Məhkəmə qərarları › İş №2-1(102)-2365/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2365/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2365/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın vurulmasının müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(103)-445/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı, kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olan hərbi qulluqçu kimi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatı məbləğində sığorta edilməli olduğu halda, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunduğuna görə ona 6600 manat sığorta ödənişi edildiyini və nəticədə ona 57474 (64074 (1067,90 mana t aylıq məvacibi × 60 ay) manat - 6600 manat) manat maddi ziyanın vurulduğunu əsas gətirərək, həmin məbləğin ödənilməsi barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh isə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydasının müəyyən edilmədiyinə, bu səbəbdən də tələb edilən sığorta məbləğinin ödənilməsinin mümkün olmadığına istinadən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə ona 57474 manat məbləğində dəymiş maddi ziyanın məbləğinin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunmuş və buna görə ona 6600 manat sığorta ödənişi edilmişdir. “Kəşfiyyat və əkskəşfiyyat haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin maddənin realizə olunması üçün cavabdeh tərəfindən sığortaçıya, yəni Azərbaycan Respublikası Dövlət Sığorta Kommers iya Şirkətinə qanunvericiliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Lakin cavabdeh tərəfindən sözügedən Şirkətlə müvafiq müqavilə bağlanmadığına və sığorta haqqı ödənilmədiyinə görə ona qeyd edilən maddəyə əsasən sığorta ödənişi həyata keçirilməmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta edilməli olduğuna görə iddiaçıya 57474 (64074 (1067,90 manat aylıq məvacibi × 60 ay = 64074) manat - 6600 manat) manat maddi ziyan vurulmuşdur. İddiaçı həmin məbləğin ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin əsassız olaraq onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

6. Cavabdeh, iddiaya qarşı etirazında imtinasının dəlilinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 27 iyun 2024-cü il tarixli, 2-1(112)-7211/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunduğundan, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlillik təyin olunduğu üçün iddiaçıya Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 6600 manat məbləğində sığorta haqqı ödənilmişdir. İddiaçı hazırda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyekt inin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu halda, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə müvafiq olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh tərəfindən ona 57474 (64074 (1067,90×60=64074) manat - 6600 manat) manat maddi ziyanın vurulduğunu əsas gətirərək həmin məbləğin ona ödənilməsini tələb edir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.2-ci maddəsinə əsasən, xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə, onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilməlidir ki, iddiaçı, qanunla ona verilən bu hüquqdan istifadə etməmiş, cavabdehin Azərbaycan Respublikası Dövlə t Sığorta Kommersiya Şirkəti ilə bağlanmış “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” xx.xx.2019-cu il tarixli müqavilə şərtlərinə əsasən ona ödənilən 6600 manat məbləğində sığorta haqqını qəbul etməklə, qeyd olunan müqavilə şərtləri ilə razı olduğunu göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hər hansı qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması sübut olunmadığından, iddiaçının tələbi təmin olunmamalıdır.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ceyhun Məmmədov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Pərviz Hüseynov) 09 yanvar 2025-ci il tarixli, 2- 1(103)-445/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünun, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci ildə ikinci dərəcə əlillik təyin ediləndən sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələbləri əsasında 6600 manat sığorta məbləği ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətlər i almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na əsasən 3 illik pul kompensasiyası da ödənilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığının 5 illik pul təminatı məbləğində sığortalanması nəzərdə tutulur. Lakin bu Qanunun praktiki icrası üçün tələb olunan normativ hüquqi aktlar, metodiki göstərişlər və prosedur qaydalar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi normativ-hüquqi aktları qəbul edən deyil, onları icra edən bir qurumdur. Sığorta ödənişləri üçün tələb olunan mexanizmlər Azərbaycan Respublikası Nazirlər Kabineti tə rəfindən müəyyən edilməlidir. Göründüyü kimi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı məbləğində sığorta ilə bağlı əlavə qaydalar müəyyən edilməyib. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı barədə sığortanın əvəzi olaraq ödənilməli olan sığorta ödənişi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsi əsasında həyata keçirilməlidir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, 5 illik pul təminatı barədə sığorta məbləği sığorta hadisəsi baş verdiyi təqdirdə həmin vəsaitin hamısının sığortalıya ödənilməsini özündə ehtiva etmir.

13. İddiaçı kassasiya şikayət i verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. s ığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 2.1.5. sığo rta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edil ir. Maddə

5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqani zmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz 17. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Maddə 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Maddə 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfi ndən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 18. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks- kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli, 186 nömrəli Fərmanı 1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatı nın həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 18024 nömrəli qərar ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətləri almış, sağlamlığına digər zərər dəymiş k əşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” Maddə 1.1. Bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Maddə 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Maddə 2.4. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ǝ) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. Maddə 2.5. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində o lan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman. Maddə 3.1. Kompensasiya, kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ( qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzr ə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməs inin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə ona 57474 manat məbləğində dəymiş maddi ziyanın məbləğinin cavabdeh tərəfindən ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı məbləğində sığorta institutu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərar ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətləri almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nda nəzərdə tutulmuş kompensasiya institutu iki fərqli sos ial müdafiə tədbiridir.

30. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının istinad olunan Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş sığortası həmin şəxslərin əsas və sabit sosial təminat tədbiridir. Belə sığorta həmin qurumların bütün müvafiq kadr tərkibinə münasibətdə həyata keçirilir və xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətləri almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşlarına və onların ailəsinə ödənilir. Başqa sözlə, sığorta xidmət zamanı alınmış xəsarət faktına görə ödənilir və ödəniş müvafiq dövlət orqanının bu barədə müqavilə bağladığı sığorta şirkəti tərəfindən həyata keçirilir. 31. “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətləri almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nda nəzərdə tutulmuş kompensasiya isə xidməti vəzifələrin icrası ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının sağlamlığına dəymiş zərərin əvəzi olaraq ödənilən birdəfəlik pul ödəməsidir. Bu ödəmə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin spesifik xüsusiyyətindən irəli gələn risklərə görə müəyyən olunan əlavə kompensasiya tədbiri kimi qiymətləndirilməlidir. Həmin ödəmənin məbləği Nazirlər Kabineti tərəfindən əməkdaşın üç illik pul təminatı məbləğində müəyyən edilmişdir. Ödəmə birbaşa müvafiq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti tərəfindən həyata keçirilir.

32. Bununla yanaşı nəzərə alınmalıdır ki, sığo rta haqqının ödənilməməsi əmək hüququ anlamında klassik maddi ziyan kimi qiymətləndirilə bilməz.

33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 21(103)-445/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar