Məhkəmə qərarları › İş №2-1(102)-2360/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2360/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2360/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilmə si” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 21(103)-29/2025 nömrəli qərarından iddiaçının hüquq varisi Ələkbərov Anar Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı, cavabdehə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixli, 14351 nömrəli müqavilə ilə istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən 1426 D nömrəli 0,10 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi 14351 nömrəli müqavilə barədə cavabdehin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin, 14351 nömrəli müqavilə ilə digər şəxsin adına Görədil bağ massivində yerləşən bağ sahəsi mövcuddur. Bundan başqa, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixli, 14351 n ömrəli müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən, faktiki sahəsi 0,0974 ha olan 1426 D nömrəli bağ (torpaq) sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixli, 14351 nömrəli müqavilə ilə Sabunçu rayonu, Ləhic ərazisində 0,10 ha (faktiki 0,0974 ha) torpaq sahəsindən ibarət olan 1426 D nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı bağ sahəsini daş hasara almış, dəmir darvaza qoymuşdur və orada ev tikib ailəsi ilə birlikdə uzun illərdir ki, yaşayır. İddiaçı həmin bağ sahəsinə mülkiyy ət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmiş, lakin əsassız olaraq müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh qeyd etmişdir ki, 14351 nömrəli müqavilənin nüsxəsi arxivdə mövcud deyil, həmin 14351 nömrəli müqavilə ilə digər şəxsin adına Görədil bağ massivində yerləşən bağ sahəsi mövcuddur, bundan başqa bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. İddiaçı bununla razı deyil, çünki istifadə etdiyi 1426 D nömrəli bağ sahəsi Görədildə deyil, Maştağa qəsəbəsində yerləşir. İddiaçıya qanuni əsaslarla bağ sahəsi verilmişdir, bağın müqaviləsinin nömrəsinin səhv olması və bağın müqaviləsinin arxivdə olmaması onun yox, cavabdehin təqsiridir.

5. Cavabdeh, iddiaya qarşı etirazında imtinasının dəlillərinə istinadən iddi anın təmin olunmamasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 18 iyul 2023-cü il tarixli, 21(112)-1605/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 14351 nömrəli müqaviləsi ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən, faktiki sahəsi 0,0974 ha olan torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivində y erləşən 1426 D nömrəli bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh isə X2 və İstismarı Birliyi tərəfindən verilmiş 14351 nömrəli müqavilə barədə cavabdehin arxivində məlumat aşkar olunmadığını, 14351 nömrəli müqavilə ilə digər şəxsin adına Görədil bağ massivində yerləşən bağ sahəsinin mövcud olduğunu, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsinin qeyd edilmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Qeyd edilməlidir ki, iddiaçıya Ləhic ərazisində bağ torpaq sahəsinin ayrılmasına dair müqavilənin nömrəsi ilə eyni olan digər şəxsin adına Görədil ərazisində bağ torpaq sahəsinin ayrılmasına dair müqavilənin mövcudluğu hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, cav abdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən də müəyyən olunur ki, Görədil ərazisində 14351 nömrəli müqavilə ilə ayrılmış 962 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ ilə digər bir fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, mübahisəli bağ sahəsinə heç bir aidiyyəti yoxdur.

8. Bağların bölgüsünə dair sxematik xəritədə mübahisəli bağ sahəsinin nömrəsinin qeyd edilməməsinə gəldikdə isə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpa qların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdehin vəzifəsidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instans iyası məhkəməsində icraat

10. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Ələkbərov Anar Rza oğlu, xx.xx.2024-cü il tarixdə vəfat etmiş İddiaçı prosessual hüquq varisi kimi tanınmış, İddiaçı prosessual hüquq varisi Ələkbərov Anar Rza oğlu ilə əvəz edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Nigar Nəbizadə) 17 aprel 2025-ci il tarixli, 2-1(103)-29/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində sözügedən bağ sahəsinin naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlmədiyi bildirilmişdir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Əlavə olaraq ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır və bağ sahəsinin bir hissəsi X3 mülkiyyətində olan qonşu özəl sahə ilə üstüstə düşür. Hazırkı apellyasiya icraatı zamanı maraqlı şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X6 verdiyi izahatında qeyd etmişdir ki, həmin torpaq sahəsi iddiaçıya məxsus deyil. Əksinə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla ona məxsus olan torpaq sahəsinin 4 və 6 sotunu ayrı-ayrılıqda Cəbiyev Şahmar və Əzizov Siyasət adlı şəxslərə satmışdır və bu barədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi də mö vcuddur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-501/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsində cavabdehlər X7 və X8 tərəfindən bağ sahəsinin daxilinə mişar daşı ilə çəkilən hasarın, qeyri-qanuni 2 ədəd tikili və talvarın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər X7 və X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1425 A nömrəli bağ sahəsindən çıxarılaraq bağ sahəsinin iddiaçının qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan 1425 A nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixdən X3 mülkiyyətindədir.

13. İş material larında olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən ərazidə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 0,0974 ha təşkil edir. Sözügedən ərazinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritəyə əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisinin bir hissəsidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ nömrəsi sxematik xəritədə əks olunmamışdır. İdarənin arxivində iddiaçının adına Ləhiş bağ massivində 1426 D nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd, həmçinin 14351 nömrəli müqavilə aşkar edilməmişdir. Məktuba əlavə olunmuş xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, bağ sahəsində A1 mərtəbəli bağ evi, 1 talvar və 2 tövlə var. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmayıb. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

14. İş üzrə hazırkı apellyasiya icraatı zamanı xx.xx.2025-ci il tarixli qərardadla iddiaçıya ayrıldığı qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar ərazisində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət olan 1426 D nömrəli bağ sahəsinin sxematik xəritəyə əsasən digər bağ sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İnzibati iş xx.xx.2024-cü il və xx.xx.2024-cü il (təkrarən) tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyini n Məhkəmə Ekspertiza Mərkəzinə göndərilsə də, iddiaçı (hüquq varisi) tərəfdən mütəxəssis rəyinin verilməsi ilə bağlı nəzərdə tutulmuş 235 manat xidmət haqqı ödənilmədiyindən, ekspertin müvafiq vəsatəti təmin edilməmiş, ekspertizanın aparılmasından imtina edilmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin ed ilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Hazırkı işin obyektiv həlli məqsədi ilə əhəmiyyət kəsb edən ekspert rəyinin təqdim edilməsi iddiaçı (hüquq varisi) tərəfin müvafiq xidmət haqqını ödəməməsi səbəbindən mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etsə də, onun nümayəndəsi və vəkili qismində Nümayəndə2 çıxış etmiş və nümayəndə kimi hazırkı iş üzrə Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilmişdir. Bir sözlə, iddiaçı tərəf hazırkı işin gedişatı barədə məlumatlı olmuşdur. Həmçinin iddiaçının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin surəti və digər sənədlər isə yalnız xx.xx.2025-ci il tarixdə (yəni iddiaçının vəfatından 7-8 ay sonra) məhkəməyə təqdim edilmiş dir. İşin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından da görünür ki, mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının aparılması üçün qəbul olunmuş qərardadın icrası, iddiaçının nümayəndəsinin və ya hüquq varisinin bu istiqamətdə müvafiq maraq və səy nümayiş etdirmədiyi üzündən, mümkünsüz olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla, cavabdeh orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlıdır.

15. İddiaçının hüquq varisi Ələkbərov Anar Rza oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının hüquq varisi Ələkbərov Anar Rza oğlunun kassasiya şikayətinin əsası nı mahiyyətcə iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi q anunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılması nın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüq uqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbl ərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təş kil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlar massivində yerləşən 1426 D nömrəli, faktiki sahəsi 0,0974 ha olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanu nvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Y uxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquq varisi Ələkbərov Anar Rza oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 21(103)-29/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar