Məhkəmə qərarları › İş №2-1(102)-2404/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2404/2023

15.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2404/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanlar arasında mübahisə üzrə iddianın mümkünlük şərti; aidiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay Bələdiyyəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış və plan ölçü sənədinin, həmçinin torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2-1(107)-438/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əs asən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış və plan ölçü verilmişdir.

2. Göyçay Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarından çıxarışa əsasən Göyçay Bələdiyyəsinin alqı-satqı predmeti olan 572 kv.m torpaq sahəsinin həyətyanı üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, eləcə də, həmin torpaq sahəsinin həyətyanı üçün mülkiyyətə ve rilməsi məqsədilə müsabiqənin keçirilməsi, müsabiqədə satış qiymətinin 2236,52 manat müəyyən edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay Bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay Bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarış və plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya məhkəmənin yardım məktubuna münasibət bildirməsi 10 gün müddət təyin edilmiş, lakin həmin müddətdə münasibət bildirilməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1790/2023 nömrəli qərardadı (hakim F.H.Hacızadə) ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın birinci hissəsi üzrə tələb öhdəliyin icrası haqqında iddia növündə, ikinci hissəsi üzrə tələb müəyyən etmə və ya tanınma haqqında iddia növündədir. Tələbin birinci hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin hissənin yönəldiyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi iddiaçının tabeliyində olan PHŞin alt qurumu - ərazi idarəsidir. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında olan inzibati mübahisələrin həlli inzibati mühakimə icraatının predmeti deyildir.

7. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, ikinci hissə birinci hissədən asılı tələbdir. İddia tələbinin birinci hissəsi inzibati icraat qaydasında araşdırılacağı halda ikinci tələblə bağlı hissəyə baxıla bilər.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin icraata götürülməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya ins tansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2-1(107)-438/2023 nömrəli qərardadı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və G.İ.Cavadova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1790/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yalnız məhkəmə qərarı əsasında ləğv edilə bilər və bununla şəxs mülkiyyət hüququndan məhrum edilə bilər. Məhkəmə isə yanlış olaraq qeyd edilən tələbə məhkəmə tərəfindən baxılmalı olmamasını qeyd etməklə iddianı mümkün saymamışdır. Məhkəmə qanunvericilik normalarının tətbiqində səhvə yol verərək əsassız qərardad qəb ul etmişdir. 13. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, həmin normadan göründüyü kimi, qeyd edilən norma inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələrin həll edilməsi qaydasını müəyyən edir. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinə qarşı tələblər nə iki inzibati orqan arasında olan mübahisə deyildir, nə də ki mübahisənin məzmunu aidiyyət və ya səlahiyyətlə bağlı deyildir. Mübahisənin məzmunundan göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq əməkdaşlarının qulluq vəzifələrini düzgün yerinə yetirməməsi nəticəsində əsassız olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində bələdiy yənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, göründüyü kim bu tələb üzrə mübahisənin məzmunu aidiyyət və ya səlahiyyətlə bağlı deyildir, dövlətin torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüququnun bərpası barədədir. Eyni zamanda, cavabdehlərdən biri olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi inzibati orqan deyildir. 16 saylı Ucar ərazi idarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti üzrə heç bir oby ektiv araşdırma aparmamış, şikayətin dəlillərinin əsaslı olub-olmamasını araşdırmamış və qərarında buna hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qərardadındakı dəlilləri olduğu kimi qeyd etməklə əsassız olaraq iddianın mümkün sayılmaması barədə qərardadı dəyişdirilmədən saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Aidiyyət... 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səl ahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 17. ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanı:

2. Müəyyən edilsin ki: 2.1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;... 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.

2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsin ə uyğun yoxlamalıdırlar....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahi dliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa İnsan hüquqları Məhkəməs inin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilm əsini zəruri hesab edir.

25. İddianın mümkünlüyü iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğu müəyyən olunduqdan sonra iddianın mahiyyəti üzrə araşdırma aparmalıdır.

26. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

27. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. Məhkəmə kollegiyası hesab edir ki, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanla rın öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.

29. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi icra hakimiyyəti və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada icra hakimiyyəti özüözünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz. 3 0. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır.

31. Bundan başqa, vurğulamaq lazımdır ki, qanunsuzluğu iddia olunan aktların və ya faktiki xarakterli hərəkətlərin subordinasiya baxımından yuxarı inzibati orqanlar tərəfindən ləğvi üçün qanunvericilikdə mövcud olan mexanizmlərdən təcrübədə tam isti fadə olunmur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında belə hüquqi imkanlar təsbit edilmişdir. Belə ki, “Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi Əsasnaməsi”ndə, eləcə də hər bir mərkəzi icra hakimiyyəti orqanının əsasnamələrində mərkəzi icra hakimiyyəti orqanlarının öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyrihökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyi təsbit edilmişdir. Bundan başqa, həmin Əsasnamələrdə subordinasiya baxımından yuxarı inzibati orqanların öz strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslə rinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək hüquqları nəzərdə tutulmuşdur. Odur ki, müvafiq əsaslar və ehtiyac yarandıqda, dövlət orqanları icra hakimiyyətinin vahidliyi prinsipini nəzərə almaqla və qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə, qanunsuz inzibati aktların qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi barədə subordinasiya baxımından yuxarı inzibati orqanlara məlumat verməklə onların ləğvinə nail olmalıdırlar.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin inzibati orqan olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Re spublikasının Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

34. Göründüyü kimi, həm qanunvericiliyin tələbləri baxımından, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələri inzibati (publik) hüquq sahəsinin subyekti kimi fəaliyyət göstərən orqanlardır.

35. İddia ərizəsində qoyulan ikinci tələb – Göyçay Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi tələbi birinci tələbdən asılı olduğundan yalnız birinci tələbin inzibati icraat qaydasında araşdırılmasından sonra baxılması mümkün ola bilər.

36. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 21(107)-438/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar