Məhkəmə qərarları › İş №2-1(102)-2335/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2335/2024

05.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2335/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkə zi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-1602/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.

2. Azərbaycan Respublikası Bakı şəhər Prokurorluğu tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis (mətbuat katibi üzrə), xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər prokurorluğunun müraciətlərə baxılması şöbəsi ndə əvəzçilik qaydasında yarım ştat vahidi üzrə müfəttiş vəzifəsində işləmişdir.

3. İddiaçı dövlət qulluğuna xitam verildiyinə görə xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçının pensiyası yenidən hesablanarkən dövlət qulluğu stajına, xx.xx.1985-ci ildən xx.xx.1997-ci ilədək Naxçıvan şəhər kommunist partiyasında, xx.xx.2005-ci ildən 4.03.2014-cü ilədək, xx.xx.2014-cü ildən 2.03.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyi dövrlər daxil edilmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət edərək onun xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il ta rixədək Bakı şəhər prokurorluğunda işlədiyi dövrlərin də dövlət qulluğu stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir

5. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, Bakı şəhər Prokurorluğunun 22 may 2023-cü il tarixli arayışında xx.xx.2000- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər Prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işləməsi göstərilib. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsini nəzərə alaraq, yuxarıda göstərilən Qaydada “əvəz çilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeyd olmadığından xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində dövlət qulluğunda fəaliyyətinə xitam verilib. Hazırda dövlət qulluqçusu kimi təqaüd alır. Bakı şəhər Prokurorluğunun 22 may 2023-cü il tarixli 01/11/149 nömrəli arayışında onun xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər Prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işlədiyi göstərilib. Ancaq bu illər dövlət qulluğu stajına əlavə olunmayıb. Səbəb “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nda “əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeydin olmama sı göstərilir. Yuxarıda göstərilən Qaydalarda “əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeydin olmaması onun əmək hüququnun pozulmasına əsas vermir. Əsas odur ki, o, müvafiq əmrlərlə Bakı şəhər Prokurorluğunda işləmişdir. Bakı şəhər Prokurorluğunda işləmək dövlət qulluğu sayıldığından orada işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın yenidən hesablanmasının cavabdehə həvalə olunması barədə qərar verilməsini xahiş edir.

8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən o, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətində “xalq yaradıcılığı” redaksiyasında şərhç i vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2000-ci il ərzində Televiziyanın “ictimai-siyasi proqramlar” redaksiyasının “Hüquq” şöbəsilə şərhçi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixində Televiziyanın “Xəbərlər” redaksiyasına baş redaktor təyin edilmiş, xx.xx.2005-ci il tarixində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisənin ləğvi ilə əlaqədar) işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə əsas iş yeri Bakı şəhər Prokurorluğu deyil, Azərbaycan Respublikası Dövlət Teleradio şirkəti olmuşdur və həmən dövr (xx.xx.1999xx.xx.2005) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim B.M.Cəlalov) xx.xx.2023-cü il tarixli, 2-1(112)14032/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövlət qulluğunda işlədiyi dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X1 məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi iddiaçının 2000-2002-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçının Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə işlədiyi dövr dövlət qulluğunun xüsusi növü hesab edildiyindən istinad edilən Qaydanın 7-ci hissəsinə əsasən həmin dövr də pensiya təyin edilərkən nəzərə alınmalıdır. İddiaçının 2000-20 02-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alındığına görə, iddiaçı ona pensiya təyin edilərkən öz seçiminə görə həmin dövrlərdə Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətində işlədiyi dövrün deyil, Bakı şəhər Prokurorluğunda dövlət qulluğunda işlədiyi dövlərin nəzərə alınmasını seçmək hüququna malikdir.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-14032/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-1602/20 24 nömrəli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: R.Ə.Səmədov və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya əsaslandırılmışdır. şikayəti etiraza və apellyasiya şikayətinin dəlillərinə uyğun b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “ Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.2-ci maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. 2.3-cü maddəsinə görə, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir

18. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”: 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilə rkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 7-1-ci hissəsinə görə, dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

19. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkə mə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək Bakı şəhər prokurorluğunda yarım ştat vahidi üzrə işlədiyi dövrlərin dövlət qulluğu stajına nəzərə alınmaqla pensiyasının yenidən hesanlanmasından ibarətdir.

27. Birinci instansiya icraatı zamanı X1 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçının 2000-2002-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

28. Göründüyü kimi iddiaçının Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə işlədiyi dövr dövlət qulluğunun xüsusi növü hesab edildiyindən istinad edilən Qaydanın 7-ci hissəsinə əsasən həmin dövr də pensiya təyin edilərkən nəzərə alınması ilə bağlı məhkəmənin m övqeyi əsaslı olmuşdur.

29. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının həmin dövrdə işlədiyi əsas iş yeri üzrə vəzifələrin pensiya təyin edilərkən nəzərə alınması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə görə, Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, ap ellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-1602/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar