Məhkəmə qərarları › İş №2-1(102)-2337/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2337/2025

28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2337/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X9 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2- 1(105)68/2025 saylı qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazıl ı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə İddiaçı, onun atası X2, anası X4 və qardaşı X10 birgə mülkiyyət hüququ ilə Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində 2,29 ha torpaq sahəsi ayrılmış və müvafiq şəhadətnamə verilmişdir.

2. Arxiv məlumatları olmayan Qusar rayon məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsi əsasında həmin torpaq sahəsinin 0,50 ha hissəsi X6 istifadəsinə verilmiş və onun mülkiyyət hüququ 12 may 2009-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. X6 vəfat edəndən sonra 0,5 ha torpaq sahəsi vərəsəlik qaydasında onun arvadı X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. 0,5 ha torpaq sahəsi mübahisəsiz olaraq Bak unovların istifadəsində olmuşdur. 3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 may 2009-cu il tarixli Seriya MH ******* nömrəli, **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilir ki, Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0,739 ha torpaq sahəsi üzərində X5, X17, İddiaçı və X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 4. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 may 2009-cu il tarixli Seriya MH ******* nömrəli, **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilir ki, Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 1,051 ha torpaq sahəsi üzərində X5, X17, İddiaçı və X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 5. “Hü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 20 oktyabr 2020-ci il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

6. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək onun və ailə üzvlərinin adına verilmiş MN ******* blank, ********** qeydiyyat nömrəli, MN N0024394 blank; ********** qeydiyyat nömrəli və X3 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğv erilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2023-c ü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının və ailə üzvlərinin adına MN ******* blank, ********** qeydiyyat nömrəli, MN N0024394 blank; ********** qeydiyyat nömrəli və X3 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğvi yalnız məhkəmə qaydasında mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN 259 nömrəli, KOD 30220018 kodlu Dövlət Aktının surətindən göründüyü kimi Xaçmaz rayon Aqrar İslahat komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 2.29 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, X11, İddiaçı və X7 mülkiyyətinə verilmişdir. Sonradan, həmin torpaq sahəsi X1, X11, İddiaçı və X7 adlarına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışın ayrılmaz hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü”dən göründüyü kimi həmin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş JV2 ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan göründüyü kimi Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 0.50 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ X3 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq həmin qeyddən yuxarıda göstərilən çıxarış verilmişdir. xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ayrılmaz hissəsi olan “Torpaq sahəsinin plan və ölçüsü”-dən göründüyü kimi həmin mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına ə sas xx.xx.2020-ci il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində 2V-31 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsi olmuşdur. Digər məlumata əsasən vərəsəlik hüququ əsasında əldə edilmiş əmlak yenə də, Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında əldə olunmuşdur. Qusar Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, G(029)-218/2023 saylı məktubunun əslindən göründüyü kimi Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-183a/2007 saylı iş mövcud deyildir.

10. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etiraz imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

11. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arx ivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X9 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4288/2023 nömrəli qərardadı ilə X5, X17 və X14, 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-4288/2023 nömrəli qərardadı ilə X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

13. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-68/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadları ilə X13 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmiş və X5 vəfat etdiyi üçün onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-933/2024 nömrəli qərarı ilə (hakim X15) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən yerdə qalan 1,051 ha torpaq sahəsinə çıxarışın alınması ilə bağlı dövlət rüsumunun ödənilərək çıxarışın əldə olunması ilə mövcud vəziyyətlə razı olduğuna dair iradə ifadəsini nümayiş etdirib. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan tor paq sahəsinin 3-cü şəxsin istifadəsində olan hissəsinin 10 ildən artıq onun faktiki sahibliyində olması və həmin sahənin geri qaytarılması ilə bağlı hər hansı bir tələbinin olmaması razılıq əlamətinin olmasına dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hətta qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq 3-cü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə 3-cü şəxsin 10 ildən artıq torpaq sahəsinin üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Belə ki, Mülki Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sah iblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

16. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, “İddia ərizəsinin dəqiqləşdirilməsinə dair” 21 dekabr 2023-cü il tarixli ərizəsinin baxılmamış saxlanılmasını və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2-1(105)-68/2025 nömrəli qərarı ilə (hakimlər X20 (məruzəçi), X18 və X8) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-933/2024 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatınd a mövcud olmayan 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X9 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda inzibati orqanın hərəkətinin qanuna uyğun olub-olmaması yoxlanılaraq müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə arxivində mövcud ol mayan qətnamə əsasında müvafiq qeydiyyat aparılmışdır. Bu isə həmin qeydiyyatın və müvafiq çıxarışın ləğv edilməsi əsası qismində çıxış edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisəli 0,5 ha torpaq sahəsi ilə bağlı Qusar rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2183a/2007 nömrəli qətnaməsinə əsasən aparılmış ilkin qeydiyyat əsas götürülərək əlavə qeydiyyatlar aparıldığı üçün, hazırkı iddianın uğurlu olması, iddiaçının hüquqi marağına uyğun olaraq həmin ilkin qeydiyyatdan sonrakı hərəkətləri mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək imkanı verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iddia Qusar rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsinə əsasən aparılmış ilkin qeydiyyatın və onun əsasında verilmiş çıxa rışın ləğvindən ibarətdir və məhkəmə iddiaçı tərəfin ifadə tərzi ilə bağlı deyil.

19. Üçüncü şəxs X12 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

20. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə, eləcə də İnzibati Prosessual Məcəlləyə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

21. Belə ki, məhkəmələr işə baxılması zamanı məhkəmə aidiyyət qaydalarını kobud şəkildə pozmuşlar. İş mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda inzibati qaydada baxılaraq qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan mara qlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati a ktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, forma l baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qər arında əks edilmiş hüquqi mövqeyi rəhbər tutaraq məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Ona görə də hazırkı vəziyyətdə ilkin olaraq iddianın mümkünlüyü ilə məsələyə qiymət verilməlidir.

28. Qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddian ın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

29. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

32. Lakin iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan çıxarışdan görünür ki, həmin çıxarış üçüncü şəxsə xx.xx.2009-cu il tarixdə verilmişdir. Odur ki, bu mübahisənin həllinə münasibətdə həmin dövrdə mövcud olan qanunvericiliyin tətbiq edilməsi məqsədə müvafiqdir.

33. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 34. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündə n 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

36. Beləliklə, hər bir halda iddiaçı üçüncü şəxsin adına verilmiş çıxarışın ləğvi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixdən itirmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

38. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəll əsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia m üddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 39. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

41. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avr opa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

42. Yuxarıda qeyd edilən bütün halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürdüyündən iddia mümkün iddia kimi qəbu l edilə və mahiyyəti üzrə qiymət verilə bilməz. Başqa sözlə hazırkı iddia tələbi iddia müddətinin ötürülmə əsası ilə mümkünsüz iddiadır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2- 1(105)-68/2025 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Əraz i İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X9 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar