Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2408/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinə uyğun verilməsi; işin hallarının araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) “çıxarış və texniki pasportda düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-1005/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “İşıq İnşaat“ MTK üzvlərinin xx.xx.2019-cu il tarixli ümumi iclasının 4 № protokoluna əsasən, İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 165,0 kv.m., qeyri-yaşayış sahəsinin sahibi olmasının təsdiq edilməsi qərara alınmışdır. 2. 04 noyabr 2019-cu il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, həqiqətən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 165 kv.m., qeyriyaşayış sahəsinin dəyəri tam ödən ilmişdir.
3. Qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən, binanın tikildiyi il 2013, mərtəbələrin sayı 14, qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə - 1-ci mərtəbə, ümumi və əsas sahəsi 111.0 kv.m təşkil edir. 4. ünvan 3 ünvanında yerləşən 111 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
5. İddiaçı qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 165 kv.m olmasına baxmayaraq, çıxarışda 111,0 kv.m göstərilməsinə aydınlıq gətirilməsi və tərtib olunmuş çıxarışda müvafiq düzəlişin aparılması ilə bağı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, adıçəkilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnuzun daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mütəxəssis tərəfindən yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyi, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığı, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində mülkiyyət hüququnuz qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 165,0 kv.m. olan qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2021-ci i l tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2021-ci il tarixli **********58-05301-083002 nömrəli texniki pasportda müvafiq düzəliş edilərək, daşınmaz əmlakın ümumi sahəsinin 165,0 kv.m. qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində bu qərarın 1-5-ci bəndlərində qeyd edilən işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, adıçəkilən qeyri- yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mütəxəssis tərəfindən yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyi, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığı, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən, qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarı ilə ( hakim A.Ə.Əhədova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında qeyri-yaşayış sahəsinin razılaşdırılmış layihəsinin və daşınmaz əmlakın razılaşdırılmış həmin layihəyə uyğun faktiki vəziyyətdə təqdim olunmasını tələb edir. Hazırkı iş üzrə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın 14 oktyabr 2019-cu il tarixdə istismarına icazə verilmiş, binanın istismarına icazə verilməklə onun həm də razılaşdırılmış tikinti layihəsinə uyğun tikildiyi səlahiyyəti qurum tərəf indən təsdiq edilmişdir. İddiaçının həmin binada iddia olunan qeyri-yaşayış sahəsini əldə etməsi ilə bağlı sənəd - üzvlərin iclas protokolu və maliyyə arayışı istismara icazədən sonra xx.xx.2019-cu il tarixdə verilmişdir. Cavabdehin mövqeyinə görə, qeyri-yaşayış sahəsinin iddiaçının iddia etdiyi 165,0 kv.m ölçüdə qeydiyyata alınmamasına əsas həmin qeyri-yaşayış sahəsində binanın razılaşdırılmış mərtəbə layihəsində nəzərdə tutulmayan yenidənqurma işlərinin aparılmasıdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinə iddiaçının adına çıxarış verilərkən cavabdehin mütəxəssisi tərəfindən obyektə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı sözügedən obyektin ölçüsünün 165,0 kv.m olduğu, həmin obyektdə müxtəlif ölçülü otaqların tikildiyi, əlavə qapı və pəncərə qoyulduğu, layihədə olan pilləkən qəfəsin bağlandığı, faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış layihədə öz əksini tapmadığı müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçı 165,0 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı ilkin sənədləri təqdim edərək hüququnun qeydiyyatını tələb etdiyi zaman iddia olunan qeyri-yaşayış sahəsində razılaşdırılmış layihədən kənara çıxmaların olduğu cavabdeh tərəfindən müəyyən edilmiş və aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınmaqla, yalnız layihəyə uyğun 111,0 kv.m hissə ilə bağlı hüquq qeydiyyata alınaraq, hüquqi vəziyyətə uyğun çıxarış və texniki pasport verilmişdir. Hazırkı halda, qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportla həmin qeyriyaşayış sahəsinin yerli baxış zamanı faktiki vəziyyəti ilə bağlı tərtib edilmiş tikinti planı (sxemi) müqa yisə edilərkən texniki pasportda 111,0 kv.m hissədə əksini tapan qırıq xətlə göstərilən sahənin bağlanaraq sahənin 165 kv.m-ə çatdığı müşahidə olunur. Qeyd edilməlidir ki, "xxxx" MTK tərəfindən binanın bütövlükdə razılaşdırılmış layihəsi təqdim edilməsə də, iddiaçının hüququnun qeydiyyatı zamanı cavabdeh orqana təqdim etdiyi mərtəbə layihəsi mövcuddur və cavabdeh faktiki vəziyyətlə layihənin uyğunsuzluğunu məhz həmin qeyri-yaşayış sahəsinin arxiv qovluğunda saxlanılan "xxxx" MTK-nın möhürü, eləcə də üzərində “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır” möhür-ştampı əksi olan layihəyə əsaslanıb qeyd etmişdir. Sözügedən layihə cavabdehin xx.xx.2021 və xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilməli dir ki, məhkəmə icraatı gedişində keçirilmiş ekspert tədqiqatı zamanı ekspertə inzibati iş materiallarında olan layihədən (cavabdeh tərəfindən təqdim edilmiş) əlavə, həm də ünvan 1 bina ilə eyni tipli (eyni kompleksdə yerləşən) analoji binanın (ev 1) razılaşdırılmış layihəsi təqdim edilmiş (həmin layihə iş materialların əlavə edilmişdir), iddia predmeti olan sahə ilə təqdim edilən layihənin müqayisəsi zamanı həmin layihənin 1-ci mərtəbəsinin planında iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin pilləkən qəfəsinə və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş hissəyə, digər hissəsinin isə qeyriyaşayış sahəsi kimi nəzərdə tutulmuş hissəyə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia olunan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinin binanı n razılaşdırılmış layihəsinə (mərtəbə planına) uyğun gəlməsi öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi razılaşdırılmış layihədə olan sahə ölçüsündə- 111,0 kv.m ölçüdə qeydiyyata alınmışdır. İddia olunan qalan hissənin razılaşdırılmış layihədə olmaması, əlavə qapı, pəncərə qoyulması, layihədə olan pilləkən qəfəsinin bağlanması, başqa sözlə, razılaşdırılmış layihədən kənara çıxmalar Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) hesab olunur və bu halda, həmin yenidənqurma işləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Hazırkı halda isə iddiaçı sözügedən yenidənqurma ilə bağlı razılaşdırılmış layihəni və yenidənqurmaya müvafiq olan istismara ica zəni inzibati orqana təqdim etməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddia olunan əlavə sahəyə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/ S.R.Səlimova və M.N.Tağızadə) 16 may 2024-cü il tarixli, 21(103)-1005/2024 qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü i l tarixli, 2-1(112)-300/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 15. “Şəhərsalma və Tikinti” Məcəlləsinin qeyd olunan 102-ci maddəsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeyd alınması əsaslarını deyil, tikinti obyektinin istismarına icazəsinin əsaslarını müəyyən edir. Qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsin in sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixli 183 nömrəli sənəd əsasında icazə verilmişdir. Fərmanda qeyd olunur ki: “ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir”. Qeyd olunan fərman çoxmənzilli yaşayış binalarının sakinlərinin qanuni mənafelərinin təmin edilməsi məqsədilə qəbul edilmişdir və bununla bağlı inzibati orqanlarının üzər inə vəzifə qoyulmuşdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi binanın tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəni tərtib edərək elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli olduğu halda, bunu etməmiş, binanın ilkin layihəsini göndərmişdir. Bununla da, bina ilkin layihəyə uyğun olaraq istismara qəbul edilmişdir. Halbuki, adı çəkilən Fərmanın məqsədi ilkin layihəyə uyğun tikilməyən və buna görə də istismara qəbul edilməyən binaların faktiki vəziyyətinin müəyyən edilməsi və faktiki vəziyyətinə uyğun olaraq istismara qəbul edilməsi olmuşdur. Lakin Fərmanla üzərinə öhdəlik qoyulan inzibati orqanlar bu öhdəliyi yerinə yetirməmişdir. Bun unla da, bina, ilkində istismara qəbul edilməməsinə səbəb olan (həmçinin, Fərmanın qəbul edilməsinə əsas olan) ilkin layihə əsasında sonradan istismara qəbul edilmişdir. Qeyd olunan halın iddiaçı tərəfindən əvvəlcədən müəyyən edilməsi mümkün deyildi. Həmçinin, həmin binada yerləşən X1 məxsus olan qeyri-yaşayış sahəsinə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə faktiki vəziyyətinə uyğun olaraq (ilkin lahiyəyə uyğun olmadığı halda 157,0 kv.m sahəyə) çıxarış verilmişdir. İş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasına dair verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/7640 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “baxış zamanı təqdim olunan həmin bina ilə eyni tipli (eyni kompleksdə yerləşən ) analoji binanın (ev 1) razılaşdırılmış layihəsinin 1-ci mərtəbəsinin planında iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin pilləkən qəfəsinə və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş hissəyə, digər hissəsinin isə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş hissəyə uyğun olduğu müəyyən edilir. Qeyd olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasında, eləcə də həmin bina ilə eyni tipli digər yaşayış binalarında, təqdim olunan razılaşdırılmış layihə sənədlərində pilləkən qəfəsi və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş sahə kimi qeyd olunan hissələrin faktiki vəziyyətdə mövcud olmadığı, həmin sahələrin qeyri-yaşayış sahəsi kimi inşa edildiyi müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 10 58-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yenidənqurma və ya yenidən planlaşdırma işlərinin (konstruksiyalarda, mühəndiskommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədiyi) aparılmadığı, obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə cari təmir işlərinin (arakəsmə divarlar hörülmüş, təmir işləri görülmüşdür) görüldüyü müəyyən edilir. Faktiki vəziyyətdə binanın 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin binanın ümumi əmlakına, yəni binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahəyə daxil olmadığı, yaşayış binasının birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələrinin (pilləkən qəfəsinin, lift sahəsinin, ümumi dəhliz və.s.) iddiaçıya məxsus qeyri-yaş ayış sahəsindən təcrid şəkildə ayrı yerləşdiyi və ayrıca giriş-çıxışının olduğu müəyyən edilir”. Göründüyü kimi, iddiaçı qeyd olunan qeyri-yaşayış sahəsini alan zaman binanın tikintisi artıq başa çatmışdır və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş sahə kimi qeyd olunan hissələr artıq qeyri-yaşayış sahəsi kimi inşa edilmiş və bina bu formada istismara qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiy yət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ölçüsü ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İddiaçı maliyyə arayışına və faktiki vəziyyətə uyğun olaraq qeyri-yaşayış sahəsinin 165,0 kv.m. olduğuna görə çıxarışın həmin ölçüdə verilməli olduğunu iddia edir, cavabdeh isə qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığına istinadən həmin ölçüyə uyğun ç ıxarış verməkdən imtina edir.
22. İlk növbədə qeyd edilməlidir ki, cavabdehin imtinası qanuni hesab edən işə baxan aşağı instansiya məhkəmələri həmin mərtəbənin layihəsini dövlət qurumlarından əldə etməmiş, iddiaçının cavabdehə müraciəti zamanı iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin arxivində saxlanılan layihənin faktiki vəziyyətlə uyğunsuzluq təşkil etməsinə istinad etmişlər.
23. Halbuki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən istismarına icazə verilmişdir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərt əbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihə sinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Həmin Fərmanın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq, aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə, Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
24. Göründüyü kimi, sözügedən Fərmana əsasən bina faktiki vəziyyətinə uyğun olaraq istismara qəbul edili r.
25. Hazırkı işdə aşağı instansiya məhkəmələri tərəfindən binanın ilkin layihəsinin deyil, istismara qəbul edilən anda mövcud faktiki vəziyyətini əks etdirən layihəsinin əldə edilməsi istiqamətində hərtərəfli araşdırma aparılmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müayinənin nəticələrinə dair Aktın və elektron layihənin əldə edilməsi ilə bağlı müvafiq sorğular verilməmiş, ümumiyyətlə iş materiallarında istismara icazə ilə bağlı inzibati icraatın materialları əldə edilməmiş və öyrənilməmişdir.
26. Qeyd edilməlidir ki, sözügedən Fərmanın qəbulunda məqsəd istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosial yönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.
27. Başqa sözlə, sözügedən Fərmanla tikinti quraşdırma işləri qanunvericiliyin tələblərinə zidd olaraq aparılmış olsa belə, tikinti obyektinin yükdaşıyan konstruksiyaları dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlıdırsa, yanğın təhlükəsizliyi tələblərinə cavab verirsə, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemləri istismara hazırdırsa həmin binanın istismara qəbulunun mümkünlüyünü müəyyən edir.
28. Nəzərə alınmalıdır ki, iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsinin istismara qəbul anında mövcud faktiki vəziyyəti hazırkı işin həllində mühüm rol oynayır. Belə ki, həmin dəyişiklik istismara icazə anınadək mövcud olmuşsa və binanın istismar a yararlılığı ilə bağlı müsbət rəy verilmişsə, bu halda cavabdehin imtinası əsassızdır.
29. Digər tərəfdən, məhkəmə araşdırması ilə istismara icazə anında binanın faktiki vəziyyətini əks etdirən layihənin aşkar edilməməsi, yaxud qeyri-yaşayış sahəsinin layihəsindəki dəyişikliyin istismara qəbul anından əvvəl və ya sonra baş verməsinin müəyyən edilə bilməməsi halında, işə təkrar baxan apellyasiya məhkəməsi bu vəziyyətin yaranmasında iddiaçının təqsirinin olmamasını nəzərə almalı və işin hallarına “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanın qarşıya qoyduğu məqsədlər baxımından qiymət verməli və layihədəki dəyişikliyin Fərmanın 1.1-ci bəndindəki tələblərə cavab verib -verməməsini araşdırmaqla işi həll etməlidir.
30. Bundan əlavə, həm də qeyd edilməlidir ki, kassatorun əsas dəlillərindən biri, cavabdeh tərəfindən oxşar vəziyyətdə olan digər qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinə uyğun çıxarışın verilməsi ilə bağlıdır.
31. Bu dəlillə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 33. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üz rə fərqli qərarların qəbul edilməsi qadağandır.
34. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
35. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qor unması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
36. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanla rın davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da n əzərə alınmalıdır.
38. Odur ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi binanın və eyni tipli (eyni kompleksdə yerləşən) analoji binaların qeyri-yaşayış sahələrinə cavabdeh tərəfindən çıxarışın verilib-verilmədiyini müəyyən etməli, müsbət halda həmin çıxarışın verilməsinə əsas olan inzibati icraat materiallarını əldə etməli, çıxarışın layihəyə, yaxud faktiki vəziyyətə uyğun verilibverilmədiyini aydınlaşdırmalı və hazırkı iddia tələbinin əsaslılığına həm də bərabərlik hüququnun tələbləri baxımından qiymət verməlidir.
39. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-1005/2024 nömrəli qər arı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.