Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-236/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: rəyin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı rəyin dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)74/2023 nömr əli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N avqust 2021-ci il tarixli, 2443 nömrəli arayışında qeyd olunur ki, N nömrəli hərbi hissənin 2-ci tabor 4-cü bölük 3-cü taqımında taqım komandiri müavini vəzifəsində xidmət etmiş, hal-hazırda ehtiyatda olan baş gizir İddiaçı1 N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində-N nömrəli mövqedə döyüş növbətçiliyi aparan zaman səhhətində yaranan problem ilə əlaqədar-psixi davranışında pozuntularla əlaqədar özünü xəstə hesab etmiş və hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Tibb məntəqəsində dinamik həkim nəzarəti altında saxlanmış, qeyri-iradi darvanışlarına görə p sixi pozuntular müşahidə edilmişdir, aktlaşdırılaraq müvafiq sənədlərlə 06 noyabr 2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmişdir. Həmin tarixdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebənzər psixotik pozuntu” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, 25 yanvar 2020-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur. 21 yanvar 2020-ci il tarixdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçmiş, 46 nömrəli, xx.xx.2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi “Xəstəliklər cədvəli” nin 15-ci maddəsinin 3-cü qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”yə) əsasən “həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmişdir 2. xx.xx.2020-ci il tarixli 46 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 qoyulmuş diaqnoz və xəsarət (mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu) xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır.
3. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 2443 nömrəli arayışından görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi x idmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmiş, həmin tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, xx.xx.2020-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur, xx.xx.2020ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçirilmiş, 46 nömrəli xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi "Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, " Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" rəyi verilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 1447 nömrəli məktubundan görünür ki, İddiaçı1 xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli rəyində dəyişiklik edilərək, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin “xəstəlikdir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia ər izəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 sentyabr 2006-cı ildən 05 aprel 2020-ci ilə dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050, N və N saylı hərbi hissələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət zamanı psixi xəstəliyə tutulduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək orada "kəskin şizofrenəbənzər psixik pozuntu" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstəlik ciddi olduğu üçün N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli rəyi ilə ona "kəskin sizofrenəbənzər psixotik pozuntu" diaqnozu qoyulmuş, həmin xəstəliyin "hərbi xidmət dövründə alındığı" qeyd edilərək, həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab, edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021 -ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" rəyi ilə razı deyil. Hesab edir ki, həmin sözlər dəyişdirilməlidir. Belə ki, həmin ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin xx.xx.2021- ci il tarixli, 2443 nömrəli arayışından görünür ki, o, N nömrəli hərbi hissədə N nömrəli mövqedə döyüş növbətçiliyi apararkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifəsi ni yerinə yetirərərkən səhhətində yaranan problemlərlə bağlı hərbi hissənin hərbi tibb məntəqəsinə müraciət etmişdir. Səhhətində olan ciddi psixi pozuntulara görə xx.xx.2019-cu ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və təqribən 3 ay, yəni xx.xx.2020-ci il tarixədək orada stasionar müalicə olunmuşdur. Ona görə də cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək barəsində olan rəydə qeyd edilmiş xəstəlikdir "Hərbi xidmət dövründə alınmışdır" sözlərinin dəyişdirilərək xəstəlikdir "hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmişdır" sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasınin xx.xx.2021-ci il tarixli, 1447 nömrəli məktubu ilə verilmiş ilkin diaqnozun dəyişdirilməsindən imtina edilmiş, s əbəb kimi buna heç bir əsasın olmadığı göstərilmişdir. Hərbi Həkim Komissiyasının bu imtinasını əsassız hesab edir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. İddiaçı1 SQ BKH-da müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. İddiaçı1 xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən "Əsasnamə"nin 7.3-cü maddəsinə və Azərbaycan Res publikası Silahlı Qüvvələrində "Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın" 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq "Travma haqqında arayış" tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir. Bu səbəbdən İddiaçı1 aldığı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilməsi mümkün deyildir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2097/2022 nömrəli qərarı ilə (hakim F.Hüzeynov) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməsi yalnız istinad olunan "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2-ci maddəsinin a) yarımbəndin müvafiq abzaslarında göstərilən hallarda mümkündür və bu halların heç biri hazırkı işin faktiki hallarına uyğun gəlmir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)-74/2023 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, R.Mamedov və Ə. Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayə ti verərək həmin qərarın ləğv edilməsini iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində iddia ərizəsinə uyğun olaraq işin hallarını sadalamışdır. Kassasiya şikayətinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi, 16-cı maddəsinin İ hissəsi, 129-cu maddəsinin İİİ hissəsi və MPM-in 416, 417.1.4, 417.2, 418.1-ci maddələri təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası h aqqında Əsasnamə” Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir.... 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir.... 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir».... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı si ndromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanma dır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlan ğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarə tin alınma şəraiti haqqında sənədlər yoxdursa.... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların mürac iəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xi dməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən....
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “ Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı, hərbi xidmət zamanı psixi xəstəliyə tutulduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək orada "kəskin şizofrenəbənzər psixik pozuntu" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstəlik ciddi olduğu üçün N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuş və cavabdehin xx.xx.2020-ci il tarixli rəyi ilə ona "kəskin sizofrenəbənzər psixotik pozuntu" diaqnozu qoyulmuş, həmin xəstəliyin "hərbi xidmət dövründə alındığı" qeyd edilərək, həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir.
25. Hazırkı tələblə məhkəmə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2020-ci il tarixli rəyində dəyişiklik edilərək, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin “x əstəlikdir, Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsidir.
26. Bununla bağlı qeyd edilməlidir ki, işin araşdırılmış hallarına və aidiyyəti üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən iddiaçı heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nəticələrinə əsasən onda patologiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir.
27. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazir liyinin MəhkəməTibbi Ekspertiza və Patoloji-Ekspertiza şöbəsinin T374/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən onun tibbi sənədlərində qeyd edilmiş “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebenzer psixotik pozuntu” diaqnozu ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, psixi status və labarator-istrumental müayinələrin əsasında müəyyən edilmiş və şəhadətləndirilməsi üçün hərbi-həkim komissiyasına təqdim edilərkən “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qərarı düzgün verilmişdir.”
28. Göründüyü kimi cavabdehin xx.xx.2020-ci il tarixli 46 nömrəli xəstəlik şəhadətnaməsinə əsasən iddiaçıya qoyulmuş «mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu» diaqnozu ilə olan xəstəlik hərbi xidmət vəzifələrini yerinə yetirməsi səbəbindən yaranmamışdır. Həmin xəstəlik iddiaçıya məxsus xasiyyətə və psixoloji duruma görə düşdüyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə kəskin şəkildə başlamış, ruhi xəstəlik olmaqla fiziki təsir nəticəsində yaranmamışdır.
29. Bundan əlavə qeyd edilməlidir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsində hərbi xidmət vəzifələrinin icrası halları dəqiq qeyd edilmiş, döyüş növbəliliyini aparması həmin hallara aid edilsə də, iddiaçının şəhadətləndirildiyi xəstəlik bilavasitə hərbi xidmət dövründən əvvəl mövcud olmuş, döyüş növbəsində olarkən xəstəlik özünün əlamətlərini biruzə etmişdir.
30. Apellyasiya məhkəməsi iş materiallarını araşdırmaqla o nəticəyə g əlmişdir ki, cavabdehin 21 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiqlənən 21 yanvar 2020-ci il tarixli 46 saylı Xəstəlik şəhadətnaməsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi düzgün olaraq qeyd edilmiş, həmin ifadənin “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz olunması üçün qanuni əsaslar mövcud deyildir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
32. Odur ki, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasi ya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)-74/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.