Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2326/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə müəyyənləşdirilən ödəmənin alınması üçün siyahıya daxil edilmə; hərbi qull uqçu statusuna malik şəxs; qeyri-bərabər rəftar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X4 adının 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-324/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən X12 ilə X2 xx.xx.1984cü ildə Sədərək kəndində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir.
2. Sədərək rayon Polis Şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli arayışdan görünür ki, həqiqətən mərhum X12 erməni quldurlarının Sədərək rayonu ərazisinə basqını zamanı “Könüllülər” dəstəsində 3-cü rotada vuruşmuş və 19 iyun 1992-ci il tarixdə qəhrəmanlıqla həlak olmuşdur.
3. Sədərək rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 12 avqust 1992-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”də X4 xx.xx.1992-ci ildə öldüyü qeyd edilmişdir. Bu barədə ölüm haqında akt qeydləri kitabında 1992-ci ildə avqust ayının 12-si günündə 37 nömrəsi ilə qeyd edi lmişdir. Ölümün səbəbi "Kəllə boşluğunu dəlib keçən güllə yarası” olmuşdur. Ölüm yeri “Sədərək kəndi” qeyd edilmişdir.
4. Sədərək rayon Xalq Məhkəməsinin 18 avqust 1994-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Sədərək rayon XDS İK-nin 135 nömrəli, 12 iyun 1994-cü il tarixli, Sədərək rayon Hərbi Komissarlığının 165 nömrəli, 22 iyul 1994-cü il tarixli məktubları ilə məhkəməyə müraciət edərək, şəhidlik statusu verilməsi haqqında vəsatət qaldırmış, Sədərək və Qarabağ döyüşlərində şəhid olanların adlı siyahısını məhkəməyə təqdim etmiş, onlar haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Sədərək rayon İcra Hakimiyyətinin nümayəndəsi Əjdər Məmmədov verdiyi ifadəsində Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş həmkəndlilərinin ailələrinin onlara müraciət etməsini, şəhid olm uş uşaqlarına şəhid adı verilməsini icra hakimiyyətindən xahiş etmişlər. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunur ki, siyahıda adları çəkilən şəxslər erməni təcavüzü zamanı Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşlar və bu fakt şəhid ifadələri, hərbi hissədən, polisdən, Sədərək rayon hərbi komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxanasından alınmış arayışlarla təsdiq olunur. Sədərək rayon Xalq Məhkəməsinin qeyd edilən qətnaməsi ilə şəhid hesab edilməsi faktı müəyyən olunan şəxslərin siyahısında X4 da adı var.
5. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2004cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı verilmiş vəsiqəyə əsasən, o, Şəhid adının əbədiləşdirilməsi və şəhidin ailə üzvlərinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü i l Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur.
6. İddiaçı mərhum həyat yoldaşı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və polis orqanları əməkdaşlarının vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsinin uçot sənədlərində X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanının icrası ilə əlaqədar Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında da Lətif Mehdiyevin adı keçmir. Bu səbəbdən də, X4 adının yuxarıda qeyd olunan Fərmanla nəzərə tutulmuş siyahıya daxil edilməsi hazırda mümkün deyil. Odur ki, mərhum Lətif Mehdiyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi q ulluqçu kimi həlak olmasını təsdiq edən sənəd (hərbi idarəetmə orqanı tərəfindən verilmiş arxiv arayışı, hərbi hissə komandirinin əmrindən çıxarışı və s.) olduğu təqdirdə Xidmətin Aparatına təqdim etməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 adının 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X12 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, daha dəqiq Sədər ək uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Buna sübut kimi bir neçə sənədləri öz iddia ərizəsinə əlavə edir. xx.xx.1992-ci il tarixli, İV-MCT 322568 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunduğu kimi yoldaşı X12 "Kəllə boşluğunu dəlib keçən güllə yarası” səbəbindən həlak olub və məlum məsələdir ki, həyat yoldaşı həmin güllə yarasını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almışdır. Həmin ölüm haqqında şəhadətnamənin surətini sübut qismində ərizəsinə əlavə edir. Həmçinin qeyd etmək istəyir ki, Sədərək Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-161994 nömrəli qətnaməsinə əsasən X4 şəhid hesab edilməsi faktı müəyyən olunmuşdur. Həmin qətnamənin surətini sübut olaraq iddia ərizəsinə əlavə edir. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan xx.xx.2004-cü il tarixli, vəsiqə 001182 nömrəli sənədə əsasən İddiaçı qeyd olunan vəsiqəni təqdim etdiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Bu sənəd müddətsiz olaraq etibarlıdır. Həmin xx.xx.2004-cü il tarixli, 001182 nömrəli vəsiqənin surətini sübut olaraq ərizəsinə əlavə edir. X4 Sədərək uğrunda gedən döyüşlərdə şücaət və igidlik göstərdiyinə görə fəxri ada layiq görülməsi barədə döyüşdüyünü batalyonun komandiri tərəfindən X12 barəsində təltif listi təsdiq olunmuşdur. Həmin listdə həmçinin, X4 Sədərək uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olması barədə qeyd olunmuşdur. Həmin təltif listinin surətini iddia ərizəsinə sübut olaraq əlavə edir. Milli Ordunun komandiri tərəfindən 24 oktyabr 1992-ci il tarixli, X4 Azərbaycan Milli Qəhrəmanlığına təqdimetmə hazırlanaraq təsdiq olunmuşdur. Həmin təqdimetmənin surətini iddia ərizəsinə əlavə edir. Sədərək rayon “Özünümüdafiə” batalyonunun könüllü döyüşçüləri tərəfindən imzalanaraq X4 “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi barədə Sədərək rayon XDM, X17, Azərbaycan Prezidentinə 17 oktyabr və 22 noyabr 1992-ci il tarixli xahişnamələr təqdim olunmuşdur. Həmin xahişnamələrin surətini ərizəyə əlavə edir. Həmçinin, Sədərək rayonuna erməni təcavüzü zamanı şəhid olmuş X7 “fəxri ada” təltif edilməsi barədə Sədərək rayon X6 nəzdində yaradılmış təltif komissiyasının 26 fevral 1992-ci il tarixli Qərarını iddia ərizəsinə əlavə edir. “Sədərək Özünümüdafiə” batalyonunun 1 rota komandiri X10 Sədərək rayon XDM-dən, X14. Azərbaycan Prezidentindən Mehdiyev Lətifə “fəxri ad” verilməsi barədə xahişnaməsinin surətini iddia ərizəsinə əlavə edir. Sədərək rayon Polis şöbəsinin rəisi, polis mayoru M.Y.Seyidov tərəfindən Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş X12 haqqında 30 noyabr 1992-ci il tarixli rəy təsdiq olunmuşdur. Həmin rəydə də, bir daha X15 uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması təsdiq olunur. Sözügedən rəyin surətini iddia ərizəsinə əlavə edir. Sədərək kənd XDM-nin Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş X4 “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinin Sədərək rayon XDM-yə tövsiyə edilməsi barədə 26 dekabr 1992-ci il tarixli qərardan çıxarışın surətini iddia ərizəsinə əlavə edir. Sədərək könüllülərindən ibarət özünümüdafiə batalyonunun komandiri tərəfin dən təsdiq olunaraq verilmiş X12 haqqında 10 noyabr 1992-ci il tarixli Raportunda da, bir daha X15 uğrunda gedən döyüşlərdə igidlik göstərməsi və qəhrəmancasına şəhid olması faktı təsdiq olunur. Həmin raportun surətini iddia ərizəsinə əlavə edir. Yuxarıda qeyd etdiyi sənədlərə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə: “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçula rın vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.” əsaslanaraq sığorta şirkətinə müraciət etmişdir. Sığorta şirkətində ona bildirdilər ki, yoldaşı X4 şəhid olması barəsində bütün lazım olan sənədləri olsa belə, yoldaşının şəhid kimi sistemdə qeydiyyatda olmadığını və bununla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsini tövsiyə etdilər. Həmin tövsiyəyə əməl edərək, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı olaraq müraciət etmişdir. Müraciətinə cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona xx.xx.2021 -ci il tarixində məktub gəlmişdir. Məktubda qeyd olunmuşdur ki, Naxç ıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin uçot sənədlərində X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin, Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında Lətif Mehdiyevin adı keçmir. Cavabdeh qeyd etdiyi səbəbə görə yoldaşını şəhid kimi yuxarıda qeyd olunan siyahiya daxil edilməsi mümkün olmadığını göstərib və bu səbəbdən də o, şəhidin ailə üzvü olaraq sığorta ödənişi ala bilməmişdi r. Bildirmək istəyir ki, X4 Sədərək uğrunda döyüşlərdə şəhid olması faktının müəyyən olunması barədə artıq Sədərək rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-16-1994 nömrəli qətnaməsi mövcuddur. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından: Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququnun yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdiri r və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014- cü il 6 iyun tarixli Qərar).” Məhkəmə qərarının preyudisiallığı prinsipi də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əs asən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Cavabdehin imtinasından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən hissə Mehdiyev Lətifin hərbi qulluqçu kimi şəhid olması barədədir. Bildirmək istəyir ki, oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il ta rixli, 2-1(112)-4388/2021 saylı qərarında məhkəmə qeyd edir ki, tədqiq olunmuş sübutlara əsasən, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, iddiaçının oğlunun faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir (bax 8 və 12-ci bəndlərdə Sədərək rayon hərbi komissarlığının müraciəti və hərbi hissədən arayışlar hissəsi). Hazırki işdə mərhum yoldaşım X15 uğrunda gedən döyüşlərdə könüllülərdən təşkil olunmuş "özünümüdafiə” batalyonunun tərkibində döyüşlərdə iştirak etməsi və şəhid olması faktı batalyonun komandirinin raportu, rayonun polis rəisinin rəyi və başqa kifayət qədər sübutlarla təsdiq olunur. Məhkəmə həmin qərarında onu da, qeyd edir ki, könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı- seçicilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X22 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı- seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkə mə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X22 Konvensiyasının 1 saylı Protokolun 1 -ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1 -ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax. Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia), ərizə No- 55707/00. xx.xx.2009-cu il tarixli qərar. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil. X22 Məhkəməsi, dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur. Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1 -ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məs ələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-1ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən araşdırm a aparılmış və məlum olmuşdur ki, Xidmətin Sədərək rayon şöbəsinin uçot sənədlərində X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X4 adı keçmir. X4 "şəhid” (mülki şəhid) olması danılmazdır, lakin o, hərbi qulluqçu olmadığı üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı olaraq onun adının adıçəkilən siyahıya salınmasında imtina etmişdir. Həmçinin iddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2021 nömrəli (iddiaçı X5) analoji qərarına əsasən bildirirlər ki, həmin iş üzrə iddiaçının mərhum övladı X11 barədə Xidmətin Sədərək rayon şöbəsində və Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik idarəsindən təqdim edilmiş "1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda V.N.Səfərzadənin xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumatlar olduğu üçün iddia tələbi təmin edilmiş və bu səbəbdən tərəflərindən məhkəmə qərarından şikayət verilməmişdir.
10. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 11 fevral 2022-ci il tar ixli cavab məktubundan görünür ki, X8 (onun varisinə) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi ödənilməmişdir.
11. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli müvafiq Fərmanının icrası ilə bağlı Sədərək rayon ərazisində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahılarının təyin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X9 arxi vinə sorğular edilmişdir. xx.xx.1962-ci il təvəllüdlü X12 həmin dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidməti və ya Naxçıvan Muxtar Respublikası Özünümüdafiə dəstələrinin "könüllülər” dəstələrində adının aşkar edilmədiyi üçün onun adı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahısında daxil edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3565/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli (hakim A.A.Abdullayeva) qərarı ilə iddiaçı X4 adının "1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrun da həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, Sədərək rayon hərbi komissarlığının müraciətinə və hərbi hissədən arayışlar hissəsinə əsasən iddiaçının yoldaşının faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir. Könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə (bax 19-cu bənd) fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçkilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X22 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrıseçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda (bax 14-cü bənd) həmin sistemdən i rəli gələn fərdi hüquqlar və maraqlar X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009- cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil. X22 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışı n obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X13rşı (Munoz Diaz v. Spain), ərizə № 49151/07, O8.12.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın l4-cü maddəsinin pozuntusu hesab edilə bilər.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın isə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-324/2023 nömrəli, 25 may 2023-cü il tarixli (hakimlər A.Ə.Hüseyn /səd rlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3565/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli qərarına istinad etmişdir.
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən əsas kimi götürmüş olduğu sənədlərdən X1 hərbi qulluqçu olması müəyyən edilməmişdir.
19. Qeyd olunan Fərmanının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin TəşkilatSəfərbərlik İdarəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xidmətin Aparatına təqdim edilmiş 1997-ci il avqustun 2-d ək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında mərhum L.N.Mehdiyevin adı keçmir. Həmçinin L.N.Mehdiyevin döyüş əməliyyatlarında iştirak etmiş olduğu Sədərək rayon “özünümüdafiə” batalyonun adı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”ndan da keçmir.
20. X1 “şəhid” olması danılmazdır və mübahisə predmeti deyil, lakin məhkəməyə təqdim olunmuş sənədlərdə onun hərbi qulluqçu olması müəyyən edilməmişdir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqın da) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
22. Hazırki iş üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən mötəbər sübutlarla sübut edilməmişdir.
23. Beləliklə, qeyd olunan şərtlərin ödənildiyi işin hazırkı vəziyyətində təsdiq olunmadığından, iddiaçının iddia etdiyi məzmunda tələbi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təmin oluna bilməzdi.
24. Apellyasiya instansiya məhkəməsinin qərarları qanunsuz və əsassızdır, yuxarıda qeyd edilən maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin əsasız və qanunsuz o lduğuna görə təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 27. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; Maddə
29. Hərbi andiçmə..... 29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. 28. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşl arının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı 1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.
2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki M əcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
29. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Maddə 58.Sübutların araşdırılması qaydası 30. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİ YASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
34. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “X4 adının 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə nail olmaqdır.
35. İş materiallarında olan Sədərək rayon Polis Şöbəsinin rəisi t ərəfindən verilmiş xx.xx.1993-cü il tarixli arayışda qeyd edilmişdir ki, həqiqətən mərhum X12 erməni quldurlarının Sədərək rayonu ərazisinə basqını zamanı “Könüllülər” dəstəsində 3-cü rotada vuruşmuş və 19 iyun 1992-ci il tarixdə qəhrəmanlıqla həlak olmuşdur.
36. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının məqsədi 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasın ın Qanunu qüvvəyə minənədək, yəni onun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir.
37. Hazırki qərarın 28-ci bəndində qeyd edilən həmin Fərmanın 1-ci, 2-ci və 5-ci bəndlərindən görünür ki, bu Fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmə hərbi qulluqçuların vərəsələrinə aid edilmiş, həmçinin 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməsi və üç ay müddətində Azərbaycan Respublikasının Mali yyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir.
38. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən X4 hərbi qulluqçu olması hər hansı sənədlə təsdiq edilmir və müvafiq təminata götürülməsinə dair əmr olmamışdır. Belə ki, hazırki qərarın 35-ci bəndində istinad edilən arayışdan da görünür ki, həqiqətən mərhum X12 erməni quldurlarının Sədərək rayonu ərazisinə basqını zamanı “Könüllülər” dəstəsində vuruşmuşdur.
39. Bundan başqa Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli məktub unda da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli müvafiq Fərmanının icrası ilə bağlı Sədərək rayon ərazisində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahılarının təyin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X9 arxivinə sorğular edilmişdir. xx.xx.1962-ci il təvəllüdlü X12 həmin dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidməti və ya Naxçıvan Muxtar Respublikası Özünümüdafiə dəstələrinin "könüllülər” dəstələrində adının aşkar edilmədiyi üçün onun adı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöb əsində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahısında daxil edilməmişdir.
40. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqdim olunmuş sənədlərdə X1 hərbi qulluqçu olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı yalnız məhdud dairədə şəxslərin, yəni hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmənin verilməsi məsələlərini tənzimləmişdir. İddiaçının mərhum həyat yoldaşının isə hərbi qulluqçu və ya daxili işlər orqanı əməkdaşı statusuna malik şəxs olduğu müəyyən edilmir. Odur ki, Fərmanda nəzərdə tutulan iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri iddiaçının ərinə münasibətdə ödənilmədiyi üçün iddiaçının iddia etdiyi məzmunda tələbi əsaslı sayıla bilməz.
41. Məhkəmələr iddianı təmin edərkən həmçinin ona əsaslanmışlar ki, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçkilik hesab oluna bilər. Kollegiya hesab edir ki, hazırkı işin halları baxımından iddiaçıya münasibətdə inzibati orqan tərəfindən qeyri-bərabər rəftara yol verilməmişdir. Çünki, bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Bu mənada, Fərmanla nəzərdə tutulan ödənişlərin alınması yalnız 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə malik hüquqlar kimi tanınmışdır. Başqa sözlə, hazırkı halda norma yaradıcının məqsədi məhz sözügedən şəxslər dairəsinə konkret imtiyazlar verilməsinə yönəlmişdir. Belə olan halda, qeyd edilən şəxslər dairəsinə aid olanlara və olmayanlara münasibətdə fərqli qərarın verilməsi qanuni və əsaslı olmaqla ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Çünki hər iki vəziyyətin faktiki halları müxtəlifdir (hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşı statusuna malik olan şəxslər və belə statusa malik olmayan digər şəxslər) və həmin müxtəliflik fərqli qərarların verilməsini qanuni və əsaslı edir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-324/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X4 adının 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düş müş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilsin. Qərar qətidir.