Məhkəmə qərarları › İş №2-1(102)-2416/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2416/2023

20.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2416/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi müddətin sığorta stajına daxil edilməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(104)-202/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.

2. İddiaçı xx.xx.1979-cu il tarixli, 121 nömrəli əmrlə Naxçıvan Taxıl Tədarükü İdarəsinə (Dəyirman) üyüdücü qəbul olunmuş, xx.xx.1981-ci il tarixli, 112 nömrəli əmrlə məzuniyyət müddəti bitdiyi üçün işdə hesab edilmiş, 1982-1986-cı illərə dair əmr və əməkhaqqı kitablarında adına rast gəlinməmişdir.

3. İddiaçı M.D.Hüseynova adına xalça kombinatının (sonradan Kirovabad Xalça Kombinatı, "xxxx" MMC) xx.xx.1983-cü i l tarixli, 137k nömrəli əmrilə xx.xx.1983-cü il tarixdən işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixli, 03K nömrəli əmrilə xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 32-ci bölməsində qeyd olunan xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək burucu avadanlığının operatoru, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2008-ci il tarixədək əyirici avadanlığının operatoru vəzifəsində işləmişdir.

5. İddiaçı xx.xx.1984-cü il tarixli, 80k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək; xx.xx.1987-ci il tarixli, 111k nömr əli əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; xx.xx.1988-ci il tarixli, 79k nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək; xx.xx.1989-cu il tarixli, 56k nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində, Kombinatda xammal olmadığına görə xx.xx.1994-xx.xx.1994-cü illərdə, xx.xx.1995-xx.xx.1996-cı illərdə və xx.xx.1999-xx.xx.1999-cu illərdə ödənişsiz məzuniyyətdə olmuşdur.

6. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən iş stajı 13 il 7 ay 7 gün olmaqla onun tələb o lunan 20 il ümumi iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Taxıl Tədarükü İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası onun hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Belə ki, əmək kitabçasında qeyd edilməsə də, onun xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Taxıl Tədarükü İdarəsində işləməsi arxiv arayışında öz əkisini tapmışdır. Həmin müddətin iş stajına daxil edilməməsi “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələblərinə ziddir. Bundan başqa Xalça Kombinatında 1983-cü ildən 2008-ci ilədək işləmiş və işlədiyi sahələr ağır iş şəraiti hesab edilməklə 10 ildən artıqdır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 52 yaşı tamam olduğu vaxtdan yaranmışdır.

10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı əmək kitabçasına əsasən xx.xx.1983-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də işləmişdir. İddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aparılan araşdırma zamanı sözügedən müəssisədə saxlanılan müvafiq əməkhaqqı cədvəllərində 1988-ci ildə iddiaçıya əmək haqqının hesablanması barədə məlumat aşkar edilməmiş, həmçinin 2003-2005-ci illərdə onun əmək haqqı ödənişlərinin olmadığı və iddiaçının həmin illərdə öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda, digər illər üzrə iddiaçıya bəzi aylarda əmək haqqı ödənilməmişdir. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 13 il 7 ay 7 gün təşkil etdiyindən onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il ümumi iş stajı yoxdur.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim Zəfər Quliyev) 29 noyabr 2022-ci il tarixli, 2-1(114)-2255/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlərə görə, iddiaçı Xalça Kombinatında xx.xx.1983-cü il tarixdən burucu avadanlığının operatoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əyirici avadanlığının operatoru vəzifəsində işləmişdir. Qeyd olunan dövrlər üzrə iddiaçının 22 il 4 ay 8 gün iş stajı olduğu görünsə də, iddiaçıya xx.xx.1983-xx.xx.1984, 1984-cü il üzrə 2 ay, 1985-ci il üzr 9 ay, 1986-cı il üzrə 6 ay, 1987-ci il üzrə 4 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 11 ay, 19911993-cü illər, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 6 ay, 1997-1998-ci illər, 1999-cu il üzrə 6 ay, 2000-2002-ci il tarixləri arasındakı dövrlər üzrə əmək haqqı ödənilmişdir. Nəticədə iddiaçı 13 il 7 ay sosial sığorta stajı toplamışdır ki, həmin müddət cavabdeh qurum tərəfindən mübahisələndirilmir. Bununla yanaşı, iddiaçı xx.xx.1984-c ü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində olmuşdur. İddiaçı uşağa qulluq etdiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 9 ay (1984-cü ilin aprel və 1985-ci ilin fevral ayı əmək haqqı aldığı dövr ilə üst-üstə düşür). xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 8 ay 27 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 1 il 3 ay 2 gün (1989-cu ilin avqust və sentyabr ayları əmək haqqı aldığı dövrlə üst-üstə düşür), cəmi 2 il 8 ay 29 gün sosial sığorta stajı toplamışdır. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan müddətlər nəzərə alınmaqla Gəncə Xalça Kombinatında işlədiyi dövr üzrə (əmə k haqqı aldığı 13 il 7 ay 7 gün, uşağa qulluq etdiyi 2 il 8 ay 29 gün, xəstəlik vərəqəsi təqdim etdiyi 6 ay) 16 il 8 ay sosial sığorta stajı toplamışdır. Digər tərəfdən, iddiaçı xx.xx.1979-xx.xx.1981-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Taxıl Tədarükü İdarəsində işlədiyi müddətin də sosial sığorta stajına daxil edilməsini tələb edir. İddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Taxıl Tədarükü İdarəsində işlədiyi 1 il 10 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi də mübahisələndirilməli deyil. Lakin həmin müddət nəzərə alındıqda belə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi sosial sığorta stajı tamamlanmadığından, iddiaçının hazırkı məzmunda iddiası təmin oluna bilməz.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Aygül İsgəndərova) 01 iyun 2023-cü il tarixli, 2-1(104)-202/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan Taxıl Tədarükü” İdarəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməs i öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcuddur. Birinci instansiya məhkəməsi isə iş üçün əhəmiyyətli olan halları tam və əhatəli araşdırmadan qərar qəbul etmişdir. Belə ki, müvafiq məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun GəncəDaşkəsən regional filialı və "xxxx" MMC tərəfindən tərtib olunaraq birgə təsdiq olunmuş aktda 2003-2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək haqqı ödənişlərinin olmadığı və onun həmin illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının 20 03-2005-ci il illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olmasının iş materiallarında hər hansı əmrlə təsdiq edilməsi müəyyən edilmir və "xxxx" MMC-nin təqdim etdiyi arxiv arayışında da həmin tarixlərə münasibət bildirilməmişdir. Həmçinin iddiaçıya dair əmək haqqı cədvəllərində 1988-ci il ərzində əmək haqqı barədə məlumatın aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığ ından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göründüyü kimi, iddiaçının "xxxx" MMC-də və Naxçıvan Taxıl Tədarükü İdarəsində işlədiyi illər hesablanan zaman onun həqiqətən də 22 il 4 ay 8 gün iş stajı müəyyən edilir. Həmçinin "xxxx" MMC tərəfindən verilən arayışlardan da müəyyən edilir ki, iddiaçı xx.xx.1994-xx.xx.1994 (2 ay), xx.xx.1995-xx.xx.1996-cı (9 ay) və xx.xx.1999xx.xx.1999-cu illərdə (6 ay), ümumilikdə 1 il 5 ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu 1 il 5 ay ümumi staj müddətindən çıxıldıqda belə, yenə də iddiaçının 20 il stajı tamam olur. Bu hal isə iddiaçıya işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin e dilməsi üçün əsas verir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. İddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışa n işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqəd ar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nöm rəli Siyahısı” Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı Burucu avadanlığının operatorları Sarıma avtomatının operatorları İp əyirmə maşınının operatorları

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edi lməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşl arın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

33. Bu qərarın 19-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik ol ması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.

34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

35. Həmçinin iddiaçının işlədiyi peşələrin (burucu avadanlığının operatoru, sarıyıcı avadanlığının operatoru, əyirici avadanlığının operatoru) və sahənin toxuculuq istehsalatı sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

36. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

37. İddiaçı arxiv arayışına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan Taxıl Tədarükü İdarəsində işləmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iş stajına dair arayışda göstərilən illərin əmək kitabçasında qeyd edilməməsi ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Bu Qaydalarda tələb edilən sənədlər siyahısında ümumi iş stajını təsdiq edən istənilən sənədin təqdim edilməsi nəzərdə tutulmuşdur.

39. Həmçinin əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2006cı il tarixədək M.D.Hüseynova adına xalça kombinatında (sonradan Kirovabad Xalça Kombinatı, "xxxx" MMC) işləmişdir.

40. Müvafiq məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialı və "xxxx" MMC tərəfindən tərtib olunaraq birgə təsdiq olunmuş aktda 2003-2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək haqqı ödənişlərinin olmadığı və onun həmin illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 2003-2005-ci illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olmasının iş materiallarında hər hansı əmrlə təsdiq edilməsi müəyyən edilmir və "xxxx" MMC-nin təqdim etdiyi arxiv arayışında da həmin tarixlərə münasibət bildirilməmişdir. Həmçinin iddiaçıya dair əmək haqqı cədvəllərində 1988-ci il ərzində əmək haqqı barədə məlumatın aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

42. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının "xxxx" MMC-də və Naxçıvan Taxıl Tədarükü İdarəsində işlədiyi illər hesablanan zaman onun həqiqətən də 22 il 4 ay 8 gün iş stajı müəyyən edilir. Həmçinin "xxxx" MMC tərəfindən verilən arayışlardan da müəyyən edilir ki, iddiaçı xx.xx.1994-xx.xx.1994 (2 ay), xx.xx.1995-xx.xx.1996-cı (9 ay) və xx.xx.1999-xx.xx.1999-cu illərdə (6 ay), ümum ilikdə 1 il 5 ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu 1 il 5 ay ümumi staj müddətindən çıxıldıqda belə, yenə də iddiaçının 20 il stajı tamam olur. Bu hal isə iddiaçıya işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verir.

43. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və dü zgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(104)-202/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar