Məhkəmə qərarları › İş №2-1(102)-2366/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2366/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2366/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2-1(103)-499/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etmişdir.

2. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışa əsasən, ehtiyatda olan iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur.

3. Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış 2/2-10454 saylı xx.xx.2023-cü il tarixli məktu bda bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə əsgər Əbdülxaliq Məmmədzadə döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək) iştirak etdiyi ərazi (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə vet eranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə və N nömrəli hərbi hissə komandirinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinə təqdim olunmuş müvafiq siyahıya əlavə olunması və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. N nömrəli hərbi hissədən ərizəsinə cavab olaraq verilmiş 332 nömrəli, xx.xx.2023-cü il tarixli cav ab məktubu ilə bildirilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu kimi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Müdafiə Nazirliyi Hərbi X1 göndərilmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi müraciətini cavabsız və nəticəsiz qoymuş, nəticədə onun hüquqlarını pozmuşdur. Belə ki, müdafiə naziri tərəfindən “Vətən Müharibəsində iştirak etmiş şəxslərin siyahılarının hazırlanması üzrə komissiyanın yaradılması və həmin işin tənzimlənməsi haqqında” 480 nömrəli xx.xx.2021-ci il tarixli əmr verilmişdir. Həmin əmrin 2-ci bəndində bu əmrə əlavə olunan meyarlar nəzərə alınmaqla nümunələrə uyğun siyahıların 7 gün ərzində A3 formatlı kağızda çap olunmuş və elektron variantda Azərbaycan Respublikası müdafiə nazirinin adına təqdim olunmasının təmin edilməsi göstərilmi şdir. Əmrə əlavə olunmuş meyarların 3-cü bəndində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində xidmət keçmiş hərbi qulluqçulara (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Xidmət keçdiyi N nömrəli hərbi hissə də X2 Qoşunlarının hərbi hissəsidir.

6. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qü vvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının əraz i bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəsi vermək səlahiyyətli olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçının döyüş əməliyyatları dövrdə iştirak etdiyi ərazi (Mingəçevir şəhəri olmuş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlmədiyinə görə 28 iyul 2023-cü il tarixli iclas protokoluna əsasən sənədlərin Nazirlər Kabinetinə göndərilməsi mümkün olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 21 iyun 2024-cü il tarixli, 21(112)-1592/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh ə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, onun təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixli əmrlə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş; N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından azad edilmişdir və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Qeyd edilən hallar arxiv arayışı, N nömrəli hə rbi hissə komandirinin əmrindən çıxarışlar və arayış-məlumat ilə təsdiq olunur). Bundan əlavə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla (N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə) hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, məhkumluğu barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüsey nov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 16 aprel 2025-ci il tarixli, 2-1(103)-499/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)-1592/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpa qların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir. Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 03 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədi ilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə ist inad edərək bildirmişdir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. İddiaçı döyüş əməliyyatları zamanı (xx.xx.2020-xx.xx.2020-ci il) Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissənin radiolokasiya qovşağı zenit pulemyot manqasının heyət nəfərimüşahidəçi vəzifəsində xidmətdə olarkən düşmən tərəfindən mümkün hücum olduğu zaman aşağı hündürlükdə hədəflərin məhv edilməs i, radiolokasiya qovşağının yerüstü mühafizəsinin təşkili ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi, döyüş əməliyyatları zamanı iddiaçı döyüş əməliyyatlarının hər hansı bir təminat üzrə tapşırıqlarını (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat tapşırıqları) yerinə yetirməmiş, ancaq öz xidməti vəzifələrini yerinə yetirmişdir. İstər döyüş əməliyyatları aparılan zaman, istərsə də sülh dövründə iddiaçının ümumi vəzifələri ola biləcək düşmən hücumları zamanı mühafizəni təşkil etməkdən ibarətdir. İddiaçıya o şərtlə müharibə veteranı adı verilə bilər ki, o, Mingəçevir şəhərində yerləşən xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində ya birbaşa döyüş əməliyyatlarına cəlb edilsin, ya da ki, həmin ərazidə döyüş təminatı üzrə tapş ırıqları yerinə yetirmiş olsun. İddiaçının adına tərtib edilmiş iş materiallarında olan sənədlərdəki məlumatlarda onun birbaşa döyüş əməliyyatlarına cəlb edilməsi və ya döyüş təminatı üzrə tapşırıqları yerinə yeriməsinə dair heç bir qeyd aparılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1.Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasını n ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı süb ut edən başqa sənədlər əsasında.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyə t kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdiril məsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. İddiaçının iddia tələbi isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilə rək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi olmuş, məhkəmələr də iddianı məhz bu məzmunda təmin etmişlər.

21. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.

22. Bununla yan aşı, Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

23. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inz ibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yolveriləndir.

24. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid haki miyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının çatmaq istədiyi hüquqi nəticə müharibə veteranı adı və vəsiqəsinin alınması ilə bağlı olduğundan, cavabdeh Müdafiə Nazirliyinə yönəlmiş tələb məhz müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi olmalıdır.

26. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 13-cü maddəsinin tələbi baxımından iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində və düzgün iddia tələbinin formalaşmasında yardım etməlidir.

27. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri h aqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dispozisiya şərtlərindən birinə cavab verməlidir.

29. Hazırkı halda iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş əraziləri) hərbi xidmətdə olmaması və döyüş əməliyyatlarında iştirak etməməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, hazırkı iddia tələbinə Əsasnamənin 11-ci abzasının şərtləri baxımından qiymət verilməlidir. Həmin normaya istinadən isə iddianın əsaslı olması üçün iddiaçının hərbi aviasiya, X2, radioelektron kəşfiyyat ( əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olması iş materialları ilə sübuta yetməlidir.

30. İddiaçının xidmət etdiyi hərbi hissə tərəfindən verilmiş arayışda onun döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etdiyi və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunduğu qeyd edilmiş dir.

31. Bundan əlavə, “Müharibə veteranı” adı və Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsinin verilməsi üçün təqdim edilən X2 tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə iştirak etmiş hərbi qulluqçular barədə arayışda (məlumatda) qeyd edilmişdir ki, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2019-cu il tarixli 0325 nömrəli əmri, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 026 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 066 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək düşmən tərəfindən mümkün hücum olduqda aşağı hündürlükdə hədəflərin məhv edilməsi, radiolokasiya qovşağının yerüstü mühafizəsinin təşkilində iştirak etmiş (iştirak etdiyi ərazi Mingəçevir), döyüş əməliyyatları zamanı döyüş postunda və m ühafizə səngərlərində radiolokasiya qovşağının radiolokasiya stansiyalarının yerüstü mühafizəsini təşkil etmişdir.

32. İlk növbədə qeyd edilməlidir ki, cavabdehin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiya”sı tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış 2/2-10454 saylı xx.xx.2023-cü il tarixli məktubda iddiaçının döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək) iştirak etdiyi ərazinin (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlməməsinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edil mədiyi qeyd olunsa da, məhkəmə kollegiyası bu dəlilin əsaslılığı ilə ona görə razılaşmır ki, Əsasnamənin 11-ci abzasına əsasən iddiaçıya müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün onun xidmət etdiyi ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlməsi tələb olunur.

33. Digər tərəfdən isə cavabdeh kassasiya şikayətində bildirmişdir ki, döyüş əməliyyatları zamanı iddiaçı döyüş əməliyyatlarının hər hansı bir təminat üzrə tapşırıqlarını (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat tapşırıqları) yerinə yetirməmiş, ancaq öz xidməti vəzifələrini yerinə yetirmişdir. İstər döyüş əməliyyatları aparılan zaman, istərsə də sülh dövründə iddiaçının ümumi vəzifələri ola biləcək düşmən hücumları zamanı mühafizəni təşkil etməkdən ibarətdir. İddiaçıya o şərtlə müharibə veteranı adı verilə bilər ki, o, Mingəçevir şəhərində yerləşən xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində ya birbaşa döyüş əməliyyatlarına cəlb edilsin, ya da ki, həmin ərazidə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş olsun.

34. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşır və bildirir ki, iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarıı icra etmiş şəxs olması ilə bağlı işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır.

35. Belə ki, cavabdehin dəlillərindən aydın olduğu kimi, iddiaçının xidmət keçdiyi hərbi hissə tərəfindən verilən arayışlarda qeyd olunanlar onun tabe o lduğu yuxarı inzibati orqan - hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilir. Belə ki, cavabdeh iddiaçının döyüş əməliyyatlarında iştirak etmədiyini bildirsə də, hərbi hissə tərəfindən verilmiş arayışlarda bunun əksi qeyd edilmişdir.

36. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətli halların aradan qaldırılması istiqamətində məhkəmə araşdırması aparmamış, yalnız iş üzrə mövcud sübutlar əsasında iddianın təmin edilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, bununla da, İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

37. Belə olan halda, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının, həqiqətən, döyüş əməliyyatlarında iştirak edib-etməməsi ilə bağlı məsələ tam araşdırılmalı, cavabdeh və onun tabelçiliyi ndə olan qurum arasındakı ziddiyyətli mövqelər aradan qaldırılmalı, habelə bu istiqamətdə hərbi hissə tərəfindən verilən arayışda istinad olunan Hərbi Hava Qüvvələrinin xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissənin isə xx.xx.2020-ci il tarixli 066 nömrəli əmrləri tədqiq olunmalı, iddiaçının (habelə, iddiaçının xidmət etdiyi hərbi hissəsənin bütövlükdə və ya onun hər hansı bölüyünün) döyüş əməliyyatlarına, həqiqətən, cəlb edilib-edilməməsi məsələsi hərtərəfli araşdırılmalıdır.

38. Bundan əlavə, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş digər hərbi qulluqçulara müharibə veteranı adının (döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş tapşırığını icra etməsi əsası ilə) hansı sənədlər əsasında verildiyinə dair inzibati prak tikanı da araşdırmalı, iddiaçıya münasibətdə bərabərlik və etimadın qorunması prinsiplərinin tədbiqinin mümkünlüyünü nəzərdən keçirməlidir.

39. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 21(103)-499/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar