Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2374/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2-1(103)-127/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazıl ı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
2. Sözügedən ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində söküntü işləri aparılmışdır. Söküntü işlərini aparan şəxslər özlərini cavabdehin işçiləri olaraq təqdim etmişlər.
3. İddiaçı aparılan söküntü işləri nəticəsində ona dəymiş zərərin ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun müraciətinə hər hansı cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 23000 manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 73 ünvanında ona məxsus qeyri-yaşayış sahəsində kiçik bir kafe açaraq, sahibkarlıq fəaliyyəti göstərir. Kafenin ətrafını abadlaşdırmış, 30-dan çox ağac əkmişdir. Kafe yarızirzəmi olduğuna görə, müştərilərin çöldə oturması üçün şərait yaradaraq səliqəli, nə binanın, nə də ətrafın memarlıq görünüşünə təsir etməyən şüşədən sədd çəkmiş, üstünə də dam örtüyü çəkdirmişdir. İddiaçı, bu işləri görməzdən əvvəl dəfələrlə icra hakimiyyətinə getmiş və razılıq almaq üçün ona prosedurun izah olunmasını xahiş etmişdir. İddiaçıya hər dəfə bildirilmişdir ki, həmin bina sökülməlidir, odur ki, hər hansı sənədləşməyə ehtiyac görülmür. xx.xx.2023-cü il tarixində səhər 11.00-12.00 radələrində ona məxsus qeyri-yaşayış sahəsinə bitişik hissədə ağlay dayaq divarları və damı bitişik şüşə balkon, özünü cavabdehin işçiləri olaraq təqdim edən bir qrup şəxs tərəfindən sökülmüşdür. Sözügedən əməkdaşlardan özləri və söküntünün hansı qərar əsasında aparıldığı barədə məlumat verilməsi xahiş edilsə də, heç biri şəxsiyyətini identifikasiya edən məlumatları verməmiş, aralarında adını bildirməyən 2 şəxs özünü cavabdehin təsərrüfat şöbəsinin rəisi, digəri isə, mənzil təsərrüfat sahəsinin rəisi olaraq təqdim etmişdir. Qanunvericiliyə əsasən, dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qə rar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan, yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı sənəd, bildiriş, xəbərdarlıq təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlar ının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi ünvanda aqlay dayaq divarları və damı bitişik olan şüşə balkon hissə cavabdehin əməkdaşları tərəfindən sökülməmişdir. Belə ki, cavabdehin təsərrüfat şöbəsinin müdiri iddiaçının qeyd etdiyi tarixdə həmin ərazidə olmamış və hər hansı söküntü işi aparmamışdır. Həmçinin, iddiaçı iddia ərizəsində konkret olaraq onun hansı hüququnun nə dərəcədə pozulmasını bildirməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 12 mart 2024-cü il tarixli, 21(112)-1093/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddi açıya vurulmuş 23000 manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, sözügedən ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində söküntü işləri aparan şəxslərdən bir neçəsinin iş geyimlərinin üzərində “Yasamal rayon MKTB” yazısı öz əksini tapmışdır. Həmin şəxslərin cavabdehin işçiləri olub-olmamasını aydınlaşdırmaq məqsədilə, cavabdehə sorğu (fotoşəkillər və flaş kart) göndərilmişdir. Həmin sorğuya cavab olaraq, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, qoşmada göndərilən sübutlardakı (fotoşəkillər və flaş kart) şəxslər cavabdehin, Cavabdeh başçısının 2 nömrəli sahə inzibati ərazi d airəsinin və Yasamal rayon MKTB-nin 56 saylı Mənzil-Kommunal İstismar sahəsinin əməkdaşlarıdır. Beləliklə məhkəmə qeyd edir ki, fotoşəkillərdə öz əksini tapmış şəxslərin cavabdehin işçiləri olması öz təsdiqini tapmışdır. Hazırkı işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülmüşdür. Həmin qeyri-yaşayış sahəsinin sökülməsinə dair hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Cavabdeh inzibati orqan da həmin qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı məhkəmə mübahisəsi olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malikdir.
9. İddiaçının mülkiyyətində olan qe yri-yaşayış sahəsinin söküntüsünə görə ödənilən kompensasiyanın məbləği ilə bağlı məhkəmə mütəxəssis rəyinin alınmasını qərara almış və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılan söküntü işləri üzrə dəymiş ziyanın məbləği ilə bağlı mütəxəssis qarşısında sual qoyulmuşdur. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma nəticəsində sözügedən ünvanda yerləşən tikilidə aparılan söküntü işləri zamanı dəymiş zərərin 27000 manat olduğu müəyyən edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan 26,50 kv.m olan qeyri-yaşayış sahəsinə görə ümumilikdə 23000 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Nigar Nəbizadə) 03 aprel 2025-ci il tarixli, 2-1(103)-127/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/8052/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 22806 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həm işin birinci instansiya, həm də apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya 23000 manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının daşınmaz əmlakının sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ iş materialları ilə öz təsdiqini tapmışdır və həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişd ir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız q abaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizli yi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuli yyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəməsinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməsi məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 23000 manat məbləğində kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə alm aqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Bu qərarın 16-17-ci bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cə miyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
30. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
31. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 17-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Bu qərarın 18-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətlə ri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
33. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
34. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və bu qərarın 33-cü bəndində qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
35. Qanunvericinin bu qərarın 18-ci bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.
36. Məhkəmə kollegiyası hazırk ı mübahisəyə münasibətdə həmçinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini bazar qiymətinə uyğun və ədalətli hesab edir.
37. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 21(103)-127/2025