Məhkəmə qərarları › İş №2-1(102)-237/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-237/2025

16.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-237/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Qəhrəmanov Nadir Fərrux oğlu, Qəhrəmanov Emil Nadir və X2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: özəlləşdirmə haqqında sərəncamın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövl ət Xidmətinə (üçüncü şəxslər Qəhrəmanov Nadir Fərrux oğlu, Qəhrəmanov Emil Nadir və X2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC) qarşı “Qəhrəmanov Emil Nadir oğlu ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 nömrəli "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin bağlanmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında" xx.xx.2013-cü il tarixli 414 nömrəli, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında" xx.xx.2013-cü il tarixli 433 nömrəli, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2014-cü il tarixli 76 nömrəli və “Torpaq sahələrinin özəlləşd irilməsi haqqında" xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2-1(103)-1595/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak ümumi sahəsi 51.2 kv.m, tikinti altı sahəsi 56 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsindən, tikinti altı sahəsi 11 kv.m olan hasar və sahəsi 469 kv.m olan yaşıllıq sahəsindən ibarət olmaqla, 1996-cı il tarixdə istismara verilmişdir, əmlakın yerləşdiyi əraz inin ümumi torpaq sahəsi 0.1083 ha təşkil edir.

2. Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli 414 nömrəli sərəncamı ilə ümumi sahəsi 51.2 kv.m olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına dair Qəhrəmanov Emil Nadir oğlu ilə icarə müqaviləsi bağlanması qərara alınmış və xx.xx.2013-cü il tarixli 5990 nömrəli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış binası 1 il müddətinə sonuncunun icarəsinə vermişdir.

3. Sözügedən qeyri-yaşayış binasına dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.m təşkil edir ki, bunun 55.7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.m hissəsində daş hasar, 468.8 kv.m hissə sində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.m hissəsini isə açıq torpaq sahəsi təşkil edir.

4. Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında xx.xx.2013-cü il tarixli 433 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış qiyməti təsdiq edilmiş, sərəncamın 1-ci bəndində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının 100% dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi və icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. 5. xx.xx.2013-cü il tarixli 5201 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi onunla bağlanmış xx.xx.2013-cü il tarixli 5990 nömrəli icarə müqaviləsi əsasında icarəyə verdiyi ümumi sahəsi 51.2 kv.m olan qeyri-yaşayış binasını Qəhrəmanov Emil Nadir oğluna satmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reye strindən çıxarış verilmişdir. Çıxarışda qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.00557 kv.m göstərilmişdir.

6. Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahələrinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli 76 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında olan qeyriyaşayış binasının yerləşdiyi 1083 kv.m dövlət torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq Qəhrəmanov Emil Nadir oğluna icarəyə verilməsi qərara alınmış və xx.xx.2014-cü il tarixdə Qəhrəmanov Emil Nadir oğlu ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 3006 nömrəli müqavilə bağlanmışdır.

7. Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahəsinin özəlləşdirilməsi haqqında xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamı ilə Azərbaycan Res publikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, ünvan 2 ünvanında yerləşən 1083 kv.m torpaq sahəsinin həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi və həmin sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. 8. xx.xx.2014-cü il tarixli 4958 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2014-cü i l tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin adına qeydiyyata alınmış ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083 kv.m torpaq sahəsi Komitə tərəfindən Qəhrəmanov Emil Nadir oğluna satılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəhrəmanov Emil Nadir oğlu ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 nömrəli "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsi”nin bağlanmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında" xx.xx.2013-cü il tarixli 414 nömrəli, “ İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında" xx.xx.2013-cü il tarixli 433 nömrəli, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2014-cü il tarixli 76 nömrəli və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında" xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamların ləğv olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlu və digərləri arasında olan mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən, ölçüsü 51.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair Qəhrəmanov Emil Nadir oğlunun adına verilmiş ******* nömrəli, xx.xx.2014cü il tarixli ilk çıxarışda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.00557 ha olmuş və həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Bundan sonra, eyni şəxsin adına yenidən verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışla müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0.1083 ha ölçüdə qeyd edilmiş və cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair eyni ölçülərlə Qəhrəmanov Nadir Fərux oğlunun adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə araşdırmasının gedişində məhkəmə sorğusuna cavab olaraq, DƏDRX tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə Qəhrəmanov Emil Nadir oğlu ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı" müqaviləsi təqdim edilmişdi r. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə Xidmətin nümayəndəsi tərəfindən məhkəməyə torpaq sahəsinə dair “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 414 nömrəli sərəncam, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 433 nömrəli sərəncam, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 76 nömrəli sərəncam və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 132 nömrəli sərəncam məhkəməyə təqdim edilmişdir. Həmin tarixə qədər qeyd edilən sərəncamlar barədə iddiaçının məlumatı olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamına əsasən, yuxarıda göstərilən Azon zavodunun nəqliyyat sahəsində ümu mi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tikilmiş və onun istifadəsində olmuşdur. Lakin Xidmət tərəfindən qeyd edilən torpaq sahəsinə dair sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşdiyi nəzərə alınmamış, iddiaçı inzibati icraata dəvət edilməmiş və onun hüquqları və mənafeyinə zidd olan sərəncamlar verilmişdir.

11. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 414 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş 51.2 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və K omitə ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 5990 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi Qəhrəmanov Emil Nadir oğlunun icarəsinə verilmişdir. Daha sonra Qəhrəmanov Emil Nadir oğlu ərizə ilə Komitəyə müraciət edərək, qeyd olunan qeyriyaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmiş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli, 433 nömrəli sərəncam verilmiş və Komitə ilə Emil Qəhrəmanov arasında bağlanmış “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən, qeyd olunan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş, ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* nömrəli mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Kom itəsi tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin 1083 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 14 mart 2014-cü il tarixli, 76 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 3006 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə Qəhrəmanov Emil Nadir oğlunun icarəsinə verilmişdir. Daha sonra Qəhrəmanov Emil Nadir oğlunun müraciəti əsasında Komitənin 02 may 2014cü il tarixli, 132 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Emil Qəhrəmanov tərəfindən özəlləşdirilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyri-yaşayış və torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilən sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahələr üzərində hər hansı hüququ mövcud olmamışdır. Hazırda iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin çıxarışında həmin qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0.00557 ha olması qeyd olunsa da, torpaq sahəsinin özəlləşdirilməsi zamanı həmin sahənin ölçüsünün artırılaraq 0.1083 ha göstərildiyi və özəlləşdirmədən sonra 0.1083 ha sahəyə dair cavabdeh Emil Qəhrəmanova çıxarış verildiyini qeyd etmişdir. Bununla bağlı qeyd olunur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi özəlləşdirilməzdən əvvəl həmin sahəyə dair tərtib olunmuş daşınmaz dövlət əmlakına dair registrdən çıxarışda və texniki pasportda qeyd olu nan qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin 0.1083 ha olması qeyd edilmişdir. Bu baxımdan, mübahisəli 0.1083 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə Komitə tərəfindən qəbul edilmiş sərəncamların ləğv edilməsi ilə bağlı iddiaçının istinad etdiyi qeyd olunan hallar tamamilə əsassızdır. Bundan əlavə, qanunvericiliyə əsasən, Emil Qəhrəmanov tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olmuş 0.1083 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq varisi olduğu dövlət qurumuna məxsus olmuşdur ki, hər hansı digər dövlət qurumunun həmin sahə ilə bağlı qərar qəbul etmək hüququ olmamışdır. Bu baxımdan, iddiaçının Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamına əsaslanaraq mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququ olmasına istinad etməsi tamamilə əsassızdır.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6041/2022 nömrəli qərardadı ilə Qəhrəmanov Nadir Fərux oğlu, Qəhrəmanov Emil Nadir oğlu, X2, xx.xx.2022-ci il tarixli 2-1(112)-6041/2022 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 06 sentyabr 2023-cü il tarixli, 2-1(112)-740/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onu nla əsaslandırmışdır ki, xx.xx.2013cü il tarixdə tərtib edilmiş ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, bina Emil Qəhrəmanovun adına özəlləşdirilərkən ilk əvvəl onun texniki pasportu tərtib edilmiş və texniki pasportda binanın yerləşdiyi ərazinin ümumi sahəsi 1083 kv.m göstərilmişdir. Daha sonra Emil Qəhrəmanov 13D saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini də özəlləşdirmiş, bu zaman özəlləşdirilən torpaq sahəsinin ölçücü ilkin texniki pasporta uyğun olmuşdur. Çünki, özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi həmin obyektin özəlləşdirilməsi zamanı onun texniki pasportunda göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqdır. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün 0.00557 kv.m göstərilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin ölçü yalnız binanın yerləşdiyi tikinti altı sahəsinin göstəricisi olmuş, bu da xx.xx.2013-cü il tarixli texniki pasporta uyğun olmuşdur. Belə ki, həmin texniki pasportdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.m-dir, bunun 55.7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.m hissəsində daş hasar, 468.8 kv.m hissəsində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.m hissəsini isə açıq torpaq sahəsi təşkil edir. Göstərilənlərə əsasən aydın olur ki, mübahisəli qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi özəlləşdirilərkən torpaq sahəsinin ölçüsü ilə bağlı hər hansı normanın pozulmasına yol verilməmişdir. İddiaçının hazırkı tələbinin digər bir faktiki əsasını Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin onun tərəfindən tikilməsi, Xidmət tərəfindən həmin torpaq sahəsinə dair sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamından görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avto mobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün onunla (İddiaçıla) rayonun müvafiq qurumları arasında müqavilə bağlanılması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər Qəhrəmanov Nadir Fərrux oğluna və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamı ilə ona verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sah əsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin ona məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin ona aid hissəsi boşaldılaraq, onun sahiblik və istifadəsinə qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4313/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təm in edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “...İkincisi, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyriyaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün o la bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun da iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırkı icraatın predmeti olmasa da, “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə, iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.” Həmin qətnam ədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamına qiymət verilmişdir. Məhkəmə həmçinin əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə təsdiq edilmiş, həmin Əsasnamədə yerli icra hakimiyyətinin əmlakın hər hansı şəxsə məxsus olması barədə faktı təsdiq etmək kimi bir səlahiyyəti nəzərdə tutulmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olmuş, bununla da İcra Hakimiyyəti həmin əmlaka münasibətdə hər hansı bir səlahiyyətə malik olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il t arixli, 125 nömrəli sərəncamının qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyəti də olmamışdır. Belə olan halda aydındır ki, həmin sərəncam mübahisəli əmlaka münasibətdə hər hansı bir hüquq yaratmadığından iddiaçının cavabdehin qəbul etdiyi sərəncamların onun hüququna toxunması barədə dəlili əsaslı sayıla və iddia təmin edilə bilməz.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və M.C.Qarayeva) 31 iyul 2024-cü il tarixli, 21(103)-1595/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi iddianın rədd edilməsini “əsaslandırmaq” üçün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin bir sıra normalarına formal istinad etməklə kifayətlənmiş, lakin maddi hüquq normalarını işin hallarına uyğun tətbiq etməmişdir. Halbuki, mübahisənin yaranmasına səbəb olmuş inzibati icraat z amanı cavabdeh inzibati orqan iddiaçının istinad etdiyi halların, xüsusilə də üzərində daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) inşa etdiyi və uzun müddət həmin daşınmaz əmlaka sahiblik etməklə istifadə etdiyi nəzərə alınmamışdır. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb edən hal apellyasiya məhkəməsinin özü tərəfindən də təsdiq edilmiş və bununla bağlı qərarın 10-cü səhifəsində, sonuncu abzasında qeyd edilmişdir ki: “Yasamal RİH başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur.” Göründüyü kimi, dövlət mülkiyyətinə aid olan həmin torpaq sahəsində iddiaçının qeyri-yaşayış sahəsi in şa etməsi, uzun müddət ondan istifadə etməklə sahiblik etməsi məhkəmənin özü tərəfindən də tanınmış, lakin bu fakta qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması faktı yalnız Yasamal RİH başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamı ilə deyil, həmçinin çoxsaylı digər sübutlarla da təsdiq edilir və məhkəmə tərəfindən də tanınır. Bundan əlavə, apellyasiya məhkəməsinin gəldiyi nəticənin əksinə olaraq, iddiaçının həmin sahədən uzun müddət ərzində maneəsiz istifadə etməsi hüquqi nəticə doğurur. Sübut etməyə ehtiyac yoxdur ki, həmin sahədə iddiaçının iyirmi il fərdi sahibkar kimi fasiləsiz fəaliyyət göstərməsi cavabdehə məlum olmuş, lakin iddiaçıya qarşı hər hansı maneə yaradılmamışdır. Həmin sahənin iddiaçının sahibliyinə və istifadəsinə verilməsini təsdiq edən Yasamal rayon İcra Hakimiyyətinin ləğv olunmamış və ya etibarsız hesab edilməmiş sərəncamı olduğu halda, iddiaçıya heç bir məlumat verilmədən, araşdırma aparılmadan, iddiaçının xəbəri və iştirakı olmadan torpaq sahəsinin cavabdehin balansına verilməsi, yəni iddiaçının etibar etdiyi və etimad göstərdiyi sərəncamın faktiki olaraq ləğv edilməsinə (hətta bu sərəncamın “səhv” olması qəbul edilsə belə) yönəlmiş inzibati icraat qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə müşayiət olunmuşdur. Hazırkı işdə Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamının ləğv edilməsi və ya etibarsız sayılması barədə hər hansı digər inzibati akt, məlumat mövcud deyildir və bu səbəbdən “İnzibati icraat ha qqında” Qanunun 64.2-ci maddəsinə əsasən, qüvvədə olması və hüquqi qüvvəyə malik olması prezumpsiyası var. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Üçüncü şəxslər Qəhrəmanov Nadir Fərrux oğlu və Qəhrəmanov Emil Nadir oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”: Bənd

2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin ic arəyə verilməsinə yol verilir. Bənd

3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər.... Bənd

4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir.... Bənd

8. Təqdim edilmiş (bu Qaydaların 5-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanılır. Bənd

9. Bağlanmış icarə müqaviləsi müvafiq qaydada Azərbaycan Respublikasında dövlət əmlakının Registrlərində qeydiyyata alınandan və müqavilə üzərində bu barədə qeyd aparılandan sonra o hüquqi qüvvəyə minmiş hesab olunur və tərəflər üçün hüquq və vəzifə yaradır....

22. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə: Bənd

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Bənd

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.... Bənd

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağl amaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, k assasiya şikayətinin bütün dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddianın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarına əsasən mübahisə predmeti olan inzibati aktların ləğv edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qə rarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Mübahisə predmeti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qeyri-yaşayış binası E.Qəhrəmanovun adına özəlləşdirilərkən ilk əvvəl onun texniki pasportu tərtib edilmiş və texniki pasportda binanın yerləşdiyi ərazinin ümumi sahəsi 1083 kv.m göstərilmişdir. Daha sonra həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi də texniki pasportda göstərilən ölçüdə onun adına özəlləşdirilmişdir. Göründüyü kimi, torpaq sahəsinin özəlləşdirilməsi bu qərarın 21-ci bəndində istinad olunan qanunvericiliyin tələbinə uyğun olmuşdur.

31. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün 0.00557 kv.m kimi göstərilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır, bu səbəbdən eyni halları təkrarlamağı lüzum bilmir.

32. Bundan əlavə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən tikilməsi və cavabdeh inzibati orqan tərəfindən məhz həmin torpaq sahəsinə dair sərəncaml ar verilərkən torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmaması ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Qəhrəmanov Nadir Fərrux oğluna və X1 qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamı ilə ona verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri yaşayış sahəsinin ona məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin ona aid hissəsi boşaldılaraq, onun sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4313/2021 s aylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Qeyd olunan mübahisəyə dair qəbul edilmiş məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmə t emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun da iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırkı icraatın predmeti olmasa da, “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səla hiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olubolmaması nəzərə alınmasa belə, iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.

34. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının sübut qismində istinad etdiyi sərəncama hüquqi qiymət verilmişdir.

35. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamədə yerli icra hakimiyyətinin əmlakın hər hansı şəxsə məxsus olması barədə faktı təsdiq etmək kimi bir səlahiyyəti nəzərdə tutulmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 21(103)-1595/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar