Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2379/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəsarət almış kəşfiyyat fəaliyyəti subyekti əməkdaşına kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2-1(103)-1895/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı, xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2024xx.xx.2020-ci il tarixlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli rayonları istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında qrup komandiri vəzifəsində iştirak etmiş və yaralanmış, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2688 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, iddiaçının xx.xx.2020-ci i l tarixdə aldığı xəsarətin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq müəyyən edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, N günlük Vətən Müharibəsində yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin ona ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh isə iddiaçının hərbi əməliyyatlar zamanı qrup komandiri olduğu N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsinin, Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının vəzifəsi hesab edilmədiyini əsas gətirərək, onun müraciəti nin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N günlük Vətən Müharibəsində yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində N nömrəli hərbi hissədə xidmət keçərkən N günlük Vətən Müharibəsində iştirak etmiş, yaralanaraq sağlamlığını itirmiş və hərbi xidmətə yararsız hesab olunaraq xx.xx.2023-cü il tarixdə xəstəliyə görə h ərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda üçüncü dərəcə müharibə əlilidir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək, hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanmaya görə ona kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun hərbi əməliyyatlar zamanı tutduğu N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti əməkdaşının vəzifəsi hesab edilmir. İddiaçı imtina cavabı ilə razı deyildir. Belə ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfin dən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Vətən Müharibəsində N nömrəli hərbi hissənin tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd rayonları istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır.
7. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz təqdim edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-6968/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, N günlük Vətən Müharibəsində yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu nun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən, onun hərbi əməliyyatlar zamanı N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandanı vəzifəsinin Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti əməkdaşının vəzifəsi hesab edilmədiyinə istinad olunsa da, məhkəmənin sorğusuna əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayış və əmrlərə əsasən müəyyən e dilmişdir ki, iddiaçı həqiqətən Vətən Müharibəsində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Komandanlığın sərəncamına əsasən Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində qrup komandiri vəzifəsində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. Həmin məlumatın düzgünlüyü N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 283 nömrəli əmri və işdəki digər sənədlərlə (xəstəlik haqqında şəhadətnamə, hərbi bilet və s.) də təsdiq edilmişdir. Həmçinin, həmin hallar və iddiaçının yerinə yetirdiyi vəzifənin kəşfiyyat fəaliyyətinin icra edilməsi ilə əlaqədar olması cavabdehin nümayəndəsinin məhkəmə iclasında məhkəməyə təqdim etdiyi və məhkəmə baxışın da tədqiq edilərək geri qaytarılmış məxfi sənədlərlə də sübuta yetirilmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissənin tərkibində Vətən Müharibəsində kəşfiyyat fəaliyyətini icra etməklə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması və yaralanması işin halları ilə təsdiq edilir. Beləliklə, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinin ona münasibətdə tətbiq olunmasını tələb etməkdə haqlı olmuşdur və həmin Qanunun norması ona şamil edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ceyhun Məmmədov /sədrlik edən və məruzə çi/, Şərafət Məmmədova və Pərviz Hüseynov) 24 aprel 2025-ci il tarixli, 2-1(103)-1895/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məxfi hesab edilən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0011 nömrəli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq kəşfiyyat subyekti əməkdaşlarının vəzifələrinin Siyahısı”na məhkəmə iclasında baxış keçirilmiş və Siyahının 12.10-cu bəndində qeyd edilmiş “manqa komandiri”, 12.11-ci bənddə qeyd edilmiş “qrup komandiri, baş kəşfiyya tçı, snayper kəşfiyyatçısı, istehkamçı kəşfiyyatçısı, tuşlayıcı-operator kəşfiyyatçısı” vəzifələrinin kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunduğu müəyyən edilmişdir. Cavabdehin imtinası ondan ibarət olmuşdur ki, iddiaçının tutduğu kəşfiyyat manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi Siyahıda göstərilmiş qrup komandiri vəzifəsindən fərqlidir. Qeyd olunanları aydınlaşdırmaq üçün N nömrəli hərbi hissəyə sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının xidmət keçdiyi mühəndis-kəşfiyyatı manqasının komandiri vəzifəsi dəstə tərkibində fəaliyyət göstərirdi. Göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissənin tərkibində Vətən Müharibəsində kəşfiyyat fəaliyyətini icra etməklə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması və yaralanması işin halları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, ona kompensasiya məbləğinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi onun hüquqlarını pozur.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Maddə 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Maddə 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin sub yektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşların a və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 17. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli, 186 nömrəli Fərmanı 1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X 1 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qər arı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Hazırkı mübahisəyə dair iş üzrə idd iaçının hüquqi marağı və məqsədi N günlük Vətən Müharibəsində xidməti vəzifələrinin icrası zamanı xəsarət almış kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 21(103)-1895/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.