Məhkəmə qərarları › İş №2-1(102)-2383/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2383/2025

29.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2383/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatın ləğv edilm əsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)1865/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, X12 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m torpaq sahəsinin və üzərindəki tikilinin mülkiyyəti kimi dövlət reyestrində adına qeydiyyata alınmasını və ona vahid əmlaka dair çıx arışın, ərazinin texniki sənədinin (pasport) verilməsini, ona ayrılmış torpaq sahəsinin yerləşmə koordinatlarının, faktiki ölçüsünün trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi zamanı bu torpaq sahəsinin azaldılmasına səbəb olan hər hansı zəbt etmə və s. səbəblər müəyyən edilərsə və yaxud bu torpaq sahəsinin hüdudları ilə başqa şəxslərə aid torpaq sahələrinin hüdudlarının üst-üstə düşməsi müəyyən edilərsə, həmin azalma, üstüstə düşmə və sair səbəblərin aradan qaldırılmasını xahiş etmişdir.

2. Həmin müraciətinə verilən 13 yanvar 2023-cü il tarixli cavabda bildirilmişdir ki, müraciətində göstərilmiş əmlakla əlaqədar məhkəmə mübahisəsi var və yekun nəticədən sonra müraciətinə müvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən fərdi ev tikmək üçün ona ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m. ölçüdə olan torpaq sahəsinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunsuz hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə ona fərdi ev tikmək üçün 1000 kv.m. ölçüdə olan torpaq sahəsi ayrılmışdır. Buna dair akt tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi əmrin qəbul edildiyi 1999-cu il tarixdən onun istifadəsindədir və həmin torpaq sahəsində onun tərəfindən fərdi ev tikilib və iddiaçı ailəsi ilə həmin tikilidə yaşayır. İddiaçı öz istifadəsində olan 1000 kv.m torpaq sahəsinin və üzərindəki tikilinin mülkiyyəti kimi dövlət reyestrində adına qeydiyyata alınmasını və ona vahid əmlaka dair çıxarışın, ərazinin texniki sənədinin (pasport) verilməsini, ona ayrılmış torpaq sahəsinin yerləşmə koordinatlarının, faktiki ölçüsünün trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi zamanı bu torpaq sahəsinin azaldılmasına səbəb olan hər hansı zəbte tmə və s. səbəblər müəyyən edilərsə və yaxud bu torpaq sahəsinin hüdudları ilə başqa şəxslərə aid torpaq sahələrinin hüdudlarının üst-üstə düşməsi müəyyən edilərsə, həmin azalma, üst-üstə düşmə və sair səbəblərin aradan qaldırılmasını xahiş etmişdir. Həmin müraciətinə verilən 13 yanvar 2023-cü il tarixli cavabda bildirilmişdir ki, müraciətində göstərilmiş əmlakla əlaqədar məhkəmə mübahisəsi var və yekun nəticədən sonra müraciətinə müvafiq qaydada baxılacaqdır. Məhkəmədə olan mübahisəli məsələdən məlum olmuşdur ki, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, X12 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda da istifadəsində olan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar dövlət reyestrində müxtəlif vaxtlarda başqa şəxslərin adlarına qeydiyyat aparılıb və bu barədə X9 adına Abşeron rayon ərazi idarəsində ********* qeydiyyat nömrəli 01 fevral 2007-ci il tarixli qeydiyyat aparılıb və **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 24 nömrəli vərəqində qeydə alınmaqla çıxarış verilib. Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, X12 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı 1000 kv.m torpaq sahəsi ayrılıb. Buna dair akt tərtib edilib. Qey d olunan torpaq sahəsi əmrin qəbul edildiyi 1999-cu il tarixdən onun istifadəsindədir və həmin torpaq sahəsində tərəfindən fərdi ev tikilib və ailəsi ilə həmin tikilidə yaşayır.

5. Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(112)-1271/2025 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakın ilkin qeydiyyatının qanunsuz hesab edilməklə ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik olmadığından subyektiv hüququ müəyyən edilmir. Belə ki, mülki iş üzrə məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsi ilə bağlı əvvəllər mübahisələr olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, X5 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsası nda X2 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin X5 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuş və iddia rədd edil mişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadastrı və ünvan reyestr xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********54 nömrəli mütəxəssis rəyindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşür, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edilmişdir ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun s ovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/4194 nömrəli digər ekspertiza rəyindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Ye ni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşdüyü müəyyən olunur, "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edildi ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmək sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə, göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m. torpaq sahəsin in yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X11 07 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini X1 və qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən də X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları qalmamışdır. Qeyd edilən mülki işin icraatında olduğu kimi hazırkı inzibati işin icraatında da iddiaçı tərəfindən eyni dəlillər irəli sürülmüş və ona ayrılmış torpaq sahəsinin məhz istifadəsində olduğunu qeyd etdiyi-üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı tərəf subyektiv hüququn əsası kimi yuxarıda qeyd edilən mülki iş üzrə qətnaməyə istinad etsə də, həmin dəlillər əksinə, onun subyektiv hüququnun olmamasını təsdiq edir.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qə rardadın ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1865/2025 nömrəli qərardadı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış,

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün göndərilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi məhkəməyə təqdim olunan sübutlara düzgün qiymət verməmiş, işin həqiqi hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir və bununla da Azərbaycan Respublikası MPM-nin 418-ci maddəsində göstərilmiş əsaslara uyğun olaraq qətnamənin ləğvinə əsas yaratmışdır.

12. İddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinə dair sənədlər, o cümlədən, sahənin sxematik planı istər cavabdeh idarəyə, istərsə də məhkəməyə təqdim edilmişdir. Bundan başqa torpaq sahəsi keçən əsirin sonlarında müvafiq sənədləri icra edən səlahiyyətli şəxslərin iştirakı ilə İddiaçı verilib və verildikdən sonra tərə findən orada yaşayış tikilisi inşa edilib və orada yaşayıb. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsində n asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarş ı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instans iyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı ona ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m. ölçüdə olan torpaq sahəsinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunsuz hesab edilməklə ləğv edilməsinə nail olmaqdan ibarətdir.

20. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız on un mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

21. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

22. İddianın prosessual qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olması şərti də yerinə yetirilməlidir. 23. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquq lu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya i nzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 25. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onu n hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

26. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtim alının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının belə bir hüquqa malik olması işin araşdırılmış halları ilə müəyyən edilmədi. Belə ki, həm işdə olan mülki məhkəmə qətnamələri, həm də ki, hazırkı inzibati məhkəmə icraatı zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin məhz üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, iddiaçının məhz həmin torpaq sahəsinə hüququnun olması müəyyən edilməmişdir. İddiaçının da tərəf olduğu məhkəmə aktları ilə mübahisəli torpaq sahəsinin 3-cü şəxsə məxsus olduğu müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı subyektiv hüququn əsası kimi mülki iş üzrə qətnaməyə istinad etsə də, həmin dəlillər əksinə, onun subyektiv hüququnun olmamasını təsdiq edir.

29. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olmadıqlarından və iddianın mümkünlük şərtləri ödənilmədiyindən hazırkı iddia mümkün sayıla bilməz.

30. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

31. Beləliklə, apellyasiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiy ası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1865/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar