Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2345/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı statusunun bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.09.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1984/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarından cavabd eh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışından görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir və xx.xx.2020-cı il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 13866 nömrəli arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək komissiyanın qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəliyin səbəb əlaqəsi müəyyən edilmişdir.
4. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamının və Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarının icrası ilə bağlı 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və nəticə etibarı ilə 76645 (yetmiş altı min altı yüz qırx beş) nəfərin adı "Zəfər" alt sisteminə yerləşdirilmişdir. Lakin, sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlmə məsi müəyyən edilmişdir. Bununla əlaqədar, "Müharibə veteranı" statusuna malik olan, aşağıda adları qeyd olunan şəxslərə Prezident təqaüdünün ödənilməsinin dayandırılmasını və “Müharibə veteranı” statusunun ləğv edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Siyahıda 42-ci sırada İddiaçı qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona müharibə veteranlarına görə təyin olunmuş (Nərimanov rayonu, iş № 611156) Prezident təqaüdü ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Nəzərinə çatdırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixli, 5938/**********1 nömrəli Qərarına əsasən veteranlıq statusu əsassız hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 320,00 (üç yüz iyirmi) manat məbləğində artıq vəsait ödənilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılmasının təmin edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsi məqsədilə (ərizə və qəbzin təqdim edilməsi üçün) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialına və ya “DOST” Mərkəzinə yaxınlaşmağı xahiş olunur. Diqqətinə çatdırılmışdır ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 611156 saylı təqaüd işində olan “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş “Müharibə Veteranı” Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022- ci il tarixdən dayandır ılmışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, vətəndaş İddiaçı verilmiş “Müharibə Veteranı” statusu ləğv edilmişdir (əsas: Azərbaycan Respublikası Baş Nazirinin birinci müavininin AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubu). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə səfərbərlik toplanışına çağırılaraq N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçıya “Müharibə veteranı” kimi Azərbaycan Respublikasının Prezident təqaüdü verilmişdir. Belə ki, iddiaçıya bank kartı verilmiş və hər ay həmin karta 80 manat pul köçürülmüşdür. Lakin təqaüdün verilməsi 3 aydan sonra dayandırılmışdır. Təqaüdün dayandırılması ilə bağlı olaraq Dost Mərkəzi ilə əlaqə saxladıqda ona ünvanlanmış cavab məktubundan aydın olmuşdur ki, iddiaçının “Müharibə veteranı” statusu Müdafiə Nazirliyi tərəfindən əsassız hesab edilmişdir. Müdafiə Nazirliyinə şifahi və yazılı şəkildə müraciət etməsinə baxmayaraq, iddiaçıya heç bir cavab verilməmiş, statusu bərpa edilməmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri baxımından “Müharibə veteranı” statusu ona düz gün verilmiş və onun əsassız hesab edilməsi qanunsuzdur.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4430/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, prinsipcə daxili yoxlama ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin, həmin daxili yoxlama həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili yoxlama iddiaçıya təyin edilmiş statusla bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili yoxlamasına istinad edə bilməz, həmin yoxlama həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş statusla bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ona təyin edilmiş “Müharibə veteranı” statusunu ləğv etmişdir. Belə ki, işin faktiki hallarına əsasən iddiaçıya Müharibə veteranı statusu verilməsinin və daha sonra həmin statusun ləğv edilməsinin cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində baş verdiyi işin təkzib olunmayan halıdır.
13. Cavab deh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsinə, iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçı barədə “Müharibə veteranı” statusunun ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1984/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı Veteran statusunun ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli 469 nömrəli məktuba düzgün qiymət verilməmişdir, ona əsas olan sənədlər araşdırılmadan qərar qəbul edilm işdir. Halbuki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissədə xidmət etdiyindən, onun döyüşlərdə iştirak edib-etməməsini də hərbi hissə bildiyindən və bu barədə Şəxsi Heyət Baş İdarəsinə müraciət etdiyindən, qeyd olunmuş xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubunu Bakı Apellyasiya Məhkəməsi tərəfindən (qərarda (səh. 10, abzas 2) qeyd olunduğu kimi) “qanunsuz” hesab etməsi nəticəsinə gəlməsi düzgün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Re spublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi i lə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 21. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə
14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995 -ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaq la) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə h allar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-d ən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət v əsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublika sı Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cə hətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxı mından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti v axtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. X1 Məhkəməsinin hüquqi mövqey inə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfl i araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlərə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışına əsasən iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissəni n siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 13866 nömrəli arayışına görə iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək komissiyanın qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” xəstəliyin səbəb əlaqəsi müəyyən edilmişdir.
32. İddiaçıya xx.xx.2022-ci il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərk əzi Filialının **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona müharibə veteranlarına görə təyin olunmuş (Nərimanov rayonu, iş № 611156) Prezident təqaüdü ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır.
33. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki “Müharibə veteranı” statusunun verilməsi ilə bağlı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi inzibati icraata cəlb etməklə qərar verm əlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
34. Belə ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ona təyin edilmiş “Müharibə veteranı” statusunu ləğv etmişdir.
35. Eyni zamanda kassasiya şikayətinin dəlili qismində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubuna düzgün qiymət verilməmiş və ona əsas olan sənədlər araşdırılmadan qərar qəbul edilmişdir.
36. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmasını əsaslı hesab edərək qeyd edir ki, iddiaçıya verilmiş “Müharibə Veteranı” statusunun ləğv edilməsinə əsas kimi Azərbaycan Respublikası Baş Nazirinin birinci müavininin AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubunun olması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bağlı bildirilməlidir ki, həmin məktub inzibati akt (qərar) deyildir və məktub əsasında şəxsin veteranlıq statusunun ləğv edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamaqla yanaşı, bununla bağlı olan inzibati orqanın hərəkətləri qanunsuz hesab olunmalıdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellya siya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1984/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.