Məhkəmə qərarları › İş №2-1(102)-2384/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2384/2025

04.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2384/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Qasımov Əziz Rauf oğlu) qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1006/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarından üçüncü şəxs Qasımov Əziz Rauf oğlutərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ icarə əsasında iddiaçının atası Qafar Əhmədova məxsus olmuşdur.

2. Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış və iddiaçının əsaslandığı xx.xx.1987-ci il tarixli, 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən 0,25 ha torpaq sahəsi olan 1181 saylı bağ sahəsi və bağ sahəsində olan tikililər icarə əsasında İddiaçı istifadəsinə verilmişdir.

3. İddiaçı həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur.

5. İddiaçı xx.xx.2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. 6. 12.09.2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından yenidən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X2 və İstismarı Birliyi ilə hazırkı İddiaçı arasında 18 iyun 1987-ci il tarixdə 7328 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər XDS-in nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ onun (iddiaçının) icarəsinə verilmişdir. Faktiki olaraq həmin bağ sahəsi 1967-ci ildən iddiaçının valideynləri Qafar Əhmədov və Mariya Əhmədovaya məxsus olmuşdur. Həmin şəxslər 1967-ci ildən Nardaran qəsəbəsindəki 1181 nömrəli bağda yaşamış və 1983-cü ilədək bağa qulluq edərək, kirayə haqqı və kommunal xərcləri ödəmişlər. Qafar Əhmədov 1974-cü ildə, Mariya Əhmədova isə 1983-cü ildə vəfat etmişdir. Onların ölümündən sonra iddiaçı ilə bacısı X13 arasında bağ sahəsi ilə bağlı mülki mübahisə yaranmışdır. Marina Qasımova ona qarşı “bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Lenin Rayon Xalq Məhkəməsinin 13 may 1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın “bağ sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, “istifadə hüququnun itirilməsi” tələbinə dair İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyası tərəfindən Qafar Əhmədova verilmiş Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ sahəsi 1967-ci ildən iddiaçının valideynlərinin, onların vəfatından sonra ötən müddət ərzində iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsi və tikililərdən istifadə və sahiblik müddəti 1967-ci ildən hesablanarsa, 50 il müddət ötür. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış 18 iyun 1987-ci il tarixli, 7328 nömrəli müqavilənin bağlanması tarixindən istifadə və sahiblik müddəri hesablandıqda, 30 il müddət ötmüşdür. İddiaçı həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 9 avqust 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquq müəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur. Bundan sonra iddiaçı 14 avqust 2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. 12 sentyabr 2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2017-ci il tarixli məktubla məsələnin həllindən yenidən imtina olunmuşdur. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 26 dekabr 2017-ci il tarixli, 2-1(82)5065/2017 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı Şəhər XDS İK-nın X2 və İstismarı Birl iyi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1503/2018 saylı qərarı ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2-1(102)218/2019 saylı qərarı ilə cavabdehin kassa siya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12. 27.09.2021-ci il tarixdə Qasımov Əziz Rauf oğlu Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü (maraqlı) şəxs qismində cəlb edilməsini xahiş etmiş və ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2-1(82)-5065/2017 saylı iş üzrə qərarı onun (ərizəçi Ə.Qasımovun) maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə İddiaçı onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-nin üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı – 0,12 ha hissəsi ərizəçinin mərhum anası X7 və sonuncunu n vərəsəsi kimi eyni zamanda ərizəçiyə məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda ərizəçi (Ə.Qasımov) ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxtadək həmin bağ evində yaşayır.

13. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2-1(82)5065/2017 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Qasımov Əziz Rauf oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı ilə (hakim R.L.Kərimli) İddiaçı c avabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası rədd edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, “... hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181-A/2 və 1181-A/1 nömrələri ilə Qasımov Əziz Rauf oğlunun və X6 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafiq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X2 və İstismarı Birliyinə həvalə olunması barədə məhkəmə qətnaməsi (xx.xx.2006-cı il tarixdə) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmiş dir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunub-olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır”.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)- 85/2024 saylı qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ra zılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2668/2024 saylı qərarı ilə (hakimlər: İ.Hüseynov - sədrlik edən və məruzəçi, X.Məmmədov və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar araşdırılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1006/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər: N.Nəbizadə - sədrlik edən və məruzəçi, K.Əkb ərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı ləğv edilmiş, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Bakı Şəhər X9 İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi arasında bağlanmış 18 iyun 1987-ci il tarixli, 7328 saylı "Bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi"nə dair müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş 51,5 kv.m. yaşayış sahəsi, 4,6 kv.m. köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymə tləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

23. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya inst ansiyası məhkəməsi öz qərarında qeyd edilən tikili üzərində iddiaçının mülkiyyət hüququnun hansı əsasla qeydiyyata alınmalı olmasını göstərməyib və əsaslandırmayıb. Belə ki, qeyd edilən tikili mərhum Qafar Əhmədov tərəfindən inşa edilib və onun üzərinə iddiaçının mülkiyyət hüququnun əldə edilməsi üçün onun həmin əmlaka miras əmlak kimi faktiki sahiblik etməsinə və ya bununla bağlı notarial qaydada ərizə verməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmayıb. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən istinad etdiyi maddi hüquq normaları iddiaçının tikili üzərində mülkiyyət hüququnun tanınmasına əsas vermir. İddiaçı tərəfindən tikilinin miras əmlak kimi qəbul edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmayıb.

25. Hesab edir ki, apellyasiya instansiyasıməhkəm əsi işdə olan sübutları tam və hərtərəfli araşdırmayıb, mövcud sübutlara düzgün hüquqi qiymət verməyib və qüvvədə olmayan müqavilə əsasında iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddia tələbini təmin edib.

26. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahə nin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşın maz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Mə hkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən baxılarkən, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2668/2024 saylı məhkəmə qərarı qəbul edilməklə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-85/2024 saylı qərarı ləğv edilmiş, işin təkrar araşdırılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

32. Ali Məhkəmənin İnzibati Kollegiyası sözügedən qərarının “Kassasiya instansiyası məhkəməsinin mövqeyi” adlanan hissəsində göstərmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılışaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhər i, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X15 və X12 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırıldığından (qətnamənin icra olunubolmamasından asılı olmayaraq), habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir. İddiaçı haqlı olaraq qeyd edir ki, istinad edilən mülki iş üzrə iddia tələbindən göründüyü kimi Qasımov Əziz Rauf oğlunun və X6 tələbləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan mübahisəli (hazırkı işdə iddia olunan) 0,25 ha torpaq sahəsinə, torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51, 5kv. metr yaşayış mənzilinə, 4,6 kv. metr köməkçi tikintilərdən ibarət olan 1181 nömrəli bağ sahəsinə yönəlməmişdir. İddiaçıların tələbləri 1966-cı ildən babaları X10 ayrılmış, İddiaçı icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinə yönəlmişdir. İddiaçı apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərini qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmaqla yanaşı, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi mülki işin materiallarında hazırkı mübahisəyə aid olan sübutları tam və hərtərəfli araşdırmamış, onlara hazırkı işdə olan sübutlarla birgə qiymət vermə mişdir. Belə ki, həmin iş üzrə məhkəmə qətnaməsinin məzmunundan da göründüyü kimi, məhkəmə iddianı tam, yəni iddia olunan 0.50 ha ölçüdə deyil, iddiaçıların hər birinə 0.12 ha olmaqla qismən təmin etmiş, bu zaman, qətnamədə cavabdehin nümayəndəsinin “qüvvədə olan qanunvericiliyə görə hər bir vətəndaşa 0.12 ha-dan artıq bağ sahəsi verilməsinin qadağan edildiyinə” dair izahatını da qətnamədə xüsusi olaraq göstərmişdir. Qətnamədə həmin iş üzrə iddiaçılara müqavilə üzrə verilməsi qət edilən bağ sahələrinin nömrələri (1181-A/1 və 1181-A/2) də 1181-A saylı bağ sahəsinə dair qovluqda olan sənədlərə görə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci tarixli, 195 saylı Qərarının 5-ci bəndlərinin tələblərinə müvafiq olaraq Bakı şəhər Sovetinin 6/333 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə bağ sahəsinin bölünmüş və xx.xx.1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan və 10 il müddətinə M. Qasımovanın icarəsinə verilmiş 1181-A saylı bağ sahəsinin nömrəsinə uyğunlaşdırılmışdır. Bunun səbəbləri qətnamədə (yaxud digər sənəddə) aşkar qeyd olunmadığından, onların şərti olaraq göstərildiyi qənaətinə gəlmək mümkündür. Bu qənaət, həmçinin cavabdehin mütəxəssisi tərəfindən verilmiş və ekspert rəyində təkrarlanmış məlumatdan irəli gəlir. Həmin rəydə məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə hər biri 0.12 ha olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinə dair Qasımov Əziz Rauf oğlu və X6 adına X4 icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə əsasında onların adına 1182 (Qasımov Əziz Rauf oğlu) və 1182a (X14) saylı bağ sahələrinə dair bağlanmış müqavilələr arxivdə mövcuddur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı təyin edilmiş mühəndis texniki ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyi üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmağa lüzum görməməkdə haqlı olmamışdır. Çünki həmin ekspertiza mübahisənin düzgün həlli üçün zəruri olan halların müəyyən edilməsi üçün təyin edilmişdi.”

33. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-2668/2024 saylı qərarda öz hüquqi mövqeyini bildirməklə, İPM-in 96.11-ci maddəsinə müvafiq olara q apellyasiya məhkəməsində işə təkrar baxıldığı zaman, apelyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan yuxarıda qeyd edilmiş göstərişlər vermişdir.

34. Bununla bağlı məhkəmə kollegiyası xüsusi şəkildə vurğulamağı zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2668/2024 saylı qərarında yazılmış məcburi xarakter daşıyan göstərişləri tam həcmdə yerinə yetirmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı çıxarmışdır.

35. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ icarə əsasında iddiaçının atası Qafar Əhmədova məxsus olmuşdur.

36. Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış və iddiaçının əsaslandığı xx.xx.1987-ci il tarixli 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən 0,25 ha torpaq sahəsi olan 1181 saylı bağ sahəsi və bağ sahəsində olan tikililər icarə əsasında İddiaçı istifadəsinə verilmişdir.

37. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının bacısı Marina Qasımova iddiaçıya qarşı bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırmış və Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın bağ sahəsinə köçürül mə tələbinə dair iddiası təmin edilmişdir.

38. X13 ilə Nardaran qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1181A nömrəli torpaq sahəsinə dair xx.xx.1988-ci il və xx.xx.1998-ci il tarixlərdə Bağın icarəyə verilməsi haqqında müqavilələr bağlanmış, sonuncunun qüvvədə olma müddəti xx.xx.2008-ci il tarixdə bitmişdir.

39. X13 ilə bağlanmış xx.xx.1998-ci il tarixli Bağın icarəyə verilməsi haqqında müqavilənin 11-ci bəndində göstərilir ki, bağ icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək icarədarın özü ilə birlikdə yaşan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan yaxın qohumlarında (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı və ya əri) birisi ilə yenidən bağlanır.

40. X13 xx.xx.2 013-cü il tarixdə vəfat etmiş və nə onun sağlığında, nə də ki, o, vəfat etdikdən sonra həmin torpaq sahəsinə münasibətdə yeni icarə müqaviləsi bağlanmamışdır.

41. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə İddiaçı ilə bağlanmış cəmi bir – 7328 nömrəli, xx.xx.1987-ci il tarixli müqavilə aşkar edilir. İddiaçı ilə bağlanmış icarə müqaviləsində 0,25 ha torpaq sahəsi ilə bərabər üç otaqlı tikiliyə münasibətdə də məlumat mövcuddur. Həmçinin yuxarıda istinad edilən müqavilələrin fərqli əsaslarla bağlandığı görünür – iddiaçı ilə bağlanmış müqavilədə Bakı şəhər X9 İcraiyyə Komitəsinin 1969-cu il tarixli qərarı üzrə 9 nömrəli protok ola; X13 ilə isə bağlanmış müqavilədə Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı üzrə 18 nömrəli protokola istinad edilir.

42. Bununla yanaşı məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1255/2006 saylı mülki işin materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiyası məhkəməsinin əsas olaraq götürdüyü məhkəmə qətnaməsi fərqli torpaq sahəsinə münasibətdə qəbul edilib. Belə ki, həmin işin materiallarında mövcud olan iddia ərizəsi aşağıdakı məzmundadır: “... X1 1960-cı illərdə Azərbaycan SSR Dövlət Bankının sədri olması ilə əlaqədar 1966-cı ildə ona Nardaran qəsəbəsində 0.75 ha ölçülü bağ sahəsi verilmiş, həmin vaxtdan bu sahə onun tərəfindən hasara alınaraq istifadə edilməyə başlanmışdır. Lakin bu bağ üzəri ndə onun hüquqlarının rəsmiləşdirilməsi sahə veriləndən 3 il sonra yəni 1969-cu ildə aparılmış, 08.07.69-cu il tarixdə Bakı şəhər İcraiyyə komitəsi tərəfindən bu bağ sahəsinin onun icarəsinə verilməsi barəsində 17328 saylı müqavilə bağlanmış və bu zaman həmin müqavilədə torpaq sahəsinin ölçüsü 0.75 ha deyil 0.25 ha göstərilmişdir. 1974-cü il tarixdə babamızın vəfat etməsindən sonra bu sahənin onun uşaqları tərəfindən istifadə edilməsi davam etdirilmiş, hal hazırda da uşaqları və biz nəvələri də daxil olmaqla vərəsələri tərəfindən istifadə edilir. Bütün 0.75 ha ölçülü sahə bizim tərəfimizdən hasara alınmış becərilmiş, müxtəlif meyvə ağacları əkilmiş sahəyə lazımi qulluq göstərilmiş və hal-hazırda da göstərilməkdədir. Bununla bağlı keçən 40 ildə Bağlar Birliyi tərəfindən bizə heç bir irad və etiraz bildirilməmişdir. 1998-ci ildə bu sahənin 0.12 ha hissəsinin bizim anamız X5 0.12 ha hissəsinin isə dayımız İddiaçı Qafar oğlunun icarəsinə verilməsi barədə X2 və İstismarı Birliyi arasında müvafiq müqavilələr bağlanmışdır. xx.xx.2006-cı il tarixdə anamız X11 ərizə ilə Bakı şəhər İcra Hakimiyyəti aparatının X2 və Birliyinə müraciət edərək hal hazırda istifadəmizdə olan lakin üzərindəki hüquqlarımız müvafiq qaydada rəsmiləşdirilməyən 0.50 ha ölçülü sahənin də X8 vərəsələrinin o cümlədən nəvələrinin adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin Birlik tərəfindən buna razılıq verilməmişdir”.

43. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, Həmin iş üzrə iddiaçılar Qasımov Əziz Rauf oğlu və X6 (*ərizədə həmçinin X13 maraqlı şəxs qismində qeyd olunmuşdur) tələbi aşağıdakı kimi ifad ə olunmuşdur: “... 1966-cı ildən X1, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X3 və İddiaçı Qafar oğlunun icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinin 0.25 ha hissəsinin Qasımov Əziz Rauf oğlunun 0.25 ha hissəsinin X6 icarəsinə verilməsi və bu barədə müvafiq icarə müqavilələrinin bağlanmasının Bakı şəhəri X2 və İstismarı Birliyinə həvalə edilməsi barədə qətnamə çıxarasınız”.

44. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1255/2006 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X15 və X12 ilə icarə müqaviləs inin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırılmışdır.

45. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən məhkəmə qətnaməsində “... 22 oktyabr 1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən İddiaçı Nardaran qəsəbəsində sahəsi 0,12 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir” qeyd etsə də, istinad olunan icarə müqaviləsi nə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1255/2006 saylı mülki işin materiallarında, nə də ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1181 saylı bağ evinə və 1181a saylı bağ sahəsinə dair sənədlər sırasında mövcud deyil.

46. Bununla əlaqədar apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Yuxarıda qeyd olunanlara baxmayaraq, həm birinci, həm apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 1255/2006 saylı qətnaməsinə əsaslanaraq iddiaçının tələbini əsassız hesab etmiş və onun tərəfindən məhkəmə təqdim edilən müqaviləni hüquqmüəyyənedici sənəd olaraq qəbul etməmişlər.”

47. Eyni zamanda apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1990/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: “... Birinci sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X12 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181- A/2 saylı bağ sahələrinin naturada yeri müəyyən olunsun. İkinci sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X12 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələri hər hansı 3-cü şəxsin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü? Üçüncü sual: İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsinin naturada yeri müəyyən olunsun. Dördüncü sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X12 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181- A/2 saylı bağ sahələri ilə İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsi üst-üstə düşürmü? Beşinci sual: İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tar ixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsi hər hansı 3-cü şəxsin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü?”.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9677 saylı ekspertiza rəyi ilə ekspertlər qarşısında qoyulmuş suallara (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin rəyi nəzərə alınmaqla) aşağıdakı kimi cavab verilmişdir “... Birinci suala cavab: Qeyd olunan 1181-A/1 və 1181-A/2 saylı bağların nömrələri bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, cizgisi olmadığından və həmçinin bağ sahələri koordinat si stemində verilmədiyindən naturada yerləşməsini müəyyən etmək mümkün olmadı. Faktiki olaraq göstərilən 0.3012 ha (3012.0 kv.m) təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə hər biri 0.12 ha olan 1181-A/1 və 1181/A-2 saylı bağ sahələrinə dair Qasımov Əziz Rauf oğlu və X6 adına X4 icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə əsasında onların adına 1182 (Qasımov Əziz Rauf oğlu) və 1182a (X14) saylı bağ sahələrinə dair bağlanmış müqavilələr arxivdə mövcuddur. Lakin həmin qeyd olunan bağlar onlar tərəfindən ümumi ərazinin hansı hissəsində yerləşdiyi göstərilməyib. İkinci suala ca vab: 11811-A/1 və 1181-A/2 saylı bağların nömrələri bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, cizgisi olmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən naturada yerləşməsini müəyyən etmək mümkün olmadı. Üç, dörd və beşinci suallara cavab: Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 1181 saylı bağ sahəsinin ərazisinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçı adına **********00-11301 reyestr nömrəsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağ evi kimi qeydiyyata alınmışdır (2500.0 kv.m torpaq sahəsi və üzərində yerləşən 57.8 kv.m bağ evi). Bağ evinin texniki pasportuna əsasən göstərilən ərazinin hər hansı şəxsin dövlət qeydiyyatına alınmış sahə ilə üst-üstə düşməsi ilə bağl ı məlumat yoxdur. Arxiv məlumatlarına əsasən **********00-11301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətinsə olan ünvan ünvanda yerləşən 2500.0 kv.m torpaq sahəsi, üzərində yerləşən 57.8 kv.m bağ evi məhkəmə qərarı və 7328 saylı uzunmüddətli icarə müqaviləsi əsasında qeydiyyatdan keçmişdir”.

49. Bununla əlaqədar apellyasiya məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0. və 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.8-ci maddəsinə müvafiq olaraq, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfi ndən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.”

50. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, “İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X2 və İstismarı Birliyi ilə aralarında bağlanmış 18 iyun 1987-ci il tarixli, 7328 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləni təqd im edir. Həmin müqavilənin hazırkı vəziyyətdə legitimliyini sual altına ala biləcək hər hansı sənəd iş materiallarında mövcud deyil.”

51. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, ekspertin rəyinə görə “Bağ evinin texniki pasportuna əsasən göstərilən ərazinin hər hansı şəxsin dövlət qeydiyyatına alınmış, sahə ilə üst-üstə düşməsi ilə bağlı məlumat yoxdur”.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr va sitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

53. Torpaq Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

54. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 55. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

56. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaq la rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati işə apellyasiya qaydasında baxarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb onları tam yerinə yetirməklə, işi tam və hərtərəfli araşdırmış, iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

58. Buna görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Qasımov Əziz Rauf oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)1006/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar