Məhkəmə qərarları › İş №2-1(102)-2345/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2345/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2345/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiyanın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəx sin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 4644,48 manat dövlət vəsaitinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(105)-66/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin Cavabdeh mərhum əri X3 xx.xx.1985-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək müvafiq ödənişlər edilmişdir. 2. 19 dekabr 2019-cu il tarixli, AZ-İİ seriyalı, 052850 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən, V.M.Mustafayev xx.xx.2019-cu tarixdə ölmüşdür.

3. İddiaçı tərəfindən V.M.Mustafayevin ölümündən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il il tarixədək sonuncunun bank hesabına pensiya ödənişləri edilmişdir.

4. Cavabdeh 13 aprel 2021-ci il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək əri V.M.Mustafayevin ölümü ilə əlaqədar ona dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının 21 aprel 2021-ci il tarixli, **********8 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ilə V.M.Mustafayevin ölümü ilə əlaqədar ona ödənilən 582,72 manat məbləğində əmək pensiyası dayandırılmışdır.

5. İddiaçı 03 fevral 2022-ci il tarixdə cavabdehə **********5 nömrəli məktub ünvanlayaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən, əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. X4 08 dekabr 2019-cu il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2019-cu ilin dekabr ayından (vəfat etdiyi gündən ayın sonuncu gününədək) etibarən xx.xx.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Odur ki, mərhum V.M.Mustafayevin müvafiq kart hesabına artıq ödənilən və iddiaçının hesabına bərpa olunmayan pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 4644,48 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı i ddia ərizəsində işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək, əri X2 xx.xx.2019cu il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh mərhum ərinin ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni vaxtında təqdim etmədiyindən, sonuncunun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 5244,48 (beş min iki yüz qırx dörd manat, qırx səkkiz qəpik) manat mərhuma məxsus k art hesabından götürülmüşdür. X11 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 5244,48 manat məbləğindən çıxılmış, qalan 4644,48 manat məbləğində pul vəsaiti isə bu günədək iddiaçının hesabına qaytarılmamışdır.

8. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 02 iyul 2024-cü il tarixli, 2-1(118)-1736/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən məbləğin onun tər əfindən alınmadığını bildirmiş, iddiaçı da həmin məbləğin Cavabdeh tərəfindən alınmasına dair sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da Cavabdeh tərəfindən pul vəsaitinin əldə edilməsi sübut olunmadı. Nəzərə alınmalıdır ki, mərhuma verilmiş pensiya kartının onun vəfatından sonra onun vərəsələrində olmaması istisna deyil və həmin kartdan qeyd olunan vəsaitin cavabdeh tərəfindən bir hissəsinin çıxarılması və ya ümumiyyətlə, çıxarılmaması mücərrəd xarakterlidir. Belə olan halda, iddiaçının müraciətinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) 02 aprel 2025-ci il tarixli, 2-1(105)-66/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək artıq ödənilmiş 260,00 (iki yüz altmış) manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin mərhum əri V.M.Mustafayevin xx.xx.2019-cu il tarixdə vəfatından sonra onun hesabından cavabdeh tərəfindən pensiya ödənişləri üzrə 860,00 manat pul vəsaiti çıxarılmış, 2.604,82 manat məbləğində ödənişlər isə mərhumun kredit b orcu üzrə bank tərəfindən tutulmaya yönəldilmiş, 2.362,85 manat pul vəsaiti isə bank hesabında qalmışdır. Mülki Məcəllənin tələblərindən, eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeyə əsasən, borclunun ölümü ilə onun kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmir və bu öhdəliklər üzrə miras qoyanın vərəsələri onlara çatan miras payı həcmində məsuliyyət daşıyırlar. V.M.Mustafayevdən miras qalmış əmlaka dair xx.xx.2019-cu il tarixli, 8V-187 reyestr nömrəli vərəsəlik işinə əsasən, V.M.Mustafayevdən ölümündən sonra vərəsələri olaraq – hazırkı iş üzrə cavabdeh (arvadı), X9 (qızı) və X7 (oğlu) müəyyən edilmiş, V.M.Mustafayevdən ölümü ilə əlaqədar onun vaxtilə işlədiyi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən sonuncunun oğluna 1269,00 manat dəfn xərc i ödənilmişdir. X1 mərhumdan miras qalmış ona çatası paydan imtina etmiş, digər vərəsələr – cavabdeh və X5 adına 25 yanvar 2020-ci il tarixli, 2V-14 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərək, şəhadətnamə üzrə verilən miras əmlak kimi yalnız Təhsil İnstitutu tərəfindən verilmiş 1269,00 manat dəfn xərci göstərilmişdir. Həmçinin, “Elektron Məhkəmə” informasiya sisteminin həm V.M.Mustafayev, həm də cavabdeh barəsində olan məlumatlarından görünür ki, onların heç birinin mülkiyyətində daşınar və ya daşınmaz əmlak olmamışdır. Cavabdeh də məhkəmə iclasında izahatında V.M.Mustafayevin mülkiyyətində daşınar və yaxud daşınmaz əmlak olmadığını, bu baxımdan, ona miras əmlak qalmadığını, yalnız Təhsil İnstitutu tərəfindən onun vəfatı ilə əlaqədar olaraq dəfn xərcinin verildiyi ni bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, V.M.Mustafayevdən vərəsələrinə, o cümlədən, cavabdehə heç bir miras əmlak qalmamışdır. 1269 manat pul vəsaiti isə mərhumun vəfatı ilə əlaqədar onun işlədiyi müəssisə tərəfindən dəfn xərci olaraq verildiyindən, dəfn xərci kimi ödənilmiş pul vəsaiti mərhumun borc öhdəlikləri üzrə vərəsələrin məsuliyyət həcmini müəyyən edən miras əmlak toplusuna daxil deyildir. Beləliklə, cavabdehin vərəsə olaraq mərhum ərinin kredit borcuna görə məsuliyyətini şərtləndirən qanuni əsas yoxdur. İddiaçı 2.604,82 manat pensiya ödənişlərini mərhumun kredit borcu üzrə tutulmanı həyata keçirən bankdan tələb edə bilər. Bu baxımdan, hazırkı iddia tələbi mərhumun kredit borcu üzrə tutulmaya yönəldilmiş 2.604,82 manat pensiya ödənişlərinin g eri qaytarılması hissəsində əsassızdır. Digər tərəfdən, mərhumun pensiya kartından xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində ümumilikdə 860,00 manat məbləğin cavabdeh tərəfindən çıxarıldığı onun tərəfindən mübahisələndirilmir. Bundan əlavə, qeyd olunan 860,00 manat ödənişdən 600,00 manat vəsait ərinin vəfatı ilə əlaqədar cavabdehə “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsində təsbit edilmiş dəfn üçün müavinət olaraq hesablanmışdır. Lakin, həmin 600,00 manat dəfn üçün müavinət cavabdehə verilməmiş, onun ərinin pensiya kartından çıxartdığı 860,00 manat vəsaitin hesabına silinmişdir. Cavabdeh yalnız 260,00 manat vəsaiti iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən, cavabdeh hazırkı iddia tələbi üzrə istifadə olunmuş 260,00 manat vəsait həcmində məsuliyyət daşı yır. Qeyd olunan 600,00 manat dəfn üçün müavinəti almaq cavabdehin qanundən irəli gələn hüququ olduğundan, həmin məbləğ ona ödənilmiş 860,00 manat ödənişdən çıxılmalı, cavabdehə 260,00 manat (860,00 manat - 600,00 manat) məbləğində artıq pensiya ödənişi edildiyi qəbul olunmalıdır. Beləliklə, cavabdeh iddiaçının hesabına 260,00 manat həcmində əsassız varlanmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində işin hallarına istinad edərək bildirmişdir ki, cavabdeh mərhum ərinin öldüyünü bildiyindən həmin məbləğin digər hissəsinin mərhumun başqa xərclərinə s ərf olunmasına, başqa sözlə, ərinin ölümü ilə bağlı məlumat verməməsi ilə artıq ödənilmiş əmək pensiyasının mərhumun passiv mirasına sərf edilməsinə nail olmuşdur. Mülki Məcəllənin normalarından aydın olduğu kimi, vərəsələr mərhumun yalnız aktiv mirasını deyil, eyni zamanda passiv mirasını da qəbul edirlər. İşin faktiki hallarına əsasən, cavabdehin bunu məqsədli olaraq etməməsi həyatın normal axışına uyğun da olaraq mümkün deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məh kəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

21. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan, habelə tərəfər arasında mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, iddiaçının mərhum əri X4 08 dekabr 2019-cu il tarixində vəfat etməsinə baxmayaraq xx.xx.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə onun kart hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən pensiya ödənişləri üzrə 860 manat pul vəsaiti çıxarılmış, 2.604,82 manat məbləğində ödənişlər mərhumun kredit borcu üzrə bank tərəfindən tutulmaya yönəldilmiş, 2.362,85 manat pul vəsaiti isə bank hesabında qalmışdır. Həmçinin, mərhumun vəfatı ilə əlaqədar açılmış notariat işindən müəyyən edilmişdir ki, cavabdeh və X5 adına 25 yanvar 2020-ci il tarixli, 2V-14 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərək, şəhadətnamə üzrə verilən miras əmlak kimi yalnız Təhsil İnstitutu tərəfindən verilmiş 1269 manat dəfn xərci göstərilmişdir.

22. İşə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 1269 manat pul vəsaiti mərhumun vəfatı ilə əlaqədar onun işlədiyi müəssisə tərəfindən dəfn xərci olaraq verildiyindən, dəfn xərci kimi ödənilmiş pul vəsaiti mərhumun borc öhdəlikləri üzrə vərəsələrin məsuliyyət həcmini müəyyən edən miras əmlak toplusuna daxil deyildir. Beləliklə, cavabdehin vərəsə olaraq mərhum ərinin kredit borcuna görə məsuliyyətini şərtləndirən qanuni əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin mərhum ərinin vərəsəsi olması işin tərəflər arasında mübahisələndirilməyən halıdır (“Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışdır). Belə olan halda, miras əmlak toplusuna hər hansı aktivin daxil edilib-edilməməsindən asılı olmayaraq, cavabdeh vərəsə kimi passivlərə görə öhdəlik daşıyır.

24. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Eyni zamanda, vərəsəlik işinin açılması zamanı qüvvədə olan Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

25. Hazırkı halda mirasın notarius tərəfindən siyahıya alınması baş tutmadığından, cavabdeh mərhum ərinin qanun üzrə vərəsəsi olduğundan, sonuncunun borclarına görə də öhdəlik daşıyır. Bu mövqe, Ali Məhkəmənin Mülki Kollegiyasının 2-1(102)-900/2025 saylı qərarında (üç ulduz nişanlı) əks olunmuş hüquqi mövqeyə də uyğundur.

26. Bundan əlavə, o d a qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddia tələbi tam həcmdə təmin olunduğundan, cavabdehin mərhum ərinin bank hesabında mövcud olan və istifadə edilməmiş məbləğlər iddiaçı tərəfindən bu və ya digər qaydada bank vasitəsi ilə geri alındığı təqdirdə hazırkı qərarın icrası mərhələsində nəzərə alınmalıdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğundan kassasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı iddianın rədd edilən hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(105)-6 6/2025 nömrəli qərarı qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Artıq ödənilmiş 4384,48 manat pensiya məbləğinin iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar