Məhkəmə qərarları › İş №2-1(102)-2324/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2324/2019

14.08.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2324/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmtəə nişanının ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X7 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı vəkili X13, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “xxxx” MMC bundan sonra üçüncü şəxs) 13 aprel 2018-ci il tarixli, E-1521 saylı qərarın ləğ v edilməsi və 02.12.2016cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-639/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxsin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh tərəfindən “Peçenye təsviri” əmtəə nişanı 30 və 35-ci siniflər üzrə (30 peçenyelər və 35-30-cu siniflərdə göstərilən əmtəənin satışı üzrə xidmətlər) 12.12.2016-ci il tarixdə üçüncü şəxsin adına Azərbaycan Respublikasında 2016 1463 nömrəli qeydiyyata alınmışdır. İddiaçı cavabdehə müraciət edərək eyni təsvirli əmtəə nişanı olan “Rakuşeçka” peçenyesinin müəllif i olduğunu bildirib üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanı ilə bağlı şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş 13 aprel 2018-ci il tarixli, E1521 saylı Qərardan görünür ki, “Rakuşeçka” adlı əmtəə nişanının 30-cu sinfin (peçenyelər) əmtəələri və 35-ci sinifin (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) xidmətlər üzrə 2016 1464 nömrəli qeydiyyatına qarşı iddiaçının və “X12” Xüsusi Səhmdar Cəmiyyətinin nümayəndəsi A.M.Kərimov tərəfindən Apellyasiya Şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilmiş və iddianın təmin edilməməsi qərara alınmışdır. 1266/8/12 saylı 27.12.2012-ci il tarixli müqaviləyə dair 130 saylı 17.01.2013-cü il tarixli hesab-fakturadan və spesifikasiyadan görünür ki, iddiaçı tər əfindən üçüncü şəxsə göndərilən məhsulların siyahısında “Rakuşeçka” şirin peçenye adlı məhsul göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı “Rakuşeçka” adlı əmtəə nişanı ilə eyni təsvirə malik olan üçüncü şəxsin adına “Peçenye təsviri” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsini və bu barədə apellyasiya şurasına verilmiş etirazın təmin olunmaması barədə13 aprel 2018-ci il tarixli, E-1521 saylı qərarının ləğv edilməsini tələb edir və iddiaçı iddianın əsası olaraq ilk növbədə “Rakuşeçka” adlı peçenyenin təsvirinin sənaye nümunəsi kimi (patent) 18 sentyabr 2009-cu il tarixində 1008 nömrəsi ilə Qazaxıstan Respublikasında qeydiyyata alındığını, 3 avqust 2016-cı il tarixdən etibarən “Rakuşeçka” adlı sənaye nümunəsinin patent üzrə hüquqlarının iddiaçıya verildiyini göstərmişdir. Qazaxıstan Respublikası Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları üzrə Komitəsi tərəfindən verilmiş reyestr məlumatlarından görünür ki, hüquq sahibi “xxxx” X9 Səhmdar Cəmiyyətinə məxsus X5 müəllifi olduğu “Rakuşeçka” peçenyesi 3 sentyabr 2007-ci il tarixdə İstehsalat Birliyi “xxxx” Xüsusi Səhmdar Cəmiyyəti tərəfindən Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi (patent) qeydiyyata alınmış və 3 avqust 2016-cı il tarixdən patent hüquqları İddiaçı SC-yə keçmiş vəpatent hüququ 1008 saylı nömrə ilə Qazaxıstan Respublikası sənaye nümunələrinin dövlət reyestrində 18.09.2009-cu il tarixdə qeydə alınmışdır. Mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında onların foto ilə əks olunmuş təsvirləri əlavə olunmuşdur. Həmin təsvirlərdən görünür ki, hər iki p eçenye xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar görünüşə malik balıqqulağı formasındadır. Vizual olaraq baxıldıqda həmin məhsulların fərqləndirilməsi mümkünsüzdür və məhsullar tamamilə eyni təsəvvür yaradır. İddiaçı 10 iyul 2018-ci il tarixdə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə-Komitə) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək X1 13 aprel 2018-ci il tarixli, E-1521 saylı qərarının tamamilə ləğv edilməsi və peçenye təsvirinin qeydiyyata alınmasına dair 12.12.2016-cı il tarixli, № 2016 1463 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 20.09.2018-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə əsasən ilk cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsl cavabdeh Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X2 etiraz ərizəsi ilə müraciət edərək “Peçenye təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1463 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdir. X6 13 aprel 2018-ci il tarixli, E-1521 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İstehsalat Birliyi “xxxx” Xüsusi Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi əsasında “Rakuşeçka” adlı peçenyenin tə sviri Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi (patent) qeydiyyata alınmışdır. Qeyd edilən “Rakuşeçka” adlı peçenyenin təsviri sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmasına dair 3 sentyabr 2007-ci il tarixdə 2007174.3 nömrəli iddia ərizəsi Qazaxıstan Respublikasında verilmişdir və 18 sentyabr 2009-cu il tarixdə “Rakuşeçka” adlı peçenyenin təsviri 1008 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmışdır. X2 təqdim edilmiş Qazaxıstan Respublikası Əmtəə Nişanlarının Dövlət Reyestrindən Çıxarışından görünür ki, 1007 nömrəli patentin qorunma müddəti 3 sentyabr 2018-ci il tarixinədək uzadılmışdır və həmçinin əlavələrdən görünür ki, 3 avqust 2016-cı il tarixdən etibarən “Rakuşeçka” adlı sənaye nümunəsinin patent üzrə hüquqları iddiaçıya verilmişdir. Eyni zamanda üçüncü şəxs tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 11 avqust 2016-cı il tarixdə 2016 00587 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixdə “Peçenye təsviri” adlı əmtəə nişanı 2016 1463 nömrəsi ilə qeydiyyata alınmışdır. Üçüncü şəxs “Peçenye təsviri” adlı əmtəə nişanını qeydiyyata alaraq X5 müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, “Rakuşeçka” adlı peçenye təsvirinin sənaye nümunəsinin şəhadətnaməsində göstərilib ki, “Rakuşeçka” adlı peçenye təsvirinin müəllifi X3. Ukrayna Respublikasının hüquqi şəxslərin, fiziki şəxslərin-sahibkarların və ictimai qurumların vahid dövlət reyestrindən çıxarışından görünür ki, X8 İstehsalat Birliyi iddiaçının benefisiarıdır. Bununla bağlı “Ədəbi və X10 haqqında Bern K onvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və Bədii Əsərlər” terminin açıqlaması verilmişdir. Həmin açıqlamaya əsasən əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm Qazaxıstan Respublikası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Əmtəə nişanlarının təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən və rənglərin qarışmasından yar adılmış nişanlardır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5 və 29.7.1-29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Nişanların oxşarlığını müəyyən edərkən, Qaydaların 29.6.3-cü “Qrafiki (görünüşlü) oxşarlıq”, 29.6.4-cü “Məna etibarı ilə”, 29.6.5-ci “Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif qarışmalarda (birləşmələrdə) nəzərə alına bilər”, 29.7.1-ci “Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığı nı müəyyən etmək üçün onlar müqayisə olunur”, 29.7.2-ci “Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir”, 29.8.1-ci “Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər”, 29.8.2-ci “Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5 və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur”, 29.9.1-ci “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır” və 29.9.2-ci “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır” bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. Qaydaların 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlardakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. Qaydalara və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçı hesab edir ki, “Rakuşeçka” adlı sənaye nümunəsi (1008 nömrəsi ilə Qazaxıstan Respublikasında qeydiyyat) və “Peçenye təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1463 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Digər tərəfdən, üçüncü şəxsin iddiaçı ilə bilavasitə əlaqəsi var idi. Belə ki, aralarında 30 dekabr 2010-cu il tarixdə imzalanmış 893 nömrəli və 31 dekabr 2012-ci il tarixədək qüvvədə olan və 10 mart 2016-cı il tarixdə imzalanmış 0184/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatlarının təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən üçüncü şəxs iddiaçının qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. 893 nömrəli müqaviləyə 7 sentyabr 2011-ci il tarixdə imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və 9 sentyabr 2013-cü il tarixdə imzalanmış və 31 d ekabr 2013-cü il tarixədək qüvvədə olan 893 nömrəli müqavilənin müddəti uzadılması barədə əlavə razılaşmalar üçüncü şəxslə iddiaçı arasında bağlanmışdır. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir. Onlar arasındakı münasibətlərdən irəli gələn və X2 təqdim edilmiş sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar) görünür ki, iddiaçı üçüncü şəxsi qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “Rakuşeçka” adlı məmulat mövcud idi. İstinad olunan bəyannamələr, hesabfakturalar, qaimələr və spesifikasiyalardan görünür ki, iddiaçıya məxsus olan “Rakuşeçka” adlı məmulat Azərbaycan Respublikasına üçüncü şəxsə məxsus “Peçenye təsviri” adlı əmtəə nişanının qeydiyyata alınmasından əvvəl idxal ol unurdu. Üçüncü şəxs iddiaçının distributoru olub və iddiaçının mallarını Azərbaycan Respublikasında təchiz edib və iddiaçının məhsulları ilə yaxından tanış idi – belə nəticəyə gəlmək mümkündür ki, üçüncü şəxs “Peçenye təsviri” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Həmin Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs t ərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi üçüncü şəxs iddiaçıya məxsus olan və əvvəlcədən qeydiyyata alınmasına dair iddia edilmiş “Rakuşeçka” adlı əmtəə nişanı ilə eyni olan “Peçenye təsviri” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respubli kasında satışını təşkil etmişdir. Müqayisə edilən peçenyelər qarışdırılacaq dərəcədə bənzərdir, üçüncü şəxs ona məxsus olan peçenyeləri Azərbaycan Respublikasında sataraq istehlakçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da iddiaçının nüfuzuna zərər vurmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3442/2018 saylı, 23 noyabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 13 aprel 2018-ci il tarixli, E-1521 saylı qərarı ləğv edilmiş və “Peçenye təsviri” əmtəə nişanının qeydiyyata alınmasına dair 12.12.2016-cı il tarixli, № 2016 1463 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi kollegiyasının (hakimlər X16məruzəçi, X11 və X14, 2-1(103)-639/2019 saylı iş) 11 aprel 2019-cu il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs 4 iyun 2019-cu il tarixdə apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Onun adına olan əmtəə nişanı Komitə tərəfindən qanuna müvafiq olaraq qeydə alınmış və X1 qərarı ilə haqlı olaraq iddiaçının şikayəti təmin olunmamışdır. İddiaçı tərəfindən “Rakuşeçka” adlı nişan nə mənşə ölkəsində, nə də Azərbaycanda qeydə alınmamışdır. Məhkəməyə təqdim edilən gömrük bəyannamələrində də “Peçenye təsviri” nişanlı peçenyelər onun tərəfindən Azərbaycan Respublikasına idxal edil mədiyi qeyd edilmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə işə baxarkən “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın müddəalarının tələblərini də nəzərə almamışdır. tərəflərin izahatı: Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək şikayətin rədd edilməsini, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında vəkillərinin məzuniyyətdə olduğunu bildirib məhkəmə iclasının 16 avqust 2019-cu il tarixdən sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 7 avqust 2019-cu il tarixli iclasında üçünc ü şəxsin məhkəmə kollegiyasına daxil olmuş eyni məzmunlu yazılı müraciəti müzakirə edilmiş, vəsatət qismən təmin edilərək məhkəmə iclası 14 avqust 2019-cu il tarixə təxirə salınmış, üçüncü şəxsin (hər hansı) vəkillə təmsil olunması üçün şərait yaradılmış, lakin o, vəkillə təmsil olunmamışdır. Vəkilin məzuniyyətdə olması işin təxirə salınması üçün əsas ola bilməz. Odur ki, vəsatət təmin edilməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kassa siya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, İstehsalat Birliyi “xxxx” Xüsusi Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi əsasında “Rakuşeçka” adlı peçenyenin təsviri Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi (patent) qeydiyyata alınmışdır. “Rakuşeçka” adlı peçenyenin təsviri sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmasına dair 3 sentyabr 2007-ci il tarixdə 2007174.3 nömrəli iddia ərizəsi Qazaxıstan Respublikasında veri lmiş, 18 sentyabr 2009-cu il tarixdə “Rakuşeçka” adlı peçenyenin təsviri 1008 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmışdır. Qazaxıstan Respublikası Əmtəə Nişanlarının Dövlət reyestrindən çıxarışından görünür ki, 1007 nömrəli patentin qorunma müddəti 3 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. 3 avqust 2016-cı il tarixindən etibarən “Rakuşeçka” adlı sənaye nümunəsinin patent üzrə hüquqları iddiaçıya verilmişdir. Həmçinin üçüncü şəxs tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 11 avqust 2016-cı il tarixdə 2016 00587 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmiş, 12 dekabr 2016-cı il tarixdə “Peçenye təsviri” adlı əmtəə nişanı 2016 1463 nömrəsi ilə üçüncü şəxsin adına Azərbaycan Respublikasında qeydiyyata alınmışdır. Üçüncü şəxsə məxsus “Peçenye təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinifin “peçenyelər” əmtəələri üzrə və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətləri” 12.12.2016 il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1463 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi 11.08.2016). İddiaçı tərəfindən üçüncü şəxsə məxsus “Peçenye təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı cavabdehin Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya şurası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci və 4-cü maddələrinin tələblərini nəzərə alaraq etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Apellyasiya şurası öz qərarında iddiaçı tərəfindən “Raku şeçka” adlı peçenyenin təsvirinin Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmasına baxmayaraq, əmtəə nişanı kimi nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmadığına əsaslanmış və qeyd etmişdir ki, həmin təsvirlə üçüncü şəxsə məxsus olan “Peçenye təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanı müqayisə edilə bilməz. “Rakuşeçka” adlı əmtəə nişanı ilk dəfə 2007-ci ildə Qazaxıstanda sənaye nümunəsi kimi, iddiaçının adına isə 3 avqust 2016-cı ildə qeydə alınmışdır. Üçüncü şəxsin əmtəə nişanı “Peçenye təsviri” adı altında 12 dekabr 2016-cı ildə Azərbaycan Respublikasında qeydə alınmışdır. İddiaçı ilə üçüncü şəxs arasında 2010-cu il tarixdən başlayaraq ayrı-ayrı tarixlərdə üçüncü şəxsə göndərilən məhsulların içində “Rakuşeçka” adlı şirin peçenye də olm uşdur. Üçüncü şəxs iddiaçının distributoru kimi adı çəkilən peçenyelərin Azərbaycanda satışını həyata keçirmişdir. Hər iki məhsulun foto və təsvirindən onların eyni olduğu görünür və vizual olaraq baxıldıqda həmin məhsulların fərqləndirilməsi mümkünsüzdür. İddiaçı hesab edir ki, üçüncü şəxs “Peçenye təsviri” adlı əmtəə nişanını qeydiyyata alaraq onun müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə müraciət edərək üçüncü şəxsin adına qeydə alınmış şəhadətnamənin etibarsız sayılmasını xahiş etmiş, cavabdeh bundan imtina etdiyindən, cavabdehin apellyasiya şurasının 13 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi və “Peçenye təsviri”nin üçüncü şəxsin adına qeydə alınmasına dair 12 dekabr 2016-cı il tarixli şəhadətnamənin etibarsız sayılmasını xahiş etmiş, müba hisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. 1266/8/12 saylı 27.12.2012-ci il tarixli müqaviləyə dair 130 saylı 17.01.2013-cü il tarixli hesab-fakturadan və spesifikasiyadan görünür ki, iddiaçı tərəfindən üçüncü şəxsə göndərilən məhsulların siyahısında “Rakuşeçka” şirin peçenye adlı məhsul göstərilmişdir (1-ci cild, səh, 74, 88). İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 25 oktyabr 2010-cu il tarixli 1241/8/10 saylı müqavilə, həmin müqaviləyə 9 saylı əlavə razılaşma olan 27 dekabr 2012-ci il tarixli müqavilələr əsasında iddiaçı qənnadı məhsullarını üçüncü şəxsə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində tərəflər razılaşmışlar ki, iddiaçı üçüncü şəxsə malların Azərbaycan Respublikası ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində di stribusiyasına və dağıtımına müstəsna hüquq verir. Müqavilənin 2.1 və 2.2-ci bəndlərində qeyd edilmişdir ki, mallar mövcud olan müqavilənin şərtləri altında çatdırılır və ya qanun əsasında iddiaçı tərəfindən satış edilir. Mallar üçüncü şəxsin ölkəsinin ərazisində topdan satmanın və pərakəndə satışını reallaşdırmaq məqsədilə mövcud olan müqavilənin şərtləri altında üçüncü şəxs tərəfindən alınır. İddiaçı zəmanət verir ki, ticarət markalarına hüquqlar, hansının altında ki, mallar istehsal edilir, Ukraynada iddiaçıya mənsubdur və ya onun tərəfindən Ukraynada qanuni əsaslarda istifadə edilir. İstinad edilən sənədlərə əsasən üçüncü şəxs iddiaçıya mənsub “Rakuşeçka” adlı şirin peçenyelərin Azərbaycan Respublikasında satışı ilə məşğul olmuşdur. Buna baxmayaraq üçüncü şəxs iddiaçıya mənsub “Rakuşeç ka” şirin peçenyelərin oxşarı olan “Peçenye” təsvirli əmtəə nişanını 30 və 35-ci siniflər üzrə (30 peçenyelər və 35-30-cu siniflərdə göstərilən əmtəənin satışı üzrə xidmətlər) 12.12.2016-ci il tarixində öz adına Azərbaycan Respublikasında 2016 1463 nömrəli qeydiyyata aldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın Mühafizə qabiliyyətinin meyarları adlanan 3-cü bəndində qeyd edilir ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qa biliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Qaydaların 29.3-cü bəndinə əsasən, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, üçüncü şəxsin adına qeydiyyata alınmış “Peçenye təsviri” əmtəə nişanı və iddiaçıya mənsub “Rakuşeçka” adlı peçenyenin təsviri qarışdırılacaq dərəcədə bənzərdir. Məhkəmə kollegiyas ı apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, “Rakuşeçka” adlı peçenye təsviri əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin peçenye təsviri 3 sentyabr 2007-ci il tarixində verilmiş 2007174.3 nömrəli iddia ərizəsinə əsasən 18 sentyabr 2009-cu il tarixində 1008 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmış və 03 avqust 2016-cı il tarixindən patent hüquqları iddiaçıya keçmişdir. 18 sentyabr 2009-cu il tarixli həmin şəhadətnamədə “Rakuşeçka” adlı peçenye təsvirinin müəllifi olaraq X8 göstərilmişdir. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. 14 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsində (3) bənddə qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. 6 bıs maddə si (İşarələr: məlum əmtəə işarələri) (l) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin, yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu Konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. (1) 6-serties madd əsi (2) (İşarələr: sahibkarın icazəsi olmadan onun agenti, yaxud nümayəndəsi tərəfindən qeydiyyat) A.(1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqınd a” Qanunun 6-cı maddəsində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:...ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)... “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”n Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları adlanan 5ci bəndində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmt əə nişanları... “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsində qeyd edilir ki, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: Əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi ol an şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Sadalanan normativ hüquqi aktların tələbinə görəiddiaçıya mənsub “Rakuşeçka” şirin peçenyesi Azərbaycan Respublikasında qeydə alınmasa da, Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında oxşar əmtəələr onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distrubuterinə) onun istifadəsinə icazə verilmədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi ü zrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətnamə etibarsız sayılır. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan üçüncü şəxs əvvəllər iddiaçının Azərbaycan Respublikasında distributoru olmuş, ona mənsub malların o, cümlədən “Rakuşeçka” şirin peçenyelərin satışı və dağıtımı ilə məşğul olmuşdur. Üçüncü şəxsə məxsus “Peçenye təsvirli” əmtəə nişanı iddiaçıya mənsub nişanın təqlidi olmuşdur. İddiaçının üçüncü şəxsə verilmiş nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçının razılığı ol madan ona mənsub peçenyenin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq “Peçenye təsvirli” əmtəə nişanı almışdır. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaq la, özbaşına təqlid edilməsi;digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Üçüncü şəxs tərəfindən adı çəkilən Qanunun tələbləri pozularaq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Bəhs olunanlara əsasən, cavabdehin apellyasiya şurasının qərarının ləğv olunması və əmtəə nişanının üçüncü şəxsin adına qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-639/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar