Məhkəmə qərarları › İş №2-1(102)-2352/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2352/2025

28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2352/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əlisəfa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqların dövlət qeydiyyatına alınması üçün əsasın olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Əlisəfa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışının verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(105)-61/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayonu, Zərdabi kəndində yerləşən 5,89 ha torpaq sahəsinə dair İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 05 may 2006-cı il tarixli, JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, aktın tər tib edilməsinə əsas olaraq Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 27 dekabr 2003-cü il tarixli, 4-Ə244-252, 261-265 reyestr nömrəli alqı-satqı müqavilələri göstərilmişdir. Torpaq sahəsi 1191A nömrəli planşet üzrə 27000,00 kv.m., 1191 nömrəli planşet üzrə 31900,00 kv.m. təşkil edir.

2. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 5,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 31 avqust 2023-cü il tarixli, 3-21-3-34/2-M-0531-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək bildirmişdir ki, qeyd o lunan JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba rayonu Zərdabi kəndində yerləşən 5,89 ha torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əs aslandırılmışdır ki, iddiaçı 2003-cü ildə 13 nəfər şəxsdən torpaq sahəsi almışdır. Həmin 13 ədəd xx.xx.2003-cü il tarixli, 4С-244-252. 261-265 saylı alqı-satqı müqaviləsindən 4-ü notariusda itirilmişdir, hətta arxivdə də mövcud deyildir. Digər 4 alqı-satqı müqaviləsinin tərəfləri isə alqı-satqını inkar etmirlər, özləri də etiraf edirlər ki, alqı-satqı olmuşdur. Həmin 13 müqavilədən 9-u isə onlarda vardır, lakin notarius tərəfindən arxivə təhvil verməmişdir. 13 alqı-satqı müqaviləsi əsasında o, özünə yeni JN1192, KOD 30316018 saylı dövlət aktı almışdır. Lakin dövlət aktının da bazada arxivi yoxdur. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqları, ölçüsü 5,89 ha-dır. Hazırda, həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsinə zərurət meydana gəlmişdir. Cavabdehə aidiyyatı üzrə t ələblə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Odur ki, həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə zərurət meydana gəlmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə X3, X26, X27, X17, X4, X1, X5, X12, X18, X6, X8, X13, X19, X9, X2, X7, X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

7. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək (həcmini azaldaraq) Quba rayonu Zərdabi kəndində yerləşən 5,05 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

9. Sumqa yıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1240/2024 nömrəli qərarı ilə (hakim X10) iddia təmin edilmiş, Quba rayonu, Zərdabi kəndində yerləşən 5,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla, adına çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati işin araşdırılması zamanı Quba rayon DNK-nun 27 dekabr 2003-cü il tarixli 4-ə-244-252, 261-265 saylı alqı-satqı müqavilələrinin təqdim edilməsi üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular ünvanlasa da, alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə icraatı zamanı yuxarıda sadalanan alqı-satqı müqavilələrinin bir qisminin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəməyə təqdim edilməsi mümkün olmayan alqı-satqı müqavilələri üzrə şahidlər dindirilmiş, şahidlər qeyd olunan torpaq sahələrinin iddiaçıya satıldığını öz ifadələrində bildirmişlər. Göründüyü kimi araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı mübahisə halı müəyyən edilməmişdir.

11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-61/2025 nömrəli iş üzrə 02 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X15 (məruzəçi), X20 və X28) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1240/2024 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instans iya məhkəməsi qeyd etmişdir ki, JN-1192 KOD 30316018 nömrəli Dövlət Aktındakı məlumatların həqiqiliyi məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmana və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, mübahisə predmet olan torpaq sahələri uzun müddətdir ki, iddiaçının şəxsi istifadəsindədir. Həmin torpaq sahələri ilkin mülkiyyətçilərdən alqı-satqı müqaviləsi əsasında alınmışdır. Lakin bu hala baxmayaraq apellyasiya instansiya məhkəməsi əsaslı tələbi rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmiş dir. Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uy ğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən Quba rayonu, Zərdabi kəndində yerləşən 5,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.

25. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşsa da, cavabdehin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi rədd edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verən iddiaçı JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Akt ına istinad edərək iddia tələbinin əsaslı olmasını bildirir və onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

27. Kassasiya şikayətini işin halları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır.

28. Belə ki, hazırkı iş üzrə iddia tələbinin faktiki əsası JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktıdır. Həmin aktın tərtib edilməsinə əsas olaraq 27 dekabr 2003-cü il tarixli, 4-Ə-244-252, 4-Ə-261-265 reyestr nömrəli 14 ədəd alqı-satqı müqaviləsi göstərilmişdir.

29. İş materialları ilə müəyyən edilir ki, 4-Ə-263-265 reyestr nömrəli müqavilələr istisna olmaqla, qalan müqavilələrin əsli iddiaçı tərəfindən təqdim edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, təqdim edilən müqavilələrdən 4-Ə-248-252 reyestr nömrəli 5 ədəd alqı-satqı müqaviləsinin ümumiyyətlə iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin müqavilələrdə alıcı qismində iddiaçı deyil, X12 adlı şəxs çıxış etmişdir.

31. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 03 noyabr 2023-cü il tarixli, 3165/6-11-8212/23 nömrəli məktubun qeyd edilmişdir ki, Dövlət Aktında istinad edilən müqavilələrin bir qismi- 4-Ə-244-246, 4-Ə-251 və 4-Ə262 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr arxivə ümumiyyətlə təhvil verilməmiş, digər müqavilələr isə arxiv məlumatlarına əsasən başqa tarixlərdə fərqli şəxslər arasında rəsmiləşdirilmişdir. 4-Ə-247, 4-Ə-248, 4-Ə-249 nömrəli müqavilələr 13 avq ust 2003-cü il, 4-Ə250 reyestr nömrəli müqavilə 09 avqust 2003-cü il, 4-Ə-252 reyestr müqavilə 15 avqust 2003-cü il, 4-Ə-261 reyestr nömrəli müqavilə 22 avqust 2003-cü il, 4-Ə-263 reyestr nömrəli müqavilə 26 avqust 2003-cü il, 4-Ə-264 və 4-Ə-265 reyestr nömrəli müqavilələr isə 27 avqust 2003-cü il tarixdə təsdiq edilmiş və həmin müqavilələr digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı Əlisəfa oğlunun adına notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.

32. Yuxarıda göstərilənlərdən əlavə qeyd edilməlidir ki, Dövlət Aktında istinad edilən 4-Ə-244-252, 4-Ə-261 -265 reyestr nömrəli 14 ədəd alqı-satqı müqaviləsinin tarixi 27 dekabr 2003-cü il göstərilsə də, arxiv məlumatlarından görünür ki, 4Ə-247-265 reyestr nömrəsi ilə qeydə alınan müqavilələr 2003-cü ilin avqust ayında bağlanmışdır. Bu faktın özü də, Aktda istinad edilən müqavilələrin qanunla müəyyən edilmiş qaydada notariat reyestrində qeydə alınmadığını təsdiq edir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə əsasən notariusun apardığı bütün notariat hərəkətləri elektron və bu abzasın ikinci cümləsində nəzərdə tutulmuş hallarda kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Kağız formada aparılan reyestrlərin tətbiqi tarixi və müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

34. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Elektron notariat” informasiya sistemində notariat ofislərinin adı və notariat hərəkətlərinin növləri göstərilməklə, elektron reyestrlər tətbiq olunur və hər bir hərəkətə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsi verilir. Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun (daşınmaz əmlakın özgəninkiləşdirilməsi "4-Ə" reyestrinə) hərf əlavə edirlər. Notariat hərəkətlərinin reyestrdə qeydə alınıb nömrələnməsi hər təqvim ilinin əvvəlindən birinci nömrədən başlanır.

35. Eyni zamanda iddiaç ı tərəfindən təqdim edilmiş dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır.

36. Həmçinin məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin 26 fevral 2025-ci il tarixli, 3-21-3-60/2- 474/2025 nömrəli məktubunda JN-1192 KOD 30316018 nömrəli Dövlət Aktının verilməsinə əsas olmuş 27 dekabr 2003-cü il tarixli, 4-Ə-244-252, 261-265 reyestr nömrəli alqı-satqı müqavilələri arxivdə aşkar edilmədiyi qeyd edilmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi JN-1192 KOD 30316018 nömrəli Dövlət Aktındakı məlumatların həqiqiliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Başqa sözlə iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.

38. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əlisəfa oğlu tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(105)-61/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar