Məhkəmə qərarları › İş №2-1(102)-234/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-234/2024

14.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-234/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; diaqnozun əlilliyə əsas verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2-1(104)336/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17 iyun 2013-cü il tarixli, 1408 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq. bağırsağın soğanağını n xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası” diaqnozlu İddiaçı xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. TSEK müayinələri barədə məlumatlara əsasən İddiaçı 04 mart 2016-cı il tarixli müayinə nəticəsində “Tez-tez residivləşən iki tərəfli xr. pielonefrit. Böyrək axarı və sidik daşı ilə tutulmus hidronefrozu. Sistolitotomiya cərrahi əməliyyatdan sonrakı hal” diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 iyul 2022-ci il tarixli **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının 0319003AAFYJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndir ilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən 2001-ci ilədək Naxçıvan MR “N” saylı DSX-də xidmət etmiş, 1999-cu ildə Sərhəd Qoşunlarının hospitalında “sidik kisəsində olan ağrılar və qanlı sidik ifrazına” görə “sistolitotomiya cərahiyyə əməliyyatı” olunmuşdur. 2002-2013-cü illərdə AR MN-nin 888; 706; N saylı hərbi hissəsində xidmət etmiş, 1999-2013-cü illər ərzində mütəmadi stasionar müalicə olu nsa da, səhhətində heç bir müsbət irəliləyiş olmamışdır. Hərbi xidmət dövründə 2013-ci ildə hərbi əllil kimi ona “hər iki böyrəyin sidik daşı xəstəliyi, hər iki böyrəyin çoxsaylı müxtəlif ölçülü mərcənvari daşları, sağ sidik axarına düşən daşı, Hidrenevroz İİ mərhələ diaqnozu, xroniki pieonefrit natamam remissiyası mərhələsində Vegetativ damar distoniyası” diaqnozu qoyularaq 2-ci qrup əlillik verilərək pensiya təyin edilmişdir. 2021-ci ildə Bakı şəhərində əlillərin bərpa mərkəzində təkrar həkim komisiyasında olsa da, heç bir əyani yoxlama edilmədən xəstəlik sənədlərinə baxılmadan onun əlilliyi ləğv edilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh quruma ərizə ilə müraciətlər etsə də, nəticəsi olmamışdır.

6. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyət inə Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.9 - Dəqiqləşdirilməmiş xroniki tubulointers...; Diaqnozun mətni: Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası.; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. **********9 nömrəli məktuba əsasən.”səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş -Tam Reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə tibb müəssisəsinin 0319003AAJP2 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli, 1408 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifraz at funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı böyrək ağrısından şikayətlənmişdir. Baxış zamanı boyu 182 sm, çəkisi 113 kq, A/T-160/110 mm.c.s. olmuş, üzündə və aşağı ətraflarında ödem müşahidə olunmamış, sağ saidin aşağı 1/3-də termiki yanıqdan sonrakı vəziyyət izlənmişdir. Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “Hər iki böyrəyin çoxsaylı daşları. İki tərəfli hidronefroz İİ dərəcə. Xroniki pielonefrit” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(114)-376/2023 nömrəli qərarı (hakim F.C.Hüseynov) ilə iddia təmin edilmiş, İddiaçı 14 iyun 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Mərkəzi Xəstəxanası X4n xx.xx.2022-ci il tarixli göndərişində iddiaçının əsas diaqnozu (“X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11- Xronik tubulointerstisial nefrit => N11.9 Dəqiqləşdirilməmiş xroniki tubulointers...; Diaqnozun mətni: Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegeta tiv damar distoniyası.;” kimi qiymətləndirilmişdir. Göründüyü kimi 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.6-cı bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N11) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(104)-336 /2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 tərəfindən verilmiş T 366/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlət Kabinetinin xx.xx.2020ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspertlərinin səlahiyyətinə aiddir. Vət. İddiaçı xx.xx.2023-cü il tarixdə akademik M.C.Cavadzadə adına uroloji klinikada müayinə olunarkən ona “:Böyrək daşı xəstəliyi. Hər iki böyrəyin çoxsaylı daşı (d=35 mm, 6-9 mm, 16 m m) (N20.0), sağtərəfli hidronefroz İİ dərəcə (Q62.0), xroniki pielonefrit (N11.9). sağ böyrəyin büzüşməsi (N26.0)” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnozla əlaqədar hazırda onun əlavə bərpa müalicəsini davam etdirməyə heç bir zərurət yoxdur.

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2-1(104)-336/2023 nömrəli qərarı ilə (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(114)-376/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlil lik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamaqla qeyd etmişdir ki, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Diaqnozun da nəticəsindən aydın olduğu kimi iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan əsaslar mövcud olmadığı üçün iddiaçı barəsində əlillik təyin edilməmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2-1( 104)-336/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilm əsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tari xli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur): Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13N13.9,N14-N14. 4,N18-N18.9);...

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümk ün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Məhkəmə kollegiyası qeyd edir k i, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan iddiaçının tam reablitasiya olması və buna görə də, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uzun müddət göstərilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış, müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır. 26. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X4n xx.xx.2022-ci il tarixli göndərişində isə iddiaçının əsas diaqnozu (“X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.9 - Dəqiqləşdirilməmiş xroniki tubulointers...; Diaqnozun mətni: Sidik daşı xəstəliyi. Hər iki böyrəyin mərcanvari daşları, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki ikitərəfli pielonefrit, natamam remissiya mərhələsində. Xora xəstəliyi, residiv gedişli. Onikibarmaq bağırsağın soğanağının xorası, natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası.;” kimi qiymətləndirilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 tərəfindən verilmiş 366/2023 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə akademik M.C.Cavadzadə adına uroloji klinikada müayinə olunarkən ona “:Böyrək daşı xəstəliyi. Hər iki böyrəyin çoxsaylı daşı (d=35 mm, 6-9 mm, 16 mm) (N20.0), sağtərəfli hidronefroz İİ dərəcə (Q62.0), x roniki pielonefrit (N11.9). sağ böyrəyin büzüşməsi (N26.0)” diaqnozu qoyulmuş və bərpa müalicəsini davam etdirməyə zərurət olmadığı bildirilmişdir.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.6-cı bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N11) üst-üstə düşür, eləcə də iddiaçıya məxsus tibbi sənədlərdə qoyulmaqla ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.

29. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu gör ünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında sonradan əsassız olaraq əlilliyin müəyyən olunmasından imtina etmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 21(104)-336/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar