Məhkəmə qərarları › İş №2-1(102)-2319/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2319/2025

07.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2319/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “evin bölgü sxeminə uyğun bölünməsi və yeni ünvanın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 23 aprel tarixli, 2-1(103)-1208/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 277.1 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ 1/4 hissədə X5 adına, 1/4 hissədə X6 adına, 1/4 hissədə X7 adına qeydiyyata alınmış, qalan 1/4 hissədə isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Ümumi ölçüsü 0.03109 hektardan ibarət torpaq sahə si üzərində paylı müıkiyyətçilərin istifadə hüququ qeydiyyata alımışdır.

2. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.07134 kv.m qeyd olunsa da, faktiki 0,0690 kv.m təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ba laxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 690,00 kv.metr torpaq sahəsinin Dövlət Kadastrı və Reyestrində Qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abdullayeva (Baqvanova) X22 babası X25 miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən əmlak xx.xx.2014-cü il tarixdə Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və X26 vərəsələrinə ¼ pay ayrılmışdır. X1 2014-cü ildə vəfat etmiş və onun ¼ hissəli payı X4r və X9 hal-hazırda İzraildə yaşayır. Payçılardan X8 digər payçıların razılığı ilə payına düşən torpaq sahəsinin ¼ hissəsini mişar daşı il ə hasara almışdır. X2 2010-cu ildə vəfat etmiş və onun ¼ hissəli payı həyat yoldaşı X3 istifadəsindədir. İddiaçı Abdullayeva {Baqvanova) X27 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 713,40 m2 torpaq sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********46 № li bildirişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 773.10 m2 torpaq sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. İmtinaya səbəb kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilən Texniki Pasportda hüquq sahibi kimi adı qeyd olunmuş şəxslə X10 arasında əlaqəli sənədin təqdim edilməməsi, torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi, torpaq sahəsinin perimetrik ölçü fərqinin mövcud olması və torpaq sahəsinin faktiki 690,00 kv.m. təşkil etməsi göstərilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən torpaq sahəsini Dövlət Reyestrində Qeydiyyata almamasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alın ması üçün «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respubliksinin Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh formal əsaslara istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almamaqla iddiaçının torpaq üzətində gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir. Cavabdehin imtinası iddiaçının və digər payçıların hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı və digər payçılar sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün qanunvericilik normalarına əsasən onun torpaq sahəsi üzərində sahiblik hüququna təminat verilməlidir. Cavabdehin etirazı:

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilən texniki pasportda hüquq sahibi kimi adı qeyd edilmiş şəxslə X11 arasında əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Balaxanı Əməliyyat Şirkəti) yerləşir. O cümlədən texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin s ənəd üzrə ölçüsü 0.07134 kv.m qeyd olunsa da, faktiki 0,0690 kv.m təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin (hakim: L.Musayeva) 2024-cü il 28 noyabr tarixli, 21(112)-10145/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda tələb iddiaçının paylı mülkiyyət hüququ üzrə torpaq sahəsinin ona məxsus hissəsinin bölünməsi və həmin hissəyə ayrıca yeni ünvanın (çıxarışın) verilməsidir. Məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsindən istifadə ilə bağlı İddiaçı və digər paylı mülkiyyətçilər arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Belə ki, torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi 1/4 hissədə iddiaçının, qalan 1/4 hissələrdə isə dig ər paylı mülkiyyətçilərin mülkiyyətindədir və faktiki olaraq fərdi yaşayış evi digər paylı mülkiyyətçilərə məxsus fərdi yaşayış evinin bir hissəsi olmaqla, eyni torpaq sahəsində yerləşməklə hasarlanmışdır. Sözügedən əmlaka dair digər payçılar tərəfindən imzalanaraq razılaşdırılmış bölgü sxemi isə təqdim edilməmişdir. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar torpaq sahəsinin bölünərək yeni ünvanla çıxarış verilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi mülkiyyətçinin öz payının naturada ayrılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, in zibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 28 noyabr tarixli, 2-1(112)-10145/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və C.Məmmədov) 2025-ci il 23 aprel tarixli, 2-1(103)1208/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 28 noyabr tarixli, 2-1(112)-10145/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Apellyasiya in stansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyy ən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. İş materiallarında olan hüquqla rın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 277.1 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ 1/4 hissədə X5 adına, 1/4 hissədə X6 adına, 1/4 hissədə X7 adına qeydiyyata alınmış, qalan 1/4 hissədə isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Ümumi ölçüsü 0.03109 hektardan ibarət torpaq sahəsi üzərində paylı müıkiyyətçilərin istifadə hüququ qeydiyyata alımışdır. İddia tələbindən görünür ki, iddiaçı paylı mülkiyyət hüququ üzrə torpaq sahəsinin ona məxsus hissəsinin bölünməsi və həmin hissənin daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş edir. Məhkəm ə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi 1/4 hissədə İddiaçı, qalan 1/4 hissələrdə isə digər paylı mülkiyyətçilərin mülkiyyətindədir və faktiki olaraq fərdi yaşayış evi digər paylı mülkiyyətçilərə məxsus fərdi yaşayış evinin bir hissəsi olmaqla, eyni torpaq sahəsində yerləşməklə hasarlanmışdır. Sözügedən əmlaka dair digər payçılar tərəfindən imzalanaraq razılaşdırılmış bölgü sxemi isə təqdim edilməmişdir. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar torpaq sahəsinin bölünərək yeni ünvanla çıxarış verilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi mülkiyyətçinin öz payının naturada ayrılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazda kassasiya şikayətinin əsassız olduğu, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı: 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. O na görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tu tulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdi kləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəlikləri n icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasl andırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə müba hisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instan siyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadın lə ğvi üçün əsas hesab edilə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 23 aprel tarixli, 21(103)-1208/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar