Məhkəmə qərarları › İş №2-1(102)-243/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-243/2025

26.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-243/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyiciləri siyahısından çıxarılmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma və qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2814/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli qərarla iddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərarla iddiaçıya 2022-ci il üzrə 7163,16 manat əlavə gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması və barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********368900 nömrəli qərara əsasən iddiaçı riskli vergi ödəyicisi olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda iddiaçının riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq qeyd ed ilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 144,5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205/75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s.” olduğu müəyyən edilmişdir. Lakin elektron-qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı aşkar olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.11, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödə yicisi hesab olunmuşdur. Yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi hallar aradan qaldırıldığından onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məktubla vergi orqanına müraciət edilərək, 2022-ci il ərzində tərtib edilmiş müqavilələrin öhdəliklər yerinə yetirilmədiyi üçün ləğv edildiyi bildirilmiş və bu səbəbdən 2022-ci il üzrə dövriyyənin olmadığı barədə vergi orqanına məlumat təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən müqavilələr üzrə təqdim edilmiş qaimələr də ləğv edilmişdir. İddiaçının fəaliyyətinin dayandırılması ilə bağlı müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən onun fəaliyyəti dayandırılmışdır. Lakin vergi orqanı tərəfindən göstərilənlər nəz ərə alınmamışdır.

5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 144,5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205/75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli qərar çıxarılaraq iddiaçının elektron qutusuna göndərilmişdir. Təhlil zamanı iddiaçının fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturaların ləğv edildiyi müəyyən edilsə də, təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin geri qaytarıldığını əks etdirən sənədlərin təqdim olunmad ığı müəyyən edilmişdir. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. 2022-ci il üzrə iddiaçı tərəfindən 144538 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunmasına baxmayaraq, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi (və ya göstəricilərin azaldılmaqla təqdim edilməsi) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək müvafiq dövr üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənəd lər və əsaslandırılmış izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlər və izahat məktubu təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 7163,16 manat (51345,28 - 15529,49)*20%) vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərar göndərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar üzrə vergi məbləği qanunamüvafiq qaydada hesablanmışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Həmid Ağalarov) 06 aprel 2024-cü il tarixli, 2-1(112)-2725/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçının (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli qərarla iddiaçının Meyarların 2.1.3 və 3.1.1-ci yarımbəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci yarımbəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İşin hazırk ı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır.

8. İddiaçının ikinci tələbinə gəldikdə isə, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən riskli əməliyyatlara dair elektron qaimə-faktura ləğv edilmiş, eyni zamanda həmin əməliyyatlar üz rə iddiaçının bank hesabına vəsait daxil olmadığı müəyyən olunmuşdur. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndirilən qərar qəbul edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat 10. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərar daha sonra cavabdeh tərəfindən ləğv edildiyindən və həmin qərarın ləğv edilməsinə dair iddia tələbinə münasibətdə tərəflər arasında artıq mübahisə mövcud olmadığından, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mehriban Qarayeva /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Pərviz Hüseynov) 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2814/2024 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərarın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mehriban Qarayeva /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Pərviz Hüseynov) 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2814/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə si öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; 2) cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərarının ləğv edilməsi. İşin hallarına görə iddiaçı cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə cavabdeh in apardığı təhlillər zamanı iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 144,5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205/75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s.” qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********368900 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, təhlil zamanı iddiaçının fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadı ğı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş riskli elektron qaiməfakturaların ləğv edildiyi müəyyən edilsə də, təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

13. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskl i və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.

14. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.3 və 3.1.1-ci yarımbəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci yarımbəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturanı ləğv etmişdir. Belə olan halda aydındır ki, iddiaçı onun barəsində xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli qərarın qəbul edilməsinə əsas olan halları ar adan qaldırmışdır.

15. Qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zərur idir. Belə ki, hazırkı işdə olduğu kimi, malın e-qaimələrinin ləğvi əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Sözügedən normaların malın alıcısına münasibətdə tətbiqi üçün iddiaçının təkcə “bank hesabının mövcud olması” dəlili ilə kifayətlənməyərək vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınma lıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmişdir, həmin vəzifələrin arasında e-qaimələrin ləğvini qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, bu onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır.

16. İddiaçının ikinci tələbinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********0 26500 nömrəli qərarın ləğv edildiyi müəyyən olunmuşdur. Odur ki, iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********026500 nömrəli qərarın ləğv edilməsi” hissəsində mübahisə artıq mövcud olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şik ayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifə si qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimi yyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəb ul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisini n təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)

1. Ümumi müddəalar 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cava b verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə ək s olunur.

2. Riskli vergi ödəyicisinin meyarları 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soya dı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən fak tiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün say ıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtı nda verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol ver ilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni iddianın təmin olunan hissəsində işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

26. Məhkəmə kollegiyası sözügedən hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. Hazırkı kassasiya icraatının predmetini təşkil etməsi baxımından iş üzrə iddiaçının hüquqi marağı və məqsədi riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına nail olmaqdan ibarətdir.

28. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərə findən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab etmişdir.

29. Bu zaman cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim etdiyi 144,5 min manat məbləğində malların alışına dair sənədlərin mövcud olmadığına istinad edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Meyarların hazırda qüvvədə olmayan 3.1.1-ci yarımbəndinə görə, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, şə xs riskli vergi ödəyicisi hesab oluna bilərdi. Bu hala istinad üçün şəxsin həm alışını, həm də satışını təsdiq edən sənədlər mövcud olmalı və həmin malların müxtəlif çeşiddə olduğu müəyyən edilməlidir. Hazırkı halda isə, iddiaçının alışını təsdiq edən sənədlər mövcud deyildir. Belə olan halda, iddiaçının satdığı malların sənədsiz aldığı mallarla fərqli çeşiddə olması (müqayisə üçün hər iki malın mövcudluğu tələb olunduğundan) iddia edilə bilməz. Cavabdeh Meyarların 3.1.1-ci bəndini düzgün şərh etməyərək alışı olmayan malı fərqli çeşiddə olan mal kimi qiymətləndirmişdir ki, bu da yolverilməzdir. Bununla da, cavabdehin Meyarların 3.1.1-ci bəndinə istinadən iddiaçını riskli vergi ödəyicisi hesab etməsi əsassız olmuşdur.

30. Bununla belə, cavabdeh xx.xx.2022-ci il tarixli qərarda həm də, Meyar ların 2.1.3-cü yarımbəndinə istinad etmişdir. Həmin yarımbəndə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı olmadıqda, şəxs riskli vergi ödəyicisi hesab oluna bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fəaliyyət göstərdiyi obyektin qeydiyyata alınmasına dair hər hansı sənəd mövcud deyildir. Belə olan halda, cavabdehin Meyarların 2.1.3-cü yarımbəndinə istinadən iddiaçını riskli vergi ödəyicisi hesab etməsi əsaslı sayılmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi araşdırma apararkən qeyd olunan xüsusata diqqət yetirməmişdir. İddiaçının satdığı mallara dair elektron-qaimə fakturaların ləğv olunduğuna istinad edən apellyasiya instansiyası məhkəməsi, cavabdehin Meyarların 3.1.1- ci yarımbəndinə istinadən iddiaçını riskli vergi ödəyicisi hesab etməsi üçün əsasın ümumiyyətlə mövcud olmadığını, Meyarların 2.1.3-cü yarımbəndi baxımından isə iddiaçının riskli vergi ödəyicisi kimi tanınması üçün qanuni əsasın olduğunu nəzərə almamışdır.

32. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103 )-2814/2024 nömrəli qərarı qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilir. Həmin hissədə iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2814/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar