Məhkəmə qərarları › İş №2-1(102)-233/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-233/2024

25.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-233/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün preyudisiallığı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “Bakı şəhəri Səbail rayon İHnin xx.xx.1994-cü il tarixli 3149 nömrəli Sərəncamı ilə ayrılan və hazırda sahibliyində, istifadəsində olan, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-2392/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon İHB-nın fərdi evin tikintisi üçün Bada mdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə xx.xx.1994-cü il tarixli 3149 nömrəli sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq iddiaçıya təhkim edilmiş və bu barədə, torpaq sahəsinin verilməsinə dair xx.xx.1994-cü il tarixli akt tərtib edilmişdir.

2. İddiaçıya ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq Səbail rayon İHB-nın qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir.

3. Bakı şəhəri Səbail rayon İHB-nın fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamına əsasən, X2 Badamdar qəsəbəsində fə rdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sxemi tərtib edilərək Səbail RİH-nin memarı tərəfindən təsdiq edilmişdir.

4. X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Səbail rayon İHB-nın xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamına əsasən ayrılmış 600 kv.m torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 21(112)-1375/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail rayon İHB-nın xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamına əsasən ayrılmış 600 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

5. Hazırkı iş üzrə iddiaçı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, yerləşmə cizgisində dəqiq istinad məlumatı və məsafələr qeyd olunmamışdır, göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən, torpaq sahəsi üzərindən keçən 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan torpaq sahəsinə digər şəxsin (X1) müraciəti daxil olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayon İH-nin xx.xx.1994-cü il tarixli 3149 nömrəli Sərəncamı ilə ayrılan və hazırda sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini bu qərarın 1-3-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.

8. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin (ha kim: R.L.Kərimli) xx.xx.2020-ci il tarixli, 2-1(112)5259/2020 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

10. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən, ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən yerquruluşu planı hazırlanmışdır. İddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin qismən hissəsi (112 kv.m) ərazidən keçən 6kV-luq yüksək gərginlikli elektrik hava xə ttinin mühafizə zonasında yerləşir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 600 kv.m torpaq sahəsinin faktiki göstəriciləri Bakı şəhəri Səbail RİH başçısının xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamı və X2 ayrılmış torpaq sahəsinin göstəriciləri ilə naturada qismən eynilik təşkil etsə də, sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 27 dekabr 2022-ci il tarixli, 21(112)-283/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqan imtinanın əsası kimi torpaq sahəsinin bir hissəsinin 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına düşdüyünü iddia etsə də, bu hal məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı tam təsdiqini tapmamışdır. Belə ki, alınmış mütəxəssis rəyində bu hal təsdiqini tapsa da, müayinə aktından da görünür ki, mübahisə obyekti olan sahənin üzərindən keçən elektrik xətti kəsilmiş vəziyyətdədir və hər hansı mənbədən enerji almır. Sahədə dirəklər istifadəsiz qalmış kimi qiymətləndirilir. Bundan əlavə, iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə ayrılmış sahə ilə üst-üstə düşməsi və mübahisə obyekti olan torpaq sahəsinin iddiaçıya aid sahə olmaması mütəxəssis rəyi ilə təsdiqlənir. Hazırkı üçüncü şəxs mübahisə obyekti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış (2-1(112)-1375/2021 saylı iş) və hazırda həmin iş üzrə məhkəmə icraatı (apellyasiy a instansiyası məhkəməsində) davam edir. Beləliklə, iddiaçı torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malik olsa da, onun iddia etdiyi torpaq sahəsinin faktiki koordinatları digər fiziki şəxsə (X3) ayrılmış torpaq sahəsinin koordinatlarına uyğun olduğundan, həmçinin üst-üstə düşən sahə məhz üçüncü şəxsin qanuni istifadəsinə verilmiş sahə olduğundan, o cümlədən yerləşmə cizgisi ilə naturada torpaq sahəsinin dislokasiyası fərqli olduğundan, iddiaçı iddia etdiyi torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə edə bilməz.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. X1 (hazırkı icraatda üçüncü şəxs) cavabdeh Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) qarşı “Bakı şəhəri Səbail rayon İHB-nın xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamına əsasən ayrılmış 600 kv.m torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1375/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-46/2023 nömrəli qərarı, kassasiya şikayəti isə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1257/2023 nömrəli qərarı ilə təmin edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 31 avqust 2023-cü il tarixli, 21(103)-2392/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-283/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellya siya şikayətində qeyd olunanlar təşkil edir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, məhkəmə torpaq sahəsinin ilkin sərəncamla iddiaçıya ayrılmasını nəzərə alaraq, sonrakı sərəncamı əhəmiyyətsiz akt kimi qəbul etməli idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və ş ikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qərar ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

25. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianı n məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

27. İddianın mümkünlük şərtlərindən biri də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasıdır. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı, proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdır.

28. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının tələbi “Bakı şəhəri Səbail rayon İHnin xx.xx.1994-cü il tarixli 3149 nömrəli Sərəncamı ilə ayrılan və hazırda sahibliyində, istifadəsində olan, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədır.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının hazırkı iş üzrə iddia etdiyi ərazi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxsin mülkiyyətində olması təsbit edilən torpaq sahəsi ilə üstüstə düşür. Həmin məhkəmə işində hazırkı iş üzrə iddiaçı üçüncü şəxs kimi çıxış etdiyindən, sözügedən iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların hazırkı işdə təkrar sübut edilməsinə zərurət yoxdur.

30. İşin bu vəziyyəti, hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və bu İPM-nin 78-ci maddəsinin tələbinə uyğundur.

31. Belə ki, İPM-nin 78-ci madd əsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir məhkəmə işində təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

32. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüqu qi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzimləyən normalar sübutetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarı ilə hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxsə məxsus olması öz təsdiqini tapdığından, bu halın yenidən məhkəmə araşdırmasının predmeti olması imkanı istisna edilir və hazırkı iddia tələbi mümkünsüzdür.

34. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya Bakı şəhəri Səbail rayon İHB-nın fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə xx.xx.1994-cü il tar ixli 3149 nömrəli sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq iddiaçıya təhkim edilmiş və bu barədə, torpaq sahəsinin verilməsinə dair xx.xx.1994-cü il tarixli akt tərtib edilmişdir. Həmçinin, iddiaçıya ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq Səbail rayon İHB-nın qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının göstərdiyi torpaq sahəsinin başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Belə ki, hazırkı işdə iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmadığı müəyyən edilmişdir. Bununla belə, Bakı şəhəri Səb ail rayon İHB-nın xx.xx.1994-cü il tarixli 3149 nömrəli sərəncamı qüvvədə olduğu müddətdə iddiaçının ona ayrılmış torpaq sahəsinə iddia etmək hüququ saxlanılır (əgər, faktiki olaraq ona ayrılmış sahə üçüncü şəxsin mülkiyyətində olmayan sahədirsə).

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-2392/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “Bakı şəhəri Səbail rayon İHnin xx.xx.1994-cü il tarixli 3149 nömrəli Sərəncamı ilə ayrılan və hazırda sahibliyində, istifadəsində olan, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar