Məhkəmə qərarları › İş №2-1(102)-242/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-242/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-242/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının operativ vergi nəzarəti qaydasında qəbul etdiyi qərarın mübahisələndirilməsi; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-56/2024 nömrəli qərarından iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3702 nömrəli qərardan müəyyən olunur ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanında yerləşən Mirror restoranında Azərbaycan Respublikası Əmək Məcəlləsində n əzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. 19.10.2021-ci il tarixli **********5119 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 3. xx.xx.2021-ci il tarixli **********7636 saylı “V ergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarın ləğv edilməsini xa hiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən “Mirror” restoranında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama keçirilmişdir. Nəticədə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir.

6. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Bundan əlavə vergi orqanının qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi q anunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəfələrlə müraciət etdikdən sonra rəsmi qaydada ona xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Qanunvericilikdə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürülməmişdir. Cavabdehin xx.xx.2021ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz çıxarıldığından və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən qərar ləğv olunmalıdır. Cavabdehin etirazları:

7. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3702 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqınd a” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 3 ünvanda yerləşən MİRROR restoranında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir.

8. Yoxlama zamanı işçilər verdikləri yazılı izahatlarda iddiaçı ilə aralarında əmək müqaviləsinin olmadığını təsdiq etmişlər. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********7636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40.000 manat məbləğində maliyyə sanksiyası tətb iq edilmişdir. Operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmayan işçilərin hər birindən yazılı izahat alınmış və onlar öz izahatlarında orada işlədiklərini təsdiq etmişlər. Bununla yanaşı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli izahatda bildirmişdir ki, vergi yoxlaması başlanana qədər ümumilikdə 18 işçinin əmək və ya xidmət müqaviləsi olmadan obyektdə müxtəlif işlərin görülməsinə cəlb etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisələndirilən qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcun silinməsi barədə iddia əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-263/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyini n pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021ci il tarixli, **********7636 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin (Şahid2, Şahid6, Şahid8, Şahid4, Şahid1, Şahid10, Şahid11, Şahid13, X5, Şahid17, Şahid12, Şahid7, Şahid9, Şahid5, Şahid14, Şahid3, Şahid20, Şahid19, Şahid16 və X2) işlərin yerinə yetirilməsi cəlb etmişdir. Lakin vergi nəzarətinin həyata keçirildiyini görən iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə həmin işçilərin yoxlama keçirilən zaman, yəni artıq vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan faktlar aşkar olunduqdan sonra 11 nəfərin elektron informasiya sistemində qeydiyyata alınmasını təmin etmişdir.

11. Cəlb olunmuş 11 nəfər fiziki şəxsin əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində yoxlamanın keçirildiyi günü saat 16.00-dan sonra, yəni işçinin işə başlama saatından (09:00-dan) sonra qeydiyyata alınmışdır. Saat 16.00-a kimi əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş sözügedən 20 nəfər işçi iş yerində olmuşdur. Digər şəxslərin əmək müqaviləsinə dair bildirişi qeydiyyata alınmamışdır. 2 nəfər musiqiçi (çalğıçı) qismində restoranda xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi üçün onların fərdi sahibkar ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edə bilməmişlər.

12. Operativ vergi nəzarəti nin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 15 nəfər fiziki şəxsdən alınmış izahatlara və iddiaçının öz izahatına əsasən onların təsadüfən bir araya gəlmələri deyil, daha çox bir yerdə işlədikləri müəyyən olunur.

13. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-56/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-263/2023 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyici sinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli, **********7636 nömrəli qərarı iddiaçıya 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı operativ vergi nəzarəti tədbiri zamanı izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanda yerləşən “Mirror” restoranında təqribən 10 gündür sahibkarlıq fəaliyyətinə başlamışdır. Obyektə tabeliyində çalışan işçilərdən 2 nəfəri ilə xx.xx.2021-ci il tarixədək, 5 işçi ilə isə yoxlamanın keçirildiyi gün saat 16:50-dən sonra əmək müqaviləsi bağlamışdır. Vergi yoxlaması başlanana qədər ümumilikdə 18 işçinin əmək və ya xidmə t müqaviləsi olmadan obyektə müxtəlif işlərin görülməsinə cəlb etmiş, əmək haqqı onun tərəfindən nağd şəkildə ödənilir. Əmək müqaviləsi bağlanmadan cəlb edilən işçilər cəmi 1-2-3 gündür ki, işə cəlb olunublar və hamısı sınaq müddətindədirlər. Qanunvericiliyi yaxşı bilmədiyimdən yeni gələn və sınaq müddətində olan işçiləri qeydiyyata aldırmamışdır. Lakin ən qısa müddətdə işdə qalıb işləyəcək bütün işçilərlə əmək müqaviləsi bağlayacaqdır.

16. İddiaçı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində izahat verərkən bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə aparılmış operativ vergi yoxlaması zamanı əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi qeyd edilmiş şəxslərdən Röyal və Akif Niftəliyevlər onun qardaşlarıdır və həmin gün sadəcə onun yanına gəlmişlər, Şahid19 və Şahid20 musiqiçi kim i obyektdə fəaliyyət göstərmək üçün danışıqlar aparmağa gəlmişlər, Şahid14 taksi sürücüsüdür. Digər şəxslər isə iş görüşməsi üçün obyektə gəlmişlər. Vergi orqanına yazılmış izahat onun tərəfindən imzalansa da, vergi əməkdaşlarının diktəsi ilə obyektdə kassir işləyən Şahid6 tərəfindən yazılmışdır. Qeyd olunan sayda işçiləri olmamışdır.

17. Xüsusilə qeyd edilməlidir ki, N.Niftəliyev ibtidai istintaqda da tam eyni məzmunlu izahat vermişdir.

18. X2 heç bir orqanda ümumiyyətlə izahat verməmişdir.

19. X3 operativ vergi yoxlaması zamanı izahat verməmiş, məhkəmə istintaqında isə İddiaçı qardaşı olduğunu və vergi yoxlaması keçirilən gün onun işlərinə baxmaq üçün getdiyini bildirmişdir.

20. Şahid19 operativ vergi yoxlaması zamanı izahat verməmiş, ibtidai istintaqda isə bildirmişdir ki, Bakı şəhərind ə müxtəlif iaşə obyektlərində fərdi qaydada müğənniliklə məşğul olur. xx.xx.2021-ci il tarixdə adını xatırlamadığı müştərinin 200 manat müqabilində dəvəti ilə ilk dəfə “MİRROR” restoranına getmiş, həmin vaxt vergi yoxlaması gəlmişdir. İddiaçı tanımır, obyektə gələndən sonra adını öyrənmişdir.

21. Şahid20 operativ vergi yoxlaması zamanı izahat verməmiş, ibtidai istintaqda isə bildirmişdir ki, Bakı şəhərində müxtəlif iaşə obyektlərində fərdi qaydada klarnet ifa etməklə ailəsini saxlayır. xx.xx.2021-ci il tarixdə adını xatırlamadığı müştərinin dəvəti ilə ilk dəfə “MİRROR” restoranına getmiş, həmin vaxt vergi yoxlaması gəlmişdir. İddiaçı tanımır, obyektə gələndən sonra adını öyrənmişdir. Həmin gün Şahid19 ona 100 manat pul vermişdir.

22. Şahid3 operativ vergi yoxlaması zamanı, ibtidai istint aqda, eyni zamanda məhkəmə istintaqı zamanı “MİRROR” restoranında işləmədiyini, elan əsasında xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə getdiyini, həmin vaxt vergi əməkdaşlarının orada yoxlama tədbiri keçirdiklərini bildirmişdir.

23. Şahid3 hazırkı məhkəmə araşdırmasında da şahid qismində eyni məzmunlu izahat vermişdir.

24. Şahid14 operativ vergi yoxlaması zamanı verdiyi izahatda “MİRROR” restoranında işləmədiyini bildirmiş, ibtidai istintaqda həmin obyektdə işlədiyini və digər işçiləri də tanıdığını bildirsə də məhkəmə istintaqı zamanı bildirmişdir ki, həmin restoranda işləməmişdir, restoranın fəaliyyət göstərdiyi ərazidə taksi fəaliyyəti ilə məşğul olmuşdur, Namidarı və onun qardaşlarını tanıyır, xx.xx.2021-ci il tarixdə Namidarın qardaşı Royalla həmin obyektə gəlmişdir. 2

5. Şahid5 operativ vergi yoxlaması zamanı verdiyi izahatda “MİRROR” restoranında işlədiyini bildirmişdir. İbtidai istintaqda ifadəsində isə bildirmişdir ki, vergi əməkdaşları ondan ümumiyyətlə nə işlə məğul olduğunu soruşduqda aşbaz olduğunu dediyinə görə ondan bu şəkildə izahat almışlar.

26. A.Niftəliyev məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən göstərmişdir ki, iddiaçı onun qardaşıdır, onun obyektində işləməmişdir, hərdən gedib kömək etmişdir. Sadəcə qardaşı yoxlamadan sonra təklif etmişdir ki, onu sınaq müddətinə işə götürsün. Peşəsi fitnes-treinerdir, özünün ayrıca işi var.

27. Şahid9 operativ vergi yoxlaması, ibtidai və məhkəmə istintaqı zamanı izahatında göstərmişdir ki, elan əsasında xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə gəlmiş və elə həmin gün də işə cəlb edilmişdir.

28. Şahid9 hazırki məhkəmə araşdırmasında da şahid qismində eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, yoxlama zamanı vergi əməkdaşları ondan və digər şəxslərdən təzyiq göstərərək, məcburi izahat almışlar.

29. Həmçinin xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (Şahid9) işə xx.xx.2021-ci il tarixdən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir.

30. Qeyd olunan hal onu deməyə əsas verir ki, Şahid9 xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün sözügedən obyektə gəlmiş və elə həmin gün də onunla əmək müqaviləsi bağlanmışdır.

31. Şahid7 operativ vergi yoxlaması zamanı və ibtidai istintaqda verdiyi izahatda xx.xx.2021-ci il tarixdə “MİRROR” restoranında işə cəlb edildiyini bildirmi ş, məhkəmə istintaqı zamanı isə fərqli ifadə verərək və bildirmişdir ki, elan əsasında xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə gəlmiş, ona 20 gün sonra işə başlaya biləcəyi bildirilmişdir. Həmin gün vergi əməkdaşları obyektə gələrək, onun və digər şəxslərin obyektdən çölə çıxmalarına imkan verməmişdir.

32. Şahid12 operativ vergi yoxlaması zamanı izahatında “MİRROR” restoranında işə cəlb edilmədiyini, iş şəraiti ilə tanış olmağa gəldiyini, lakin şərait onu qane etmədiyinə görə işləmədiyini və əmək müqaviəsi bağlanmadığını bildirmiş, ibtidai istintaqda verdiyi izahatda isə Namidarın qardaşı Royalın xahişi ilə həmin gün keçiriləcək tədbirə görə restoranda onlara aşbaz kimi kömək etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verdiyi izahatda Şahid12 ilkin (ibtidai) izahatdan fərqli olaraq bildirmişdir ki, Namidar Niftəliyevi tanımır, onun qardaşı Röyalı tanıyır, xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə gəlmişdir, orada vergi əməkdaşlarına həmin obyektdə işləmədiyini bildirmişdir. Vergi əməkdaşları onu məcbur edərək izahat yazdırmışlar.

33. Göründüyü kimi yuxarıda adı çəkilən şəxslərin bir qismi “MİRROR” restoranında işə cəlb edilməsi ilə bağlı ümumiyyətlə heç bir orqanda izahat verməmiş, digər bir qismi həm operativ vergi nəzarəti tədbiri zamanı, həm də başqa orqanlarda həmin obyekdə işə cəlb edilmədiklərini, başqa bir qismi operativ vergi nəzarəti tədbiri zamanı həmin obyektdə işləmələri barədə izahat versələr də sonrakı izahatlarında bunun əksini bildirmişlər və izahatların təzyiq altında alındığını, bir qismi isə yoxlama keçirilən gün işə düzəlmək üçün həmin obyektə gəldiyini və elə həmin gün də müvafiq müqavilə bağlandığını bildirmişlər.

34. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki halını və həmin hallara tətbiq edilməli olan hüquqi yanaşmaları düzgün şərh etməmiş, adıçəkilən şəxslərin izahatları ziddiyətli olduğundan onlara müqayisəli şəkildə hüquqi qiymət verməmiş və hər bir halda 20 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi qənaətinə gəlmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda izahatları qeyd olunan 10 nəfərə münasibətdə onların əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı vergi orqanı ətraflı araşdırma aparmadan, cəza tədbirinə əsas verən hallarla bağlı foto və video çəkiliş imkanlarından istifadə etmədən qərar qəbul etmişdir ki, bu hal qeyd olunan qərarın tam əsaslı olmaması qənaətinə gəlməyə əsas verir.

36. Vergi Məcəlləsi (3.11, 53.3) vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının, həmçinin Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduğu halların vergi ödəyicisinin xeyrinə şərh edilməli olmasını müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Şahid19 və Şahid20 fərdi qaydada musiqiçi və müğənnilik fəaliyyəti göstərdiklərinə görə onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməmələri baxımından iddiaçıya münasibətdə tətbiq edilmiş maliyyə sanksiyasını əsaslı hesab etməkdə haqlı olmamışdır.

38. Belə ki, Vergi Məcəlləsi (16.1.7-1, 16.1.7-2, 58.10) sözügedən “Qəbz”i əldə etməyən şəxslərin özünə münasibətdə, həmçinin həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiqini müəyyən etmişdir ki, hazırki işdə adıçəkilən şəxslərin iddiaçı tərəfindən fəaliyyət göstərdiyi obyektə işə cəlb edilməsini təsdiq edən sübut mövcud deyil. Əksinə həmin şəxslər izahatlarında iddiaçını tanımadıqlarını, həmin obyektdə məclis təşkil edən müştərinin pul müqabilində dəvəti ilə obyektə gəldiklərini bildirmişlər.

39. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın digər 10 nəfərin (Şahid2, Şahid6, Şahid8, Şahid4, Şahid1, Şahid10, Şahid11, Şahid13, X5, Şahid17) əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə iddiaçının maliyyə sanksiyasına məruz qalması hissə si ilə razılaşır və hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

40. Belə ki, adıçəkilən şəxslərdən 9 nəfər (Şahid4 istisna olmaqla) həm operativ vergi yoxlaması zamanı, həm də ibtidai istintaqda izahat verərək, əmək müqaviləsi bağlanmadan iddiaçı tərəfindən işə cəlb edildiklərini bildirmişlər və iddiaçı tərəfindən bu halı təkzib edən hər-hansı sübut təqdim edilməmişdir.

41. Şahid4 isə operativ vergi yoxlaması zamanı 1 ay ərzində “MİRROR” restoranında işlədiyini bildirmiş, ibtidai istintaq zamanı izahatında xx.xx.2021-ci il tarixdən inzibatçı (administrator) kimi işə cəlb edildiyini bildirmiş, lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilərkən izahatın ona məcburi qaydada yazdırıldığını bildirmişdir. Bununla yanaşı Şahid4 hazırki m əhkəmə araşdırması zamanı şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, N.Niftəliyev onun dostudur, yoxlama keçirilən gündən əvvəlki günlərdə də ona kömək etmək üçün obyektə gedib-gəlmişdir, lakin əmək haqqı almamışdır.

42. Şahid4 həmin obyektdə əmək müqaviləsi bağlamadan operativ vergi yoxlamasının keçirildiyi tarixdən əvvəlki günlərdə də inzibatçı kimi işə cəlb edilməsi faktı özünün ifadəsindən əlavə, həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Şahid12, Şahid3, Şahid14 və digərlərinin ifadələri ilə öz təsdiqini tapır.

43. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir

44. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməs ini və iddia tələbinin tamamilə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair:

45. Belə ki, həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli DVX seriyalı 008884 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7636 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Keçirilən yoxlama zamanı təqdim edilmiş tələbnamə ilə 1 iş günü ərzində sənədlər tələb edilmi ş olsada 1 iş günü gözlənilmədən prosessual pozuntulara yol verilərək akt yazılmış və qərar qəbul edilmişdir. 46. 10 nəfər (Şahid12, Şahid7, Şahid9, Şahid5, Şahid14, Şahid3, Şahid20, Şahid19, Şahid16 və X1) münasibətdə vergi orqanı ətraflı araşdırma aparmadan, cəza tədbirinə əsas verən hallarla bağlı foto və video çəkiliş imkanlarından istifadə etmədən qərar qəbul etmişdir.

47. Operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin tələbləri pozulmuş izahat alınmamış, həmiçinin 2 qardaşa öz qardaşının obyektində X4ma, Şahid5, Şahid7, Şahid5, X1 maliyyə sanksiyası hesablanmışdır.

48. Şahid5, Şahid7, X1 ümumiyyətlə zor tətbiq edilmiş, Tamilla xanımı hətta fiziki zorakılıqla ağlamağa belə gətirib çıxarmış, Şahid5 zorla PPX vasitəsilə polis bölməsinə aparmış orada ona zorla izahat və sənədlərə imza etmə tələb edilmişdir.

49. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11 və 53.3-cü maddələri vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının, həmçinin Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduğu halların vergi ödəyicisinin xeyrinə şərh edilməli olmasını müəyyən etmişdir.

50. Şahid19 və Şahid20 obyektdə işləmədikdən barədə izahat vermişlər, lakin nəzərə alınmadan maliyyə sanksiyası hesablanmışdır.

51. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.7-1, 16.1.7-2 və 58.10-cu maddələri sözügedən “Qəbz”i əldə etməyən şəxslənn özünə münasibətdə, həmçinin həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiqini müəyyən etmişdir ki, hazırki işdə adıçəkilən şəxslərin iddiaçı tərəfindən fəaliyyət göstərdiyi obyektə işə cəlb edilməsini təsdiq edən sübut mövcud deyil. Əksinə həmin şəxslər izahatlarında iddiaçını tanımadıqlarını, həmin obyektdə məclis təşkil edən müştərinin pul müqabilində dəvəti ilə obyektə gəldiklərini bildirmişlər.

52. Şahid17 operativ vergi yoxlaması zamanı isə ümumiyyətlə ondan hər hansı izahat alınmamışdır.

53. Şahid10 həmin gün ora getsə də orada işləməmişdir. O həmin gün iş üçün danışığa gəlmişdir, lakin işin alınmadığını qeyd etmişdir. 54. 4 nəfərin (Şahid9, Şahid4, Şahid1 və Şahid11) əmək müqaviləsi mövcud olsada nəzərə alınmamışdır.

55. Şahid4 əmək müqaviləsi olduğunu, həmçinin əmək müqaviləsinin iş materiallarına da əlavə edildiyini diqqətinizə çatdırmaq istəyirik.

56. Şahid13 operativ vergi yo xlaması zamanı Namidarla iş görüşməsinə gəldiyini öz izahatında bildirmişdir.

57. Şahid15, Şahid6, Şahid8 və Şahid2 həmin gün İddiaçı iş üçün danışığa gəlmiş, lakin işin alınmadığını qeyd etmişdirlər.

58. Şahid10 və Şahid17 həm məhkəmə istintaqında, həm də operativ vergi yoxlaması zamanı əmək müqaviləsiz işçi kimi işləməsi faktı sübuta yetirilməmişdir.

59. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi işəgötürənlə ləıdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin maddənin 3-cü bəndinə görə işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi m üəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Sözügedən maddənin 5-ci bəndinə görə əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin maddənin 5-1-ci bəndinə görə əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

60. Cavabdehin kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair:

61. Apellyasiya məhkəməsi qərar qəbul edərkən dəlil olaraq qeyd etmişdir ki, 10 nəfərə münasibətdə onların əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı vergi orqanı ətraflı araşdırma aparmadan, cəza tədbirinə əsas verən hallarla bağ lı foto və video çəkiliş imkanlarından istifadə etmədən qərar qəbul etmişdir ki, bu hal qeyd olunan qərarın tam əsaslı olmaması qənaətinə gəlməyə əsas verir.

62. Məhkəmənin bu dəlili ilə bağlı bildirilir ki, vergi orqanı əməkdaşları tərəfindən foto və video çəkiliş imkanlarından istifadə etmədən operativ nəzarət tədbirinin keçirilməsinin hansı normanın tələblərini pozduğunu əsaslandırmadan ümumi fikir irəli sürmüşdür. Halbuki, vergi qanunvericiliyində vergi orqanı əməkdaşlarının üzərinə belə bir vəzifə qoyan tələb mövcud deyil. Foto və video çəkiliş olmadan keçirilən operativ nəzarət tədbirinin qanunsuz olması qənaətinə gələn məhkəmə bunu qanunvericiliyə əsasən əsaslandırmamışdır.

63. Məhkəmənin başqa bir dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Şahid19 və Şahid20 fər di qaydada musiqiçi və müğənnilik fəaliyyəti göstərdiklərinə görə onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməmələri baxımından iddiaçıya münasibətdə tətbiq edilmiş maliyyə sanksiyasını əsaslı hesab etməkdə haqlı olmamışdır.

64. Məhkəmənin bu dəlili ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən çalğıçılıq sahəsində məşğul olan 2 nəfərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət iddiaçının üzərinə düşür. Başqa sözlə Restoran sahibinin qanunvericiliyin tələbinə görə vəzifəsi idi ki, Şahid19 və Şahi d20 öz restoranında fərdi qaydada musiqiçi və müğənnilik fəaliyyətinə cəlb edənə qədər onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməsini dəqiqləşdirsin. Prosessual hüquq normalarının pozulmasına dair:

65. Mübahisənin predmeti olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7636 nömrəli qərar əsasında başlanan cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-50/2024 nömrəli “İddiaçı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təsirləndirilməsinə dair cinayət işi üzrə dəymiş ziyanı ödədiyinə görə həmin Məcəllənin 73.3-cü maddəsi tətbi q edilməklə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi” barədə qərarı qəbul edilmişdir. Cinayət işi üzrə icraat zamanı araşdırılan sübutlar və verilən izahatlarla 10 nəfərə münasibətdə onların əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı öz təsdiqini tapmaması barədə Apellyasiya məhkəməsinin dəlili aşkar şəkildə İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinin tələblərini pozmuşdur.

66. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-50/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən 20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmışdır. Cinayət işi üzrə qəbul olunan qərarda qeyd olunmuşdur ki, məhkəmə, iş üzrə zərərçəkmiş şəxslərin bir qisminin istintaq zamanı verdikləri ifadələrini təsdiq et məməsini inandırıcı saymır və təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımasını qeyd edir. Göründüyü kimi, cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsində icraat zamanı dindirilmiş zərərçəkmiş şəxslərin verdikləri ifadələrini inandırıcı saymamasını və təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımasını qeyd etməklə, mötəbər sübut kimi nəzərə almadığına baxmayaraq, apelyasiya məhkəməsi heç bir əsas olmadan hazırkı işdə bu ifadələri sübut kimi qiymətləndirmişdir.

67. Halbuki, cinayət işi üzrə aparılan araşdırılma zamanı digər mötəbər sübutlarla müəyyən olunmuşdur ki, “Azercell Telekom”, “Azerfon” və "xxxx" MMC-dən götürülmüş CD disklərdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, Şahid9, Şahid4, Şahid15, Şahid1, Şahid5, Şahid2, Şahid17, Şahid8, Şahid16, Şahid3, Şahid11, Şahid13, Şahid12, Şahid19 və Şahid20 adlarına qeyd olunan və istifadələrində olan mobil telefon nömrələrinin əhatə dairəsinin eyni olması, həmin şəxslərin ifadələrində göstərdikləri tarixlərdə deyil, anten məlumatlarına əsasən Şahid9 xx.xx.2021-ci il tarixdən, Şahid4 xx.xx.2021-ci il tarixdən, Şahid15 xx.xx.2021ci il tarixdən, Şahid1 xx.xx.2021-ci il tarixdən, Şahid2 xx.xx.2021-ci il tarixdən, Şahid17 xx.xx.2021-ci il tarixdən, Şahid8 xx.xx.2021-ci il tarixdən, Şahid11 xx.xx.2021-ci il tarixdən, Şahid13 xx.xx.2021-ci il tarixdən, Şahid18 xx.xx.2021-ci il tarixdən, Şahid16 xx.xx.2021-ci il tarixdən, Şahid5 xx.xx.2021-ci il tarixdən, Şahid3 xx.xx.2021-ci il tarixdən, Şahid14 xx.xx.2021-ci il tarixdən, Şahid12 xx.xx.2021-ci il tarixdən, Şahid19 xx.xx.2021-ci il tarixdən və Şahid20 xx.xx.2021 -ci il tarixdə ünvan 4 ünvanında yerləşən “MİRROR” restoranında işçi kimi işləmələri bir daha təsdiq edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli **********720400 nömrəli xidməti məktubundan müəyyən edilmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyət göstərdiyi ünvan 4 ünvanında yerləşən “MİRROR” restoranında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində 1.395,13 manat məbləğində “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınmış və qeyd olunan şəxslərlə hər hansı əmə k müqaviləsi bağlamamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, zərərçəkmiş şəxslərin iddiaçıya qarşı iddia və tələlərinin olmadığından, həmçinin cinayət nəticəsində işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını (20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində 1.395,13 manat məbləğində) ödəniş etdiyindən o, CM-nin 162-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir.

68. Apellyasiya məhkəməsi heç bir əsas olmadan cinayət işi üzrə məhkəmə icraatı zamanı alınmış ifadələri, ifadəni almış məhkəmənin özü belə mötəbər sübut kimi qəbul etməməsinə baxmayaraq, mötəbər sübut kimi qəbul etməsi anlaşılmazdır. Qanunun tələbinə görə Nərimanov Rayon M əhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət işi üzrə məhkəmə icraatı zamanı həm araşdırılan mötəbər sübutlarla, həm də iddiaçının özü tərəfindən 20 nəfərə münasibətdə 1.395,13 manat məbləğində ödəniş etməklə hadisənin olunması müəyyən edilmişdir. b. iddiaçının cavabdehin kassasiya şikayətinə etirazı

69. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, öz kassasiya şikayətinin isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

70. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə mal iyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən i şlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

71. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

72. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

73. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

74. Məhkəmə kollegiyası hesab edir ki, hər iki kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

76. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsini əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübu tları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

77. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvə yə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

78. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

79. Məhkəmə kollegiyası qeyd edir ki, 20 nəfər şəxsin bir qismi “MİRROR” restoranında işə cəlb edilməsi ilə bağlı ümumiyyətlə heç bir orqanda izahat verməmiş, digər bir qismi həm operativ vergi nəzarəti tədbiri zamanı, həm də başqa orqanlard a həmin obyekdə işə cəlb edilmədiklərini, başqa bir qismi operativ vergi nəzarəti tədbiri zamanı həmin obyektdə işləmələri barədə izahat versələr də sonrakı izahatlarında bunun əksini bildirmişlər və izahatların təzyiq altında alındığını, bir qismi isə yoxlama keçirilən gün işə düzəlmək üçün həmin obyektə gəldiyini və elə həmin gün də müvafiq müqavilə bağlandığını bildirmişlər.

80. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki halını və həmin hallara tətbiq edilməli olan hüquqi yanaşmaları düzgün şərh etməmiş, adıçəkilən şəxslərin izahatları ziddiyətli olduğundan onlara müqayisəli şəkildə hüquqi qiymət verməmiş və hər bir halda 20 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi qənaətinə gəlmişdir.

81. Məhkəmə kollegiyası qeyd edir ki, 10 nəfərə münasibətdə onların əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı vergi orqanı ətraflı araşdırma aparmadan, cəza tədbirinə əsas verən hallarla bağlı foto və video çəkiliş imkanlarından istifadə etmədən qərar qəbul etmişdir ki, bu hal qeyd olunan qərarın tam əsaslı olmaması qənaətinə gəlməyə əsas verir.

82. Kollegiya qeyd edir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

83. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qan unun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

84. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

85. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın digər 10 nəfərin (Şahid2, Şahid6, Şahid8, Şahid4, Şahid1, Şahid10, Şahid11, Şahid13, X5, Şahid17) əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə iddiaçının maliyyə sanksiyasına məruz qalması hissəsi ilə razılaşır və hesab edir ki, bu hissədə həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

86. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.

87. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-56/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar