Məhkəmə qərarları › İş №2-1(102)-2347/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2347/2020

22.12.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2347/2020 22.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qəbələ rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə 203000 manat ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-236/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi İddiaçı-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi ilə X3 Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2007-ci il tarixli 1-95/2007 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı-nin 10057 manat dəyərində siyahıya alınmış 1 ədəd su anbarı, 1 ədəd F500 və 1 ədəd F-300 markalı emal çənlərinin ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılması, əldə edilmiş vəsaitdən 8800 manat pulun dövlət gəlirinə tutulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti veri lmiş, Şəki Apellyasiya Məhkəməsinin X1 İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2/1(107)14/2008 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

2. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2-1(102)-248/2008 nömrəli qərarı ilə qismən təmin edilərək qətnamə iddia tələbinin 1.111.98 manat məbləğində borcun ödənilməsi məqsədi ilə İddiaçı-nin həmin məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

3. X3 Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1-95/2007 nömrəli qətnaməsi əsasınd a xx.xx.2007-ci il tarixdə icra vərəqəsi verilmiş və icra sənədi üzrə icraata başlanılmışdır.

4. İddiaçı siyahıya alınmamış əmlakın cavabdeh tərəfindən qanunsuz aparıldığını, bununla da ona ziyan vurulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə 203000 manat ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh qətnamə ilə müəyyən edilmiş əmlakları siyahıya alıb aparan zaman qətnamədə göstərilməyən əmla kları siyahıya almış və zor tətbiq etməklə həmin əmlakları aparmışdır. İcra məmurları “xxxx” ASC-yə məxsus şərab çənlərini aparan zaman həmin çənlərdə 40 ton konyak içkisi olmuşdur. İcra məmurları əmlakı aparan zaman sözügedən spirtli içkini ətrafa boşaltmaqla həmin məhsulu yararsız hala salmışlar. Bu fakt iddia ərizəsinə əlavə olunan aktda və şəkillərdə öz əksini tapır. İddiaçı həmin əmlakın qaytarılması üçün dəfələrlə müraciət etsə də, müraciəti cavabsız qalmışdır.

7. Cavabdeh Qəbələ rayon İcra və Probasiya Şöbəsi iddiaya münasibət bildirmiş və qeyd etmişdir ki, “xxxx” ASC-nin irəli sürdüyü tələbə görə siyahıya alınmanı İcra şöbəsinin əməkdaşları həyata keçirmişdir. X2-İqtisadi Məhkəməsinin 2(87)-363/2008-ci il tarixli qiyabi qətnaməsindən və Vergilər Nazirliyinin xx.xx.2008-ci il **** ****** saylı “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” Protokola əsasən əmlakı siyahıya almanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq Vergilər Nazirliyinin əməkdaşları həyata keçirmişdir.

8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-45/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim – R.A.Məcidov) iddia tələbinin rədd edilməsini qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi üzrə iddianın xarakterinə görə iddia müddətinin tətbiqi mümkün olmasa da iddia olunan hərəkətlərin edildiyi andan uzun müddət keçməsi sübutların əldə edilməsi baxımından çətinlik yaradır. Bu səbəbdən də məhkəmə sübutetmə yükü ilə bağlı məhz iddiaçının dəlillərinə onun təqdim etdiyi sübutlar əsasında qiymət verərək hes ab edir ki, iddiaçı iddiasının əsaslılığını sübut edə bilməmişdir. Cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)-371/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və M.R.Hüseynov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-45/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlan ılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)-371/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

14. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-82/2020 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)371/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məh kəməyə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Bu səbəbdən, məhkəmə tərəfindən hazırkı işə baxılarkən iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin faktiki əsasları kimi cavabdehin hərəkətlərinin icra icraatı çərçivəsində və yaxud icra icraatı olmadan aparılıb-aparılmadığı müəyyən edilməli idi. Belə ki, birinci hal müəyyən olunduğu təqdirdə, iddianın baxılması inzibati məhkəmə icraatına aid oluna bilməzdi. İşin müəyyən edilən hallarına görə hazırda mübahisələndirilən inzibati orqanın hərəkətləri icra sənədinin icrası qaydasında aparılmışdır. Bu halın müəyyən edilməsi isə inzibati məhkəmə icratı qaydasında iddianın mümkünlüyünü istisna etməlidir. Odur ki, göstərilənlərə əsasən inzibati iş mümkünlük şərtlərinin yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-236/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – M.M.Hüseynov və E.Ş.Hüseynov) apellyasiya şikayətinin rədd edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-45/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətləri nəticəsində dəymiş zərəri mübahisələndirdiyindən hazırkı tələbə inzibati məhkəmə icraatında baxılmalıdır. İddia tələbi mümkün olsa da əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim ed ilmişdir.

19. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-236/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mübahisənin mahiyyəti məhz icra məmurunun icra tədbirləri görülən zaman hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanın ödənilməsindən ibarətdir. Belə ki, cavabdeh icra sənədi üzrə borclu təşkilatın təsisçisi nin iştirakını təmin etmədən icra tədbirləri keçirmiş və borcluya məxsus 40 ton spirti, 7 ədəd əlvan metaldan olan çənləri aparmışdır.

21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədiyini qeyd etsə də, məhkəmənin obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırma aparmaq niyyəti olsaydı, iş üzrə cavabdehdən və icra sənədi üzrə tələbkar 10 saylı Ərazi Vergilər İdarəsindən mövcud iddia tələbi üzrə zəruri sübutları əldə edib düzgün hüquqi qiymət vermiş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin i zahatı dinlənilməmişdir.

24. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

25. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları y alnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

32. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara.

33. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasit ə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

34. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, məhkəmələr əsassız olaraq onun iddia tələbini rədd etmişlər.

39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 31-ci bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəl lənin 21-ci maddəsi yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə dəymiş 203000 manat ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçının təqdim etdiyi sübutlar onun iddiasının əsaslılığını sübut edə bilməmiş, məhkəmənin xidməti vəzifəsinə uyğun apardığı araşdırma da heç bir nəticə verməmişdir. Eyni zamanda, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir.

41. Beləliklə, iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı s übut təqdim etməmiş, bununla da Mülki Məcəllənin 21-ci maddəsində və həmin maddənin şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun Qərarında təsbit olunan real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.

42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 33-cü bəndində göstərilən normanın tələbinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan məhkəmə aktının icrası ilə bağlı hərəkətlərini (müdaxiləni) zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə siyahıya alınmamış əmlakın da cavabdeh tərəfindən aparıldığını və ona maddi ziyan vurulduğunu iddia etsə də, bunu sübut edə bilməmişdir.

43. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan ləğv edilməsi üçün əsas yoxdur.

44. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

45. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-236/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar