Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2401/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlük şərtləri, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.11.2023 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı X11 və X22 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 iyul tarixli, 2-1(103)2065/202 3 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh başçısının 2018-ci il 29 iyun tarixli 276 nömrəli sərəncamının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin sərəncamla Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində X5 adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.
2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2019-cu il 8 yanvar tarixli, 2(005)-341/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X5 cavabdehlər X18 və İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlər X27 və İddiaçı ilkin iddia üzrə iddiaçıya məxsus Bakı şəhər i, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 9a saylı evdən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab olunmuş, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 8 yanvar tarixli, 2(005)-341/2019 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin “sərəncamın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı olan hissəsi üzrə icraata xitam verilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 8 iyun tarixli, 2(005)-3238/2021 nömrəli qətnaməsi ilə id dia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 125 saylı mənzil və tərəflər (X22 və X11) arasında paylar ½ hissə olmaqla bərabər şəkildə müəyyən edilməsi və mülkiyyət hüquqların tanınması, iddiaçının həmin əmlaklara köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
5. ASAN 1 tərəfindən verilmiş 2018-ci il 14 sentyabr tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
6. ASAN 7 tərəfindən verilmiş 2022-ci il 24 dekabr tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən X15 ünvan 1 ünvanında qeydiyyatdadır.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən 2023-cü il 3 fevral qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, 1-ci döngə, ev 41 ünvanında yerləşən fərdi yaşayış evin ½ hissə və torpaq sahəsi X12 və fərdi yaşayış evin ½ hissəsi X5 paylı mülkiyyətindədir.
8. X23, X33 və X19 tərəfindən ünvan 2 ünvanlanmış notarial ərizənin surətinə əsasən onlar ünvan 3 ünvanında yaşayan X5 yaxın qonşuları olaraq o faktı təsdiq edirlər ki, X11 yaşadığı ünvan 3 (əvvəllər 9A) saylı evin yerləşdiyi tikilini 2006-cı ildə həmin ünvanda yaşamış Şahsənəm Orucovadan faktiki alqı-satqı yolu ilə almış, həmin ildə evi söküb yerində 2 mərtəbəli mansardlı ev inşa etmiş və o vaxtdan da ailə üzvləri ilə birlikdə həmin evdən istifadə edir. Eyni zamanda bildirirlər ki, X8 məxsus qeyd edilmiş evin 1-ci mərtəbəsində 2007-ci ilin yay aylarından 2018-ci ilədək qardaşı Azad Nağıyev həyat yoldaşı və qızı ilə birlikdə istifadə etmişlər. 9. 2022-ci il 22 noyabr tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 2002-ci il 15 yanvar tarixində vəfat etmiş X20 vərəsəsi onun gəlini - X3, nəvəsi – X34, nəvəsi – X24 və nəvəsi – X25r və onlar ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. 10. 2022-ci il 18 noyabr tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətinə əsasən 2002-ci il 15 yanvar tarixində vəfat etmiş X20 vərəsəsi qızı – Orucova Hicran Rəsul qızıdır və o miras əmlakdan - ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və torpaq sahəsini 1/3 hissədə pay almalıdır. 11. 2022-ci il 19 noyabr tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 2002-ci il 15 yanvar tarixində vəfat etmiş X20 vərəsəsi X13, nəvəsi X21, nəvəsi X16 şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 “c ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2023-cü il 14 fevral qeydiyyat tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarının surətlərinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahə si X14, X21, X16, X3, X24, X35, X34 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 5 ünvanında yerləşən fərdi evə dair 2022-ci il 15 avqust tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0337 ha, faktiki sahə 0.03967 ha, tikintialtı sahə 0.02125 ha, digər sahələr 0.01842 ha təşkil edir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, 1-ci döngə, ev 41 ünvanında yerləşən fərdi evə dair 2023-cü il 2 f evral tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0124 ha, faktiki sahə 0.01837 ha, tikintialtı sahə 0.01408 ha, digər sahələr 0.00429 ha təşkil edir. 15. 2022-ci il 15 dekabr tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Orucova Hicran Rəsul qızı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissə=112,33 kv.m.-dən 41,34 kv.m. sahəsini X1. 16. 2022-ci il 15 dekabr tarixli, AN-İ seriyalı ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X35, X24, X3 və X34 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X35 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X24 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X3 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini və X34 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini X2. 17. 2022-ci il 15 dekabr tarixli, AN-İ seriyalı ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X13, X16 və X21 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X13 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini, X16 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini və X21 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini X2.
18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyet rindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında olan 355,10 kvadratmetr fərdi yaşayış evinin ½ hissəsi 2018-ci il 24 avqust tarixində X5, ½ hissə isə 2021-ci il 26 oktyabr tarixində X12 adına qeydiyyata alınmışdır.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 9 aprel tarixli, 2(005)-647/2021 nömrəli qətnaməsi ilə X9 cavabdeh X18 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak” tələbinə dair iddiası qismən təmin edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 avqust tarixli, 2(103)-7265/2021 nömrəli qətnaməsi ilə müstəqil səbəb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 9 aprel tarixli, 2(005)647/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Ali Məhkəməsinin 2022-ci il 9 avqust tarixli, 2(102)-3378/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 avqust tarixli, 2(103)-7265/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat
22. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Bakı şəhəri Cavabdehə(bundan sonra-“cavabdeh” və ya “Nərimanov RİH”) qarşı (üçüncü şəxs X11 (bundan sonra-“3-cü şəxs” və ya “Ç.Ələsgərova”)) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4” (9 “a”) saylı evin Ç.Ələsgərovanın adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 29 iyun tarixli, 276 nömrəli sərəncamının (bundan sonra-“2018-ci il 29 iyun tarixli sərəncam”) ləğv edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir.
23. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X27 ilə 2003-cü ildə nikaha daxil olmuş, nikahları Nərimanov rayonu VVADQ şöbəsində 2003-cü il iyunun 10-da bağlanmışdır. Həmin vaxt iddiaçı ərinin valideynlərinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdulrəhimov küçəsi, 132 saylı evin 31 və 32-ci mənzilinə köçmüş, ailə üzvləri arasındakı razılığa əsasən orada iki otaqdan ibarət olan 32-ci mənzil iddiaçı və onun ərinin istifadəsində olmuşdur. 2006-cı ildə həmin mənzil özəlləşdirilmiş və 2007-ci il 8 fevral tarixində notariat kontorunda rəsmiləşdirilməklə (rəsmiyyətdə 48.253 manat göstərilsə də) 65.000 manata satılmış, əldə olunmuş vəsait hesabına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 “a”, hazırkı 89 “c” saylı evi 42.000 manata al mışlar. İddiaçı əri və azyaşlı qızı ilə birlikdə ora köçmüş, ev köhnə tikili olduğundan sökülüb yerində iki mərtəbəli, birinci mərtəbədə iki otaq, tualet və hamam, ikinci mərtəbədə üç otaq, tualet və hamam, həmçinin evin üçüncü mərtəbəsində mansard tikilmişdir. İddiaçı və ailə üzvləri sözügedən mənzildə yaşamağa başlamış, 2007-ci ildə iddiaçının əri, 2011-ci ildə özü və 2016-cı ildə isə qızı həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sözügedən evin tikintisi tam olaraq onun və ərinin vəsaiti hesabına aparılmışdır. Ər-arvad arasındakı münasibətlər normal olmadığından iddiaçı əri tərəfindən fiziki təzyiqlərə və mənəvi təhqirlərə məruz qalmış, əri tərəfindən sözügedən mənzildən istifadə etməsinə məhdudiyyət yaradılmış, bu səbəbdən də iddiaçı qızı ilə birlikdə qohumlarının mənzilinə sı ğınmış, habelə iddiaçı və onun qızına məxsus bütün əmlakları mübahisə edilən evdə qalmışdır. İddiaçı ilə onun əri arasında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2018-ci il 20 sentyabr tarixli 2(005)-3002/18 nömrəli qətnaməsi ilə pozulmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 29 iyun tarixli, 276 nömrəli sərəncamı ilə birgə nikah dövründə əldə edilmiş həmin ev keçmiş ərinin bacısı Ç.Ələsgərovanın adına sənədləşdirilmiş və həmin sərəncama əsasən DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən onun adına 2018-ci il 24 avqust tarixli çıxarış verilmişdir.
24. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsində pasport qeydiyyatında olması onun həmin yaşayış sahəsinə dair iddialı ola bilmə si anlamına gələ bilməz. İddiaçının mübahisəli mənzil üzərində hüquqlarının qanunvericilikdə nəzərdə tutulan qaydada qeydə alınması üçün hər-hansı sübut mövcud deyildir. Habelə, iddiaçı mübahisəli mənzil üzərində hüquqlarının yaranması ilə bağlı yalnız həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına istinad edir. Hesab edilir ki, mübahisəli evə dair Nərimanov RİH başçısının sərəncamı iddiaçının publik hüquq sahəsinə aid qanunvericilikdən irəli gələn hər hansı hüququnu pozmamışdır. Bundan başqa, iddiaçı hüquqi əsaslar olmadan sözügedən mənzilə qeydiyyata alındığından həmin evə dair hər hansı hüquqverici sənəd qəbul edilərkən onun razılığı tələb edilmir. Sonda qeyd edilmişdir ki, iddia tələb irəli sürmək hüququna malik olmayan şəxs tərəfindən verildiyinə görə mümkünsüz hesab edilməlidi r.
25. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4” (9 “a”) saylı evin Ç.Ələsgərovanın adına sənədləşməsinə dair Nərimanov RİH başçısının 2018-ci il 29 iyun tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 26. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli, 2-1(82)-1517/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Nərimanov RİH başçısının “Fərdi yaşayış evinin vətəndaş Ç.Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 2018-ci il 29 iyun tarixli sərəncamı etibarsız hesab edilmişdir (hakim-X.İmanov).
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-1(103)-2349/2019 saylı qərarı ilə cavabdeh və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən-E.Nağıyeva, hakimlər-H.Həmidov və V.Baxışova).
28. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-595/20 nömrəli, 2020-ci il 4 fevral tarixli qərarı ilə cavabdeh Nərimanov RİH və 3-cü şəxs Ç.Ələsgərovanın kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 22 oktyabr tarixli, 2-1(103)-2349/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən-Z.Quliyev, hakimlərN.Rəsulbəyova və İ.Hüseynov). 29. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli, 2-1(82)-1517/2019 nömrəli qərarı Nərimanov RİH-nin 2020-ci il 20 may tarixli, 115 nömrəli sərəncamı (bundan sonra-“2020-ci il 20 may tarixli s ərəncam”) ilə icra olunaraq Nərimanov RİH başçısının “Fərdi yaşayış evinin vətəndaş Ç.Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 2018-ci il 29 iyun tarixli sərəncamı etibarsız hesab edilmişdir. 30. 2021-ci il 4 may tarixində X22 (bundan sonra-“3-cü şəxs” və ya “S.Ələsgərov”) məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli, 2-1(82)-1517/2019 nömrəli qərarının ləğv edilərək onun iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
31. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 23 iyun tarixli, 2-1(82)-1517/2019 nömrəli qərardadı ilə S.Ələsgərovun ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Nərimanov RİH-nə qarşı “Nərimanov RİH başçısının 2018-ci il 29 iyun tarixli sərəncamının etibarsız hesab edilməsi barədə” iddiası üzrə S.Ələsgərov 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyun tarixli, 2-1(82)1517/2019 nömrəli qərarı ləğv edilmiş, işin mahiyyəti üzrə baxılması təzələnmişdir (hakimM.Qarayeva). 32. 3-cü şəxs S.Ələsgərov məhkəməyə təqdim etmiş yazılı etiraza əsasən bildirmişdir ki, hazırkı inzibati iş artıq 2019-cu ildən məhkəmələrin icraatındadır və son 3 ildə xeyrinə şəraitin dəyişməsinə səbəb olan bir sıra hüquq müəyyənedici hallar baş verdiyindən, habelə iddiaçının iddia tələbinin əsassız olmaqla yanaşı sonda ona öz qanunsuz tələblərini qane edən və hüquqi nəticəyə səbəb olmayacağından qeyri-mümkün hesab olunmalıdır. Belə ki, 2019-cu ildə ona bəlli olmuşdur ki, 2006-cı ilin avqust ayında şəxsi vəsaiti hesabına vətəndaş X6 40.000 (qırx min) AZN pul verib aldığı və ilkin sənədlərlə onun həyat yoldaşı (mərhum) X26 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirməsinə aid pasportun” baş planında qeyd olunan 337.0 kv.m torpaq sahəsinin 124.0 kv.m hissəsində (xüsusi mülkiyyətində olan torpaq sahəsində) birmərtəbəli tikilinin demontaj edərək usta və fəhlə qüvvəsi cəlb etməklə yerində 3-4 ay ərzində (damını bağlamaqla) ikimərtəbəli və mansardı olan fərdi yaşayış evi inşa etdirmişdir. Onu da qeyd edir ki, özü uzun illər inşaat sektorunda çalışmış və kifayət qədər bu sahəyə bələd adamdır. Nəzərə çatdırır ki, o uzun illər beynəlxalq “AKKORD Şirkətində” tikinti üzrə layihə meneceri, eyni zamanda tikinti briqadası olmaqla Bakı şəhərində bir neçə göydələnlərin inşasını aparmışdır. Bu müddətdə xeyli vəsait əldə etmiş və ailənin təminatını ödəmişdir. Bundan başqa adı çəkilən fərdi yaşayış evinin inşası üçün əlavə vəsaitə zərurət olduğundan qohum və tanışlarından 2006-cı ildə pul borc etmişdir. İştirakı təmin olunmayan proseslərdə Konstitusion hüquqlarının pozulması ilə qəbul edilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X.İmanov) 2019-cu il 25 iyun tarixli 2-1(82)-1517/2019 saylı qərarı və onu qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarları üçüncü şəxs və mülkiyyətçi olaraq mənafeyinə zidd olan qanunsuz qərarlar çıxarılmışdır. Belə ki, qanunsuz əsaslarla fərdi yaşayış evinə pasport qeydiyyatına alınan (20012011-cü illər ərzində Neftçala rayon qeydiyyat ında olmuş) iddiaçı (keçmiş qaynının keçmiş həyat yoldaşı) İddiaçı bu qanunsuzluqdan sui-istifadə edərək, subyektiv hüququ olmadığı təqdirdə belə, xüsusi mülkiyyət hüququ üzrə (A pay hüququ ilə) ona məxsus olan daşınmaz əmlak və tam mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsi ilə bağlı üçüncü şəxsə (Nərimanov RİH-nə) qarşı iddia tələblərində çıxış etmişdir. Hazırkı iddia tələbi üzrə bundan əvvəl inzibati məhkəmələrdə işlərə baxılarkən (bax. sv. 3/7 qərar xx.xx.2019, 2-1(82)-1517/2019), Z.Məmmədova iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin fevral ayında onun keçmiş həyat yoldaşı A.Nağıyev anasından sonuncuya hədiyyə edilən 2 otaqlı panel (fransız layihəli) mənzilini 65.000 manata satmış və bu pula guya ünvan 6 ünvanında yerləşən evi 42.000 manata almışlar. Məlum olduğu ki mi söhbət birgə nikah dövründə əldə olunan mənzildən deyil, həyat yoldaşına anası tərəfindən hədiyyə olunan (order əsasında özəlləşdirilən) mənzildən gedir. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı gətirdiyi dəlillər əsassızdır. Belə ki, həmin panel mənzil Bakı şəhəri 38 saylı notariat kontorunda 2007-ci il 8 fevral tarixində bağlanan bu əqd, satıcı A.Nağıyev və alıcı X4 arasında (bax. alqı-satqı müqaviləsi bənd 4.) cəmi 48.253 manata bağlanmışdır. Bu vəsait A.Nağıyev borclarını ödəməyə, habelə özünün, İddiaçı və qızı Əminənin xəstəliklərinə xərcləmişdir. Belə ki, A.Nağıyev həmin ərəfədə iki dəfə Mərkəzi Klinikada böyrək və bağırsağından ağır cərrahiyə əməliyyatları keçirmişdir. Faktiki 2001-ci ildə evləndiklərindən bir neçə ilə uşaqları olmadığından arvadı Zeynəbin müalicəsinə xərclədiyi pulları borc kimi qaytarmalı olmuşdur. Eyni zamanda qızları Əminə Nağıyeva epilepsiya xəstəsi olduğundan onun müalicəsi üçün xeyli pul xərcləməli oldular. Eyni zamanda iddia tələbi uydurma məlumatlara əsaslandığından, İddiaçı bu evi kimdən, harda və nə zaman, habelə hansı şəraitdə pul verib aldığı barədə heç bir məlumat göstərə bilməmişdir. Eyni zamanda ev ona məxsus idisə niyə görə 2001-2011-ci illər ərzində Neftçala qeydiyyatında qalırdı. Bu mübahisə birmərtəbəli evi o iddiaçının qeyd etdiyi tarixdən 6 ay öncə 2006-cı ilin avqust ayında almış və yerində inşa işləri apararaq fərdi yaşayış evi tikdirmişdir. Bu mötəbər faktı, 2006-cı ildə evini aldığı X10 oğlu X29 və digər üç nəfər şəxs birlikdə notarial qaydada təsdiq edilmiş 2018-ci il 21 dekabr (**********279) saylı ərizələrində təsdiq etmişlər. Qeyd edilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən İddiaçı cavabdeh Nərimanov RİH-nə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qeyri-mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
33. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 2 mart tarixli, 2-1(112)-336/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Nərimanov RİH-nə qarşı Ç.Ələsgərova və S.Ələsgərov məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır(M.Qarayeva).
34. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti cavabdehin verdiyi 2018-ci il 29 iyun tarixli sərəncamıdır.
35. İş materiallarından məlum olur ki, mübahisələndirilən sərəncamla sənədləşdi rilməsinə icazə verilmiş ev işdə olan sənədlərə görə özbaşına tikili olmuşdur. Cavabdehin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.
36. Həmçinin müəyyən edilir ki, A.Nağıyev ilə iddiaçı arasında olan nikah ləğv edilmiş, lakin 30 saylı mənzil kommunal istismarı sahəsi tərəfindən 2019-cu il 5 mart tarixində verilmiş 2 saylı formada arayışdan müəyyən edilir ki, Ə.Əliyev küçəsində yerləşən 89c (9a) saylı evdə iddiaçı 2011-ci ildən, keçmiş əri A.Nağıyev 2007-ci ildən, qızı X28 2016-cı ildə, keçmiş ərinin bacısı Ç.Ələsgərova 2018-ci ildən qeydiyyatdadırlar.
37. Hazırki iddiaya münasibətdə cavabdehin sərəncamının etibarsız hesab edilməsi iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi o sadəcə həmin sərəncamın etibarsız hesab edilməsini istəyir ki, ərinə heç nə qalmasın, lakin bunda onun hüquqi marağının nədən ibarət olmasını əsaslandıra bilməmişdir.
38. Belə ki, hazırki vəziyyətdə iddiaçının keçmiş əri ilə vaxtılə yaşadıqları iddia etdiyi Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuş, sərəncamın etibarsız hesab edildiyi halda belə iddiaçının həmin tikiliyə dair heç bir hüquqları yarana bilməzdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
39. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə isə yaşayış yerinin özbaşına tikili olması “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından fərqli qiymətləndirmə tələb edir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi iddiaçının həmin evə qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmamışdır.
40. İddiaçının həmin evə dair marağı o halda ola bilərdi ki, əgər o birgə nikah dövründə həmin evə çəkdiyi xərclərin bölünməsini tələb etmiş olsun. Lakin iddianın onun hüquqi maraqlarına toxunması nəticəsinə gəlmək üçün bu yetərli əsas sayıla bilməz. Belə ki, istinad olunan əsaslar hüquqi maraqdan deyil, iqtisadi maraqdan irəli gəlir. Lakin bu hal da onunla təkzib edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 9 aprel tarixli, 2(005)-647/2021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddiasından və müəyyən edilmiş işin hallarından da göründüyü kimi iddiaçı evdəki əmlakların bölünməsini tələb etmiş, lakin evin tikintisinə sərf edilmiş xərclərin tələb etməsində belə niyyəti olduğunu bildirməmiş, heç bir iddia qaldırmamışdır.
41. Bundan başqa, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İddiaçının isə (yaxud keçmiş ərinin) belə bir hüquq sahibinin olması iş üzrə müəyyən edilmir. Əksinə hazırki işin materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 9A (hazırki ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən A və B tikilisindən ibarət fərdi yaşayış evi və torpaq sahəsi ilkin texniki pasport üzrə mərhum X26 məxsus olmuş və sonradan onun vərəsələrinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Daha sonra isə paylı mülkiyyətçilər özlərinə məxsus hissələri iş üzrə 3-cü şəxs S.Ələsgərova satmışlar. Hazırda da hə min əmlak, o cümlədən keçmiş ünvanı ünvan 8), hazırki ünvan 9 ünvanında yerləşən torpaq sahəsi S.Ələsgərovun və arvadı Ç.Ələsgərovanın paylı mülkiyyətindədir. Odur ki, cavabdehin sərəncamı ilə rəsmiləşdirilmiş fərdi yaşayış evinin ilkin olaraq mərhum X20 mülkiyyətində olan torpaq sahəsində tikilməsini fərz etsək belə (eyni ünvan olduğundan) sərəncamı mübahisələndirməyə subyektiv hüququ da vaxtilə mərhum Orucova, hazırki halda isə onun vərəsələrinə və iş üzrə 3-cü şəxslərə məxsusdur. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbində hüquqi marağı müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır.
42. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsind ə icraat
43. Bakı Apellyasiya məhkəməsinin 2023-cü il 10 iyul tarixli, 2-1(103)-2065/2023 saylı qərardadı ilə (hakimlər- X.Cəmilova/sədrlik edən, A.Oruczadə və R.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 2 mart tarixli,21(112)-336/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
44. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ( bax yuxarı §§ 34-41) ilə razılaşmış və qeyd etmişdir ki, mübahisələndirilən sərəncamla 3-cü şəxsin adına rəsmiləşdirilməsi qərara alınan daşınmaz əmlakın S.Ələsgərov və arvadı Ç.Ələsgərovanın paylı mülkiyyətində olmasını ehtiva edən sənədlər hazırda qüvvədədir, ləğv edilməmişdir. Belə olan halda iddiaçının yalnız adı çəkilən daşınmaz əmlakda uzun illər bundan öncə qeydiyyatda olması və orada yaşaması əsası ilə daşınmaz əmlaka hüququnun olması səbəbindən cavabdeh orqanın sərəncamını mübahisələndirməsi mümkünsüzdür. Yəni iddiaçının istinad etdiyi dəlillər mübahisələndirilən sərəncamın etibarsızlığı üçün yetərli əsas kimi qəbul edilmir.
45. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
46. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlilləri məhkəmə kollegiyası qeyri-səmimi qəbul edir və hesab edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və i şə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır.
47. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə üzrə baxılmağa göndərilməsi üçün yeni baxışa qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri
48. Əvvələr işə baxmış məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktlarının, o cümlədən 2 saylı Bakı İnzibati Məhkəməsinin 2019-cu il 28 iyun tarixli 2-1(82)-1517/2019 nömrəli qərarın S.Ələsgərovun hansı maraqlarına toxunmasını aydınlaşdırmaq vəzifəsini yerinə yetirməyən məhkəmələr adı çəkilən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 “a”, hazırkı 89 “c” saylı evin ona hansı aidiyyətin olub-olmaması, həmin evin əldə olunmasında vəsaitin haradan alınması, əldə olunmuş gəlirlər barədə həmin şəxsin əlində hər hansı bir sənədin olunması, həmin evdə yaşaması, evdə ona aid hər hansı bir əmlakın olması barədə heç bir sübut məhkəməyə təqdim olunmamış, işə yenidən baxılması üçün adı çəkilən evlə bağlı S.Ələsgərovun subyektiv hüququnun olub-olmasına düzgün qiymət verilməmişdir.
49. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun 646 N-li Fərmanı üzrə: Həmin Fərmanla “Yerli icra hakimiyyətdən haqqında Əsasnaməyə əsasən özbaşına tikililərin sənədləşdirilməsinə icazə verilməsi ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısının hüquq və vəzifələrinə daxil edilməmişdir. Bu hal məhkəmələr yerli icra hakimiyyəti başçısının sərəncam verərkən qanunun tələbini kobud surətdə pozmasına göz yummuşla r.
50. MM-nin 340.1-ci maddəsi üzrə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki (9 “a”), hazırkı 89 “c" saylı evin Ç.Ələsgərovanın adına sənədləşməsi barədə Nərimanov RİH başçısının 2018-ci il 29 iyun tarixi sərəncamı əslində hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, iddiaçının keçmiş əri A.Nağıyevin iddiaçıya qarşı düşünülmüş hiyləsidir və gələcəkdə İddiaçı birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki (9 “a”) 89 “c” saylı ev üzərindəki pay hüququndan məhrum etmək məqsədi daşıyır ki, bu incəliyi məhkəmələr nədənsə diqqətdən kənarda sax lamışlar. Mübahisəli evlə bağlı məhkəmələrin istinad etdiyi və S.Ələsgərovla digər şəxslər arasında bağlanmış əqdlərin hamısı mübahisə məhkəmənin icraatında olan zamanlar, əsasən 2022-2023cü illərdə bağlanmış əqdlər olduğundan həmin əqdlərin nəticələri iddianın mümkünsüz sayılması üçün qanuni əsas ola bilməz. Bunlar yalnız görünüş üçün bağlanmış əqdlərdir. Məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs kimi ərizə vermiş S.Ələsgərov hansı maraqlarına toxunması barədə heç bir sübut məhkəməyə təqdim etməmiş, mübahisənin məhkəmədə baxılmasının yubanmasından sui-istifadə edən (bu şəraiti ona birinci instansiya məhkəməsi yaratmışdır) S.Ələsgərov məhkəmədə mübahisənin öz həllini tapmadığı və mübahisə barədə məhkəmədə araşdırma aparıldığı halda, adı çəkilən evlə bağlı müxtəlif şəxslərlə 2022-2023-cü illərdə müxtəlif əqdlər bağlamış, ünvanları dəyişmiş məhkəmələr isə qanunsuz olan bu hərəkətləri sübut, növü kimi qəbul etmişlər.
51. Prosessual pozuntular: MPM-nin 4-cü maddəsi üzrə: Əvvəllər işə baxmış 3 instansiya məhkəməsi Nərimanov RİH başçısının sərəncamının birbaşa iddiaçının maraqlarına toxunduğuna görə məsələyə hüquqi qiymət vermiş, lakin işə yenidən baxan hakim və məhkəmə kollegiyası iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün belə bir subyektiv hüquqa malik olmama barədə qanunsuz nəticəyə gəlməklə prosessual hüquqları kobud surətdə pozmuşlar. 52. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci və 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirak ını təmin etməlidir. Lakin işdən də göründüyü kimi, iddiaçının adı çəkilən evdə yaşamağını, bütün əmlakının orada olmasını, həmçinin 2011-ci ildən orada pasport qeydiyyatında olmağını, evin Ç.Ələsgərova və S.Ələsgərovla hər hansı bir bağlılığının və ya onların bu evə dair hər hansı bir aidiyyətinin olub-olmamasını araşdırmadan, evlə bağlı iddiaçının fikir və mülahizələri dinlənilmədən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, Nərimanov RİH başçısının belə bir sərəncam verməsi subyektiv fikirlərə əsaslanmış, yalnız kimlərinsə maraqlarına uyğun olan belə bir sərəncam iddiaçının qanunla qorunan hüquqlarımı kobud surətdə pozduğundan qanuni hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 53. 3 -cü şəxs S.Ələsgərov kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
55. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Mülki Məcəllə: “Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özb aşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
57. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia təl əbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
58. İnzibati Prosessual Məcəllə: “Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. 35.3. İddianın mümkün sayılmaması barədə m əhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilm əli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
61. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
62. Bununla belə, kassasiya şikayətinin dəlillərinə (bax yuxarı §§ 48-52) münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
63. Üçüncü şəxs S.Ələsgərovun icraata cəlb edilməsi ilə bağlı subyektiv hüquqa malik olmaması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, S.Ələsgərovun ərizəsi əsasında icraatın təzələnməsi barədə birinci instansiya məhkəməsinin 2021-ci il 23 iyun tarixli qərardadı (bu qərarın 31-ci bəndi) qəbul edildikdən sonra iddiaçı həmin qərardadı mübahisələndirməmiş və ondan apelyasiya şikayəti verməmişdir. İddiaçı həmçinin iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərkən, daha sonra isə apelyasiya məhkəməsinin qərardadında kassasiya şikayəti verərkən birinci instansiya məhkəməsinin 2021-ci il 23 iyun tarixli qərardadı ilə bağlı mübahisə açmamışdır. Bu səbəbdən həmin dəlil əsaslı sayıla bilməz.
64. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından müəyyən olunur ki, iddiaçının iddia qaldırmaqla bağlı subyektiv hüququ mövcud olmamışdır.
65. Belə ki, hazırkı işdə bir çox hallar mövcuddur ki, iddianın qeyri-mümkün sayılması üçün əsasdır. Həmin hallar sərəncamın etibarsız hesab edilməsinin iddiaçı üçün heç bir hüquqi maraq yaratmaması, iddiaçı ilə evin əvvəlki sahibi arasında alqı-satqı müqaviləsinin mövcud olmaması, tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının və ya sabiq ərinin adına olmaması və sair hallar.
66. İşdə olan sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 9 A (hazırki ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən A və B tikilisindən ibarət fərdi yaşayış evi və torpaq sahəsi ilkin texniki pasport üzrə mərhum X26 məxsus olmuş və sonradan onun vərəsələrinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə paylı mülkiyyətçilər (vərəsələr) özlərinə məxsus hissələri 3-cü şəxs S.Ələsgərova satmışlar. Hazırda da həmin əmlak, o cümlədən keçmiş ünvanı ünvan 10ı), hazırkı ünvan 9 ünvanında yerləşən torpaq sahəsi S.Ələsgərovun və arvadı Ç.Ələsgərovanın paylı mülkiyyətindədir və mülkiyyətlə bağlı sənədlər (vərəsəlik şəhadətnaməsi, bağışlama müqaviləsi, alqı-satqı müqaviləsi, hüquqların qeydə alınması) ləğv edilməmiş, etibarsız sayılmamış, dəyişdirilməmişdir və qüvvədədir.
67. İşdə olan həmin sənədlərdə, habelə reyestr xidmətinin ərazi idarəsinin məktublarında mənzilə hüquq qeydə alınarkən iddianın predmeti olan Cavabdeh başçısının 2018-ci il 29 iyun tarixli 276 nömrəli sərəncamına istinad edilməsi qeyd edilməmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüqu q və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
69. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələ rdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).
70. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.
71. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, işdə olan sənədlərlə iddia olunan sərəncamın iddiaçının hansı hüquqlarını və qanunla qorunan maraqlarını pozması sübuta yetmir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin ş ərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd).
73. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müra ciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır” (9-cu bənd).
74. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
75. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkə məsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhəkəməsinin qərardadı dəyişdirilmədən salanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 iyul tarixli, 2-1(103)2065/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.