Məhkəmə qərarları › İş №2-1(102)-2368/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2368/2023

15.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2368/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Abşeron rayon X8rşı işi üzrə QƏRARİ (Açar sözlər: bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Abşeron rayon X8rşı (üçüncü şəxs X19) “mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2-1(105)-359/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu X10 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır.

2. DTXK Abşeron rayon tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı satılmış 0.08 torpaq sahəsinə dair tərtib edilmişdir.

3. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən Abşeron rayonu X10 xx.xx.2006-cı il tarixli 11 saylı qərarından görünür ki, vətəndaşlara o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015- ci il tarixli qərarına əsasən, iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən X22 istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X10 üzərinə qoyulması qərara alınmışdır.

5. X10 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərarı ilə X10 alqı-satqı predmeti olan 0.08 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu – təsərrüfat planına yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat qaz, su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin tor paq sahəsinin fərdi yaşayış məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Qərarda həmçinin bələdiyyənin satış məqsədi ilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinin DƏDRX-nin Abşeron Ərazi İdarəsindən xahiş edilməsi göstərilmişdir.

6. Bələdiyyənin qeyd edilən qərarı əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********85 reyestr nömrəsi il ə qeydə alınmış və bu barədə Seriya RX № ******* saylı çıxarış verilmişdir.

7. Abşeron rayonu X16 ilə X28 arasında bağlanmış AN-İ ******* seriyalı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyd edilən 0.08 ha torpaq sahəsi bələdiyyə tərəfindən X1.

8. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə Seriya RX № ******* saylı çıxarış verilmişdir.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin X22 iddiasının təmin olunmasına dair yuxarıda qeyd edilən 09 aprel 2015-ci il tarixli, 2-1(85)-214/2015 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, İddiaçı və A.Almazov üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli qərarı ilə X22 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021- ci il tarixli 2-1(102)1655/2021 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Abşeron rayon X10 xx.xx.2015-ci il tarixli, 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu X10 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə iddiaçıya torpağın baş planı əsasında Abşeron rayonu Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin ayrılmış torpaq sahəsi ona aktla təhvil verilmişdir. Ona ay rılmış torpaq sahəsini həmkəndlisi X28 heç bir qanuni əsas olmadan zəbt edərək, orada tikinti işləri aparılmasına başlamışdır. İddiaçının şikayəti əsasında A.Əsədov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi başlanmış və haqqında Abşeron rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlb edilməklə torpaqdan çıxarılma qərarı verilmişdir. 31 oktyabr 2014-cü il tarixdə X28 cavabdeh Abşeron rayonu X11, üçüncü şəxslər İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə veri lməsinin X11 həvalə edilməsi və üçüncü şəxs İddiaçı tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)- 214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən X22 istifadəsində olmayan 0,08 ha torpaq sahəsinin ona satılması öhdəliyini Abşeron rayonu, X10 üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında Güzdək Bələdiyyəsi fərdi yaşayış məqsədi ilə torpağın satılması ilə bağlı açıq müsabiqəsini keçirilməsi üçün ona məxsus torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrə li qərarı verilmişdir. Bu qərar əsasında ona məxsus torpaq sahəsinə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonra X16 xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ona məxsus torpaq sahəsini X7 o, isə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. O, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə A.Əsədovun Abşeron rayonu Güzdək Bələdiyyəsinə qarşı iddiası rədd edilmişdir. Həmin qərar Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır.

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərardadı ilə X28 üçünc ü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

15. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərarı ilə (hakim: X12) iddia təmin edilmiş, Abşeron rayon X10 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanmasına dair qərarı etibarsız hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi 2006-cı ildə iddiaçıya ayrıldığı halda daha sonra üçüncü şəxsin zəbtinə məruz qalmışdır. Daha sonra isə A.Əsədov torpaq sahəsi üzərində sahibliyini qanuniləşdirmək məqsədi ilə bələdiyyəyə müraciət etmiş və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə qər ar qəbul etmişdir. Bu hallar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və qərarlarında öz təsdiqini tapmışdır

17. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2-1(105)-359/2023 nömrəli qərarı ilə (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X14 və X9) Sumqayıt İnzibati Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, inzibati işin sənədlərindən də görünür ki, həm Sumqayıt İnzibati Məhkəməsi, həm də Sumqayıt Apellyasiya Məhkəməsi bu qərarı qəbul edərkən üçüncü şəxs barəsində 2007-ci ildə çıxarılmış Abşeron rayon məhkəməsinin 1-170/2007 saylı hökmünə istinad etmişdir. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən üçüncü şəxs barəsində çıxarılmış bu hökmdə göstərilmiş torpaq sahəsinin hal-hazırda mübahisələndirilən torpaq sahəsinə aid olub-olmaması qanunvericiliyin tələblərinə uyğun araşdırılmamışdır. İnzibati işin içərisində X10 sə dri M.M.Şirəliyevanın xx.xx.2019-cu il tarixli 99/x saylı məktubu vardır ki, həmin məktubda açıq-aydın göstərilmişdir ki, X16 tərəfindən X5 cəmi 1 dəfə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Yəni həmin torpaq sahəsi mülkiyyətində olan bələdiyyənin məktubu ilə açıq-aydın görünür ki, Şahin Dostəliyevə cəmi bircə dəfə torpaq sahəsi ayrılmışdır.

22. Məhkəmə qərarı ilə üçüncü şəxsin adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə X6 ayrılmış torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi barədə həm mütəxəssis rəyi, həm ekspert rəyi, həm də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi olsa da, məhkəmə əsassız olaraq hal- hazırki mübahisə predmeti olan torpaq sahəsinin 2007-ci ildə mənim zəbt etdiyimə görə məhkum olunduğum torpaq sahəsi ilə eyni olduğu qənaətinə gəlmişdir. Bu isə qanunvericil ik baxımından yolverilməzdir. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciəti əsasında bu Komitənin əməkdaşları tərəfindən bu torpaq sahəsinə baxış keçirilmiş və Şahin Dostəliyev tərəfindən tikilmiş fərdi yaşayış evinin torpaq sahəsinin 0,09 ha-dan çox olduğu və həmçinin onun Natiq Yaqubova satdığı 0,032 ha torpaq sahəsinin olduğu da müəyyən olunmuşdur. Eyni bu sahənin qonşuluğunda yerləşən 0,08 ha torpaq sahəsinin boş vəziyyətdə olduğu və faktiki olaraq mənim istifadəmdə olduğu müəyyən edilmişdir. Əvvəlki məhkəmə mübahisələri zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə mütəxəssis rəyinin və həmçinin ekspertizanın keçirilməsi barədə qərar qəbul edilmiş və bu qərardad əsasında aparılmış ekspertizaya görə də X10 xx.xx.2015-ci il tarixli qərarı ilə mənə satılmış torpaq sahəs inin koordinatlarının X4 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir.

23. Məhkəmə inzibati işin baxışı zamanı sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatəti yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edə bilər. Lakin inzibati işin sənədlərindən görünür ki, üçüncü şəxs bu işə aid olan müxtəlif sənədləri sübut kimi məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən onların heç birinə düzgün hüquqi qiymət verilməmiş və bunun əsaslandırılması barədə heç bir rəsmi qərardad qəbul edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. İddiaçı və cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik ) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Ma ddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” qanunun normalarından göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

34. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun.

35. Kassasiya şikayətinin dəlilərinə münasibətdə iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Mə hkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2-1(102)-1655/2021 qərarı ilə işin müəyyən edilmiş hallarından görünür ki, 2006-cı ilin sonlarında iddiaçı X2 Şahin Vəfalı oğluna məxsus olan 0.08 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutmuş, İddiaçı qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq həmin sahədə tikinti işləri aparmışdır. Qeyd edilən fakt üzrə X28 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, Abşeron rayon məhkəməsinin 1-170/2007 saylı hökmü ilə A.Əsədov Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir. Məhkəmə hökmü qanuni qüvvəyə minmişdir. Eyni zamanda İddiaçı mülki iddiası təmin edilmiş, X22 həmin torpaq sahəsindən çıxarılması qərara alınmış, mübahisəli torpaq sahəsi boşaldılaraq tələbkar İddiaçı təhvil verilmişdir.

36. İnzibati iş üzrə iddiaçının bələdiyyə tərəfindən hərrac keçirilmədən ona satılmasını tələb etdiyi 0.08 ha torpaq sahəsinin X10 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrıldığı iş üzrə materiallarla təsdiqini tapmışdır. Həmin inzibati iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)1655/2021 qərarında da göstərilmişdir ki, “...Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərrac keçirilmədən ona satılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verildiyindən və həmin qərar hüquqi cəhətdən etibarlı olduğundan, bələdiyyə həmin sahənin başqa şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi və ya hərrac keçirilmədən başqa şəxsə satılmasına səlahiyyətli deyildir (38-ci bənd).

37. Beləliklə, X16 bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində normalarının tələblərinə əməl etməyərək, özünün qanuni qüvvədə olan 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində artıq səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərar qəbul etmişdir.

38. Halbuki, bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər. 39. “İnzibati icra at haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati akt qəbul edilərsə, həmin inzibati akt etibarsız sayılır. Cavabdeh bələdiyyə də 14 dekabr 2015-ci il tarixli qərarı qəbul edərkən səlahiyyətli olmamışdır.

40. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2-1(105)-359/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar