Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2400/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzillə təmin edilmə; etimadın qorunması prinsipi və inzibati icraatda bərabərlik hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-1519/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə xx.xx.2008-ci il tarixdən müddətsiz əlillik dərəcəsi verilmişdir.
2. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş “Zəngilan rayonunda olan Qarabağ müharibəsi əlillərinin Siyahısı”nda Xətai rayonu, Əhmədli yolu (şossesi) 15 ünvanda yaşayan İddiaçı adı 136-cı sırada qeyd edilmiş, həmin Siyahı Zəngilan rayon İcra hakimiyyəti başçısının 2 aprel 2014-cü il tarixli 214 saylı məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
3. Zəngilan rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 2 aprel 2014-cü il tarixli 214 saylı məktubda qeyd edilir ki, “Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi İnkişaf Proqramı”na, Mənzil Məcəlləsinin və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin məskunlaşmış rayonları üzrə Siyahı tələbinizə əsasən Sizə göndərilir.
4. Zəngilan rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş 31 oktyabr 2017-ci il tarixli 814 saylı ikinci bir m əktubda da təkrarən bildirmişdir ki, sözügedən Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin məskunlaşmış rayonları üzrə Siyahısı nazirliyə göndərilmiş, həmçinin, əlavələr olunmuş yenilənmiş Siyahısı da 01 noyabr 2017-ci il tarixinə nazirliyə təqdim edilir ki, həmin Siyahıda da iddiaçı 354-cü sırada 5 nəfər ailə tərkibində mənzil növbəsində olan şəxslər sırasında qalmaqda davam edir.
5. İddiaçı mənzillə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, onun müraciəti cavabdeh qurum tərəfindən cavablandırılmış və cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələnin həlli ƏƏSMN-nin səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkə məsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2012-ci ildən Qarabağ müharibəsinin 2-ci qrup əlili kimi dörd nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsi siyahısında Xətai rayon sakini kimi nəzərə alınaraq, Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, onun sosial təminat hüquqlarını məhdudlaşdırır.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəmə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etmədiyindən iddia tələbi mümkün sayılmamalıdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-5064/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı Xətai rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmədiyindən (işin mübahisəsiz halıdır), onun Xətai rayon sakini kimi nəzərə alınmaqla Bakı şəhərində mənzillə təmin edilməsi üçün əsas yoxdur. Hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/ R.Ə.Səmədov və İ.S.Şirinov) 16 may 2024-cü il tarixli, 21(103)-1519/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, iddiaçının 5 nəfər ailə tərkibində Bakı şəhəri ərazisində mənzillə təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonunda göstərilən ünvanda qeydiyyatsız yaşayan iddiaçının Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınıb Siyahıya salındığı və onun adının da təsbit olunduğu həmin Siyahı(lar)nın, on(lar)da göstərilən şəxslərin mənzillə təmin olunması üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə göndərildiyi sübuta yetirilir və cavabdeh tərəfin bunun əksini sübuta yetirə bilən heç bir dəlili-sübutu mövcud deyildir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinin, məsələnin nazirliyin səlahiyyətləri xaricində olduğu bildirilməklə dolayısı ilə imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, 2-1(81)-1707/2019 nömrəli məhkəmə qərarının icrası çərçivəsində xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi - Hava Limanı 12-ci km 22 ünvanında inşa edilən Hövsan yaşayış kompleksində iddiaçının atası X1 6 nəfər ailə tərkibi nəzərə alınmaqla üçotaqlı mənzil verilmişdir. İddiaçının atası X2 tərəfindən təqdim edilən ailə tərkibi haqqında arayışda hazırkı işdə İddiaçı da nəzərə alınmış və mənzil sahəsinin ölçüsü ona uyğunlaşdırılmışdır. Beləliklə də, iddiaçı artıq eyni imtiyazdan istifadə edərək mənzillə təmin olunduğu üçün onun yenidən mən zil təminatı qanunvericiliyin tələblərinə ziddir. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, 2-1(81)-1707/2019 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həm müəyyən olunmuş hallar, həm də onlara hüquqi qiymət verilməsi ilə bağlı məhkəmənin qərarı preyudisiyal xarakter daşıyır və iddiaçı bir dəfə mənzillə təmin olunduğu üçün onun ikinci dəfə mənzil təminatını istisna edir.
16. Bundan əlavə, uçota alınma siyahısı yalnız uçota alınma faktını təsdiq edən sənəddir. Aparılmış inzibati icraatın nəticələrini, gedişini və icraatın yekunu olaraq şəxsin mənzil təminatına hüququnun müəyyən edilməsi üçün isə sərəncam olmalıdır. Odur ki, Zəngilan rayon İcra Hakimiyyəti və yaxud idd iaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həm uçota alınma faktını təsdiq edən vahid siyahı, həm də iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyənləşdirən sərəncam daxil olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə:
18. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşd ırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv e dilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Xətai rayon sakini kimi nəzərə alınaraq Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilməsinə yönəlib.
23. İlk növbədə qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınıb Siyahıya salınması halından çıxış etmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin o mövqeyi ilə razılaşır ki, iddiaçının müharibə əlili kimi mənzillə təmin olunması üçün ilk növbədə, onun imtiyazlı əsaslarla mənzil şəraitini yaxşılaşdırmağa ehtiya cı olan şəxs kimi müvafiq icra hakimiyyəti tərəfindən mənzil uçotuna alınması barədə qəbul edilmiş inzibati akt - sərəncam olmalıdır. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının imtiyazlı əsaslarla (müharibə əlili kimi) mənzil növbəsinə götürülməsi barədə belə bir inzibati akt – sərəncam qəbul edilməmişdir (bu hal işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Belə ki, Zəngilan rayon İcra Hakimiyyəti apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, ərazi işğal zonasına daxil olduğu üçün mənzil fondu olmamış, mənzilə ehtiyacı olan şəxslərin uçotu sərəncam əsasında deyil, adlı siyahılara əsasən aparılmışdır). Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan iddia tələbini təmin etmişdir.
25. Qeyd e dilməlidir ki, müvafiq sərəncamın olmaması birmənalı olaraq iddiaçının mənzillə təmin edilməməli olmaması nəticəsinə gəlməyə də əsas vermir.
26. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 27. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
28. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı da xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
29. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinin pozuntusuna yol verilib-verilmədiyi istiqamətində də məhkəmələr tərəfindən araşdırma aparılmamışdır. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
30. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozl aşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
32. Başqa sözlə, icra hakimiyyətinin müvafiq siyahısında olan digər şəxslər müvafiq sərəncam olmadan mənzillə təmin edilibsə, bu halda, iddiaçı etimadın qorunması hüququna istinad etməyə, yəni inzibati orqandan ona münasibətdə eyni mühüm faktiki hallara malik olan digər şəxslərlə davrandığı kimi davranmağı tələb etməyə haqlıdır.
33. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən siyahıdakı digər şəxslərin mənzillə təmin edilib-edilmədiyi, müsbət halda, hansı hüquqi sənədlərə əsasən təmin edildiyi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq yuxarıda qeyd olunan prinsipləri rəhbər tutmaqla iddia tələbinə hüquqi qiymət verməlidir.
34. Digər tərəfdən, məhkəmə kollegiyası cavabdehin digər dəlilinə (iddiaçının atasının mənzillə təmin edilməsi zamanı iddiaçının özünün ailə üzvü kimi nəzərə alınması) münasibətdə qeyd edir ki, icra hakimi yyətinin təqdim etdiyi siyahıda iddiaçının atası və özü ayrı-ayrılıqda uçota alındığından, iddiaçının atasının mənzillə təmin edilməsi, hazırkı halda iddiaçının mənzillə təmin edilmə barədə tələb irəli sürmək hüququnu istisna etmir.
35. Əlavə olaraq, məhkəmə kollegiyası iddiaçının məhz, Xətai rayon sakini kimi nəzərə alınaraq Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, dövlətin sosial dövlət prinsipindən irəli gələn müəyyən kateqoriyaya aid şəxsləri mənzillə təmin etmək öhdəliyinin icrası sosial ədalətin təmin edilməsi məqsədinə yönəlsə də, dövlətin maliyyə imkanları ilə sıx bağlı olan məsələdir. Bu zaman məhdud ictimai resursları n qeyri-məqsədəuyğun bölüşdürülməsinin qarşısı alınmalıdır. Odur ki, müvafiq sahədəki idarəçiliyi həyata keçirən orqanlar konkret şəraitdə mənzil təminatı məsələsini həll edərkən diskresion səlahiyyətlərə malik olurlar.
36. Buna görə də, kollegiya hesab edir ki, hazırkı halda məhkəmə yalnız iddiaçının mənzillə təmin edilməli olub-olmaması məsələsini qiymətləndirə bilər. Məhkəmə iddiaçının mənzillə təmin edilməli olması ilə bağlı müsbət nəticəyə gəldikdə, həmin məhkəmə qərarının icrası zamanı mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətləri çərçivəsində həllini tapacaqdır.
37. Bununla belə, iddiaçı mənzilin yerləşmə yerindən narazı olduğu halda, təkrar məhkəməyə müraciət etməklə, cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə edib-etməməsinin qiymətləndiril məsini tələb edə bilər.
38. Belə ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar da apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və məhkəmə iddiaçının məhz, Bakı şəhərində mənzillə təmin edilməli olması barədə səhv nəticəyə gəlmişdir.
40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-1519/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.