Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2409/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmadan imtina, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “iddiaçıya beynəlxalq yükdaşıma bazarına çıxışını təmin etmək məqsədi ilə operator kimi uçota alınmasının cavabdehə həvalə edilməsi və 2024-cü ilin artıq icra olunmuş icazələrin bölgüsünün-inzibati aktın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)433/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinə və Nazirliyin tabeliyində Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xarici ölkələrə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq operator kimi uçota alınmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini cavabdeh qismində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini isə üçüncü şəxs qismində qeyd etməklə, iddiaçıya beynəlxalq yükdaşıma bazarına çıxışını təmin etmək məqsədi ilə operator kimi uçota alınmasının cavabdehə həvalə edilməsi və 2024-cü ilin artıq icra olunmuş icazələrin bölgüsünü-inzibati aktın qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(118)-4651/2024 nömrəli qərardadı ilə Azərbaycan Yerüstü Nəql iyyat Agentliyi zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 19 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4651/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, həmçinin, məhkəməyə ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək, müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva (sədrlik edən), T.B.Axundov və V.M.Hacıyev) xx.xx.2025-ci il tarixli, 2-1(105)-433/2025 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilərək apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.
7. İddiaçı ərizə ilə məhkəmə yə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət fəaliyyət göstərmədiyindən mənfəət əldə edə bilmir, bundan əlavə, şirkətin direktoru X3 xx.xx.2022-ci il tarixdən həbsdə olduğundan vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitləri yoxdur.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva (sədrlik edən), T.B.Axundov və V.M.Hacıyev) xx.xx.2025-ci il tarixli, 2-1(105)-433/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. 10.İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin edilmə barədə ərizənin təmin edilməsini xahiş et mişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. 12.Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasın ın Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassas iya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. 13.Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. 14.Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçü n əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)308/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-358/2022 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 15(102)-5/2024 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının müəyyən edilməsi ndən asılıdır. Hazırkı halda sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı maddi imkanlarının aşağı olduğunu və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan, heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından, məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumi mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir. 15.Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur. 16.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-433/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.