Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2330/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn mərhuma məxsus olması ba rədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-415/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarı əsasında X11 39/342 nömrəli üzvlük kitabçası təqdim edilmişdir.
2. Xəzər Dəniz Gəmiçiliyinin “Yelkən” bağçılıq üzvlərinin təsdiq olunmuş xx.xx.2000-ci il tarixli, 03 nömrəli Protokol-siyahısından çıxarışdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Yelkən” bağç ılıq yoldaşlığının üzvü X11 “V” sektorunda ümumi sahəsi 400 kv.m olan 342 nömrəli bağ sahəsi verilmişdir.
3. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Yelkən” bağçılıq yoldaşlığı üzvlərinin siyahısının 319-cu sıra nömrəsində X9 üzvlüyə 2000-ci ildə daxil olduğu və ona sahəsi 0,05 ha olmaqla 342 nömrəli bağ sahəsinin ayrıldığı göstərilmişdir. 4. 14.12.2012-ci il tarixli, AZ-İ 583315 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X14 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
5. Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, X-489 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X6 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətna mənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X9 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2013-cü ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində 342 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunur.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********96 nömrəli məktubunda qeyd edilmişdir ki, “Yelkən” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X9 adına 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi göstərilmişdir. Lakin X1 bağ sahəsinin ayrılmasına dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir.
7. Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2021-ci il tarixli, 50/06 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər Dəniz Gəmiçiliyi Həmkarlar İttifaqı Komitəsinin nəzarəti altında tərtib olunmuş “Yelkən” bağçılıq-yoldaşlığın xx.xx.2019-cu il tarixində Əmlak Komitəsinə göndərilən sonuncu ümumi siyahısında X14 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 nömrəli torpaq sahəsi 0,05 ha göstərilib. O zaman dənizçilərə ayrılan torpaq sahəsi yalnız bölgü sxemi (xəritəsi) üzərində nəzərdə tutulmuşdur. Suyun dərinliyi (0,5-2,3 m) buna imk an vermirdi ki, dənizçilər ora yaxınlaşıb hər hansı abadlıq işləri görsünlər. Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarla Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün ayrılmış torpaq sahəsi 2000-ci ilin sonuna qədər HİK nəzarəti altında paylanıb qurtarıb. Qeydiyyatdan keçən dənizçilər HİK nəzarəti altında protokola salınıb və onlara lazımi sənədlər verilib. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq “Yelkən” bağçılıq-yoldaşlığın ümumi siyahısında X9 adına 342 nömrəli torpaq sahəsinin olması haqqında və ona 342 nömrəli torpaq sahəsinin verilməsi haqqında heç bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış, bölgü sxemi, arayış) olmadığı barədə ətraflı məlumat verilib. 342 nömrəli torpaq sahəsinin ətrafındak ı qonşu torpaqlar 340, 341, 341a nömrəli torpaq sahələrinin sahəsi 300-450 kv.metr arasında dəyişilir. 342 nömrəli torpağın sahəsi 300 kv.metr təşkil edir (“Yelkən” bağçılığın İdarə Heyətinin məlumatına əsasən).
8. İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması haqqında arayışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəq iqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X11 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X9 qanun üzrə vərəsəsidir. X2 Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi ayrılmışdır. X3 qəfil vəfatı ilə əlaqədar həmin torpaq sahəsinin özəlləşdirilməsi (daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi) həya ta keçirilməmişdir. İlkin hüquqmüəyyənedici sənədləri almaq üçün “Yelkən” bağçılıq-yoldaşlıq birliyinə dəfələrlə müraciət edilsə də, müxtəlif bəhanələrlə bundan imtina edilmişdir. Çünki birlik həyat yoldaşının vəfat etməsindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, X11 ayrılmış 0,05 ha torpaq sahəsini hissə-hissə ətrafdakı şəxslərə qeyri-qanuni satdığı üçün ona yalnız həmin torpaq sahəsinin yarısını, yəni 0,025 ha torpaq sahəsi verə biləcəyini, ondan artıq torpaq sahəsinin isə mövcud olmadığını söyləmişdir. Bununla bağlı “Yelkən” bağçılıq-yoldaşlıq birliyinin tabe olduğu Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət etdikdə, həmin Komitədən rəsmi şəkildə bildirilmişdir ki, Xəzər Dəniz Gəmiçiliyi Həmkarlar İttifaqı Komitəsinin nəzarəti alt ında tərtib olunmuş “Yelkən” bağçılıqyoldaşlıq birliyinin xx.xx.2019-cu il tarixində Əmlak Komitəsinə göndərilən sonuncu ümumi siyahısında X14 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 nömrəli torpaq sahəsi 0,05 ha göstərilib. Ardınca da qeyd edilir ki, “Yelkən” bağçılığın İdarə Heyətinin məlumatına əsasən 342 nömrəli torpağın sahəsi 300 kv.m (yəni 0,03 ha) təşkil edir. Ayrılan 0,05 ha torpaq sahəsinin yerdə qalan 200 kv.m (yəni 0,02 ha) hissəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək kimlərə və hansı qeyri-qanuni yollarla verilməsi barədə heç nə bildirilmir. İddiaçı mərhum X9 qanuni vərəsəsi olaraq, onun adına ayrılmış “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar 342 nö mrəli bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin həmin bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsas gətirilərək ona imtina cavabı verilmişdir.
12. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı təqdim etdiyi etirazında iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 22 iyun 2022-ci il tarixli, 21(112)-2867/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sə nədlər və naturada təhvil verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Sözügedən bağ sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və həmin bağ sahəsinin faktiki olaraq ölçüsünün 264 kv.metr olmasına dair məhkəməyə müayinə aktı təqdim edilmişdir.
17. İş üzrə məhkəmə iclasında mühəndis X7 izahat verərək bildirmişdir ki, məhkəmənin müvafiq sorğusu əsasında mübahisəli bağ sahəsinə baxış keçirmiş və müəyyən etmişdir ki, bağ sahəsinin sərhədlərinin bir tərəfi qonşu bağın hasarı, bir tərəfi qonşu bağın sahibi tərə fdən düzülmüş beton bloklardır, iki tərəfinə isə iki cərgə mişar daşı düzülmüşdür. Həmçinin bağ sahəsinin faktiki ölçüsü 264 kv.metrdir, bir tərəfdən yol keçir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 02 iyun 2023cü il tarixli, 2-1(103)-415/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən faktiki ölçüsü 264 kv.metr olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X11 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəmə sinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum həyat yoldaşına məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Lakin qeyd edilən hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, iddiaçının mərhum ərinə ayrılmış bağ sahəsinin ölçüsü 400 kv.m olsa da, sözügedən bağ sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və həmin bağ sahəsinin faktiki olaraq ölçüsünün 264 kv.m olmasına dair müayinə aktı təqdim edilmişdir. Həmin müayinə aktından aydın olur ki, sözügedən bağ sahəsinin ətrafında boş sahə mövcud deyildir, dörd bir tərəfində yerləşən bağ sahələrinə dair digər fiziki şəxslərin mülkiyyət hüquqları müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24. “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair ara yışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş və rəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təs diq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalm ır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X11 məxsus olmasına dair cavabdeh tərəfindən arayışın verilməsinə yönəlmişdir.
34. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Höv san qəsəbəsində yerləşən faktiki ölçüsü 264 kv.metr olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X11 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmış, cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Buna görə də, hazırkı kassasiya baxışının predmetini yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissə təşkil edir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.
36. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X9 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haq qında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində h üquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən, Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarı əsasında X11 39/342 nömrəli üzvlük kitabçası təqdim edilmişdir. Xəzər Dəniz Gəmiçiliyinin “Yelkən” bağçılıq üzvlərinin təsdiq olunmuş xx.xx.2000-ci il tarixli, 03 nömrəli Protokol-siyahısından çıxarışdan görünür ki, Suraxanı r ayonu, Hövsan qəsəbəsində yerləşən Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Yelkən” bağçılıq yoldaşlığının üzvü X11 “V” sektorunda ümumi sahəsi 400 kv.m olan 342 nömrəli bağ sahəsi verilmişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Yelkən” bağçılıq yoldaşlığı üzvlərinin siyahısının 319-cu sıra nömrəsində X9 üzvlüyə 2000-ci ildə daxil olduğu və ona sahəsi 0,05 ha olmaqla 342 nömrəli bağ sahəsinin ayrıldığı göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum həyat yoldaşına məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür.
41. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, iddiaçının mərhum ərinə ayrılmış bağ sahəsinin ölçüsü 400 kv.m olsa da, sözügedən bağ sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və həmin bağ sahəsinin faktiki olaraq ölçüsünün 264 kv.m olmasına dair müayinə aktı təqdim edilmişdir. Həmin müayinə aktından aydın olur ki, sözügedən bağ sahəsinin ətrafında boş sahə mövcud deyildir, dörd bir tərəfində yerləşən bağ sahələrinə dair digər fiziki şəxslərin mülkiyyət hüquqları müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (sözügedən bağ sahəsinin qonşuları barədə ape llyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir).
42. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-415/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.