Məhkəmə qərarları › İş №2-1(102)-2411/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2411/2023

17.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2411/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl qəzasının nəticə lərinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 2-1(107)-173/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1987-ci il Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılmasında iştirak edənin vəsiqəsindən görünür ki, İddiaçı A seriyalı 3654 nömrəli vəsiqə verilmiş, əlillik – 2-ci qrup, verilmə tarixi 2011-ci il 7 iyun qeyd edilmişdir.

2. Vəsiqə verən müəssisə Azərbaycan Respublikası Çernobıl İttifaqı olmuşdur.

3. Pensiya alt sistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası, xx.xx.2022-ci il tarixində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində), xx.xx.2011-ci il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir.

4. İddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh etirazını onuna əsaslandırmışdır ki, "Çenobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü (əlillərin və sağlamlıq imkanları məhdud uşaqların səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya) maddəsində həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara əlillik dərəcəsinə uyğun olaraq minimum əmək haqqından hesablanan maddi yardım, hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə müavinət, habelə başçısını itirmiş ailələrin birdəfəlik kompensasiya almaq hüququ göstərilir. Qeyd olunan maddədə göst ərilən kompensasiyaların ( birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çenobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilmiş və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənmişdir. Belə ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006-cı il 13 sentyabr tarixli 204 nömrəli Qərar ı ilə qüvvədən düşmüş hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra-“ƏƏSMN” və “DSMF”) qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak zamanı əlil olduğunu, 2-ci qrup əlilliyinin müəyyən edilərək müv afiq vəsiqə verildiyini bildirərək “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilməsini və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənməsini, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006- cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilməsini, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

8. Daha sonra iddiaçı ərizəsini dəyişərək cavabdeh qismində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını (bundan sonra-“cavabdeh”) qeyd etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 2022-ci il 5 noyabr tarixli 2(116)-1474/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

10. Cavabdeh orqan iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.2011-ci il tarixdə DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir.İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir.İddiaçı xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkə zi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir.Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir.Belə ki, İddiaçı ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №-li qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur.İşin faktiki hallarından göründüyü kimi iddiaçı A. Rəhimo vun hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona Qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda iddiaçı A.S.Rəhimovun “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir.Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 2022-ci il 25 noyabr tarixli 2-1(116)1474/2022 nömrəli qərarı ilə cavabdehin üzərinə iddiaçıya Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandır mışdır ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin tərkib hissəsi olaraq sözügedən Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi də cavabdeh orqan tərəfindən həyata keçirilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Ə.Məcidov və G.Cavadova) 2023-cü il 21 iyun tarixli, 2-1(107)-173/2023 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə’’ xx.xx.2006cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir.

16. İddiaçıya DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödən işlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir. İddiaçıya xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir. 17. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun qüvvədə olmasına baxmayaraq, onun tətbiq edilməsini tənzimləyən Qaydalar qüvvədən düşmüş, bununla bağlı hər hansı ödənişin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun tətbiqinə dair Qaydalar əsasında tənzimlənir. Sözügedən qanunvericilik aktlarında isə belə bir ödənişin ödənilməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmadığından həmin ödənişin ödənilməsi qanunamüvafiq deyildir.Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş DSMF-nin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni İnzibati Prosessual Məcəllənin 12.1-12.4, 13, 34.1, 35.1, 35.3, 48.1, 58.7, 68.2, 80.1, 82, 85.1, 85.2, 87.6, 87.9-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli 5 saylı Qərarının 1.1-1.4, 2.1, 2.3, 8.5, 8.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh “Sosial müavinətlər haqqında “ Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli, 406 nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərərçəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydalarının qüvvədən düşdüyü 2006-cı ilin sentyabr ayının 13-nə qədər kompensasiyanı hesablayıb vermə öhdəliyi daşıyırdılar və məsələ mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, bu hüququn müdafiəsi üçün iddia müddəti tətbiq edilmədiyindən hazırda da həmin öhdəlikdən azad deyillər. Cavabdeh inzibati orqan tələb edilib edilməməsindən asılı olmayaraq “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərini yerinə yetirməyə borclu idi.Əlillərin hər hansı hüquqlarının olub-olmadığını müəyyən etmək, qanunvericiliyin tələblərini yerinə yetirmək cavabdeh inzibati orqanın borcudur və belə vəziyyətdə iddia müddətinin tətbiqi məsələsi mümkünsüzdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: “Maddə

12. İşin hallarının araşdırılması prinsipi a) 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki h alların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. “Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqınd a, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. “Maddə

96. Ali Məhkəmədə icraat 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsass ızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. “Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli, 406 nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərərçəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydaları”: 2006-cı ilin sentyabr a yının 13-ü qüvvədən düşmüşdür). “ Maddə

14. Əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir:... orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — minimum əmək haqqının 20 misli məbləğində;... Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. 24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: (Qüvvədə olan) “Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:... 4.0.2. Birdəfəl ik müavinətlər: 4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;...” “Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə....” 25. “İnzibati məhkəmə icraatında iddian ın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl e dilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin materiallar ını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün yetərli və tutarlı deyildir.

29. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticəsi ilə razı olsa da, hüquqi mövqeyi ilə razı deyildir.

30. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın mümkünsüzlüyünü iddia müddətinə istinad etməklə əsaslandırmışdır.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məsələ mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, bu hüquqların müdafiəsi üçün müddətin tətbiqi qanunda nəzərdə tutulmamışdır.

32. İddia tələbindən də aydın görünür ki, iddiaçı dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsini xahiş edir.Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hazırki iddianın qaldırmaq üçün subyektiv hüququ digər əsaslarla mövcud deyildir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın tələbi ona hazırkı qərarın 23-cü bəndində qeyd olunan maddi hüquq normalarının ona münasibətdə tətbiq edilməsi və minimum əmək haqqının 20 misli məbləğində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsidir.

34. Qeyd olunan normanın dispozisiya şərtlərinə görə adı çəkilən kompensasiya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilirdi.

35. Belə ki, cavabdeh “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli, 406 nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvin də iştirak etmiş və həmin qəzadan zərərçəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydalarının qüvvədən düşdüyü 2006-cı ilin sentyabr ayının 13-nə qədər kompensasiyanı hesablayıb vermə öhdəliyi daşıyırdılar.

36. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçının 2-ci qrup əlillik statusu xx.xx.2011-ci ildə müəyyən edilmişdir.

37. Deməli 2006-cı ilədək qüvvədə olan göstərilən normanın dispozisiya şərti iddiaçıya münasibətdə təmin olunmadığı üçün, ona tələb olunan kompensasiya ödənilməmişdir. İddiaçının əlillik statusu müəyyən olunduğu vaxtda artıq adı çəkilən maddi hüquq norması mövcud deyildi.

38. İş materiallarından da görünür ki, hazırkı qərarın 24-cü bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddiaçıya 2022-ci il 1 yanvar tarixində hər il müa licə üçün 237 manat birdəfəlik müavinat təyin edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hər hansı subyektiv hüquq pozulmamış, ona qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş ödəniş təyin edilmişdir.

40. İPM-in 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qərarının(qərardad) əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar(qərardad) digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərarda d digər əsaslar üzrə düzgün olduğundan, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 21 iyun tarixli, 2-1(107)173/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar