Məhkəmə qərarları › İş №2-1(102)-2429/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2429/2024

09.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2429/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın əsaslandırılmaması, səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması, enerji sərfiyyatına görə verginin hesablanması, şərti rentabellik normasının birbaşa tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(103)-174/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-cı il tarixli, **********144530 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2018-ci ildən dekabr 2020-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2022-ci il tarixli, **********144575 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisinin 2018-2020-ci illər üzrə ümumilikdə 261111,23 (72451+93566,54+95093,69) manat; əlavə dəyər vergisinin 2018-2020-ci illər üzrə ümumilikdə 1255971,28 (412868,52+474893,91+368208,85) manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sözügedən vergilərin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə müvafiq maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

3. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156228 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli, **********144575 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və y a icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156228 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmiş, lakin səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlar açıqlanmamışdır. Eyni zamanda, yoxlamanın aparılması zamanı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin bir sıra tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021-ci il tarixləri müəyyən olunmuşdur. Lakin sonradan yoxlama prosesində yoxlama 10 dəfə müvəqqəti dayandırılmış, 1 dəfə isə uzadılmışdır. Səyyar vergi yoxlaması aktına əsasən həmçinin müəyyən olunur ki, yoxlama xx.xx.2021-ci il tarixində başlanılmış və xx.xx.2021-ci il tarixində başa çatdırılmışdır. Həmin aktda vergi orqanının xx.xx.2021-ci il tarixli, **********153009 nömrəli qərarına əsasən aktın tərtibi müddətinin 30 gün uzadıldığı qeyd ediləsə də, bu barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə müvafiq məlumatlar daxil edilməmişdir. Halbuki, yuxarıda qeyd e dilən Əsasnamənin tələbinə əsasən uzadılma barədə qərar reyestrə daxil edilməli idi. Eyni zamanda, aktın tərtibi müddətinin uzadılması qərarı da əsassız olmuşdur. Belə ki, mövcud vəziyyətdə aktın tərtibi müddətinin uzadılması üçün qanunverciliklə müəyyən olunmuş 2 səbəbdən heç biri olmamışdır. Birincisi,hesablama üçün əsas olan mütəxəssis rəyi xx.xx.2021-ci il tarixdə tərtib edilərək vergi orqanına təqdim edilmiş, yoxlama isə xx.xx.2021-ci il tarixində başa çatdırılmışdır. Digər tərəfdən isə, yoxlama zamanı digər şəxslərə sorğuların göndərilməsi və onun cavabının müəyyən olunmuş müddətdə əldə edilə bilməməsi ilə bağlı heç bir məlumat mövcud deyildir. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmışdır. Mütəxəssis qismində "xxxx" MMC-nin nümayəndəsı X1 iştirak etmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, aktiv enerji sərfiyyatina görə (1 saata 90 kvt olmaqla) aylar ərzində iş saatı müəyyən olunmuş və 1 saata 40 kub metr beton istehsalı müəyyən olunmaqla, cəmi 112450,42 kub metr ümumi beton istehsalı həcmi müəyyən olunmuşdur. Lakin nə rəydə, nə də səyyar vergi yoxlaması aktında istehsal avadanlıqlarının hansı meyar və göstəricilərə əsasən 1 saata 40 kub metr beton istehsal edə bilməsi əsaslandırılmamışdır. Avadanlıqların texniki göstəriciləri barədə heç bir məlumat mövcud olmamışdır. Bu barədə iddiaçı tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixli sorğu göndərilsə də, cavabdeh bu sorğuya cavab vermədən, məktubun icrasını başqa bir sənədlə bağlamışdır. Həmçini n xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” protokola əsasən müəyyən edilmişdir ki, baxış zamanı beton zavod fəaliyyət göstərməmiş, həmin ərazidə müəssisənin təsisçisi X2 tərəfindən icarəyə verilmiş taxta sexi və dəmir məmulatları istehsalı sexlərinin faktiki fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, müəssisəyə məxsus olan qeydiyyatda olan təsərrüfat subyektinin adı “Beton istehsalı və icarə obyekti” olmuşdur, obyektdə cəmi 1 elektrik sayğacı quraşdırılıb. Yoxlama dövründə həmin icarə obyektində faktiki olaraq neçə icarədarin fəaliyyət göstərməsi və onların dəqiq enerji sərfiyyatı müəyyən olunmamışdır. Obyektlərin hər birinə ayrılıqda sayğac qur aşdırılmadığından, mütəxəssis rəyində hər il stabil olaraq 25% digər icarədarların enerji sərfiyyatı nəzərə alınsa da, bu doğru yanaşma deyildir. Baxış protokolundan da göründüyü kimi, müşahidə zamanı beton istehsalı zavodu faktiki olaraq fəaliyyət göstərməmiş, digər sexlər isə fəaliyyət göstərmişdir. Bu zaman elektrik enerjisi sərfiyyatının 70%-nin işləməyən müəssisəyə aid edilməsi əsassızdır. Mütəxəssis rəyinə əsasən 112450,42 kub metr ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktında illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmışdır (M-100, M-150, M-200, M-250, M-300, M350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə ist ehsal həcmi müəyyən olunduğu əsaslandırılmamış və markalar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi. Bildirilmişdir ki, yoxlama dövründə müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında 1592207,96 manat dəyərində beton satışı aparılmış, mənfəət vergisi bəyənnamələrində 1598042,6 manat dövriyyə bəyan olunmuşdur. Lakin səyyar vergi yoxlaması aktına əsasən 8503486,18 manat dövriyyə müəyyən olunmuşdur ki, bu absurd bir rəqəmdir. Vergi orqanının yanaşmasına görə yoxlama dövründə vergi ödəyicisi tərəfindən 6905443,58 manat dövriyyə kənarlaşması olmuşdur. Halbuki, yoxlama ilə hər hansı bir pərakəndə və ya elektron qaimə faktura olmadan satış aparılması təsdiqini tapmamışdır. Verg i orqanı istehsal həcminin müəyyən olunması məqsədi ilə xronometraj metodu ilə müşahidə təyin edə biləcəyi halda, bu hüququndan istifadə etməmişdir. Bunlardan əlavə, “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” protokol müşahidəçi kimi "xxxx" MMCnin mütəxəssisi tərəfindən imzalanmışdır. Halbuki, Vergi Məcəlləsinin 47-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2021ci il tarix li, **********144530 nömrəli qərarına əsasən iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. xx.xx.2021-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə xx.xx.2021-ci il tarixində iddiaçıya əlbəəl qaydada təqdim olunmuş, tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin iddiaçı tərəfindən sənədlər təqdim olunmamışdır. Bu barədə xx.xx.2021-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilərək xx.xx.2021-ci il tarixli məktubla elektron qaydada iddiaçıya tə qdim olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması haqqında” məktublarla ididaçıya müraciət olunmuş və tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən yoxlamaya sənədlərin bir qismi təqdim olunmuş və nəticəsi xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” aktla rəsmiləşdirilmişdir. İddiaçının fəaliyyəti üzrə beton məmulatlarının real istehsal həcminin müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. İddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə cavabdeh tərəfindən “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar çıxarılaraq "xxxx" MMC-nin əməkdaşı X1 mütəxəssis kimi dəvət olunmuşdur. Mütəxəssisə xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Mütəxəssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmiş və nəticədə xx.xx.2021-ci il tarixli mütəxəssis rəyini tərtib etmişdir. Həmin mütəxəssis rəyi əsasında iddiaçıya vergilər hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması üzrə: Müəssisənin 2018-2020-ci illər üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırıla rkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Yoxlama ilə cavabdeh tərəfindən 2018-2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq, müəssisənin 20182020-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 72451 ((85561,80 manat (yoxlama ilə) – 13110,80 manat (müəsisənin hesablaması ilə)) manat, 2019-cu il üzrə 93566,54 manat, 2020-ci il üzrə 95093, 69 manat, cəmi 261111,23 manat azaldılması müəyyən edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 27 aprel 2023-cü il tarixli, e-21(112)-2374/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156228 nömrəli qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsini və 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

9. Həmçinin mütəxəssis rəyinə əsasən iddiaçının istehsal həcmi sərf edilmiş elektrik enerjisi əsasında müəyyən edilmiş və səyyar vergi yoxlaması ilə mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Bununla əlaqədar olaraq məhkəmə ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması, yoxlanılması, faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Hər hansı maddi və prosessual hüquq normasına əsaslanmdığından vergi ödəyicisinin gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz.

10. Digər tərəfdən, qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadı r. Təbii ki, belə olan halda, gəlirlərin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Həmçinin inzibati orqan olaraq yoxlama zamanı ƏDV-nin hesablanması məqsədi ilə təqdim edilmiş malların miqdarını və dəyərini müəyyən etmədən mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında ƏDV-nin hesablanması əsassızdır.

11. Həmçinin, baxış protokoluna əsasən işıq və su sayğaclarının müəssisənin yerləşdiyi ərazidə olduğu, beton istehsalı zavodunun faktiki fəaliyyət göstərmədiyi, lakin ərazidə icarəyə verilmiş taxta sexi və dəmir məmumatları sexinin fəaliyyət göstərdiyi müəyyən edildiyi halda, ümumi enerji sərfiyyatının nəyə əsasən iddiaçı tərəfindən 75%nin, digər subyektlər tərəfindən i sə 25%-nin istifadə olunması qənaətinə gəlinməsi mütəxəssis rəyi və yoxlama aktı ilə əsaslandırılmamışdır. Mütəxəssis rəyi, baxış protokolu və səyyar vergi yoxlaması aktında ərazidə fəaliyyət göstərən hər bir obyektin ayrı-ayrılqda elektrik sayğacının olması və bu sayğacların göstəriciləri barədə heç bir məlumat mövcud deyildir. Həmçinin mütəxəssis rəyində istehsal zamanı istifadə olunan avadanlıqların istehsal gücü, texniki parametrləri, göstəriciləri və s. barədə və elektrik enerjisi sərfiyyatı ilə istehsal həcmi arasında əlaqənin müəyyən olunması barədə sınaq istehsalın aparılması barədə heç bir məlumat mövcud deyildir.

12. Eyni zamanda müəyyən olunur ki, mütəxəssis rəyinə əsasən yalnız illər üzrə 112450,42 kub metr (2018-ci il 39450,95, 2019-cu il 35847,61, 2020-ci il 37151,86 kub metr ) ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktına əlavə olaraq yoxlayıcı tərəfindən tərtib olunmuş mütəxəssis rəyi əsasında “satış dövriyyəsinin hesablanması” cədvəlinə əsasən müəyyən olunur ki, illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmış və fərqli qiymətlərlə qiymətləndirilmişdir (M-100, M-150, M-200, M250, M-300, M-350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə istehsal həcminin müəyyən olunduğu əsaslandırılmamış və markalar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi.

13. Vergi orqanı tərəfindən keçirilən s əyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil təqdim edilməmişdir. Bununla da müəyyən edilmişdir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

14. Həmçinin, iş üzrə materiallara görə (“Səyyar vergi yoxlaması” aktına və xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən), iddiaçıya münasibətdə aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (10 dəfə) dayandırılmış və uzadılmış (2 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və idd ianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Mehriban Qarayeva və Pərviz Hüseynov) 14 may 2024-cü il tarixli, 2-1(103)-174/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, yoxlama ilə cavabdeh tərəfindən iddiaçının 2018-2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlər nəzərə alı naraq, iddiaçının 2018-2020-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Beləliklə, yoxlama ilə iddiaçı tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 72451 ((85561,80 manat (yoxlama ilə) – 13110,80 manat (iddiaçının hesablaması ilə)) manat, 2019-cu il üzrə 93566,54 manat, 2020-ci il üzrə 95093,69 manat, cəmi 261111,23 manat azaldılması müəyyən edilmişdir.

18. Hesablamaya əsas xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istehsal olunmuş məhsullarının real istehsal həcmi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında hesab landı. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə ((təqdim olunan beton markası (kub metr)/ümumi təqdim olunan beton markaları (kub metr)) məhsulların orta qiymətləri təqdim edilərək vergilər hesablanmışdır.

19. Vergi auditi idarəsinin xx.xx.2021-ci il tarixli xidməti məktubuna əsasən (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarı ilə götürülmüş sənədlərə əsasən) cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

20. Həmin xidməti məktubda qeyd olunmuşdur ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində adı xidməti məruzəyə əlavə edilmiş vergi ödəyiclərində vergidən yayınma hallarının olması müəyyən edilmişdir. Belə ki, təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəəmaterial ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadi göstəricilərini əks etdir ən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir.

21. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Belə ki, məhkəmə kollegiyası diqqətə çəkir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Normanın məzmunundan görün düyü kimi, burada söhbət vergitutma obyektinin müəyyənləşdirilməsi və ödənilməli olan verginin məbləğinin hesablanması məqsədi ilə istifadə olunan əlaqəli məlumatlardan deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi üçün istifadə olunan “mənbəyi bəlli olan hər hansı məlumat”dan gedir.Belə mövqe analoji işlərlə bağlı Ali Məhkəmənin qərarlarında da əksini tapmışdır.

22. Həmçinin cavabdehin səyyar vergi yoxlamasını dayandırmasının əsasları, müəssisənin direktorunun müraciət məktubları əsasında səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi və vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı olmuşdur.

23. H əmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdehin vergiləri əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərd ə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. İşin hallarına görə qiymət verilən məlumata vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumat, görülmüş işlərin fiziki həcmi barədə məlumat əlaqəli məlumat kimi qiymətləndirilməklə vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Mənfəət vergisinin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mənfəət vergisinin hesablanmasının qaydası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.20 03-cü il tarixli, 42 nömrəli qərar) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ilə müəyyən edilmişdir.

24. Gəlirlərin elektrik enerjisinin sərfiyyatına görə hesablanması ilə bağlı dəlillərə münasibət bildirmək üçün öncəliklə məhusulun maya dəyəri ilə məhsulun istehsal həcminin müəyyən edilməsi qaydası arasında olan əlaqəni təyin etmək zəruridir. Maya dəyəri məhsulun istehsalının effektiv olmasını göstərən ən vacib iqtisadi göstəricidir. Onda təsərrüfat fəaliyyətinin bütün sahələri, bütün istehsal resursları cəmlənir. Təsərrüfat subyektinin fəalliyyətinin maliyyə göstəriciləri maya dəyərindən asılı olur. Maya dəyərinə aşağıdakılar daxildir:

1. Material xərcləri;

2. Əlavə xərc lər;

3. Enerji xərcləri;

4. İşçilərin məvacibi;

5. Xidmət və məhsulların realizasiyası. İstehsal gücü, müəyyən bir şəraitdə mümkün olan bir müəssisənin (bölmələri, avadanlıqları) vaxt vahidi üzrə istehsal etdiyi həcmdir. İstehsal gücünün dəyəri dinamikdir və istehsal şərtlərinə və məhsulların (görülən işlərin, xidmətlərin) xarakterinə, işçi qüvvəsinin mövcudluğuna və onun keyfiyyətlərinə, müəssisənin iş rejiminə və digər amillərə görə dəyişir. Göründüyü kimi, məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üzrə qaydalarla, istehsal həcminin müəyyənləşdirilməsi qaydası fərqlidir. İstehsal gücünün təyin edilməsi üçün avadanlıqların texniki göstəriciləri əsas götürülməklə elektrik enerjisi sərfiyyatı əsasında nəticənin sonlandırılması mümkündür. Yəni texniki avadanlığın göstəriciləri əsasında bir saat ərzində nə qədər məhsul istehsal edilməsinin müəyyən edilməsi imkan daxilindədir. Lakin məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üçün xərc elementləri birlikdə götürülməli və vahidin maya dəyəri müəyyən olunmalıdır. Maya dəyəri məhsulun əmələgəlmə xərclərini əhatə etdiyi halda, istehsal həcmi məhsulun fiziki ölçüsünü müəyyən edir.

25. Məhkəmə kollegiyası diqqətə çəkir ki, baxış protokoluna əsasən baxış zamanı beton istehsalı zavodunun faktiki fəaliyyət göstərməməsi onun yoxlanılan dövrlərdə fəaliyyət göstərməməsi anlamına gəlmir. Mütəxəssis rəyinə nəzər yetirsək ərazidə icarəyə verilmiş taxta sexi və dəmir məmulatları sexinin enerji sərfiyyatı mütəxəssisin rəyində nəzərə alınmışdır. Mütəxəssis rəyində, baxış protokolunda və səyyar vergi yoxlaması aktında ərazidə fəaliyyət göstərən hər bir obyektin ümumi elektrik sayğacından istifadə etdiyi qeyd olunmuşdur.

26. Bundan başqa, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının xx.xx.2023cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi daxil olmuşdur. Həmin ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli, **********144575 nömrəli aktında və xx.xx.2022ci il tarixli, **********156228 nömrəli qərarında göstərilən vergi məbləğlərinin (az hesablanmış vergilərlə bağlı) düzgünlüyü müəyyən olunmur. Tədqiqi hissədə qeyd edildiyi kimi, "xxxx" MMC-nin mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən iddiaçı üzrə faktiki istehsal edilmiş beton məh sulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı əsasında beton məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyksiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əməkhaqqı; istehsal fə hlələrinin əlavə əməkhaqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istiehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq "xxxx" MMCnin mütəxəssisi tərəfindən iddiaçı üzrə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Faktiki istehlak olunmuş enerji sərfiyyatı hər bir obyekt üzrə ayrı-ayrılıqda m üəyyən edilməli idi. Belə ki, digər obyektlərdə istehlak olunmuş enerji sərfiyyatı müəyyən edilərkən həmin obyektlərin istehsal gücü, avadanlıqlarının aşınmaya (köhnəlməyə) məruz qalıbqalmaması, istehsal prosesindən kənar sərfiyyatçıların olub-olmaması, olduğu təqdirdə elektrik enerjisi sərfiyyatı mövsümündən asılı olaraq (yəni elektrik avadanlıqlarından və həmin avadanlıqlardan istifadə, elektrik qızdırıcı cihazlarından istifadə, işıqlandırma sistemindən və həmin işıqlandırmadan istifadə və sairə) müəyyən olunmalı idi. Bununla yanaşı, digər obyektlərin hansı tarixdən fəaliyyət göstərməsi və digər məlumatlar də müəyyən edilməli idi. Mütəxəssis rəyində isə qeyd edilən hallar nəzərə alınmadan digər obyektlərin istehlak etdiyi enerji sərfiyyatı və müəssisədə istifadə edilən elektrik enerjisin ə görə 5 faiz itki müəyyən olunmuşdur. Tədqiqata təqdim edilmiş sənədlər (elektron qaimə fakturalar, bank çıxarışları, əməkhaqqı hesablanması cədvəlləri, bəyannamələr, cədvəllər və s.) və hesabatlar nəzərə alındıqda isə yoxlamanın əhatə etdiyi dövrdə müəssisənin təqdim etdiyi bəyannamə (ƏDV, mənfəət) göstəriciləri ilə sənədlər arasında uyğunsuzluq müəyyən edilmədi.

27. Məhkəmə kollegiyası hazırkı halda iş üzrə digər sübutlar əsasında birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmağa əsaslar görmür. Belə ki, ekspert rəyindən göründüyü kimi, rəydə suallar cavablandırılarkən nəzəri biliklərə əsaslanılmış, normativ hüquqi-akta istinad edilmədən ekspertin mülahizəsinə uyğun rəy tərtib edilmişdir.

28. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin ol unmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

29. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi b u Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələ b olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Maddə 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Maddə 45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onu n tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Maddə 45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələbləri nin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin o lmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən ba nk hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edil ir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan ve rgi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan reda ksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 33. “Sahibkarlı q sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərd ə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

34. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparıla n yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhə miyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olu nmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNST ANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməl i, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

41. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-cı il tarixli, **********144530 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2018-ci ildən dekabr 2020-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2022-ci il tarixli, **********144575 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisinin 2018-2020-ci illər üzrə ümumilikdə 261111,23 (72451+93566,54+95093,69) manat; əlavə dəyər vergisinin 2018-2020-ci illər üzrə ümumilikdə 1255971,28 (412868,52+474893,91+368208,85) manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sözügedən vergilərin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə müvafiq maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156228 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli, **********144575 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156228 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir.

43. Mübahisəyə dair iş üzrə materiallardan səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanıldığı görünür. Lakin nə yoxlama haqqında qərarda, nə də yoxlama ların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın hansı mənbəyi bəlli məlumat əsasında başlanıldığı qeyd olunmamışdır.

44. Bununla bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri gözlənilmədən keçirilən yoxlamalarla bağlı vahid məhkəmə təcrübəsi formalaşmışdır. Həmin təcrübəyə görə, belə hallarda qəbul edilən yoxlamanın keçirilməsi haqqında qərar artıq formal-hüquqi baxımdan qüsurlu sayılır.

45. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir – inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüq uqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

46. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49. 1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlbetmə barədə qərarı əsasında vergi ödəyicisi v ergi məsuliyyətinə cəlb edilə bilər və bu baxımdan məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

47. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir.

48. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əs asında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

49. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar verg i yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

50. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyic isinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilm əsi barədə qərara gəlirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

51. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələblər i baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

52. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

53. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin t əmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

54. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

55. Həmçinin mübahisəyə dair iş üzrə materiallardan gö rünür ki, səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin 30 gün uzadılmasına dair xx.xx.2021-ci il tarixli, **********153009 nömrəli qərar qəbul olunsa da, həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

56. Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normaları nın ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formalhüquqi baxımdan qanunsuzdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/2023, 2-1(102)-827/2023, 2-1(102)-1090/2023, 2-1(102)1174/2023, 2-1(102)-1741/2023, 2-1(102)-1958/2023, 2-1(102)-2063/2023 nömrəli işlər üzrə qərarları, həmçinin 2-1(102)-1197/2024 nömrəli iş üzrə qərardadı).

57. Həmçinin mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya münasibətdə aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (10 dəfə) dayandırılmış və uzadılmış (2 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayand ırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da, öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, v ergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.

58. Həmçinin iş üzrə materiallardan səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən iddiaçının istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə "xxxx" MMC-nin mütəxəssisinin yoxlama prosesinə cəlb edildiyi və mübahisələndirilən qərar qəbul edilərkən həmin mütəxəssisin xx.xx.2021-ci il tarixli rəyinə əsasən iddiaçıya münasibətdə vergi məsuliyyəti tətbiq olunduğu görünür.

59. İlk növbədə qeyd edilməlidir ki, mütəxəssis kimi cəlb olunan şəxsin bu sahədə bilik və təcrübəsinin olmasını təsdiq edən hər hansı sənəd (sübut) iş materia llarına əlavə edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.

60. Həmçinin sözügedən mütəxəssis rəyinə əsasən, iddiaçının istehsal həcmi sərf edilmiş elektrik enerjisi əsasında müəyyən edilmiş və həmin mütəxəssis rəyi nəzərə alınmaqla səyyar vergi yoxlaması nəticəsində iddiaçıya vergilər hesablanmışdır.

61. Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, mütəxəssis rəyi vergilərin hesablanmasının yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması verg i qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından vergi ödəyicisinin gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Digər tərəfdən, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirlərin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-532/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2259/2023 nömrəli qərar ları).

62. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən iddiaçıya vergilər birbaşa şərti rentabellik norması tətbiq edilməklə hesablanmışdır.

63. Halbuki Vergi Məcəlləsinin 67.1-ci maddəsinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilmə si hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

64. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Halbuki, iş üzrə materiallardan görünür ki, iddiaçının rəsmi idxal etdiyi və alış aktları ilə aldığı mallar mövcuddur və qeyd olunan məlumatlar sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunması üçün yetərlidir.

65. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların ist ehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.

66. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4cü maddələrinin qeyd edilən dövrdə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydası nəzərdə tutulmuşdur.

67. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilmə li verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergiləri birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

68. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

69. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci mad dəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.

70. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Odur ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır.

71. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə qeyd edilən ha lları və həmin hallar üzrə formalaşmış vahid məhkəmə təcrübəsini nəzərə almamış, həmçinin iş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə ekspertin nəzəri biliklərə əsaslandığını qeyd edərək razılaşmamış və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

72. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 21(103)-174/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156228 nömrəli qərarı ləğv edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar