Məhkəmə qərarları › İş №2-1(102)-2353/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2353/2025

11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2353/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi üçün əsasların müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2-1(105)-392/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin (Quba şəhəri) Bəyannamələrin təhlili və kameral vergi yoxlamalarına nəzarət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2. Həmin şöbənin əməkdaşı X1 ərizəsi əsasında prokurorluq tərəfindən aparılan araşdırma ilə əlaqədar iddiaçı xx.xx.2023-cü il tarixdən müvəqqəti xidmətdən uzaqlaşdırılmışdır.

3. Dövlət Vergi Xidmətinin “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********445500 n ömrəli əmri ilə iddiaçının vergi orqanlarında xidmətinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.

4. Sözügedən əmr onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanı əməkdaşı olan iş yoldaşına qarşı davranışlarında qanunun aliliyini və insan hüquqlarını rəhbər tutmamış, hamılıqla qəbul olunmuş əxlaq və ailə-məişət dəyərlərinə riayət etməmiş, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmamış, nəzakətli və səbirli olmamış, şəxsi həyatda etik normalara əməl etməmiş, bu hərəkətlərə yol verməklə, Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4cü, 3.2.1-ci və 3.4.1-ci yarımbəndlərinin, Dövlət Vergi Xidmətinin X4 4.1.6-cı yarımbəndinin tələblərini pozmuşdur.

5. Quba rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən, X1 müraciəti əsasında toplanmış 116c23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx. xx.2023-cü il tarixli, **********445500 nömrəli əmrinin ləğv edilməsi, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 80-ci və 81-ci maddələrinə əsasən onun xidmətinə və vəzifəsinə xx.xx.2023-cü il tarixdən bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən xidmətə bərpa ediləcəyi tarixədək ona ödənilməli əmək haqqının tam ödənilməsi, ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin (Quba şəhəri) Bəyannamələrin təhlili və kameral vergi yox lamalarına nəzarət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Həmin şöbənin əməkdaşı X5 xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə, xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğuna müraciət edərək, iddiaçının ona xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı mənzildə zor tətbiq etməklə onunla cinsi əlaqədə olduğunu, xəsarətlər yetirdiyini bildirərək şikayət etmişdir. Prokurorluq tərəfindən araşdırma aparılacağı üçün iddiaçı xx.xx.2023-cü il tarixdən müvəqqəti xidmətdən uzaqlaşdırılmışdır. Şikayətçinin bildirdiyi şikayətlər üzrə cinayət işinin başlanması üçün əsaslar və sübutlar olmadığından, xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğu tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Lakin həmin qərarda iddiaçının “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5, 2.0.4 və 3.2.1-ci bəndlərinin tələblərini pozduğu, Vüsalə Həsənovanı psixoloji şiddətə məruz qoyduğu, iradəsi əleyhinə onun telefon yazışmalarını və hərəkətlərini təqib etdiyi, hadisədən əvvəl onun yaşadığı mənzilə razılığı və dəvəti olmadan girdiyi, hadisə vaxtı israrla qapını açmaq məcburiyyətində qoyduğu və içəri daxil olub mübahisə etdiyi, mənzili tərk etmədiyi, vergi xidməti əməkdaşına yaraşmayan qeyri-etik hərəkətlərə yol verdiyi göstərilmişdir. Qeyd edilməlidir ki, Quba rayon prokurorluğunun göstərdiyi bu hallar tamamilə əsassızdır və heç bir sübuta, fakta, ekspert rəyinə, hal şahidinin ifadəsinə əsaslanmır. Sübutu olmayan hallara görə şikayətçinin izahatına əsasən iddiaçının etik davranış qaydalarını pozduğu b ildirilmiş və intizam məsuliyyətinə cəlb olunması üçün təqdimat hazırlanaraq Baş Prokurorluğa göndərilmiş, Baş Prokurorluq tərəfindən də xx.xx.2023-cü il tarixli, 2-2/2-010156/2023 nömrəli məktub Dövlət Vergi Xidmətinə göndərilmişdir (Həmin məktubu əldə etməyə çalışsa da nə Dövlət Vergi Xidməti, nə də Baş Prokurorluq tərəfindən iddiaçıya təqdim edilməmişdir.). X6 tərəfindən xx.xx.2023-cü il tarixdə müraciət edildikdən sonra, Dövlət Vergi Xidməti tərəfindən Quba rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli, 2-2/2-010156/2023 nömrəli məktubu əsas gətirilərək, xx.xx.2023-cü il tarixdə iddiaçının “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5ci hissəsinə və 7 5-ci maddəsinin 5-ci hissəsinə əsasən xidmətinə xitam verilmişdir. Dövlət Vergi Xidməti qərəzli olaraq şikayətçinin maraqlarını üstün tutaraq, 21 avqust ərəfəsində deyil, 2 ay sonra iddiaçının xidmətinə xitam vermişdir. İddiaçının şikayət ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə Quba rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” yeni qərar iddiaçıya təqdim edilmişdir. Baş Prokurorluq tərəfindən Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 2-2/2-010156/2023 nömrəli məktub ləğv edilmiş xx.xx.2023-cü il tarixli qərara əsaslandığından həmin məktub da öz hüquqi qüvvəsini itirmişdir. Bu baxımdan Dövlət Vergi Xidmətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli əmr də öz hüquqi qüvvəsini itirmişdir. Yeni qərarda Vüsalə Həsənovanın izahatında göstərdiyi xüsusatları təsdiq edə biləcək dəlillərin əldə edilmədiyi öz təsdiqini tapmışdır. Başqa sözlə, yeni qərarda iddiaçının intizam məsuliyyətinə cəlb olunması ilə bağlı heç bir sübut əks etdirilməmişdir. Həmçinin, iddiaçının şikayətçi ilə ailə qurmaq məqsədilə münasibəti olub, daha əvvəl də aralarında intim xarakterli münasibət olmasına dair, evlərinə dəfələrlə öz razılığı ilə getməsinə dair sübutlar (“votsap”, “instaqram” yazışmaları) vardır. Sadəcə, hadisə ərəfəsində iddiaçı yaşadığı əraziyə təyinat alacaqdı, şikayətçi Bakı şəhərində yaşadığı üçün o da, şəhərə təyinat almaq məqsədi ilə bu cür şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən şəxsi toxunulmazl ıq hüququnu ehtiva edən, hər iki tərəfin razılığına əsaslanan şəxsi həyatında işdən sonra baş verən münasibət nəticəsində etik davranış qaydalarının pozulmadığını hesab edir. Dövlət Vergi Xidməti, etik davranış qaydalarını pozan, iddiaçıya böhtan atan Vüsalə Həsənovanı cəzalandırmır, xidmətdə saxlayır, vəzifəsini artırır, amma aylardı mənəvi, psixoloji şiddətə məruz qalan iddiaçı etik davranış qaydalarını pozmuş hesab edilir. İddiaçı 4 il ərzində xidmətində heç bir nöqsana yol verməmiş, barəsində heç bir xəbərdarlıq, intizam məsuliyyəti olmamış, hər zaman dövlətinə, xalqına, şərəflə, vicdanla xidmət etmişdir. Buna baxmayaraq, Dövlət Vergi Xidmətinin heç bir sübut olmadan, birbaşa iddiaçının xidmətinə xitam verməsi qərəzli xarakter daşıyır.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsasl andırılmışdır ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi olmuş iddiaçının həmin şöbənin dövlət vergi müfəttişi X3 qarşı fiziki zorakılıq hərəkətlərinin araşdırılması ilə bağlı materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, prokurorluq tərəfindən yekun qərar qəbul olunanadək, həmin şəxslər Xidmətin xx.xx.2023-cü il tarixli əmri ilə tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilmişlər. Quba rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən iddiaçının intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli, 2-2-010156/2023 nömrəli təqdimat göndərilmiş və həmin təqdimatda iddiaçının “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4-cü və 3.2.1-ci yarımbəndlərinin tələblərini pozaraq vergi orqanı əməkdaşına yaraşmayan qeyri-etik hərəkətlərə yol verməsinin müəyyən edildiyi, bu halların həmin şəxsin intizam məsuliyyətinə cəlb olunmasını zəruri etdiyi bildirilərək, intizam məsuliyyətinə baxılmasının nəticəsi barədə Baş Prokurorluğa məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatında, Quba rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarında göstərilənlər və Dövlət Vergi Xidmətinin araşdırma materialları əsas götürülərək, V.Həsənovaya münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək hərəkətlərə yol verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4-cü, 3.2.1-ci və 3.4.1-ci yarımbəndlərinin, “Dövlət Vergi Xidmətinin daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı yarımbəndinin tələblərini pozduğuna görə Xidmətin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən iddiaçının vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində dəlil olaraq bildirmişdir ki, sonradan ləğv edildiyindən Quba rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli məktubu əsasında Dövlət Vergi Xidmətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmr öz hüquqi qüvvəsini itirmişdir. Qeyd edilməlidir ki, əvvəla xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixli qərarın nəticə hissəsində heç bir ciddi fərq yoxdur. Hər iki qərar cinayət işinin başlanmasını məlum səbəblərdən rədd etsə də, iddiaçı tərəfindən etik davranış qaydalarının tələblərinin ciddi şəkildə pozulduğunu təsdiq etmişdir. Eyni zamanda, iddiaçının iddia ərizəsində əsaslandığı Quba rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında hadisədən dər hal sonra Vüsalə Həsənovadan müvafiq nümunələr götürülmədiyindən iddiaçının onunla zor tətbiq etməklə cinsi əlaqədə olub-olmamasını müəyyən etmək mümkün olmadığı üçün sonuncunun əməlində cinayət tərkibinin olmadığı bildirilərək cinayət işinin başlanması rədd edilsə də, qərarın nəticə hissəsində Azərbaycan Respublikası Baş X2 Xidmətinə göndərilmiş iddiaçının “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın müvafiq tələblərini pozması və onun intizam məsuliyyətinə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli, 2-2-010156/2023 nömrəli təqdimatının nəzərə alınması göstərilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərarda Baş Prokurorluq tərəfindən verilmiş təqdimatın nəzərə alınması, başqa sözlə, qüvvədə olması təsdiq olunduğundan, Dövlət Vergi Xidmətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmrin öz hüquqi qüvvəsini itirməsindən söhbət belə gedə bitməz. Bunlar iddiaçının öz iddiasını müdafiə məqsədilə ilə irəli sürdüyü əsassız və subyektiv mülahizələrdir. İddiaçının digər dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli yeni qərarda onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı heç bir sübut əks etdirilməmişdir. İddiaçının bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli qərarda iddiaçının, şikayətçinin, eləcə də digər şəxslərin izahatlarında onun etik davranış və daxili xidməti intizam qaydalarının etirazın əvvəlində qeyd edilən normalarının, habelə Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələblərini kobud şəkildə pozması açıq-aydın görünür. Bununla yanaşı, iddiaçının qeyd olunan pozuntulara yol verməsi təkcə prokurorluqda araşdırılan materiallarla deyil, eyni zamanda iddiaçı və X6nın vergi orqanının rəhbərliyinə verdikləri izahatları ilə də təsdiq olunur. Belə ki, həm prokurorluqda verilmiş izahatlarda, həm də vergi orqanının rəhbərliyinə verdikləri izahatlarda iddiaçının X6nın razılığı olmadığı halda onun evinə daxil olması, onu qucaqlayıb öpməsi, ona psixoloji təzyiq (digər iş yoldaşları ilə münasibətlərinə müdaxilə etmiş, telefonunu blokdan çıxarmağa, onunla ünsiyyətə girməyə məcbur etmiş və s.) və digər hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Bunları hətta iddiaçının özü də birbaşa etiraf etmişdir. Həmçinin iddiaçının vergi orqanının rəhbərliyinə verdiyi izahatında yaranmış vəziyyətin iş həyatına təsir etməsindən dolayı Dövlət Vergi Xidmətinin rəhbərliyindən üzr istəməsi, b ir daha belə halın təkrarlanmamasına dair söz verməsi intizam tənbehinin tətbiqi barədə əmrin çıxarılmasına əsas olmuş halların mövcudluğunu bir daha təsdiq edir. Eyni zamanda, iddiaçının “votsap” proqramı üzərindən Vüsalə Həsənova ilə apardığı yazışmalarından açıq şəkildə görünür ki, o, iş yoldaşı Vüsalə Həsənova ilə aralarında hər hansı bir rəsmi evlilik münasibəti olmadan dəfələrlə cinsi əlaqədə olmaqla hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə əməl etməmiş və etik davranış qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Bu qədər açıq-aşkar sübutların mövcud olduğu təqdirdə iddiaçının onun məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübutun olmamasını qeyd etməsi tamamilə absurd və özünümüdafiə məqsədilə irəli sürülmüş subyektiv mülahizədir. İddiaçının şəx si toxunulmazlıq hüququna istinadən hər iki tərəfin razılığına əsaslanan şəxsi həyatlarında işdən sonra baş verən münasibət nəticəsində etik davranış qaydalarının pozulmadığına dair üçüncü dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı təkcə Əmək Məcəlləsinin deyil, həm də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, etik davranış kodeksi və daxili xidməti intizam qaydalarının tələblərini pozduğu üçün işdən azad edilmişdir. Qeyd olunan normativ aktların hansı normalarının tələblərini pozması barədə həm inzibati aktda, həm də etirazın əvvəlində ətraflı məlumat verilmişdir. Bununla yanaşı qeyd edilir ki, iddiaçı, Vüsalə Həsənovanın dəvəti olmadan onun yaşadığı mənzilə onun iradəsinə zidd olaraq getmiş, nəticədə zərərçəkmişin hüquq mühafizə orqanlarına şikayət etməsinə səbəb ol an hərəkətlər edərək, hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət etməmiş, vergi orqanlarında xidmətlə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, şəxsi həyatda işlədiyi Dövlət Vergi Xidmətinin nüfuzuna ziyan vura və ya onu nüfuzdan sala bilən davranışa və ya şəraitin yaradılmasına yol vermiş, etik normalara əməl etməmişdir. Bununla da, iddiaçı, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın və Dövlət Vergi Xidmətinin daxili xidməti intizam Qaydalarının tələblərini kobud və mütəmadi şəkildə pozmuşdur. Bütün bunlar “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda, Baş Prokurorluğun təqdimatında, Dövlət Vergi Xidmət inin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” əmri ilə əlaqədar aparılmış araşdırma zamanı toplanmış sübutlarla, verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Bunlardan əlavə, iddiaçının tələbinin digər hissəsi ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərarın qəbul edilməsi olmuşdur. İddiaçı ərizəsində ona mənəvi ziyanın dəyməsi ilə bağlı hər hansı bir sübuta istinad etmədiyindən və bunu əsaslandırmadığından, iddianın bu hissəsi tamamilə əsassızdır. Digər tərəfdən, vergi orqanının qanunvericilikdə bununla bağlı hər hansı bir öhdəliyi və ya vəzifəsi mövcud deyil. Ona görə də, iddianın ikinci hissəsi də onun birinci hissəsi kimi tamamilə əsassız və qanuna ziddir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Rahim Həsənov) 19 fevral 2025-ci il tarixli, 2-1(118)-997/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli əmr qanuni olduğundan, iddia tələbi təmin edilə bilməz. Mübahisələndirilən əmr normativ hüquqi aktların tələblərinə uyğun şəkildə qəbul edildiyindən, həmin əmrin ləğv edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçının tələbinin əsas hissəsi təmin edilmədiyinə görə, ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvə l işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə tələbi də təmin edilməməlidir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və İsmayıl Quliyev) 16 aprel 2025-ci il tarixli, 2-1(105)-392/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən işdən azad olunma barədə əmrin qanunsuz və əsasız olması halına istinad edərək, əmrin ləğv edilməklə, işə bərpa edilməsini və ödənilməyən əmək haqqının ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə iddiaçının etik davranış qaydalarına zidd hərəkətlərə yol verdiyindən, bu əsasla işdən azad edildiyini, bu səbəbdən də işdən azad olunma barədə əmrin əsaslı olduğunu bildirir. Qeyd edilməlidir ki, iş yoldaşının müraciəti əsasında iddiaçının barəsində müvafiq rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsində iddiaçının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. İddiaçının iş yoldaşının müvafiq rayon prokurorluğuna və idarə rəhbərinə müraciət etməsinə səbəb iddiaçı tərəfindən ona qarşı zorakılıq hərəkətlə rinin edilməsi, mənzilinə daxil olması, zor tətbiq etməklə əxlaqsız hərəkətlər etməsi ilə bağlı hallar olmuşdur. İddiaçı isə izahatında həmin halları qəbul etməyərək, bu halların onun razılığı əsasında baş verdiyini bildirmişdir. Göründüyü kimi, indiki halda məhz iddiaçının iş yoldaşı ilə aralarında olan münasibətlərin xarakteri (ilk başda aralarında razılıq əsasında şəxsi münasibətlərin yaranması, daha sonra iş yoldaşı tərəfindən həmin münasibətin davam etdirmək niyyətinin olmaması, buna dair razılığın olmaması, buna baxmayaraq iddiaçı tərəfindən iş yoldaşının iradəsinin ziddinə davranışın edilməsi və bu davranışın davam etdirilməsi), habelə iş yoldaşının etdiyi müraciətlərin məzmunu iddiaçının yol verdiyi hərəkətlərin iş yoldaşına qarşı qısnama kimi xarakterizə edilməsinə əsas verir. Han sı ki, qanunvericiliyə əsasən, iş yerində işçiyə qarşı qısnamaya yol verilməsi yolverilməzdir və işəgötürən tərəfindən bu halın qarşısının alınması üçün zəruri tədbirlər görmək onun vəzifəsidir. Bundan əlavə, qeyd edilməlidir ki, həmin hala iş yerində yol verilməsi özlüyündə etik davranış qaydalarının da tələbinə ziddir. Belə ki, müvafiq Qaydaların tələbinə əsasən vergi əməkdaşı öz fəaliyyətində daim nümunəvi davranış nümayiş etdirməli, vergi orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət etməli, bütün şəxslərlə, o cümlədən kollektivdə iş yoldaşları ilə nəzakətli davranmalı, hörmətlə yanaşmalı, qeyr-etik, nalayiq hərəkətlərə yol verməməlidir. İndiki halda iddiaçının öz iş yoldaşına qarşı yol verdiyi hərəkətlər xarakter etibarilə məhz etik davranış qaydalarının tələblərinə zidd olmaqla, həmin hərəkətlərin mahiyyəti (iş yoldaşının iradəsinə zidd davranılması, onu qısnamaya məruz qoyması və s.) belə hərəkətlərin etik davranış qaydalarının kobud pozuntusu kimi dəyərləndirilməsinə əsas verir. Bundan əlavə, kollegiya onu da qeyd edir ki, iddiaçının yol verdiyi hərəkətlərin xarakteri, baş vermə şəraiti (iş yerində və işdən kənar), habelə həmin hərəkətlərin yaratdığı nəticələr (vergi orqanının nüfuzuna xələl gətirməsi, vergi əməkdaşları arasında vergi işçisinin nüfuzdan salınmasına səbəb ola bilməsi və s.) iddiaçı barəsində cavabdeh tərəfindən tətbiq edilmiş tənbeh tədbirinin yol verilmiş pozuntunun xarakterinə mütənasib olmasını dem əyə əsas verir. Həmçinin, qeyd edilən hallar özlüyündə həmin hərəkətlərin və onun nəticələrinin xidməti vəzifələrin icrası ilə bir araya sığmayan hərəkət qismində çıxış etməklə, vergi orqanlarında xidmətin adına xələl gətirən və ya onu nüfuzdan salan hərəkətlər olmasını, nəticə etibarilə vergi orqanının qanunla qorunan maraqlarının və mənafeyinin pozulmasına səbəb olan hərəkətlər olmasını deməyə əsas verir. Başqa sözlə, cavabdeh vergi orqanı üçün mənfi nəticələrin yaranması halı məhz onun adına xələl gəlməsi və nüfuzunun aşağı salınması ilə bağlı qanunla qorunan maraqlarına və mənafeyinə vurulmuş ziyanda ifadə olunur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində etik davranış qaydalarına riayət edilməməsi, vergi əməkdaşının adının və şərəfinin uca tutulmaması, əxlaq və ailə-məişət dəyərlərinə riayət edilməməsi, bununla xidmətlə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilənməsi, etik normalara əməl edilməməsi kimi hallara istinad etməkdə haqlı olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq əmrin qəbul edilməsi ilə əlaqədar olaraq dövlət vergi orqanlarında xidmət haqqında qanunvericiliyin və əmək qanunvericiliyinin hər hansı normasının pozulması halı müəyyən edilməmişdir. Eyni zamanda, kollegiya iddiaçının istinad etdiyi bərabər yanaşmanın tətbiq edilməməsinə dair hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının iş yoldaşının etdiyi müraciətlərin xarakteri, iddiaçı ilə iş yoldaşı arasında razılıq əsasında başlanılmı ş şəxsi münasibətlərin, iş yoldaşının iradəsinə zidd iddiaçı tərəfindən davam etdirilməsi, iddiaçının iş yoldaşı barəsində yol verdiyi davranışın qısnama hərəkətlərinin baş verməsinə gətirib çıxartması halı müəyyən edildiyindən, nəticə etibarilə etik davranış qaydalarının pozulması halının məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi müəyyən edildiyindən, iddiaçının eyni tənbeh tədbirinin iş yoldaşı barəsində də tətbiq edilməli olmasına dair arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq əmrin qəbul edilməsi zamanı inzibati icraat, vergi və əmək qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, mübahisə predmeti olan əmr qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əs assız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəlinən nəticə düzgün olmuşdur.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 5.2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digə r hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin şəxslərin əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:... b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək;... e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;...

18. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” Maddə

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti or qanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Maddə

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçən vətəndaşlar başa düşülür. Maddə

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlar ı yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. Maddə

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları mü ddət ərzində verilməmiş əmək haqqı ödənilir. Maddə 46 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Maddə

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstəril ən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 49 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər. Maddə 75 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; Maddə

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır.

19. Vergilər nazirinin 2015-ci il 9 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları” 1.2. Bu Qaydalar dövlət vergi orqanı əməkdaşının (bundan sonra - əməkdaş) dövlət vergi orqanlarına (bundan sonra - vergi orqanlarına), digər əməkdaşlara, fiz iki və hüquqi şəxslərə, o cümlədən vergi ödəyicilərinə münasibətdə riayət etməli olduğu etik davranış qaydalarını, Qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyət, habelə əməkdaşın fiziki və hüquqi şəxslərin təzyiq və qeyri-etik davranışlarından müdafiə olunması məsələlərini tənzimləyir. 1.3. Bu Qaydaların məqsədləri üçün əməkdaş dedikdə vergi orqanlarının vəzifəli şəxsləri, vergi orqanlarında işləyən stajçılar, ştatdankənar və büdcədənkənar fond hesabına saxlanılan işçilər nəzərdə tutulur. 1.4. Bu Qaydaların məqsədləri vergi orqanlarının və əməkdaşların nüfuzunun artırılmasından, fiziki və hüquqi şəxslərin, o cümlədən vergi ödəyicilərinin vergi orqanlarına və əməkdaşlara etimadının yüksəldilməsindən, əməkdaşlarının etik davranış qaydalarına riayət etmə səviyyəsi baxı mından vergi orqanlarının nümunəvi dövlət orqanları kimi tanınmasından, vergi orqanlarının və əməkdaşların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından, korrupsiyanın, maraqların toqquşmasının və digər neqativ halların qarşısının alınmasından, əməkdaşların riayət etməli olduğu etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılmasından, vergi orqanlarının və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinə fiziki və hüquqi şəxslərin təsir imkanlarının genişləndirilməsindən ibarətdir. 1.5. Əməkdaş dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq xidməti fəaliyyəti (vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti) zamanı, eləcə də xidməti fəaliyyətindən kənar davranışlarında bu Qaydaların tələblərinə əməl etməlidir. 2.0.4. Nümunəvilik – xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi; 3.1.2. Əməkdaş bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. 3.2.1. Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəali yyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. 3.4.1. Əməkdaş bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır. 3.4.2. Əməkdaş vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı ünsiyyətdə olduğu hər bir şəxslə onun irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, yaşından, mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq hörmətlə və işgüzar etiket qaydalarına uyğun şəkildə davranmalıdır. 10.1. Əməkdaş tərəfindən bu Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur. 10.2. Bu Qaydaların hər hansı müddəasının pozulmasına görə intizam tənbeh tədbiri tətbiq edilərkən aşağıdakılar nəzərə alınır: 10.2.1. Müddəanın pozulmasının dərəcəsi; 10.2.2. Müddəanın pozulmasının Xidmətin işinin effektivliyinə və nüfuzuna təsiri; 10.2.3. Əməkdaşın əmək fəaliyyəti; 10.2.4. Əməkdaş barədə qüvvədə olan intizam tənbeh tədbiri; 10.2.5. Araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici (ağırlaşdırıcı) hal.

20. Dövlət Vergi Xidməti rəisinin 2022-ci il 02 iyun tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları” 4.1. Xidmətin əməkdaşları: 4.1.1. əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Xidmətin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində verilmiş əmr və göstərişlərə əməl etməli; 4.1.2. yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanununvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalı; 4.1.3. xidməti vəzifələrini dəqiq və peşəkarlıqla yerinə yetirməli, xidmət intizamını pozmamalı, qanunvericiliyin tələblərinə, yüksək əxlaqi prinsiplərə və subordinasiyaya riayət etməli; 4.1.4. xidməti vəzifələrini yerinə yetirərkən dövlət və ictimai mənafeləri şəxsi mənafeyindən üstün tutmalı, nümunəvi davranışları ilə vətəndaşların, o cümlədən vergi ödəyicilərinin etimadını qazanmalı; 4.1.6. şəxsi həyatda Xidmətə ziyan vura və ya onu nüfuzdan sala bilən davranışa və ya şəraitin yaradılmasına yol verməməli, etik normalara əməl etməli;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məh kəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqb ul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun vergi orqanlarında xidmətinə xitam verilməsinə dair cavabdehin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli əmrinin l əğv edilməsinə, xx.xx.2023-cü il tarixdən xidmətinə və vəzifəsinə bərpa edilməsinə, xx.xx.2023-cü il tarixdən xidmətə bərpa ediləcəyi tarixədək ona ödənilməli əmək haqqının tam ödənilməsinə və ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsinə nail olmaqdan ibarətdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2-1(105)-392/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar