Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2398/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X4 və X5 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın qismən (iddiaçılara aid hissədə) ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, X4 və X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 15 iyul 2014-cü il tarixli 328 nömrəli sərəncamının onlara aid (hüquqlarına toxunan) hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli, 2-1(103)-3/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 11 saylı ev X3 (İddiaçı1 arvadı) mülkiyyətində olmuş və ona xx.xx.1996-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQ tərəfindən mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat Vəsiqəsi verilmişdir.
2. X6 xx.xx.2011-ci il tarixdə ölmüş, Bakı şəhəri 14 saylı Notariat Kontorunda V48/2011 nömrəli vərəsəlik işi açılmış və iddiaçılar miras qoyanın vərəsələri kimi tanınmışlar.
3. Bakı şəhər İcra Hakimiyyətinin 15 iyul 2014-cü il tarixli 328 nömrəli sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 14/196 nömrəli ayrıc aktı əsasında "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli 01 nömrəli müraciəti nəzərə alınaraq, icarə əsasında Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün cizgidə göstərilən sərhədlər daxilində olan torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbin in dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 15 iyul 2014-cü il tarixli 328 nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 15 iyul 2014-cü il tarixli 328 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli, 01 nömrəli müraciəti nəzərə alınaraq Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Sərəncamda ərazidə yerləşən tikilil ərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılığı əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 11 saylı ev iddiaçının mərhum arvadı X3 mülkiyyətindədir və bu haqda ona xx.xx.1996-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQ tərəfindən mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat Vəsiqəsi verilmişdir. Arvadı öldükdən sonra Bakı şəhəri 14 saylı Notariat Kontorunda müvafiq vərəsəlik işi açılmış və o, uşaqları ilə birlikdə mərhum miras qoyanın vərəsələri kimi tanınmışlar və mirasın qəbulu proseduru qanunla nəzərdə tutulmuş qaydaya və müddətə uyğun olaraq davam edir. İddiaçı elə bilmişdir ki, onlara məxsus evə bitişik olan ev və mənzilləri cavabdeh alqı-satqı yolu ilə əldə edib və orada yeni göydələn inşa etmək istəyir. Amma aparılan tikinti işləri mövcud tikinti normalarına və qanunvericiliyin tələblərinə cavab vermədiyindən, yəni iddiaçı ilə qonşularının evinin birgə aparıcı divarlarını təşkil edən hasar divarını sökməsi nəticəsində onların mətbəx və yaşayış otağına ciddi ziyan dəymiş və evlərinin uçması üçün real təhlükə yaranmış, bütövlükdə həyət yararsız vəziyyətə düşmüşdür. Evin divarları köklü şəkildə çat verərək aralanmış, suvağı tökülmüş, tavan hissəsi ciddi xəsarət almış və hər an uçma təhlükəsi ilə qarşılaşmışlar. Onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Nərimanov rayon Məhkəməsində iddia qaldırmışlar. Cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsindən sonra bu qanunsuz sərəncamın mövcudluğundan xəbər tutmuş və başa düşmüşlər ki, bunların hamısı hazırda mübahisələndirilən sərəncama əsasən aparılır. Cavabdehin təsdiq etdiyi plan layihədə 2-ci mərtəbədən yuxarı balkonlar bir neçə metr qabağa çıxmaqla, iddiaçı və onun ailə üzvlərinə məxsus evi havadan zəbt edəcəkdir.
6. İddiaçı2, X4 və X5 ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı qismində hazırkı işə cəlb edilmələrini xahiş etmiş, məhkəmənin 21 dekabr 2017-ci il tarixli 2-1(81)-4194/2017 nömrəli qərardadı ilə İddiaçı2, X4 və X5 birgə iddiaçılar qismində işə cəlb edilmişlər. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2-1(81)124/2018 nömrəli qərardadı ilə məhkəmənin icraatında olan, iddiaçı X7 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 15 iyul 2014-cü il tarixli 328 nömrəli sə rəncamının ona aid hissədə ləğv edilməsi” tələbinə dair 2-1(81)157/2018 nömrəli iş hazırkı işlə bir icraatda birləşdirilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: E.İddiaçı1) 25 sentyabr 2019cu il tarixli 2-1(81)-37/2019 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X4, X5 və X7 iddiaları təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 nömrəli 15 iyul 2014-cü il tarixli sərəncamı iddiaçıların hüquqlarına toxunan hissədə ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-726/2019 nömrəli 04 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3781/2018 nömrəli, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı pul kompe nsasiyası verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin işə apelyasiya qaydasında baxılarkən, məhkəmənin 22 noyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 32708 nömrəli 05 mart 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov Qardaşları və M.Sənani küçələrinin əhatəsində olan 999-cu məhəllədə yerləşən 1 saylı, 1 girişli olan 16 mərtəbəli yaşay ış binasının şəhərsalma və tikinti normalarına uyğun inşa edildiyi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamına əsasən tədqiq olunan ərazidə yerləşən tikililərin, o cümlədən 11 saylı yaşayış evinin sökülməsi nəzərdə tutulduğunu, eləcə də Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş 14/196 nömrəli, xx.xx.2014-cü il tarixli ayrıc aktına əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış evinin "xxxx" MMC-yə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə yanaşı sahədə deyil, həmin evin faktiki olaraq "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyini nəzərə alaraq, tədqiq olunan ərazidə "xxxx" MMC tərəfindən aparılan tikintiquraşdırma işləri nəticəsində, yanaşı sahələrdə ob yektlərin yerləşdirilməsi ara məsafələri və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin pozulmadığı müəyyən edilmişdir.
10. İş materiallarında olan sənədlərdən görünür ki, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X4, X8 arasında mülki qaydada məhkəmə mübahisəsi olmuş, "xxxx" MMC iddiaçılara pul kompensasiyasının verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia tələbinin təmin edilməməsinə əsas olaraq hazırki iş üzrə iddiaçıların paylı mülkiyyətlərində olan daşınmaz əmlakı könüllü özgəninkiləşdirməyə razı olmalarının öz təsdiqini tapmadığı göstərilmişdir. Həmçinin, həmin mülki iş üzrə aparılmış ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən sərəncama əsasən istifadəsinə verilmiş torpaq sahəsində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov Qardaşları və M.Sənani küçələrinin əhatəsində olan 999-cu məhəllədə yerləşən 1 saylı, 1 girişli olan 16 mərtəbəli yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Ekspert rəyi üzrə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş 14/196 nömrəli, xx.xx.2014cü il tarixli ayrıc aktına əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış evinin "xxxx" MMC-yə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə yanaşı sahədə deyil, həmin evin faktiki olaraq "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyi göstərilmişdir.
11. Göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və X1 paylı mülkiyyətində olan fərdi yaşayış evi Bakı şəhər İ cra Hakimiyyəti başçısının 328 nömrəli 15 iyul 2014-cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin adına tərtib edilmiş 11 sentyabr 2014-cü 196 nömrəli "xxxx"na əsasən MMC-yə ayrılmış torpaq sahəsi ilə yanaşı sahəyə deyil, ayrılmış torpaq sahəsinin daxilinə düşür. MMC ilə iddiaçılar arasında evin alqı-satqısına dair razılıq əldə olunmaması, həmçinin "xxxx" MMC-nin kompensasiya ödənilməsi barədə tələbinin təmin edilməməsi iş materialları ilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamının iddiaçıların hüquq və maraqlarına toxunduğu müəyyən edilir. Həmin sərəncam əsasında ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xx xx" MMC-yə həvalə edilsə də, sonuncu tərəfindən buna dair hər hansı nəticə əldə olunmadığından, məhkəmə hesab etmişdir ki, iddiaçılar göstərilən sərəncamın onların hüquq və maraqlarına toxunan hissədə ləğv edilməsi tələbində haqlıdırlar.
12. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. İşin apellyasiya baxışı zamanı iddiaçı X9 ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və ona münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli 2-1(103)-3/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı X7 iddia tələbinə mün asibətdə iş üzrə icraata xitam verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 02 may 2024-cü il tarixli, 2-1(103)-3/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, faktiki olaraq mübahisə p redmeti olan sərəncam əlverişsiz inzibati akt deyildir. Sərəncamın ləğvi həm qanunun tələblərinə ziddir, həm də apellyasiya şikayətində göstərildiyi kimi ayrıc aktının, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli şəhərsalmanın əsaslandırılması layihəsinin ləğv edilməsinə və digər hallara gətirib çıxarır ki, bu da texniki və faktiki baxımdan mümkünsüzdür. Bununla belə, məhkəmə qərarı qüvvəyə minəcəyi təqdirdə, MMC-nin artıq icra etmiş olduğu layihənin qəbulu mümkünsüz olacaqdır, çünki layihə dəyişdirilməli olduğu halda icra edilmişdir. Nəticədə, MMC-yə lüzumsuz olaraq xüsusi ilə külli miqdarda maddi ziyan dəyəcəkdir. Bu halda məhkəmə iddiaçıların əslində pozulmayan hüququnu üçüncü şəxsin hüquqlarını pozmaqla bərpa etmiş olaca qdır.
18. Həmçinin, hazırkı mübahisəyə qədər tərəflər arasında Nəsimi rayon Məhkəməsinin icraatında olmuş mülki işlər üzrə çəkişmə getmişdir. Belə olan halda, üçüncü şəxsə məxsus sərəncam barəsində iddiaçıların 2016-cı ildən məlumatlı olmaları da iş materiallarından görünür. Belə olan halda, iddiaçılar iddia müddətini ötürməklə sərəncamın mübahisələndirilməsinə dair iddia vermişlər və məhkəmə tərəfindən həmin iddiaya düzgün hüquqi qiymət verilməmişdir.
19. Eyni zamanda, mübahisə predmeti olan sərəncamın 3-cü bəndində qeyd edilir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Sərəncamın məzmunundan göründüyü kimi o, iddiaçıları xüsusi mülkiyyət hüququndan məhrum etmir, onların öz mülkiyyətləri üzərində sahiblik, istifadə və sərəncam hüququna məhdudiyyət qoy mur və onların üzərinə sərəncamla hər hansı vəzifə qoyulmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Madd ə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlar ın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin ed ilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunv ericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə, apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə Bakı şəhər İcra Hakimiyyət i başçısının 15 iyul 2014-cü il tarixli 328 nömrəli sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş 14/196 nömrəli xx.xx.2014-cü il tarixli ayrıc aktına əsasən, ünvan 1 ünvanında iddiaçılara məxsus yaşayış evinin "xxxx" MMC-yə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsinin daxilində yerləşməsi öz təsdiqini tapır.
29. Azərbaycan Respublikasının Konstitusiyasının İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmaz olduğundan, dövlət tərəfindən müdafiə olunduğundan və cavabdeh inzibati orqanın mübahisə predmeti olan sərəncamı iddiaçıların qorunan mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tələbində haqlıdır.
30. Məhkəmə kollegiyası hazırki qərarın 17-ci bəndində sadalanan kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıların mülkiyyət hüquqlarının cavabdeh inzibati orqan tərəfindən pozulması işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddiaçılara münasibətdə qanunsuz inzibati aktın icra edilməsi nəticəsində üçüncü şəxsə külli miqdarda maddi ziyan dəyməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əgər qanunsuz inzibati akt nəticəsində (iddiaçılara münasibətdə) üçüncü şəxsə hər hansı ziyan dəyərsə, bu zaman o da qanunvericiliklə ona verilmiş müdafiə hüquqlarından istifadə edə bilər.
31. Həmçinin, məhkəmə kollegiyası hazırkı qərarın 18-ci bəndində sadalanan iddia müddətinin ötürülməsi ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan dəlil apellyasiya şikayətində də irəli sürülmüş və apell yasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlilə düzgün hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
32. Məhkəmə kollegiyası üçüncü şəxsin “mübahisələndirilən sərəncamın yalnız layihələndirmə üçün əsas olması, bu sərəncamla iddiaçıların marağına toxunan hər hansı məsələnin həll edilməməsi və s.” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, üçüncü şəxsin qeyd etdiyi kimi, həmin sərəncamda təkcə, yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirməsi deyil, bilavasitə iddiaçıların hüquqlarını pozan digər məsələlər də təsbit edilmişdir. Belə ki, həmin sərəncamla üçüncü şəxsin icarəsinə torpaq sahəsinin verilməsi də nəzərdə tutulmuşdur ki, işin aşağı instansiya məhk əmələri tərəfindən tam və hərtərəfli araşdırılmaqla müəyyən edilən hallarına görə, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüququ əsasında iddiaçılara məxsus fərdi yaşayış evi məhz, həmin sərəncama və onun əsasında tərtib edilmiş ayrıc aktına əsasən üçüncü şəxsə icarə hüququ əsasında ayrılmış torpaq sahəsinin daxilində yerləşir. Odur ki, mübahisələndirilən sərəncamın iddiaçıların hüququna toxunmaması barədə üçüncü şəxsin kassasiya şikayətinin dəlili əsassızıdır.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli, 21(103)-3/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.