Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2332/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı X1 Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlə r Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1(103)-1158/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********146569 nömrəli qərarı ilə iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən aprel 2018 – mart 2021-ci il dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmilə şdirilmişdir.
3. Yoxlama ilə 2018, 2019 və 2020-ci illər üçün ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50%-i miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
4. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyətə başladığı müddətdən etibarən daim vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə 856254,50 manat artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə cavabdehə müraciətindən sonra, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qər arla onun aprel 2018mart 2021-ci il fəaliyyət dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd edilməlidir ki, Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “X2 və Ticarət LTD” MMM də artıq ödəmənin geri qaytarılması barədə cavabdehə müraciət etmiş, hər 3 vergi ödəyicisinə münasibətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və bütün bu yoxlamaların nəticəsində eyni tarixdə verilmiş yoxlama aktları ilə qanunsuz olaraq vergi hesablanmışdır. Vergi orqanı artıq ödənilmiş vəsaiti 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar səyyar vergi yoxlaması keçirməklə vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablaması aparmışdır. xx.xx.2021ci ildən davam edən növbədənkənar səyyar vergi yoxlaması cavabdehin müxtəlif qərarları i lə dayandırılmışdır. Nəhayət yoxlamanın nəticəsinə dair **********146576 nömrəli növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən müvafiq qərar iddiaçıya təqdim edilmədən, elektron qaydada göndərilmədən şəxsi hesab vərəqəsinə 1804740,99 manat hesablama aparılmış, 902370,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə göndərilmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci ildə cavabdeh tərəfindən iddiaçıya elektron sistem üzərindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari t ibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərar göndərilmişdir. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alqı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya vergilərin yenidən hesablanması ilə bağlı qiymətlərinə istinad edilən Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqı-satqı ilə məşğuldur, Azərbaycan Respublikasında heç bir məhsul ixraca verməmişdir. Bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. İddiaçıya münasibətdə xx.xx.2021ci ildən başlayan növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilədək, qanunvericiliyə zidd olaraq 137 gün ərzində dav am etmişdir. Daha sonra xx.xx.2021-ci ildən etibarən xx.xx.2021-ci ilədək yenə də qanunsuz olaraq dayandırılmışdır. Vergi yoxlaması üzrə akt xx.xx.2021-ci ildə tərtib edilmiş və bu aktın əsasında xx.xx.2022-ci ildə qərar qəbul edilmişdir. Vergi yoxlaması xx.xx.2021-ci ildə bitsə də, onun müddəti qanunsuz olaraq dayandırılmış, hər 3 dayandırma qərarında Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə, yəni səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına istinad olunmuş və buna əsasən yoxlama dayandırılmışdır. Qeyd edilən halda aşağıdakı qanun pozuntuları edilmişdir: (1) vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halın ı təsdiqləyən hər hansı fakt yoxdur; (2) müvafiq qərarlar əsaslandırılmamışdır, belə ki, hətta rəhbər əmək qabiliyyətini itirsə belə, bunun yoxlamanın nəticələrinə təsiri qeyd edilməli və nəyə görə dayandırma barədə qərar verilməsinə ehtiyac olduğu əsaslandırılmalıdır; (3) Vergi Məcəlləsinin 38.7.2-ci maddəsi ilə dayandırmanın əmək qabiliyyəti bərpa olunanadək maksimal müddəti təyin olunmuşdur, deməli dayandırma qərarının müddəti özbaşına yox, müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi barədə müvafiq təsdiqləyici sənəddə qeyd edilmiş əmək qabiliyyətinin itirilmə müddətinə əsasən müəyyən edilməli idi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparıl ması qaydası haqqında Əsasnamə”nin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İş materiallarına əlavə olunmuş yoxlama reyestrindən çıxarışa əsasən Prezidentin Fərmanı ilə təsdiq edilmiş bu tələb də pozulmuşdur. Belə ki, dayandırılma barədə qərar və məlumat yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl, yəni xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilməli idi. Da yandırma barədə qərar isə 1 gün gecikmə ilə sistemə daxil edilmişdir. Vergi yoxlamasının bitdiyi son gündə onun dayandırılması da məntiqsizdir. xx.xx.2021-ci il tarixdə vergi yoxlaması aktı Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq tərtib olunmalı və daha sonra Vergi Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən müvafiq prosedurlara əməl edilməli idi. Vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və vergi yoxlaması materiallarına baxılması ilə bağlı məcburi tələblər vergi orqanı tərəfindən pozulmuş, əsassız olaraq xx.xx.2021-ci ildə dayandırılmış yoxlama yenilənmədən, müddəti uzadılmadan, iş təzələnmədən xx.xx.2021-ci ildə səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bu aktın əsasında tələbnamə göndərilmiş və xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 870912,20 manat silinmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən, pulun silinməsindən sonra xx.xx.2022-ci ildə isə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərar iddiaçıya elektron sistem vasitəsilə göndərilmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq qərar (inzibati akt) müvafiq silinmələr edildikdən sonra göndərilmişdir. Hərçənd ki, “İnzibati icraat haqqında” Qanununa (maddə 64.1.) görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi anda n və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Göründüyü kimi, silinmələr inzibati akt qüvvəyə minmədən edilmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin həmin Məcəllənin 65.2-ci maddəsi ilə müəyyən edilən vergi borclarının alınması üzrə məcburi tələblər pozulmuşdur. Belə ki, vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq bildiriş göndərməlidir və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilər. Cavabdeh isə mənfəət vergisi üzrə qanunsuz olaraq müəyyən etdiyi vergi borcunu ƏDV depozit hesabında ol an vəsait hesabına qanunsuz olaraq silmişdir. Eyni zamanda mübahisələndirilən qərarda hansı mühasibat uçotu qaydalarının pozulduğu, pozuntunun verginin yenidən hesablanmasına necə təsir etdiyi, kontragentlərin hansı göstəricilərinə əsasən qarşılıqlı əlaqəsi və bunun əməliyyatın məzmununu necə dəyişdiyi, nümunə üçün istinad məlumatları, təhlillər və s. qeyd edilməmiş və əsaslandırılmamışdır. Yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinə (Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlum atından və digər müvafiq məlumatlardan istifadə edilir) istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları və s. yəni heç bir məlumat qeyd edilməmişdir. Akt və qərar ziddiyyətli məlumatlar əsasında tərtib edilmişdir. Bir tərəfdən kontragentlərin qarşılıqlı əlaqəli olması verginin yenidən hesablanması üçün əsas olaraq götürülmüşdür, digər halda vergi ödəyicisinə qarşılıqlı əlaqəli olan başqa şirkətin (“X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin) qiymətləri əsas götürülərək bazar qiyməti əsasında vergi yenidən hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, “yoxlama dövründə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.” Bu məqamda nəzərə alınmayıb ki, adı istinad edilən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi bu şirkətə aidiyyəti olan şəxsdir və həmin nümayəndəlikdə də yoxlama keçirilmiş və əlavə vergi hesablanmışdır. Bu nümayəndəliyin səyyar vergi yoxlaması dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, buna baxmayaraq hətta ekspert belə qiyməti müəyyən edə bilməmişdir. Bu hal “X2 və Ticarət LTD” MMM-yə münasibətdə təkrarlanmışdır. Başqa sözlə, vergi orqanının vergi ödəyicisinin qiymətlərinə şübhəsi yarandığına görə yoxlama təyin olunmuş, qiymətləri ekspertizaya cəlb olunmuş, ekspert rəy verməkdən imtina etmiş və bu iş üzrə vergi özü “bazar qiyməti” təyin etmiş və özünün təyin etdiyi “qiyməti” digər vergi yoxlamasında istifadə etmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********146569 nömrəli qərarına əsasən iddiaçıya münasibətdə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmişləşdirlmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir: Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilen kisələrin) ixracı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2018, 2019, 2020) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama Vergi Məcəlləsinin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi həmin qeyrirezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hes ablanmışdır. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən iddiaçı və “Too KasXim”, "xxxx" MMC və “X3” Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə iddiaçıya vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988,7 manat, zərər 29810,77 manat, 2019-cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6092338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi öd əyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15540932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977788,76 manat, 2019-cu il ümumi gəlirləri 8481102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat və 2020-ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50%-i miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Hesablamanın əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların “X2 və Ticarət LTD” MMM tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar iddiaçının ad ından tərtib olunmuşdur. İxrac edən müəssisənin iddiaçının olması iddia ərizəsində də öz əksini tapmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və son 3 illik dövrün yəni, 2020, 2019, 2018-ci illərin mənfəət vergisi yoxlanılmışdır. Belə olan təqdirdə, vergi orqanı tərəfindən vergilərin hesablanması və hesablanmış vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi tam əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 05 sentyabr 2022-ci il tarixli, 2-1(112)-7176/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, **********140171 nömrəli səyyar vergi yoxlaması aktında n görünür ki, cavabdeh vergi orqanı tərəfindən Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində də vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar vergi yoxlaması aparılmış və vergi yoxlamasının nəticələrinə əsasən həmin cəmiyyətdə digər vergilərlə yanaşı 2017-2019-cu illər ərzində mənfəət vergisinin azaldılması nəticəsinə gəlinərək əlavə mənfəət vergisi hesablanmışdır. Həmin səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndindən göründüyü kimi, qeyd edilən vergi ödəyicisinin təqdim etdiyi (satdığı) malların qiymətinin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən ekspert dəvət edilmişdir. Yəni vergi orqanı Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasınd akı nümayəndəliyinin məhsullarının bazar qiymətlərinin həqiqiliyini və düzgünlüyünü şübhə altına aldığı halda, həmin qiymətləri əsas götürərək hər hansı başqa bir vergi ödəyicisinə vergilər hesablanması məntiqsizdir. Habelə Vergi Məcəlləsinin normalarında da vergi orqanının qeyri-dürüst hesab etdiyi qiymətləri əsas götürməklə hər hansı bir vergi ödəyicisinə əlavə mənfəət vergisi hesablaması imkanı nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh vergi orqanı yoxlamanın aparılması zamanı Vergi Məcəlləsinin normalarına əməl etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər ar tırıla bilər. Qeyd edilən normaya xx.xx.2021-ci ildə dəyişiklik edilənə qədər qeyd edilən müddət iş günü ilə deyil sadəcə gün ilə hesablanırdı. İş materiallarından göründüyü kimi, iddiaçıya münasibətdə növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmiş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 3 dəfə dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021-ci ildə başa çatmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik ed ən və məruzəçi/, Mehriban Qarayeva və Pərviz Hüseynov) 21 may 2024-cü il tarixli, 2-1(103)-43/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayarq qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktında və məsuliyyət qərarında qeyd olunur ki, eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X4” MMCnin Azərbaycan Respublikasındakı nümayəndəliyinin oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə, iddiaçıya vergilər 2018-2020-сi illər üçün yenidən hesablanmışdır. Hesablamanın əsasını təşkil edən yük-gömrük məlumatlarına əsasən malların “X2 və Ticarət LTD” МММ tərəfindən ixrac edilməsi görünsə d ə, müvafiq invoyslar iddiaçının adından tərtib olunmuşdur. Belə ki, invoys beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onların miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 06 noyabr 2024-cü il tarixli, 2-1(102)-2666/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edi lmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə cavabdehin xx.xx.2021-ci il tarixli, **********146569 nömrəli qərarına əsasən iddiaçıya münasibətdə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Qərara əsasən 2018, 2019 və 2020-ci illər üçün ümumilikdə 1804740,99 manat mənfəət vergisi hesablanmış və 902370,5 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, mallar bazar qiymətindən aşağı qiymətə ixrac edildiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan vergi ödəyicisinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürül məklə vergilər yenidən hesablanmışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin qaydaların 48.1-ci bəndinə əsasən səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 39-cu maddəsinə müvafiq olaraq aparılır. Səyyar vergi yoxlamasının nəticələri vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada “Səyyar vergi yoxlaması aktı” (Əlavə 24) ilə rəsmiləşdirilir. “Qaydalar”da “Səyyar vergi yoxlaması Aktı”nın forması da təsdiq edilmişdir. Qeyd olunan akt formasının 2.5-ci “Xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları:” bəndində vergi ödəyicilərinin idxal və ixrac olunan mallarının adı və miqdarı qeyd olunmalıdır. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli səyyar vergi yoxlaması aktının 2.5-ci bəndində, həmçinin iş materiallarına əlavə olunmuş digər sənədlərdə iddiaçının idxal və ixrac olunan malları barədə hər hansı məlumat əksini tapmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarının 28-ci bəndində qeyd edilmişdir ki, hesablamaların əsasını təşkil edən yük-gömrük məlumatlarına əsasən malların “X2 və Ticarət LTD” MMM tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoysların iddiaçının adına olması iddia ərizəsində də öz əksini tapmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş invoyslar malların ixrac olunmasını əks et dirən sənəd hesab edilə bilməz. Eyni zamanda, iş materiallarında iddiaçı tərəfindən 2018-2020-ci illərdə gömrük rəsmiləşdirilməsi başa çatmış ixrac əməliyyatları barədə məlumat olmadan mübahisənin mahiyyəti üzrə hər hansı yekun qərar qəbul edilə bilməz.
16. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104-cü maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə y etirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə əsasən, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir (maddə 1.1) Əsasnamə ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək (maddə 3.1.15.), Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını aparmaq (maddə 3.1.18.) və gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılmasını təmin etmək (maddə 3.1.29.) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün qanunvericiliklə müəyyən edilən müddətin ötürülməsi məsələsini, yoxlama ilə əhatə olunan 2018-2020-ci illər dövründə qüvvədə olan Vergi Məcəlləsinin 85.4 və 56-cı maddələrinə uyğun olaraq araşdırmalı, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən 2018-2020-ci illər ərzində iddiaçı tərəfindən ixrac edilmiş mallar (ixracın tarixi, ixrac edilən malın adı, miqdarı, qiyməti və s) barədə rəsmi məlumat əldə etməklə, həmçinin bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14.6-cı maddəsinin (qiymətlərə təsir edən ami llərin nəzərə alınması) düzgün tətbiq edilməsi məsələlərini araşdırmaqla işə təkrar mahiyyəti üzrə baxaraq mübahisəyə hüquqi qiymət verməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Nəbizadə /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Kamran Əkbərov) 09 aprel 2025ci il tarixli, 2-1(103)-1158/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş göstərişlər nəzərə alınaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəmə yə daxil olmuş sorğuya cavabda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində malların ixrac edilməsi haqqında məlumat mövcud deyildir. Göstərilənlərə əsasən, cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar vergi qanunvericiliyinə uyğun olmadığından və iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən, vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün qanunvericiliklə müəyyən edilən müddət ötürüldüyündən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğ vinə əsas vermir.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qayda da kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə gönd ərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edil miş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması a ktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəl b edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının sur əti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqa nlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 56.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Maddə 56.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar da xil olduğu hallarda həmin gəlirlər üzrə 5 il Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan s onra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hü quq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həm in qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir k i, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlaması qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmı şdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İş üzrə materiallardan (İ cild, i.v. 20) görünür ki, iddiaçı 856254,5 manat artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsi üçün müvafiq ərizə ilə (İ cild, i.v. 27) cavabdehə müraciət etmiş, bundan sonra cavabdeh tərəfindən ona münasibətdə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama ilə 2018-2020-ci illər üzrə ümumilikdə 1804740,99 manat mənfəət vergisi hesablanmış, həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamanın əsası bundan ibarətdir ki, cavabdeh iddiaçını “TOO KasXim”, "xxxx" MMC və “X3” Müəssisəsi (İran İslam Respublikası) ilə qarşılıqlı surətdə asılı şəxslər və onlar arasında olan əməliyyatları da nəzarət olunan əməliyyat hesab etmişdir. Bundan sonra, Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nüma yəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri iddiaçıya münasibətdə bazar qiyməti kimi tətbiq edilmişdir.
34. İddiaçının mövqeyinə görə, yoxlama dövründə ixrac əməliyyatları “X2 və Ticarət LTD” MMM tərəfindən həyata keçirilmişdir. Cavabdehin bu məsələdə mövqeyi isə ondan ibarətdir ki, ixrac “X2 və Ticarət LTD” MMM tərəfindən aparılsa da, invoyslar iddiaçının adından tərtib edilmişdir.
35. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, işə ilkin baxan apellyasiya instansiyası məhkəməsi invoysların iddiaçının adından tərtib olunmasına istinadən iddianı rədd etmişdir. İlkin kassasiya baxışı zamanı iddiaçının şikayəti təmin edilmiş və aşağıdakı məsələlərin araşdırılmasına göstəriş verilmişdir: 1) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 2018-2020-ci illər ərzində iddiaçı tərəf indən ixrac edilmiş mallar barədə rəsmi məlumat əldə etmək; 2) Bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14.6-cı maddəsinin (qiymətə təsir edən amillərin nəzərə alınması) düzgün tətbiqinin araşdırılması. İş üzrə kassasiya instansiyası məhkəməsinin həmin qərarı ilə invoys sənədinin malların ixracını təsdiq edən sənəd olmaması mövqe olaraq müəyyən edilmişdir.
36. Təkrar apellyasiya baxışı zamanı göndərilmiş müvafiq sorğuya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabında (İV cild, i.v. 184) iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində malların ixrac edilməsi haqqında məlumatın mövcud olmadığı qeyd edilmişdir. Bundan sonra işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədə n saxlamışdır. Cavabdeh isə kassasiya şikayətində eyni əsasları yenidən təkrarlamışdır.
37. Göründüyü kimi, müvafiq ixrac əməliyyatlarının “X2 və Ticarət LTD” MMM tərəfindən həyata keçirilməsinə baxmayaraq, cavabdeh yanlış olaraq həmin ixracı iddiaçıya aid etmişdir.
38. Bundan başqa, qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçı ilə eyni vaxtda faktiki ixracı həyata keçirən “X2 və Ticarət LTD” MMM və qiymətləri əsas götürülmüş Rusiya Federasiyasının “X4” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində də səyyar vergi yoxlaması həyata keçirilmiş və həmin müəssisələr barəsində də əlavə vergilər hesablanmaqla artıq ödəmə məbləğləri silinmişdir. Həmin hesablamalar da məhkəmə qaydasında mübahisələndirilmişdir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət də əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli 21(103)-1158/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.