Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2418/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyi n edilməsi və pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 2-1(106)311/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X4 Filialının xx.xx.2020-ci il tarixli, 320 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1982-ci il tarixlərdə Salyan rayon Qaraçala 1 nömrəli Pambıqçılıq sovxozunda işləmişdir.
2. X3 Filialının xx.xx.2020-ci il tarixli, 71 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-cı, 1987-ci, 1988-ci, 1996-cı, 1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir.
3. Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən çıxarışdan görünür ki, Cəfərzadə Aytac Fərasət qızına xx.xx.2012-ci il tarixdə “hər iki gözdə anadangəlmə korluq” diaqnozu ilə qrupu “birinci dərəcəli olan əlillik” təyin edilmişdir.
4. Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 10 iyun 1999-cu il tarixli qərarından görünür ki, İddiaçı xəstə uşaq – ailə üzvünə görə (X2) xx.xx.1999-cu il tarixdən xx.xx.2010-cu il tarixədək pensiya təyin edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sağlamlıq İmkanları Məhdud 18 yaşınadək Uşağın TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1994-ci il təvəllüdlü Cəfərzadə X1 Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2010-cı il tarixdən “Hər iki gözdə anadgəlmə k orluq” diaqnozu ilə dispanser qeydiyyatdadır. A.Cəfərovanın adına tərtib edilmiş Forma 088 TSEK-ə göndərilmiş və xx.xx.2012-ci il tarixdə TSEK tərəfindən qiymətləndirildikdən sonra əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərək ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. 6. “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, 18-1-70/21187/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon Osmanlı kənd sakini xx.xx.1994-ci il təvəllüdlü Cəfərzadə X1 Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2010-cı il tarixdən “Hər iki gözdə anadgəlmə korluq” diaqnozu ilə dispanser qeydiyyatdadır. A.Cəfərova barəsində tərtib edilmiş Forma 088 TSEK-ə göndərilmiş və xx.xx.2012-ci il tarixdə TSEK tərəfindən qiymətləndirildikdən sonra əlillik və ya sağlamlıq imkanların ın məhdudluğu müəyyən edilərək ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir.
7. Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçı İ dərəcə əlil övladı Cəfərzadə Aytac Fərasət qızına xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qulluq etməsi öz təsdiqini tapmışdır.
8. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla imtina edərək bildirmişdir ki, təqdim etdiyi sənədlər araşdırılarkən İddiaçı 25 il 4 ay 18 gün sığorta stajı müəyyən olunmuşdur. Onun 1978-1982-ci illərdə əmək fəaliyyəti X4 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 320 nömrəli arayışda və 1986-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxo zunda işləməsi X3 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 71 nömrəli arayışda qeyd olunmuşdur. Həmçinin 1997-ci ildə “Bakı” kolxozu məcburi dövlət sosial sığorta haqqı köçürmədiyindən həmin ilə aid iş stajının nəzərə alınması mümkünsüzdür. Həmin illər nəzərə alınmadıqda İddiaçı 21 il 3 ay 18 gün sığorta stajı müəyyən olunur. Ona görə də xx.xx.2006-cı ildən sonra fərdi hesabında vəsaitin olmaması və tələb olunan sığorta stajının çatmaması səbəbindən pensiya təyin edən komissiya ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasın ın təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlil övladına qulluq etdiyi illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
11. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək müəyyən edilməli idi. İş materiallarında olan sənədlər əsasında iddiaçının övladının birinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçının övladına ilkin olara q 16 aprel 2012-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının övladı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyil və həmin əsasla ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçı tərəfindən təqdim edilən X8 İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 0570-34/2-174/2023 nömrəli arayış qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, həmin arayış şahid ifadələrinə, yaxud qonşu ifadələrinə əsaslanmamışdır.
12. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-418/2024 nömrəli qərarı ilə İddiaçı hüququnun yarandığı xx.xx.20 20-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının himayəsində olan Cəfərzadə Aytac Fərasət qızı xx.xx.1994-cü il tarixdə anadan olmuş, onun 18 yaşı tamam olduqdan 26 (iyirmi altı) gün sonra əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş və Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dər əcə əlillik təyinatı aparılmışdır. Buna görə də Cəfərzadə Aytac Fərasət qızının 26 (iyirmi altı) gün ərzində xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində İ dərəcəli əlil olması ağlabatan deyildir. İddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşına çatanadək əmələ gəlməsi, tibbi sənədlərlə, o cümlədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 aprel 2012-ci il tarixli qərarının əlilliyin səbəbini göstərən hissəsində “uşaqlıqdan” yazılması ilə müəyyən edilir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şirvan Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.Ə.Quliyev) 07 may 2025-ci il tarixli, 2-1(106)-311/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-418/2024 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 16.1. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının himayəsində olan Cəfərzadə Aytac Fərasət qızının əlilliyin in 18 yaşınadək müəyyən edilməsi yuxarıda qeyd olunan sənədlərdə öz təsdiqini tapır. Belə ki, iddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızı xx.xx.1994-cü il tarixdə doğulmuş, xx.xx.1999-cu il tarixdə ona pensiya təyin edilmiş, həmin sənədlərdə uşağın hər iki gözünün anadangəlmə kor olması qeyd edilmişdir (həmin vaxt iddiaçının övladı 5 yaşında olmuşdur). Buna görə də A.Cəfərzadəyə təyin edilmiş əlillik barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemində məlumatın olmaması iddiaçının ziyanına şərh edilə bilməz və bu əsasla ona pensiya təyin olunmasından imtina edilə bilməz. 16.2. Bundan əlavə, apellyasiya şikayətinin iddiaçının qüsurlu övladına qulluq etməsi ilə əlaqədar aktın tərtibatı ilə bağlı dəlilinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndi qüvvədən düşmüşdür. Həmçinin qeyd edilməlidir ki, 1990-2012-ci illər üzrə Cəfərzadə Aytac Fərasət qızına pensiya ödənişi üzrə sənədlər toplusunda uşağın qəyyumu kimi anası İddiaçı yazılması uşağa məhz həmin şəxs tərəfindən qulluq edildiyi qənaətinə gəlməyə əsas verir. 16.3. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsı barədə düzgün nəticəyə gəlsə də, pensiya məbləğinin birdəfəyə ödənilməsi ilə bağlı yanlış hü quqi mövqe nümayiş etdirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və digər aidiyyəti normativ hüquqi aktlarda pensiya məbləğinin birdəfəyə ödənilməsi ilə bağlı tələb nəzərdə tutulmamışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməs i şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri... 21.2. Sığortaolunanın sığort a stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;... 19 aprel 2024-cü il tarixli 1133-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər (həmin dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir) redaksiyada: Maddə
8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər... 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azal dılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ape llyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd edir.
30. Cavabdehin hazırkıə mübahisə üzrə əsas dəlili ondan ibarətdir ki, iddiaçının övladına əlillik ilkin olaraq 16 aprel 2012-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşına çatanad ək əmələ gəlməsi, iş materiallarında olan tibbi sənədlərlə müəyyən olunur. O cümlədən, Tibbi Sosial Ekspert Komissiyası müayinə aktından çıxarışlarda iddiaçının övladının əlilliyinin səbəbi uşaqlıqdan (anadangəlmə) yazılmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hətta cavabdehin bu dəlili ilə haqlı olsa belə, bu vəziyyəti iddiaçının ziyanına, cavabdehin isə xeyrinə dəyişmir.
31. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən ★★★ (üç ulduz) fərqləndirici nişanlı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2925/2023 nömrəli qərarında qeyd olunmuşdur: “39. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarlarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.
40. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
41. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barə də valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə lal-karlığı təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
42. İddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın 15 noyabr 1984-cü ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlillinə münasibətdə məhkəm ə kollegiyası təsdiq edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxla yır və hüquqi cəhətdən etibarlı sayılır.
43. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələyə münasibətdə daha əvvəlki qərarlarda əks olunmuş kassasiya məhkəməsinin mövqeyi əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi baxımından inkişaf etdirilməlidir.
45. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndiri lməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.
46. Kollegiya qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. 47. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.
48. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər.
49. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan ü stünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı....
59. Belə ki, işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə lal-karlıq kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, 01 fevral 2022-ci il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar 15 noyabr 1984-cü ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur. 60. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.
61. Kollegiya hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötə bər sübutlarla təsdiq olunmasına baxmayaraq yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
62. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan so nraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.”
32. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən ★★★ (üç ulduz) fərqləndirici nişanlı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2925/2023 nömrəli qərarında qeyd olunmuş hüquqi mövqeyi rəhbər tutaraq qeyd edir ki, hətta cavabdehin bildirdiyi kimi, iddiaçının qızı A.Cəfərovanın əlilliyi 18 yaşından sonra müəyyən edilsəydi belə, o, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarına görə 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəx slərə bərabər statuslu hesab edilir. Odur ki, iddiaçı hazırkı tələbində haqlıdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 21(106)-311/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.