zaqarova hal-hazırda vergi ödəyicisidir. Qeyd olunun hal cavabdehin Hökümə Zaqarovanın keçmiş vergi ödəyicisi olması və onun aktiv vergi ödəyicisi qismində qeyd olunmasının düzgün olmaması ilə bağlı gətirdiyi arqumenti əsassız edir və iddiaçının müraciətində yazılan məlumatın həqiqətə uyğun olmasına dəlalət edir. Cavabdeh təşkilatın Hökümə Zaqarovanın VÖEN olduğu müddətdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri barədə məlumatın verilməməsi ilə bağlı gətirdiyi arqumenti də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Hökümə Zaqarovanın VÖEN-nin olması onu mütləq şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsas sayıla bilməz. Belə ki, şəxsin VÖEN-i şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına vəzifə deyil, hüquq verir. Ona görə də H.Zaqarovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan gəlirləri barədə məlumatın gizlədilməsinə dair gətirdiyi arqumentlə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil təqdim edilmədiyinə görə məhkəmə kollegiyası həmin arqumenti cavabdehin şəxsi mülahizəsi kimi qəbul edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatdığına görə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, VÖEN-nin olub-olmaması, gəlirinin olub-olmaması ilə bağlı məlumatlar onun tərəfindən daha düzgün cavablandırıla bilərdi. Lakin həmin məlumatları artıq yetkinlik yaşına çatmış şəxsin valideyini tərəfindən verilməsi həmin məlumatın qeyri-dəqiq olmasını istisna etmir. Bu ndan başqa o da nəzərə alınmalıdır ki, Hökümə Zaqarova artıq yetkinlik yaşına çatdığına görə uşaq statusunu itirib və cavabdeh təşkilat tərəfindən onun ailə üzvü kimi qəbul edilməsinin hüququ əsası mövcud olmur.... iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, ona ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Buna görə də iddiaçıya ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilməlidir.
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, təmsilçinin övladı X7 vergi orqanında “sabit vergi ödəyicisi” kimi qeydiyyatda olduğu halda, müraciətdə özünü “sadələşdirilmiş vergi ödəyicisi” kimi qeyd etmişdir. Bu, vergi qanunvericiliyinə ziddir, çünki eyni şəxs eyni fəaliyyət üzrə həm sabit, həm də sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. ÜDSY-nin təyin edilməsi üçün ailənin orta aylıq gəlirinin ehtiyac meyarından aşağı olması sübut edilməlidir. Təqdim olunan məlumatlara görə: X7 xx.xx.2024-cü il tarixindən sabit vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Lakin əvvəlki ardıcıl 12 ay ərzində sahibkarlıq fəaliyyətindən gəlirləri barədə vergi və sığorta qanunvericiliyi ilə mü əyyən edilmiş sənədlərlə təsdiq edilən məlumatlar təqdim edilməmişdir. Sahibkarlıq fəaliyyəti olmayan və ya digər vergi tutulan əməliyyat aparmayan şəxsin üzv olduğu ailənin orta aylıq gəlirinin ehtiyac meyarından aşağı olub-olmadığını müəyyən etmək mümkün deyil. Yanlış məlumat təqdim edildiyindən ünvanlı sosial yardımın təyin edilməsi üçün gəlirin düzgün hesablanması mümkün olmamışdır. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün ailənin gəlirinin ehtiyac meyarından aşağı olması sübut edilməlidir. Vergi və sığorta sənədləri ilə təsdiq edilən gəlir məlumatları təqdim edilmədiyindən, ailənin aztəminatlı olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;... Maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 1 8 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət ed ilən ayın 1- dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıl ır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığ ı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X5 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə pro ses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müv afiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hal larının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sosial yardımının təyin edilməsinə nail olmaqdan ibarətdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya inst ansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)2092/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.