Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2424/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 15 saylı şəhər poliklinikası) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli, 2-1(103)633/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ə.D.Məlikov adına 6 saylı Bakı Şəhər Xəstəxanasının müxtəlif dövrlərə məxsus ambulator kitabçadan çıxarışlarından və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxs tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçıda M50.1, R52, M43.0, M50.3, M51.4, R52, M19.8, M51.8, G90.8, F45, İ10, J31.2, F44, J42, G44.8, M17.0, G54.1, H.90, İ20 kodlu xəstəliklərin (ağırlaşmış formaları) mövcuddur.
2. İddiaçı həmin xəstəliklər səbəbi ilə ona əlillik təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixdə iddiaçının vəziyy ətini qiymətləndirərək əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onda olan xəstəliklər əlilliyin təyini üçün əsas versə də, cavabdeh tərəfindən qanunsuz və əsassız qərar qəbul edilərək əlilliyin təyinindən imtina olunmuşdur.
5. Cavabdeh inzibati orqanın yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 12 avqust 2022-ci il tarixli 21(112)-471/2022 nömrəli qərardadı ilə 15 sa ylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 31 iyul 2023-cü il tarixli 21(112)-152/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün qeyd olunan kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan şəxsin həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddə ti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olub-olmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz.
9. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə 2 ekspert rəyi alınmışdır. Belə ki, ilkin rəy prose ssual pozuntularla qəbul edildiyindən, təkrar ekspertiza təyin edilib rəy alınmışdır. Təkrar rəyin nəticə hissəsindən görünür ki, hər nə qədər göndərişdə olan xəstəliklərin əlilliyin təyininə əsas verməməsi barədə mövqe nümayiş etdirilsə də, göndərişdə olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı da göndərişlərdə olan xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərin) mövcudluğu şübhə doğurmamışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəs təliklərlə, X1 tərəfindən təsdiq edilmiş xəstəliklərin beynəlxalq təsnifatında elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir.
10. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. İşin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı iddiaçının müayinə həkimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloq-ortopedi X2 həkimmütəxəssis qismində məhkəmə iclasına dəvət edilmiş və sonuncu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı bir neçə dəfə yanında müayinə də olmuşdur, onda mövcud olan xəstəliklər hərbi xidmət zamanı alınmış travmadır. Onurğanın ağır İİİ dərəcəli hiperkifozu, boyun və döş fəqərələrinin kontrakturası, hərəkət məhdudiyyəti, funksiyanın pozulması, onurğanın L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, kənar osteofitləri, kəskin hərəkət məhdudluğu, sağ diz oynağının artozu və yeriyiş pozulmasıdır. Onu da bildirir ki, şəxsdə olan xəstəliklər sinirlə bağlıdır, lakin o, sinirlə bağlı xəstəliyə dair hər hansı fikir bildirə bilmir, çünki onun ixtisasına aid deyildir. Lakin MRT və EKG-yə baxaraq xəstədəki ağırlaşmalar barədə məlumat verə bilər. Həkim-mütəxəssis iş materiallarında olan MRT və EKG-yə baxıb xəstədəki ağırlaşmalar barədə məlumat verərək qeyd etmişdir ki, xəstədə olan onurğa sütunun statodinamik funksiyasının əhəmiyyə tli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin) onda beldə olan əhəmiyyətli ağrılarla müşayət edilməsi mümkündür. Hətta Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq XBT kodu üzrə ağırlaşmalar iddiaçıda mövcuddur.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və G.M.Abbasova) 02 may 2024-cü il tarixli, 21(103)-633/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 13.1. Məhkəmənin sorğusuna cavab olaraq 15 nömrəli Şəhər Poliklinikası qeyd etmişdir ki, iddiaçıda olan bütün xəstəliklər, əsas diaqnoz, ağırlaşmalar və yanakı xəstəliklər müəyyən edilərək müvafiq göndəriş əsasında aidiyyəti quruma göndərilmiş, Poliklinika tərəfindən zəruri tədbirlər görülmüşdür. 13.2. Məhkəmə sorğusuna cavab məktubunda cavabdeh inzibati orqan qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti hazırda qüvvədə olan və əvvəllər qüvvədə olmuş qanunvericilik normalarının tələbləri baxımından qiymətləndirilmiş və onda olan xəstəliklərin əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Belə ki, şəxsə hər iki yuxarı və aşağı ətrafda kəskin kontraktura, atrofiya, parez, iflic izlənilməmiş, rekfeks canlı alınmış, D=S, əzəl ə gücü və tonus normal, hərəkətlər tam həcmdə olmuşdur. 13.3. Komissiyanın fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilərək yoxlanılmış, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur. 13.4. Göründüyü kimi, cavabdeh inzibati orqan müxtəlif dövrlərə məxsus imtina qərarlarında səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, diaqnozun əlillik təyininə əsas verməməsini göstərmişdir. 13.5. Mövcud xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərin) olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərb aycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 260/MEŞ nömrəli rəyinin nəticə hissəsində qeyd olmuşdur ki, iddiaçının adına 15 saylı poliklinika tərəfindən rəsmiləşdirilmiş göndərişdə xəstəliyin əlillik səviyyəsini təyin edən ağırlaşmalar qeyd olunmamışdır. Belə ki, göndərişdə mərkəzi və periferik sinir sisteminə aid ciddi pozuntular (ətraflarda parez, iflic, oynaqlarda əhəmiyyət kəsb edən konturaktura) qeyd olunmamışdır. Bu səbəbdən, OO33OO3AADGF nömrəli elektron müraciət qismən doldurulmuş hesab edilir və bu hal, Əsasnamədə əlillik dərəcəsinin verilməsinə qənaətbəxş deyildir. İddiaçıya 17.01-xx.xx.2022-ci il tarixlərdə X3 kliniki, laborator, instrumental müayinələr əsasında “Boyun radikulopatiyası. C3-C4; C4- C5; C5-C6; C6-C7 fəqərəara sı disklərdə protruziyalar. Boyun osteoxondrozu, kökcük ağrıları ilə (Hərbi travma 498 saylı). L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərdə protruziyanın retrolistezi. C5in anterolistezi. C2-C7 və Ll-Sl səviyyəsində Şmorl yırtıqları. Yanaşı xəstəlik: Beyinin xroniki işemiyası. Vertebrobazilyar sindrom. Sağ diz oynağının kəskin sinoviti” diaqnozu; Akad. M.Ə.Mirqasımov adına RKX-da 19.02-xx.xx.2022-ci il tarixlərdə əsas xəstəlik: “Diskogen (C6,L5, Sİ) radikulopatiya. Əsas xəstəliyin ağırlaşması C3-C7 disklərdə protruziya. Onurğanın yayılmış osteoxondrozu. İfadəli kökcük- ağrı sindromu və hərəkət məhdudiyyəti ilə. Yanaşı xəstəlik: baş-beyinin minimal atrofiyası. Xroniki beyin qan dövranı pozulması. Qeyri-müəyyən mənşəli psixoorqanik sindrom. Qonartroz İİİ dövr” diaqnozu; Ə.D.Məlikov adına 6 nömrəli BŞX-da 16.03-xx.xx.2022-ci il tarixlərdə əsas xəstəlik: “İ20,8 ÜİX. Stabil gərginlik stenokardiyası 1 FS” Yanaşı xəstəliklər-arterial hipertenziya, serebral ateroskleroz. Boyun radikulo-patiyası. Bel-oma radikulopatiyası. Stresə qarşı reaksiya” diaqnozu təyin edilərək müvafiq müalicələr aparılmışdır. Hal-hazırda qeyd olunan diaqnozlara uyğun sağlamlıq vəziyyətində kəskinləşmə baş verdiyi halda profil üzrə müayinə və müalicələrinin davam etdirilməsinə ehtiyac vardır. 13.6. Hazırda yaranmış məhkəmə praktikasına istinadən, əlilliyin müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də olan meyarlardan hər h ansı biri mövcud olmadığı, lakin Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda olan hal mövcud olduğu halda hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. 13.7. İddiaçının diaqnozunda qeyd edilmiş xəstəliklər və onların ağırlaşmaları hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. Belə ki, 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı Sinir sistemi xəstəlikləri bəndinin 6.6.3-cı yarımbəndində boyun şöbəsinin fəqərəarası disklə rinin zədələnməsi (M50), digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51), 6.1-ci yarımbəndində Vegetativ (avtonom) sinir sisteminin pozuntuları (G90.8) həmçinin, əsas xəstəliklərin ağırlaşmış formaları 13-cü sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bəndinin 13.4-cü yarımbəndində digər artrozlar (M19), 13.5.1-ci yarımbəndində digər deformasiya edən dorsopatiyalar (M43) qeyd edilmişdir. 13.8. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçıda mövcud olan xəstəliklər həm sinir sistemi xəstəlikləri, həm də sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (ağırlaşmaları ilə birlikdə) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən iddia tələbi əsaslıdır. 13.9. İnzibati işin araşdırılmış hallarından h əmçinin aydın görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən bir neçə dəfə göndərişlər cavabdeh orqana ünvanlanmış, əvvəlki göndərişlər nəticəsində qəbul edilmiş inzibati akt mübahisələndirilməmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl sonuncu göndəriş xx.xx.2020-ci ildə 0033003AADAN saylı göndəriş olmuş, həmin göndərişə dair qiymətləndirmə nəticəsində inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina qərarı vermiş, daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. 13.10. İddiaçı ona konkret neçənci dərəcə əlilliyin təyin edilməsini iddia tələbində, apellyasiya şikayətində, məhkəmə araşdırmaları zamanı qeyd etməmişdir. Belə olan halda inzibati orqan diskresion səlahiyyətləri çərçivəsində iddiaçıda mövcud olan xəstəliklərə uyğun əli llik dərəcəsi təyinatını həyata keçirməlidir. 13.11. Yekunda, iddia tələbi təmin edilməli, iddiaçıya məhkəmədə iddia qaldırmazdan əvvəl verilmiş olan imtina qərarında istinad edilən göndərişin tarixi nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaç ının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Həmçinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymə tləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir....
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azə rbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik;... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektr on sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasın a və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qay danın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından im tina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələbl ər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad q əbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya m əhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müb ahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli, 21(103)-633/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.