Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-233/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair tikintiyə icazənin dövlət reyestrinə daxil edilməsi, tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi; tikintiyə icazənin məktub formasında verilməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair tikintiyə icazənin, istismara qəbul edilməsi məlumatlarının dövlət reyestrinə daxil edilməsi, tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-276/2022 nömrəli, 26.8.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayon Masazır kəndində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.
2. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubla sözügedən ünvanda yerləşən üçmərtəbəli fərdi yaşayış evinin (432 kv.m) və qeyri-yaşayış obyektinin (400 kv.m) tikintisinə icazə verilmişdir. Tikiləcək qeyri-yaşayış obyekti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarişçinin, layihəçinin və podratçının nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 07 sentyabr 2020-ci il tarixli, Ö seriyalı 003926 nömrəli X1 verilmişdir. Obyektin inşası başa çatdırıldıqdan sonra Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 131/1 saylı icazə sənədinə əsasən 685,54 kv.m tikintialtı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binaları və ofis binasının istismarına icazə verilmişdir.
3. İddiaçı Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 2 mərtəbəli ofis və 1 mərtəbəli anbar binasını n tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
4. Cavabdehin 30 dekabr 2020-ci il tarixli, xx/xx-5997 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi AR NK-in xx.xx.2014-cü il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın 1 nömrəli əlavəsinə uyğun tərtib edilməmiş, tikinti obyektinin istismarına icazə sənədində Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmamışdır. Həmin məktubla NK-ın xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” nın 3.1.1-ci yarımbəndinin tələblərinə əsasən obyektin tikintisinə icazənin surəti və kənd ərazisinin yerquruluşu planından çıxarış Komitəyə təqdim edildikdən sonra müraciətə baxılacaqdır. Həmçinin qeyd edilmişdir ki, sözügedən Qaydaların 4.2-ci bəndinə uyğun olaraq tikinti obyektinə dair sənəd və məlumatlar reyestrə daxil edilməsi üçün tikintiyə icazə verən orqan, yəni Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 18 fevral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının ləğv edilməsi, iddiaçının Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binalarına və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. cavabdehin üzərinə İddiaçının əsaslandırması:
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binaları və ofis binası (qeyri-yaşayış sahəsi) inşa etmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli 131/1 nömrəli “Tikinti obyektinin istismarına” icazə verilmişdir. İddiaçı inşa etdiyi qeyriyaşayış sahəsi nə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair Şəhadətnamənin verilməsinə dair ərizəsini cavabdehə təqdim etmiş, cavabdeh 30 dekabr 2020-ci il tarixli, xx/xx-5997 nömrəli məktubu ilə iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin etirazı:
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə icazə məktub formasında verilmişdir. Həmin tikintiyə icazə ilə bağlı verilən məktub Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin tikintisinə icazə” formasına uyğun deyildir. Bu səbəbdən də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1877-T nömrəli məktub tikinti işlərinin başlanması üçün əsas ola bilməz.
8. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavə göstərilən Şəhadətnamə məlum atları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikinti obyektinə dair sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün hazırkı günə qədər Komitəyə təqdim edilməmişdir. Lakin iddiaçı tərəfindən müvafiq sənədlərin Reyestrə daxil edilməsinə dair xx.xx.2020-ci il tarixdə Komitəyə müraciət edilmişdir. Bu səbəbdən də Komitənin xx.xx.2020-ci il tarixli xx/xx-5997 nömrəli məktubu ilə imtina cavabı verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 28.4.2021-ci il tarixli, 2-1(112)-4412/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1( 118)-1254/2021 nömrəli (hakim V.Əzizova) qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı (sərəncamı) əsasında verildiyi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən qanunvericilikdə tikintiyə icazənin məktub şəklində verilməsi nəzərdə tutulmadığından cavabdehin imtinası əsaslıdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin 8.6.2022-ci il tarixli, 2-1(105)-27 6/2022 nömrəli qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binalarına və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair tikintiyə icazənin, istismara qəbul edilməsi məlumatlarının dövlət reyestrinə daxil edilməsi, Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)276/2022 nömrəli, 26.8.2022 -ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)1254/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilərək Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı MMC-yə məxsus anbar binaları və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair məlumatlarının Tikintilərin dövlət reyestrinə daxil edilməsi və koda dair şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu forma baxımından inzibati akt hesab edilməsə də, məzmun (mahiyyət) etibari ilə inzibati aktdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salır. Digər tərəfdən, qeyd olunmalıdır ki, oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda X2 üzrə Dövlət Komitəsinin “Yehovanın şahidləri” dini icmasına dini nəşrin idxalının sayına və istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı ünvanladığı məktublar inzibati akt hesab edilmişdir və belə nəticəyə gəlinmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Yəni həmin qərarda “məktublar” forma baxımından inzibati akta xarakterik olmasa da, mə zmun etibarı ilə inzibati akt hesab edilmişdir. Bundan başqa, inzibati aktın qəbul edilməsi zamanı formal (prosessual) pozuntulara yol verilməsi hallarında məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Başqa sözlə, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə gör ə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində iddia tələbinə qa rşı etirazın dəlillərini təkrarlamış, əlavə olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilmiş 1 nömrəli əlavəyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərar ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”-nın 4.4, 3.1.1-ci bəndlərinə, “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinə, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə icazə məktub formasında verilmişdir. Həmin tikintiyə icazə ilə bağlı verilən məktub Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş obyektin tikintisinə icazə formasına uyğun deyil. Bu səbəbdən də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1877- T nömrəli məktub tikinti işlərinin başlanması üçün əsas ola bilməz.
19. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli 131/1 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir. Göründüyü kimi, İddiaçı MMC Komitəyə istismara icazə sənədini aldıqdan sonra müraciət etmişdir. Həmin istismar sənədi verildikdən sonra koda dair şəhadətnamənin verilməsi y olverilməzdir. Koda dair şəhadətnamənin verilməsi öhdəliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulmasına dair iddia tələbinə mümkünlük baxımından məhkəmə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi (Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubun verildiyi tarixdə qüvvədə olan redaksiyada) Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizad an keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir...
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə 8 dekabr 2016-cı il, 495 nömrəli qərarına 1 nömrəli Əlavə. 23. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmişdir): 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədi yi hallarda), situasiya planı və təyinatı barədə məlumat. 3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilir: 3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi; 3.1.2.4. tikinti obyektinin istismar təyinatı; 3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki); 3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi; 3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblər inə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən X1. 3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti. 4.2. Yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 10 (on) gün müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim e tmiş yerli icra hakimiyyəti orqanına göndərilir. 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına əsaslandırılmış imtina məktubu göndərilir. Yerli icra hakimiyyəti orqanı çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şi kayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubunu inzibati akt kimi qiymətləndirmiş və bu qənaətin əsası kimi qeyd etmişdir ki, birincisi, mövcud qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, inzibati hüquqi akt - inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqa n və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktdır... Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu forma baxımından inzibati akt hesab edilməsə də, məzmun (mahiyyət) etibari ilə inzibati aktdır. İkincisi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmalarını işin faktiki hallarına uyğun hesab etmir.
31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəl ləsinin (ŞTM) 74.1ci maddəsinin tələbinə görə, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
32. Həmin Məcəllənin 75.6-cı maddəsinin (Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubun verildiyi tarixdə qüvvədə olan redaksiyada) tələbinə görə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi b arədə qərar qəbul edir.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən inşa olunan tikinti obyekti ŞTM-in 79-80-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə aid deyil və onun tikintisi üçün icazə tələb olunur. ŞTM-in 75.6-cı maddəsi isə tələb edir ki, tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən “qərar” qəbul edilməlidir.
34. Məhkəmə kollegiyası razılaşır ki, inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bi lər.
35. Hazırkı halda, “Obyektin tikintisinə icazə”nin forma və məzmununun normativ aktla - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2016-cı il, 495 nömrəli qərarı ilə təsdiq edildiyi nəzərə alındıqda, iddiaçının və apellyasiya instansiyası məhkəməsinin əsaslandıqları Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubu öz məzmununa görə, normativ aktla müəyyən edilmiş şərtləri ödəmir və həmin məktub “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində təsbit olunmuş “inzibati akt”, ŞTM-in 75.6-cı maddəsində təsbit olunmuş “qərar” kimi qiymətləndirilə bilməz.
36. İddiaçının təqdim etdiyi sənədlər (o cümlədən, tikinti obyektinin eskiz layihəsi) qeyri-yaşayış binalarının tikintisinə (iddiaya görə, 685,54 kv.m tikintialtı sahə, 622,99 kv.m ümumi tikint i sahəsi olan anbar binalarına və ofis binasına /qeyri-yaşayış sahəsinə/), həm də “tikintiyə icazə icraatı”na aid olduğu halda, istinad edilən məktubda sahəsi 432 kv.m olan üçmərtəbəli fərdi yaşayış evinin və sahəsi 400 kv.m qeyri-yaşayış obyektinin layihə sənədlərindən bəhs olunmaqla, həmin məktubda ifadə edilən “razılaşdırma”nın tikintiyə icazə icraatı qaydasında deyil, “məlumatlandırma icraatı” qaydasında verildiyi məktubun sonuncu abzasında aşkar olaraq göstərilmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məktub Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 3.1.1.1-ci yarımbəndində nəzərdə tutulan sənəd kimi qəbul oluna bilməz.
38. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir.
39. Qaydaların 3.1.1.1-ci yarımbəndində nəzərdə tutulan “obyektin tikintisinə icazənin surəti” cavabdehə təqdim olunmamışdır.
40. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh tikintiyə icazə sənədini həmin icazəni verən orqandan – Abşeron Rayon İcra Hakimiyyətindən özü tələb edə bilərdi (“İnzibati icraat haqqında” Qanunun 32-ci maddəsi). Bu, baş verməsə belə, Abşeron Rayon İcra Hakimiyyəti apellyasiya instansiyası məhkəməsi tərəfindən icraata üçüncü şəxs qismində cəlb olunmuş və həmin orqan icraat barədə məlumatlandırılmışdı. Lakin iddiaçının və apellyasiya instansiyası məhkəməsinin istinad etdikləri, məzmunu və icazə qüvvəsinin həddi yuxarıda şərh edilən məktubdan başqa, hər hansı icazə sənədi məhkəməyə və ya cavabdehə təqdim olunmayıb. Halbuki, istinad edilən Qaydaların 4.2-ci bəndinin tələbinə əsasən, tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar Reyestrə tikintiyə icazə verən orqan (qurum) tərəfindən təqdim edilməlidir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir.
41. Qay daların 4.3-cü bəndinin tələbinə görə, bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır...
42. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 131/1 saylı “Tikinti obyektinin istismarına icazə” sənədi də özü-özlüyündə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoymur.
43. Beləliklə, cavabdehin iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmadığından, iddianı təmin etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
44. İşin təkrar baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi barədə tələbə gəldikdə, İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
45. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır. Buna görə də, şikayət işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi hissəsində təmin oluna bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.8.2022-ci il tarixli, 2-1(105)-276/2022 saylı qərarı ləğv edilir. İddia rədd edilir. Şikayət işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi hissəsində rədd edilir. Qərar qətidir.