Məhkəmə qərarları › İş №2-1(102)-2428/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2428/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2428/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-962/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Kəmalə Qasımova tərəfindən İddiaçı (X20) övladlığa götürülmüşdür.

2. AZ-İ № 013541 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 Kəmalə Elxan qızı tərəfindən övladlığa götürülmüş və ona İddiaçı adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 24 nömrə ilə qeyd aparılmışdır. 3. 14.06.2017-ci il tarixli, ********* saylı doğum haqqında akt qeyddən görünür ki, İddiaçı (X20) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X12, anası X6r. Ata haqqında qeyd yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən aparılmış, doğumun qeydi ilə bağlı AZ-İİİ № 903286 saylı şəhadətnamə verilmişdir.

4. AZ-İİ № 362681 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.2023cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 531 nömrə ilə qeyd aparılmışdır. 5. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.202 3-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:

1. Atası - X12 (24.04,1945) (Ölüm tarixi xx.xx.2023);

2. Anası: X11 (xx.xx.1949);

3. Qızı: İddiaçı (xx.xx.2016).

6. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərz ində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə uyğun olaraq, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmçinin sözügedən Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Qeyd olunanlara əsasən bildiririk ki, X2nun İddiaçı (X13) atası olması faktını təsdiq edən müvafiq sənədi (atalığın müəyyən edilməsi barədə şəhadətnamə və ya övladlığa götürmə ilə bağlı məhkəmə qərarı) və ya sizinlə X8 nikahı haqqında və ya nikahın pozulması haqqında şəhadətnamənin surətini DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında İddiaçı (X13) ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. X10 (bundan sonra – “idd iaçı”) Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “azyaşlı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı daha sonra ərizə təqdim edərək “iddiaçının X4 İddiaçı əvəz edilməsini, cavabdehin isə Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını” xahiş etmiş və ərizə təmin edilmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvə llüdlü X14 övladlığa götürmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İ № 013 seriyalı övladlığa götürmə haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında da X15 yeni ad və soyad verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İİİ № 952247 seriyalı doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə ad və soyadı İddiaçı, ana adı və soyadı Qasımova Kəmalə, ata adı və soyadı isə övladlığa götürənin atasının adı Qasımov Elxan qeyd olunmuşdur. Övladlığa götürüldüyü ilk gündən azyaşlı İddiaçı Qasımov Elxanın himayəsində olmuşdur. Azyaşlının səhhətində problemlər olduğundan onun müalicəsi X8 vəsaiti (pensiyası) hesab ına həyata keçirilmişdir və X22 azyaşlıya valideynlik etmiş, onun qayğısına qalmışdır. X12 xx.xx.2023-cü il tarixində “dəqiqləşdirilməmiş sepsis” diaqnozundan ölmüşdür və onun ölümü xx.xx.2023-cü il tarixində 530 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 23 saylı Notariat ofisindən verilmiş xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə əsasında xx.xx.2023-cü il tarixində vəfat etmiş, ünvan 1 ünvanında yaşamış, xx.xx.1945-ci il təvəllüdlü X8 adına Bakı şəhəri 23 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi və miras əmlakdan onlara çatacaq pay aşağıdakı kimi müəyyən edilmişdir. 1.Qızı- X10 ½ pay-qanun üzrə vərəsə,

2. İddiaçı ½ pay-qanun üzrə vərəsə. Cavabdeh orqana hazırkı tələblə müraciə t etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

10. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (X20) X10 tərəfindən övladlığa götürülmüş, Nəsimi rayon qeydiyyat şöbəsində tərtib edilmiş 0044 1 0213 14062017 nömrəli doğum haqqında akt qeydində, AZ-İ 013541 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədə və AZ-İİİ 952247 nömrəli doğum haqqında şəhadətnamədə X5 göstərişi ilə İddiaçı (X20) atası X12 qeyd edilmişdir. Belə ki, qanunvericiliyə əsasən bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz və aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Mərhum X1 Kəmalə Elxan qızının atası olduğundan qanunvericiliyin tələbinə əsasən İ ddiaçı (X20) onun tərəfindən də övladlığa götürülməsinin mümkün olmaması işin mübahisəsiz halıdır. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. Hazırkı iş üzrə iddiaçı yalnız X10 tərəfindən övladlığa götürüldüyündən, habelə X2nun övladlığa götürülmüş uşağın atası kimi X5 göstərişi ilə qeyd edildiyindən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkünsüz olmuşdur. Belə ki, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. İddiaçı (X20) X12 tərəfindən övladlığa götürülməsini təsdiq edə n hər hansı sənəd təqdim edilməmişdir və övladlığa götürmüş şəxsin göstərişi ilə şəxsin ata kimi qeyd edilməsi həmin şəxsin valideynlik hüquq və vəzifələrinin yaranmasının əsası kimi qəbul edilə bilməz. Nəticə etibarilə, X2nun İddiaçı (X13) atası olması faktını təsdiq edən müvafiq sənədi (atalığın müəyyən edilməsi barədə şəhadətnamə və ya övladlığa götürmə ilə bağlı məhkəmə qərarı) təqdim edilmədiyindən əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxılmasının mümkünlüyü bildirilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4176/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim – S.Salahova).

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ər-arvad olmayan iki şəxs bir uşağı övladlı ğa götürə bilməz və övladlığa götürmədən sonra övladlığa götürülənin doğum haqqında akt qeydində övladlığa götürən qadının göstərişi ilə hər hansı bir şəxsin ata kimi qeyd edilməsi həmin şəxsə övladlığa götürən statusu, buna uyğun olaraq da müvafiq hüquq və vəzifələr vermir. Çünki yalnız övladlığa götürənlər övladlığa götürülənə münasibətdə doğma valideynə bərabər tutularaq onun şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə malik olur. Övladlığa götürənin qohumu isə öz statusuna uyğun olaraq övladlığa götürülənə münasibətdə hüquq və vəzifə daşıyır. Yəni işin hazırkı halında mərhum E.Qasımov İddiaçı övladlığa götürmədiyindən, onu övladlığa götürən K.Qasımovanın atası olduğundan, iddiaçıya münasibətdə valideynin deyil, babanın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə malik olmuşdu r. Belə olan halda isə aydındır ki, o, iddiaçının valideyni hesab edilə (doğma uşaqla bir səviyyədə tutula) və onun vəfatına görə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilə bilməz.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-962/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4176/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov, E.Əliyev).

15. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri 23 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə İddiaçı atası kimi adı qeyd olunan Elxan Qasımovun (əslində babasının) vərəsəsi kimi tanınsa da, təkcə bu fakt onun sonuncu tərəfindən övladlığa götürülmədiyi səbəbindən Elxan Qasımov vəfat etdikdən sonra əmlak hüquqlarının keçirilməsi (ailə başçısını itirməyə görə pensiya təyin olunması) üçün əsas vermir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hü ququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 16.1. Övladlığa gö türənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 16.2. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. 117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, u şaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. 127.1. Məhkəmə övladlığa götürənlərin xahiş i ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. - 134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məh kəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. M addə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırda iddiaçının hüquqi marağı məhz X8 ölməsi ilə əlaqədar olaraq azyaşlı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına yönəlmişdir.

29. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından (eləcə də işin mübahisəsiz hallarından) görünür ki, İddiaçı (X20) məhz Kəmalə Qasımova tərəfindən övladlığa götürülmüşdür. İddiaçı aid doğum haqqında qeyddə ana qrafasında X10, ata qrafasında isə məhz Kəmalə Qasımovun göstərişi ilə X8 a dı qeyd edilmişdir.

30. Göründüyü kimi İddiaçı yalnız Kəmalə Qasımova tərəfindən övladlığa götürülmüş və onun göstərişi ilə əri olmayan şəxsi, yəni öz atasının adını uşağın doğum haqqında qeydində atası kimi qeydə aldırmışdır. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən göründüyü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin siyahısını konkret olaraq müəyyən etmiş, hər hansı əlavə şərt müəyyən etməmişdir. Normaya əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının doğma uşağı (14.1.1-ci maddədə göstərilən şərtlər daxilində) və ya övladlığa götürdüyü şəxs onun vəfatı ilə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir.

32. Ailə Məcəlləsində isə bir uşağın iki şəxs tərəfindən (ər-arvaddan başqa) ö vladlığa götürülə bilməməsi və nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılması müəyyən edilmişdir.

33. İşə baxan apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin normalarından da göründüyü kimi ər-arvad olmayan iki şəxs bir uşağı övladlığa götürə bilməz və övladlığa götürmədən sonra övladlığa götürülənin doğum haqqında akt qeydində övladlığa götürən qadının göstərişi ilə hər hansı bir şəxsin ata kimi qeyd edilməsi həmin şəxsə övladlığa götürən statusu, buna uyğun olaraq da övladlığa götürənin hüquq və vəzifələrini vermir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin “iddiaçının vərəsə olması” dəlilinə münasibətdə bildirir ki, doğum ha qqında şəhadətnamənin mötəbərliyini rəhbər tutaraq hərəkət edən notarius tərəfindən iddiaçının Elxan Qasımovun vərəsəsi kimi tanınması hazırkı işin yuxarıda sadalanmış hallarını və qanunvericiliyin tələblərini dəyişməsinə səbəb ola bilməz.

35. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)962/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar